Marneuli gəncləri Gürcüstan Ali Məhkəməsində

29 iyul tarixində Marneuli Gənclər Mərkəzinin təşkilatcılığı ilə PİTA programı çərçivəsində proqram iştirakçılarının Gürcüstan Ali Məhkəməsinə vizit təşkil olunmuşdur. Vizit çərçivəsində proqram iştirakçılaına məhkəmə binası, onun tarixi və məhkəmədə gedən proseslər haqda geniş məlumat verildi. Eyni zamanda gənclərə imitasiya olunmuş məhkəmə prosesinin təşkili üçün şərait yaradıldı. Radiomuza proqramın kardinatoru Gülbən Əliyeva bizə məlumat verdi.
Onuda qeyd etdi ki, gələcəkdədə belə vizitlər yenədə təşkil olunacaq.
Vizitdə İştirak edən gənclər öz təsuratlarını bizimlə bölüşdülər.
Xatırladaq ki, proqram BMT- nin Gürcüstandakı Asossiyasiyası (UNAG) tərəfindən və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirilir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments