Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Amerika Birləşmiş Ştatlarının telekommunikasiya şirkəti Verizon, internet məzmun təminatçısı “Yahoo”-nu 4 milyard 830 milyon dollara satın alıb. Iki şirkət arasındakı razılaşmaya görə, Yahoo-nun adı dəyişəcək və şirkət ictimaiyyətə açıq bir investisiya şirkəti olacaq. Verizon, Yahoo-nu digər internet məzmun təminatçısı AOL ilə birləşdirəcək. Satınalmanın 2017-ci ildə başa çatdırılması gözlənilir. 1994-ci ildə Jerry Yang və David Filo tərəfindən əsası qoyulan Yahoo fəaliyyət göstərdiyi 22 il ərzində 5 milyard 700 milyon dollarlıq Broadcast.com və 3 milyard 6 yüz milyon dollarlıq Geocities kimi satınalmalara da imza atmışdı. Lakin bu sərmayələr özünü doğrultmadı. Daha sonra Yahoo Tumblr və MessageMe kimi gənclərə yönələn satınalmalarla rəqiblərini üstələməyə çalışsa da, yenə uğursuzluğa düşar olmuşdu.

yahoo

Milyonlarla istifadəçisi olan “WhatsApp” mesajlaşma şəbəkəsi yeniliyi ilə davam edir. WhatsAppın bu yeniliyi  iPhone istifadəçilərini daha çox sevindirəcək. Belə ki, bu yenilik ilə daha çox sürətli yazışa biləcəksiniz. Sizə mesajlar tez sürətlə çatacaq. Silinən  WhatsApp mesajları üçün də heç də narahat olmayın. Çünki WhatsAppı silib, yenidən yüklədiyiniz zaman sizə əvvəlki mesajları geri qaytarmaq barədə istəyib-istəmədiyiniz soruşulacaq. Əgər telefonunuz iki kartlıdırsa,  iki nömrəniz üçündə üçün də WhatsApp istifadə etmək istəyirsinizsə, Google Playdan  SwitchMe proqramını istifadə edin. WhatAppda istifadə etdiyiniz  nömrənizi dəyişdirmək üçün Settings / Hesab / Nömrəni Dəyişdir bölməsiniə daxil olun. Əgər WhatsAppda hər-hansı qrupda varsınızsa, qrupa gələn bildirişləri bağlamaq üçün mesaj qutusuna daxil olub, qrup məlumatları bölməsindən gələn mesajları səssiz ala bilərsiniz.

whatsapp

“WhatsApp” mesajlaşma şəbəkəsi gündən-günə daha da yenilənir. Daha bir çox yeniliklərlərdən istifadə edəcəksiniz. Əgər, tək “emoji” göndərsəniz,  “emoji” i böyük formada gedəcək. “Söhbət” bölməsinə daxil olmaqla mesajları silmək, “oxundu” kimi işarələmək və eyni anda arxivə bir neçə mesajları yönəldə bilərsiniz. Bu yeniliklər “smile”lər və “video zoom”la bağlıdır. Belə ki, proqramın yenilənmiş versiyasında artıq yazılan “smile”lər olduğundan iri görünür. Video çəkiliş zamanı isə “zoom” etmək üçün barmağınızı ekranda yuxarı, aşağı sürüşdürmək kifayət edir. Qeyd edək ki, tezliklə “WhatsApp”a səsli zəngi inkişaf etdirmək üçün nəzərdə tutulan yeniliklər də əlavə ediləcək.

whatsapp

Populyar İnstagram sosial şəbəkəsi video paylaşımlar üçün məsləhətlər funksiyasını işə salıb. Videoların olduğu kanalı “Axtarış və maraqlılar” bölməsində tapmaq olar. Bu bölmədə istifadəçilərə hələ təqibçisi olmadıqları akkauntlardakı videoları dəyərləndirmək təklif olunur. Bundan başqa, konkret mövzular üzrə videoları da axtarıb tapmaq mümündür. Son 6 ay ərzində İnstaqram-da videolara baxış sayı 150 faiz artıb.

