Marneuli 2 saylı ictimai məktəb binasının divarları çart verdi – 235 nəfər şagird başqa məktəbə köçürülüb
30 sentyabr tarixində Marneuli 2 saylı ictimai məktəbinin binası divarlarında çartlar qeydə alınıb. Məktəb direktorunun sözlərinə görə Gürcüstan Təhsil Nazirliyinin icazəsi ilə 10 sinif, 235 nəfər şagird komissiyanın nəticəsi məlum olana qədər Marneuli 4 saylı ictimai məktəbin binasında dərs alacaqlar. Xatirladaq ki, binanın çart verən hissəsi 2009-cu ildə təmir olunub.
Məktəb kollektivi 5 oktaybr tarixində ekspertlərin gəlişini gözləyirlər. Məktəb direktorunun sözlərinə görə komissiyanın resmi neticesinden sonra şagirdlər geri məktəbə qayıdacaqlar.
Müəllif: Aynurə Əliyeva
marneulifm1106 Posts
0 Comments