Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

ABŞ-ın “Verizon Communications İnc.” şirkəti “Yahoo!”nun 4,8 milyard dollara satın alınması barədə razılıq əldə olunduğunu təsdiqləyib. Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. “Verizon”un bu gün sövdələşmə barədə rəsmi açıqlama verməsi gözlənilir. “Yahoo!”nun daşınmaz əmlakının və intellektual mülkiyyətinin aktivlərinin satışı isə ayrılıqda həyata keçiriləcək. “Yahoo!”nun Çinin “Alibaba Group” və Yahoo! Japan Corp.” şirkətlərində malik olduğu payı saxlamaq istədiyi bildirilir.

yahoo

Məşhurların iCloud hesabını sındıran Hacker barəsində məhkəmə qərarı verildi. Məşhurların iCloud hesabını sındıraraq şəxsi şəkilləri internet üzərindən paylaşan Hacker üçün həbs cəzasının müddətinin bəlli olması ilə mübahisələr baş qaldırdı. Keçən il, məşhurların iCloud hesabını hack edən və şəkil, videoları internet üzərindən paylaşan hacker-in polis tərəfindən ələ keçirildiyi haqqında məlumat vermişdik. İnternetdə “The Fappening” kod adı ilə məşhur olan Andrew Helton üçün məhkəmə qərarını açıqlayıb. ABŞ bölgə hakimi Jonh A. Kronstadt 13 məşhurun hesbını hack edən və 161 şəxsi görüntünü yayımlayan Andrew Helton-a 6 ay həbs cəzası və 3000 dollar cərimə kəsib. Oğurlanan məlumatların əsasən Jennifer Lawrence,Scarlett Johansson və Kate Upton-a məxsus olduğu bildirilir.

icloud-hack

iPhone 7 nə vaxt təqdim olunacaq və nə zaman satışa çıxacaq? Yeni model iPhone-nun təqdimatına bir aydan bir qədər çox müddət qalır. Guya ki, Apple-ın planları ilə yaxından tanış olan mənbələr yeni çıxacaq cihazın fotolarını paylaşmaqdan bezərək onun nə vaxt satışa çıxacağı haqqında fikirlər söyləməyə başlayıblar. Ənənəvi olaraq Apple yeni iPhone-nun təqdimatını sentyabr ayının ikinci həftəsində keçirtməyi planlaşdırır. Keçən il tədbir 9 sentyabr, ön sifariş 12 sentyabr, cihazın rəsmi satışı isə 25 sentyabr tarixlərində baş tutmuşdur. Əgər bu il şirkət öz ənənəsindən geri qalmasa tədbir 5-11 sentyabr həftəsində baş tutmalıdır. Əvvəlki illərdə iPhone modellərinin təqribi olaraq təqdimat tarixlərini öncədən söyləmiş məşhur müxbir Evan Blass öz Twitter hesabında yeni model iPhone-nun 12-18 sentyabr həftəsində təqdim olunacağını bildirib. Nəzərə alsaq ki, keçən il tədbir çərşənbə günü olmuşdur, çox güman ki, bu ilki tədbir də həftə ortası (14 sentyabr) keçiriləcək. Blass həmçinin qeyd edib ki, cihazın satışlarına 16 sentyabr tarixində start veriləcək.

iphone

Pokemon GO-ya görə Nintendo-nun səhmləri aşağı düşüb. Səbəb nədir? Pokemon GO oyunu təqdim olunan vaxtdan Nintendo şirkətinin səhmlərinin qiyməti stabil olaraq qalxırdı. Lakin investorlar biləndə ki, əslində oyunun yaradıcısı Niantic Labs. Nintendo şirkətinə məxsus deyil, şirkətin səhmlərinin qiyməti 18% aşağı düşüb. Bu isə Tokio birjasında ən aşağı göstəricidir. İnvestorlar öyrəniblər ki. Pokemon GO Nintendo şirkətinə məxsus deyil. Belə ki, şirkət The Pokemon Company-nin yalnız 32% səhminə sahibdir. The Pokemon Company isə öz növbəsində Niantic Labs. ilə birlikdə Pokemon GO oyununu hazırlayıb. Niantic Labs. Google-ın tərkibinə daxil idi. Lakin oyunun çıxmasına az qalmış o heç bir şirkətdən asılı olmayan studiya statusunu əldə etmişdir. Beləliklə Nintendo-nun səhmləri bir gün ərzində 6.4 milyard dollar dəyərində ucuzlaşıb. Bu məlumatın ortaya çıxması ilə səhmlərin qiyməti 18% aşağı düşüb. Bundan əlavə olaraq Nintonda bildirib ki, Pokemon GO şirkətin rekord dərəcədə gəlir əldə etməsinə səbəb olmayacaq.