instagram

Dünyanın ən bahalı avtomobilinin görüntüləri yayıldı. İçi və çölü qızılla işlənmiş “Mercedes McLaren” 999 at gücünə sahib, 5,4 litrlik V8 mühərriki ilə sinfinin ən güclü və bahalı avtomobili hesab olunur. Avtomobilin qiyməti nə az, nə çox 10 milyon dollardır. Qızılla işlənmiş avtomobil 3 saniyəyə 100 km sürət yığa bilir.

avto avto1 avto2

“Apple” bu ilin aprel – iyun dövrünü əhatə edən ikinci rüb maliyyə nəticələrini açıqlayıb. Hesabata görə, “Apple”in geriləməsi davam edir. Bu ilin ikinci rübündə “Apple”in xalis mənfəəti ciddi azalıb. Ötən ilin eyni dövründə (2015-in ikinci rübü) 10,7 milyard dollar xalis mənfəət əldə edən şirkət, bu ilin eyni dövründə 7,8 milyard dollar xalis qazanc təmin edib. “Apple”in xalis mənfəəti 27% düşüb və şirkətin gəlirləri iki rüb ardıcıl azalma göstərib. Şirkətin mənfəətinin azalmasının səbəbi “iPhone” satışlarında baş verən azalmadır. İkinci rübdə ötən ilin eyni dövrü ilə müqayisədə “Apple”in “iPhone” satışları 14,9% azalıb. Şirkət bu dövrdə 40,4 milyon ədəd “iPhone” sataraq ciddi bir gəlir itkisi yaşayıb. Həmin dövrdə “iPad” satışları 8,7% azalaraq 9,9 milyon, “Mac” (noutbuk və masaüstü) kompüter satışları da 11,4% azalma ilə 4,2 milyon səviyyəsində olub.

iphone3

“Apple” korporasiyası “iPhone 7”, “iPhone 7 Pro” və “iPhone 7 Plus” modellərini gözləntilərin əksinə olaraq, bu il buraxmaya bilər. Böyük ehtimalla şirkət dizayn və texniki baxımdan “iPhone 6S”dən fərqlənməyən “iPhone 6SE”nin buraxılışı ilə kifayətlənəcək. Tanınmış insayder Evan Blass isə proqnozlaşdırıb ki, “Apple” “iPhone 7” smartfonlarının satışına cümə günü – sentyabrın 16-da başlayacaq.

apple-playstationa-ciddi-rakip-olmaya-hazirlaniyor-845338-664x354

Dünyanın məşhur sosial şəbəkələrindən olan Twitter, bu ilin ikinci rübünə dair dəqiq mənfəət və gəlirini açıqlayıb. Twitter ofosindən bildiriblər ki, bu ilin ikinci rübündəki gəliri keçən ilin eyni dövrünə nisbətən 20% artım göstərərək 602 milyon dollar olub. Şirkət 2015-ci ilin aprel-iyun dövründə 502 milyon dollar gəlir əldə etmişdi. Twitter-in gəlirindəki artım 2013-cü ildən etibarən ən yavaş sürətlə reallaşdığı qeyd olunub. Həmçinin, açıqlamada şirkətin bu ilin ikinci rübündə 107 milyon dollar zərər etdiyi vurğulanıb. Şirkət, keçən ilin aprel-iyun dövründə 137 milyon dollar zərər etmişdi. Digər tərəfdən, Twitter-in bu ilin ikinci rübündəki aylıq orta hesabla aktiv istifadəçilərinin sayı, keçən ilin eyni dövrü ilə müqayisədə 3% artaraq 313 milyona çatıb. Bu məbləğin 82%-ni isə mobil istifadəçilər təşkil edib.

twitter

ABŞ kəşfiyyatı hesab edir ki, Demokratlar Partiyasının Milli Komitəsinin serverinin sındırılmasının arxasında Rusiya ilə əlaqədar olan hakerlər dayanır. Bu barədə “The New York Times” məlumatlı mənbələrə istinadən yazıb. Kəşfiyyatçılar Ağ Evə bildiriblər ki, elektron sənəd və məktubların oğurlanmasının arxasında Rusiya hökumətinin dayandığına əmindirlər. Bu hadisənin adi kibercasusluq, yoxsa prezident seçkiləri öncəsi kampaniya ilə bağlı manipulyasiya olduğu haqda isə açıqlama verilmir.

xaker

Nintendo Pokemon GO üçün nəzərdə tutulmuş yeni cihazı təqdim edib. Nintendo şirkəti Pokemon GO oyunçuları üçün xüsusi qolbaq istehsal edəcək. Yeni cihaz vasitəsilə pokestop və pokemonların axtarışı asanlaşacaq. Deməli hörülmüş kəmərin üzərində vibrasiya və işıq diodları ilə təchiz olunmuş cihaz yerləşəcək. Cihaz ilə smartfonun sinxronlaşdırılması üçün Bluetooth-dan istifadə olunacaq. Oyunçu pokestop-a yaxınlaşdıqda cihaz işıqlanacaq və vibrasiya verəcək. Pokestop-dan oyundakı qiymətli xüsusiyyətlərin çıxması üçün qolbağa toxunmaq kifayət edəcək. Yəni bunun üçün smartfondan istifadəyə ehtiyac qalmayacaq. Yaxınlıqda hər-hansı bir pokemonun olması da vibrasiya və işıqlanma xüsusiyyətləri ilə bilinəcək. Pokemon aşkarlandıqda ona pokeball-u cihazın mərkəzi düyməsinə klikləyərək atmaq olacaq. Cihaz əslində iyul ayının sonunda təqdim olunmalı idi. Lakin şirkət cihazın sentyabr ayında təqdim olunmasına qərar verdi.

pokemon

BlackBerry “dünyanın ən təhlükəsiz” smartfonunu təqdim edib. BlackBerry şirkəti Android platformasında çalışan ikinci smartfonunu anons edib. Şirkətin söylədiyinə görə yeni cihaz “dünyanın ən təhlükəsiz” smartfonudur. BlackBerry DTEK50 adlı yeni smartfon dizayn və texniki göstəricilər baxımından Alcatel-in Idol 4 smartfonuna bənzəyir. O 5.2 inç Full HD ekran, Qualcomm Snapdragon 617 prosessoru, 3 GB-lıq RAM və 2610 mAh enerji tutumlu batareya ilə təchiz olunmuşdur. Kameraya gəldikdə isə smartfon 13 MP-lik arxa və 8 MP-lik ön kameraya sahibdir. DTEK50 Android 6.0 Marshmallow əməliyyat sistemi üzərində çalışır. Ümumi olaraq cihazın proqram təminatı şirkətin ilk Android smartfonu Priv-in proqram təminatına bənzəyir. Yeni smartfonun əsas özəlliyi DTEK adlı təhlükəszilik sistemidir. Həmin sistem smartfonu zərərli tətbiq, hacker hücumları və digər təhlükəli hallardan qoruyacaq. BlackBerry təmsilçilərinin sözlərinə görə şirkətin mühəndisləri Android sistemini elə təkmilləşdiriblər ki, Google-ın platforması şirkətin texnologiyası ilə uyğunlaşsın. Bundan əlavə BlackBerry bildirib ki, şirkət 3 Android smartfon hazırlayır. BlackBerry DTEK50 onlardan biridir. Yeni smartfon $299.99qiymətinə satılacaq və 8 avqust tarixində satışa çıxacaq.

