Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Dünyanın ən populyar mobil messencer proqramı olan WhatsApp-da daha bir yenilik var. Şirkətin texniki servisi bu gündən etibarən “Silinməz mesajlar” sistemini işə salıb. Hazırda WhatsApp istifadəçiləri mesajlaşdıqları zaman bəzi mesajlarını silinlər. Lakin bundan sonra istifadəçinin sildiyi mesaj WhatsApp-ın texniki servisinin serverlərində 56 gün saxlanacaq. Bəzi hallarda isə saxlama müddəti 3 ilə çata bilər. Mesajlarla yanaşı, silinmiş fotolar, sənəd fayllar və videolar da “yaddaş anbarları”nda yer alacaq. WhatsApp-ın bu servisi SQLite formatı əsasındadır.

whatsapp

Dreksel Universitetinin alimləri miniatür robotların elektromaqnit sahəsinin köməyi ilə maye mühitdə yüksək sürətlə hərəkət etməsini nümayiş etdiriblər. Alimlər gələcəkdə sözügedən robotların dərman maddələrinin çatdırılması üçün istifadəsini planlaşdırır. İxtiranı təsvir edən məqalə “Scientific Reports” jurnalında dərc edilib. Nanorobotlar miniatür dairəvi hissəciklərdən ibarət zəncir formasındadır. Maqnit sahəsi hissəcikləri fırladır və bu halda zəncirin uzunluğu onun yüksək sürətlə hərəkət etməsini təmin edir. Alimlər müxtəlif robotları sınaqdan keçiriblər. Ən uzun qurğu 13 hissəcikdən ibarət olub və saniyədə 17.85 mikrometr sürətlə hərəkət edib. Miniatür robotların hərəkət etməsindən ötrü xarici maqnit sahəsi tətbiq edilib. Maqnit sahəsinin fırlanma sürəti ilə zəncirlər arasında asılılıq olduğu müəyyənləşdirilib. Bununla belə yüksək tezlik uzun qurğuların kiçik  hissələrə bölünməsinə səbəb olur. Maqnit sahəsinin istiqamətini dəyişdirərək iki robotun bir-birinə əks istiqamətdə hərəkət etməsinə nail olmaq olar. Alimlərin sözlərinə görə, nanorobotlar dərman maddələrinin çatdırılması sistemi kimi xidmət göstərə, həmçinin cərrahi əməliyyat zamanı müxtəlif məsələləri yerinə yetirə bilər.

nanorobot

“Bastille” şirkətinin təhlükəsizlik məsələləri üzrə ekspertlərinin araşdırmasına görə, simsiz klaviaturalar, həmçinin tanınmış istehsalçıların modelləri haker hücumlarına qarşı dayanıqsızdırlar. Əksər simsiz klaviaturalarda şifrələnməmiş radio rabitə protokollarından istifadə olunması mütəxəssisləri təəccübləndirib. Bu o deməkdir ki, klavişin kodları faktiki olaraq dəyişməz formada “USB” qəbulediciyə ötürülür. Hakerlər 75 metr məsafədən simsiz qurğulara qoşula bilər. Bundan sonra onlar klaviatura vasitəsilə daxil edilmiş istənilən simvolu ələ keçirməyə imkan verən “KeySniffer” hücumunu işə salır. Bundan başqa, hakerlər məsafədən qurbanın klaviaturasına müdaxilə edə bilər. Bu, zərərli proqram təminatını quraşdırmağa və başqa əməliyyatları yerinə yetirməyə imkan verir. Ekspertlər haker hücumlarına qarşı dayanıqsızlığı sübut edilmiş qurğuların tam siyahısını xüsusi yaradılmış saytda göstəriblər. Onların iddiasına əsasən, bu problemin proqram nöqteyi cəhətdən həlli mövcud deyil. Ona görə haker hücumuna dayanıqsız modellərdən istifadə etmək lazım deyil.

haker

Pokemon Go-ya olan maraqlar dünyada səs salmaqda davam etdikcə yeniliklərin edilməsi vacib xarakter daşımağa başlayır.Bunu nəzərə alan mütəxəssislər Pokemon Go üçün yenilik edib və artıq Pokemon tapmaq əvvəlki qədər asan olmayacaq, çünki Android və İOS sistemləri istifadəçiləri artıq Pokemonların izlərini görə bilməyəcəklər. Yalnız onların orda olması haqda təəssürat yaradılacaq. Belə olan halda ayaq izlərinin köməyi ilə tapdığınız Pokemonları artıq yeni üsullarla axtarmalı olacaqsınız. Amma digər tərəfdən siz öz avatarınıza yenidən düzənləyə biləcəksiniz. Həmçinin oyundakı vizuallıq və animasiya effekti daha irəli səviyyəyə daşınacaq. Xəritədə, pokemonların görünüşü və əldə olunan medallar da bu dəyişiklərdən kənarda qalmayıb.