pokemon

Apple iPhone 5C rəsmi olaraq uğursuz sayıldı. Plastik 6C-nin əvəzinə isə metal korpuslu SE satışa çıxdı. Kompakt flaqman öz ölçüsü və qiyməti hesabına sanki trend cihaz olacaqdı. Lakin Apple satış göstəriciləri ilə lovğalanmır. Məlum olan odur ki, iPhone SE az tapılan məhsuldur. Bunun isə səbəbi ya sünidir yadaki məcburi. Ümumilikdə belə bir fikir var ki, iPhone SE-nin satışları orta səviyyədədir. Bunun 3 səbəbi var. Köhnə dizayn, iPhone 5s və iPhone 6. Çox güman ki, 2017-ci ilin yaz fəslində Apple heç bir smartfon təqdimatı etməyəcək. Çünki bunun mənası yoxdur. iPhone SE bütün yüklənməyə tab gətirməklə yanaşı həm yaxşı fotolar çəkir həmdə ki, enerjini uzun müddət saxlayır. Onu seriyadan çıxarmaq mənasızdır. iPhone 5 korpusuna sahib 4 inç ekranlı smartfonlar əsri artıq rəsmi olaraq bağlanıb. Təsəvvür etmək çətindir ki, iki il sonra Apple həmin metal korpuslu SE 2 modelini təqdim etsin. 2018-ci il üçün ekranın da ölçüsü dəyişəcək. Məsələn 4.3 inç-dən 4.5 inç-ə kimi. Yaxın zaman ərzində (2017-ci ilin sentyabr ayı) klassik iPhone-nun ekranı 5 inç-ə kimi, iPhone Plus (Pro)-un ekranı isə 5.7 inç-ə kimi yüksələcək. Çərçivələrin eni isə kiçiləcək. Korpus dözümlü şüşədən hazırlanacaq. Və nəhayət ki, iPhone SE modeli də ensiz çərçivəli, şüşə korpuslu və seriyanın ən kiçik ekranına sahib smartfonu olacaq. Nəticə etibarı ilə 2018-ci ilin yaz fəslində (və yaxud 2017-ci ilin payız fəslində) Apple-ın eyni dizayn və texniki göstəriciləri olan 3 smartfondan ibarət seriyası olacaq. Bəs sizcə iPhone SE-nin gələcəyi necə olacaq?

apple-playstationa-ciddi-rakip-olmaya-hazirlaniyor-845338-664x354

Whatsapp iOS platformasında yeni xüsusiyyətlər qazanıb. Məşhur mesajlaşma platforması WhatsApp, iOS versiyasında yeni xüsusiyyətlər qazandı. WhatsApp 2.16.7 versiyası ilə bir neçə xüsusiyyət əlavə olunub. Yeniləmələrə görə: Əgər bir emosiya göndərsəniz ekranda böyük görünür. WhatsApp’da video çəkərkən yaxınlaşdırmaq istədikdə barmaqlarınızı aşağı-yuxarı hərəkət etdirməyiniz kifayətdir. Söhbətlər bölməsinin üstündə yer alan “Edit” düyməsinə sıxdıqda, silmək, oxundu kimi işarələmək və ya arxivləşdirmək seçimləri üçün bir neçə seçimdən istifadə edə bilərsiniz. Söhbət pəncərələri daha sürətli açılır.

whatsapp

Rusiyalı gənc Pokemon GO oyununda rekorda imza atıb. Sankt-Peterburq-dan olan 19 yaşlı gənc Qriqori Timofeev Pokemon GO oyununda ən böyük kolleksiyanı yığıb. Baxmayaraq ki, oyun rəsmi olaraq Rusiya Federasiyası ərazisində hələ aktiv deyil, Timofeev 150-ə yaxın pokemon yığaraq ABŞ sakininin rekordunu təzələyib. Qeyd edək ki, amerikalı şəxs ABŞ ərazisində aktiv olan bütün pokemonları yığaraq kolleksiyasına 142 ədəd pokemon əlavə etmişdir. Timofeev yaxşı məbləğin təklif olunacağı halda öz kolleksiyasını satmağı düşünür. Belə ki, o, pula ehtiyac duyduğunu qeyd edib. Oyunun isə Rusiya Federasiyası ərazisində nə zaman aktiv olacağı hələki bilinmir.