Google şirkəti IOS və Android platformaları üçün “Maps” servisinin yenilənmiş versiyasını təqdim edib. Yenilənmiş tətbiq təmiz dizayn, lazımsız elementlərin yoxluğundan və istifadəçilərə maraqlı ola biləcək məkanların xüsusi rənglə işarələnməsindən ibarətdir. Tətbiqin yeni versiyasını artıq yükləmək mümkündür. İlk öncə tətbiqin rəng çaları dəyişmiş, dizaynı isə daha nizama salınmış formadadır. Google əsasən tətbiqdən yol konturlarını yığışdırmış və şriftləri daha aydın edərək küçə, məkan və yerdəyişmə nöqtələrinin adlarının daha rahat oxunmasını təmin etmişdir. Əsas yenilik isə maraqlı ola biləcək məkanlardır. Həmin məkanlar narıncı rəng ilə işarələnir və onları miqyası yaxınlaşdıraraq görmək mümkündür. Bu üsul ilə istifadəçiyə maraqlı ola biləcək mehmanxana, kafe, restoran, muzey, görməli yerlər, konsert zalları və s. məkanlar işarə olunur. Maraqlı ola biləcək məkanları xüsusi kompüter alqoritmləri müəyyən edirlər. Onlar bunu hər bir istifadəçi üçün fərdi şəkildə edirlər. Bundan əlavə məlum olub ki, yaxın zaman ərzində Google Maps-a daha bir yeni rejim əlavə olunacaq. Bu yeni rejim mobil məlumatların istifadəsinə qadağa qoyacaq. Wi-Fi only funksiyasını aktiv edəndən sonra tətbiq smartfonun naqilsiz şəbəkəyə qoşulacağı vaxta kimi offline rejimdə çalışacaq.

Apple CEO-u Tim Cook bildirib ki, şirkət öz milyardıncı iPhone cihazını satıb. Bu barədə o Kupertino-da əməkdaşlar ilə keçirilmiş görüş zamanı qeyd edib. “Biz daha bir dövrü geridə qoyduq” – deyə Tim Cook bildirib. O qeyd edib ki, şirkət heç vaxt hamıdan çox qazanmağı özünə məqsəd kimi qoymayıb. “Biz həmişə dünyanı dəyişəcək məhsulları istehsal etməyə səy göstərmişik” – deyə o bildirib. Dünyanı dəyişmək üçün edilən gündəlik səylərə görə Tim Cook şirkətin bütün əməkdaşlarına öz minnətdarlığını bildirib. Bazarda müxtəlif növ smartfonların çıxmasına və rəqabətin artmasına görə iPhone cihazlarının satışları son illər ərzində aşağı düşüb. Lakin Cook-un fikrincə bu cihaz ən uğurlu məhsullardan birinə çevrillərək bazara müəyyən dərəcədə təsirini göstərib.

iphone2

Braziliya-da federal məhkəmə Facebook-un hesabındakı vəsaitin 11.7 milyon dollarına əl qoyub. Bu qərar Facebook-un Braziliya polisinə bəzi WhatsApp istifadəçilərinin şəxsi məlumatlarını verməkdən imtina etməsi nəticəsində qəbul edilib. Braziliya məhkəmələri öz ərazilərində WhatsApp-ın deaktiv edilməsi üçün 4 dəfə qərar vermişdilər. Lakin bu qərarlar Facebook və bəzi telekommunikasiya şirkətlərinin apelyasiya məhkəmələri nəticəsində ləğv edilmişdir. İyun ayının sonunda Londrina (Braziliya, Parana ştatı) şəhərinin federal məhkəməsi şirkətin 6.1 milyon dollar vəsaitinə əl qoyulması barəsində qərar çıxartmışdır. Bu məbləğ  istintaq orqanları ilə əməkdaşlıqdan imtina edərək Braziliya höküməti tərəfindən təyin edilmiş cərimənin miqdarı ilə uyğun idi. O vaxt ölkənin hüquq-mühafizə orqanları şirkətdən şüphəli WhatsApp istifadəçilərinin yazışmalarını tələb edirdilər. Lakin Facebook bu məlumatları təqdim etməkdən imtina etmişdir. Şirkətin bildirdiyinə görə Facebook istifadəçilərin şəxsi yazışmalarına sahib deyil.

facebook

Müəllif: Aml Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register