Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Faceboo”k sizin məlumatlarınızı analiz edərək ən yaxşı yoldaşınızı və sizə  bənzər insanı tapır. “Facebook”un ruh əkizinizi tapan “Captain Quiz” prpoqramı son zamanlar hamını maraqlandıran bir üsuldur. Bu proqram sizin göndərdiklərinizi, bəyənmələrinizi və şərhlərinizi analiz edir. Bütün bunlardan sonra saniyələr içərisində sizə bənzər insanı, daha doğrusu, ruh əkizinizi tapır.

facebook_wdy

Android platformalı telefonlar üçün nəzərdə tutulan  *#0*# kodunu yığmaqla telefonunuzun ekranında yeni menyu açılacaq. Bu menyu vasitəsi ilə telefonun ekran rəngini dəyişmək, titrəşim və səs yüksəkliyini test etmək və digər əlavə funksiyaları həyata keçirmək mümkün olacaq.

kod

Bazel Universitetinin mütəxəssisləri insanın əhval-ruhiyyəsini yüksəltməyə imkan verən unikal əlavə hazırlayıblar. Proqram 5 dəqiqəlik videodərslərin toplusudur. Bu dərslərə baxanlar daha diqqətli, sakit və rahat olurlar. 27 nəfərin qatıldığı tədqiqatdan sonra alimlər bildiriblər ki, pasiyentlərin psixoloji durumunun yaxşılaşdırılması üçün müasir kommunikasiya texnologiyalarından istifadə etmək məqsədəuyğundur. Eksperiment “Mobil sağlamlıq” və ya “mSağlamlıq” proqramı çərçivəsində keçirilib. İştirakçılar videodərslərdən sonra öz əhval-ruhiyyələrini 1-6 şkalası üzrə qiymətləndiriblər. Müşahidələr göstərib ki, eksperimentə qatılanların əhval-ruhiyyəsi bir neçə həftə ərzində yüksək səviyyədə olub.

ehvalruhiye

Çində “Samsung Galaxy J2 Pro” smartfonunun təqdimat mərasimi keçirilib. Bu smartfonun fərqləndirici xüsusiyyəti ekranı və kamera ətrafındakı işıq-diod optikasıdır. Qiyməti cəmi 147 dollar olsa da, “Samsung Galaxy J2 Pro” 5 düym diaqonallı AMOLED-displey, 1,5 GHz tezlikli 4 nüvəli prosessor və 32 GB yaddaşla təchiz olunub. Smartfonun arxa kamerası 8, ön kamerası 5 meqapikseldir. “Android 6.0 Marshmallow” əməliyyat sistemi ilə çalışan “Samsung Galaxy J2 Pro”nun arxa qapağında batareyanı doldurmaq zəruri olarkən müxtəlif rənglərlə xəbərdarlıq edən optika yerləşdirilib.

samsung

Artıq istifadəçilər PC vasitəsilə Telegram üzərindən Prisma-nı istifadə edə bilərlər. Məşhur fotoservis Prisma-nın yaradıcıları Telegram messengeri üçün maraqlı bot təqdim ediblər. Həmin bot sayəsində fotoları Prisma-nı mobil cihaza yükləmədən editləmək mümkündür. Bot Telegram-ın həm mobil tətbiqində həmdəki web versiyasında aktivdir. İstifadəçi ilk öncə bot tərəfindən təqdim olunan effektlərdən birini seçir və fotosunu göndərir. Bot isə bir neçə saniyə ərzində editlənmiş fotonu istifadəçiyə geri göndərir. Hal-hazırda Telegram üçün tətbiq olunan bu funksiya beta-test rejimində olduğu üçün bot stabil işləməyə bilər. Lakin bu problemlərin aradan qaldırılması üzərində işlər artıq gedir. Qeyd edək ki, 11 İyun 2016-cı il tarixində təqdim olunmuş Prisma tətbiqi ilk öncə IOS platforması üçün aktiv idi. Lakin keçən həftədən başlayaraq məşhur fotoservis Android platforması üçün də aktiv olmuşdur. Bir neçə müddət bundan öncə isə Telegram-a IconAIBot adlı bot əlavə edilmişdir. Bu bot Prisma kimi fotoları editləmək funksiyasına sahibdir. Aradakı fərq isə IconAIBot-un bu işi daha sürətlə görməsidir.

telegram

IOS platformasında WhatsApp güvənli olmaya bilər. Informasiya təhlükəsizliyi üzrə mütəxəssis Jonathan Zdziarski aşkar edib ki, WhatsApp-ın IOS platforması üçün olan versiyasında istifadəçi ismarıcları pozduğu halda belə tətbiq iCloud ilə sinxronlaşaraq ismarıcların arxivlərini özündə saxlayır. Zdziarski-nin fikrincə həmin məlumatlar hacker və xüsusi dövlət orqanları tərəfindən istifadə oluna bilər. Onlar isə öz növbəsində bunu istifadəçinin xəbəri belə olmadan onun iCloud hesabını sındırmaqla edə bilərlər. Həmçinin bunu iPhone cihazının daxilindəki məlumatların rezerv bazasına sahib olan istənilən şəxs edə bilər. Hal-hazırda WhatsApp ikitərəfli kodlaşdırma sistemindən istifadə edir. Lakin ismarıcların tarixçələri kodlaşdırılmır. Zdziarski öyrənib ki, messengerdə söhbət zamanı həqiqətən də mətnli məlumatları və digər faylları ələ keçirmək mümkün deyil. Lakin buna baxmayarq onlar iCloud servisinə kopyalanır. Məhz buna görə həmin məlumatların kənar şəxslər tərəfindən əldə olunma riski böyükdür. Çıxış yolu isə digər messenger və ya WhatsApp-ın Android versiyasından istifadə etməkdir. Təbii ki, ismarıcların Dropbox servisinə backup olunma funksiyasını deaktiv etmək şərti ilə.

iphone

“Game of Thrones”-un neçənci sezonla yekunlaşacağı bəlli olub. “Game of Thrones” serialı 8-ci sezonla yekunlaşacaq. Bunu HBO programming-in yeni prezidenti Casey Bloys deyib. “Mən düşünürəm ki, serialın rejissorları D.B Weiss və David Benioff sezonların sayı barəsində müəyyən plan üzrə gedirlər. Əgər mən onlara necəsə təsir edə bilsəydim onda 10 sezonun olmağını məsləhət görərdim. Lakin biz istəyirik ki, onlar istədikləri kimi qərar qəbul edərək serial üçün yaxşı olan yolu seçsinlər” – deyə Casey Bloys bildirib. Qeyd edək ki, rəsmi olaraq artıq bilinir ki, gələn ilin yay fəslində təqdim olunacaq 7-ci sezon 7 epizoddan ibarət olacaq. Bloys onu da qeyd edib ki, hələ məlum deyil ki, 8-ci sezon neçə epizoddan ibarət olacaq. Həmçinin serialın spin-offu barəsindədə bir neçə söz deyilib. “Biz hələki müzakirə prosesindəyik. Mən və digərləri təbii ki, spin-offun əleyhinə deyilik. Lakin o yaradıcılıq nöqteyi nəzərdən məna daşımalıdır” – deyə Bloys qeyd edib. “Game of Thrones” HBO-nun ən məşhur serialıdır. Bir neçə müddət bundan qabaq sona çatmış 6-cı sezonu 25 milyona yaxın izləyici izləmişdir.

oyun

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register