grigoriy-timofeev

BlackBerry-nin yeni smartfonunun ilk fotosu sızdırılıb. Görünür BlackBerry şirkəti öz serverlərinə təsadüf nəticəsində BlackBerry Neon adlı yeni smartfonun fotolarını yerləşdirib. Təqdim olunmuş məlumatlara əsasən yeni smartfon 1920×1080 piksel keyfiyyətli 5.2 inç Full HD ekran, 1.5 GHz tezlikli 8 nüvəli Snapdragon 617 prosessoru, 3 GB-lıq RAM, 16 GB-lıq daxili yaddaş və 2610 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Kameraya gəldikdə isə BlackBerry Neon 13 MP-lik arxa və 8 MP-lik ön kameraya sahib olacaq. Qeyd etmək lazımdır ki, smartfon Android 6.0 Marshmallow əməliyyat sistemi üzərində çalışacaq. Texniki göstəricilərə nəzər yetirdikdə belə qənaətə gəlmək olar ki, yeni smartfon əsasən orta büdcəli alıcılar üçün nəzərdə tutulub. Onun qiymətinin$350 civarında olacağı gözlənilir.

blackberry

Daha bir əfsanə geri qayıdır. SEGA Mega Drive-ın yeni modeli satışa çıxacaq. SEGA şirkəti iki oyunçu üçün nəzərdə tutulmuş Mega Drive oyun konsolunun yeni modelini və bir oyunçu üçün nəzərdə tutulmuş portativ konsolu satışa çıxartmağa hazırlaşır. Hər iki cihazı SEGA lisenziyası əsasında At Games adlı Çin şirkəti istehsal edəcək. Bu şirkət daha öncə də bir sıra retro konsolları yenidən istehsal etmişdir. SEGA-nın yeni konsolu orijinal Mega Drive kartriclərini dəstəkləyəcək və iki gamepad-la birlikdə satılacaq. Həmçinin konsol televizora HDMI girişi vastəsilə qoşulacaq. Mega Drive Portable adlı portativ konsol isə 3.2 inç ekrana sahib olacaq. O özündə gamepad-ı birləşdirən korpusdan ibarət olacaq və standart USB girişi vasitəsilə enerji yığma xüsusiyyətinə sahib olacaq. Maraqlısı ondadır ki, hər iki konsolun yaddaşına SEGA tərəfindən son 10 il ərzində satışa çıxarılmış 80 məşhur oyun da yazılıb. Həmin siyahıda Sonic the Hedgehog, Mortal Kombat, Golden Axe, Comix Zone kimi məşhur oyunlar yer alıblar. Siyahıdakı istənilən oyunları pulsuz şəkildə və kartric olmadan oynamaq mümkün olacaq. Sadəcə olaraq konsolu televizora qoşmaq kifayət edəcək (söhbət portativ konsoldan getmir təbii ki). Hər bir konsol $65 qiymətinə satılacaq. Konsolların hansı ölkələrdə satılacağı hələki məlum deyil. Lakin SEGA çox güman ki, bu konsolları böyük tirajlarla istehsal etməyəcək. Artıq bir sıra mağazalar sözügedən konsolların ön sifarişlərini qəbul etməyə başlayıblar. Hər iki cihaz bu ilin oktyabr ayında satışa çıxacaq. SEGA-nın bildirdiyinə görə şirkət bu konsolları Sonic the Hedgehog oyununun 25 illiyi münasibətilə istehsal edir. Lakin biz elə düşünürük ki, Pokemon GO oyununun uğuru olmasaydı şirkət bu cür addım atmayacaqdı. Belə ki, Pokemon GO oyunu göstərdi ki, bir neçə onilliklər bundan öncə yaranmış oyun personajlarına çox böyük tələbat var. Keçən həftə isə Nintendo öz məşhur konsolunun yeni versiyası NES Classic Edition-u anons etmişdir. NES Classic Edition 11 Noyabr 2016-cıil tarixində satışa çıxacaq (SEGA-nın konsollarından bir ay sonra).

sega

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register