pokemon

Bloombergin verdiyi məlumata görə Apple Store artıq yeni təklif edəcəyi “For you” (“Sənin üçün”) etiket ilə sizin alış-verişinizi daha da asanlaşdıracaq. “For you” etiketi xərclərinizə qənaəti və eyni zamanda mağazada nələrin olması haqda fikir formalaşdırmağa yardımçı olacaq. Bu etiketin əsas məqsədi sizə gələcək alış-verişlərinizi daha verimli etmək məqsədi daşıyır. Məsələn, siz Macbook alırsınızsa, onda bu etiket sizə ona uyğun müxtəlif növ USB-C kabelləri təklif edəcək. Bu funksiya önümüzdəki günlərdə İPad və İphone Xidmətlərini Apple daxilində sınaq məqsədilə birləşdirə bilər. Apple sizin alış-verişlərinizə necə nəzarət edəcəyi haqda hələki tam olaraq açıqlama verməyib. Amma necə deyərlər “Yaşayarıq görərik”.

apple-playstationa-ciddi-rakip-olmaya-hazirlaniyor-845338-664x354

Pokemon Go oyununun yaradıcılarından olan Niantic şirkətinin Ceo-sunun Twitter hesabını hack edən hakerler bu haqda paylaşımlar etdiler. Beləki, #OurMine adı altında edilən paylaşımda password-ün çox asan olması yazısı 16.000 istifadəçi tərəfindən görülüb. Qeyd edək ki, bu haker qrupunun birinci kiber hücumu deyil. Bundan öncə bu qrup Google, Facebook, Twitter kimi dünya nəhənglərinin də CEO-larına eyni adlı hücumlar təşkil etmişdilər.

pokemon

Honor Note 8 ilə birlikdə Huawei şirkəti yeni büdcəli Honor 5 smartfonunu təqdim edib. Smartfon orta texniki göstəricilərə sahib olsa da yüksək sürətli LTE mobil şəbəkələrini dəstəkləyir. Huawei Honor 5 1280×720 piksel keyfiyyətli 5 inç HD ekran, 4 nüvəli MediaTek MT6735P prosessoru 2 GB-lıq RAM, 16 GB-lıq daxili yaddaş (microSD dəstəklənir), 2200 mAh enerji tutumlu batareya ilə təchiz olunmuşdur. Kameraya gəldikdə isə cihaz 8 MP-lik arxa və 2 MP-lik ön kameraya sahibdir. Smartfon Android 5.1 Lollipop əməliyyat sistemi üzərində çalışır və iki SIM-kart özəlliyini özündə daşıyır. Honor 5 $90 qiymətinə satılacaq.

Honor Note 81 Honor Note 8

Gözlənildiyi kimi Huawei şirkəti bugün öz yeni smartfonu Honor Note 8-i təqdim edib. Böyük metal korpusa sahib Honor Note 8 2560×1440 piksel keyfiyyətli 6.6 inç Quad HD ekran, 8 nüvəli Kirin 955 prosessoru, 4 GB-lıq RAM, 32/64/128 GB-lıq daxili yaddaş (microSD dəstəklənir), 4500 mAh enerji tutumlu batareya, 13 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunmuşdur. Bunlardan əlavə olaraq smartfon barmaq izi skanı, iki SIM-kart özəlliyi və USB Type-C girişinə sahibdir. Cihaz Android 6.0 Marshmallow əməliyyat sistemi üzərində çalışır. Honor Note 8-in 32 GB-lıq versiyası $346, 64 GB-lıq versiyası $376, 128 GB-lıq versiyası isə $420 qiymətinə satılacaq.

Huawei Honor Note 81 Huawei Honor Note 8

QR kod istifadə edərkən şəxsi məlumatlarınız ələ keçə bilər. Demək olar ki, bütün təhlükəsizlik sistemlərində istifadə olunan QR kodu hesab olunan qədər təhlükəsiz deyil.Bunu Mohamed Abdelbasset Elnouby apardığı araşdırma belə deməyə şərait yaradır.Onun WhatsApp Web üzərində apardığı təcrübə nəticəsində aydın olub ki, QR kodda adi dəyişikliklər aparmaqla istifadəçilərin bank hesablarını, şəxsi yazışmalarını əldə etmək olar.Bu isə təbii ki, gələcəkdə arzuolunmaz nəticələrə səbəb ola bilər.

qr kod

Harry Potter sevənlər Harry Potter Go ətrafında toplana bilərlər. Niantic Nintendo şirkətinin məhsulu olan Pokemon Go yarandığı vaxtdan çoxlu sayda oyun sevərləri öz ətrafında toplaya bilib. Hal-hazırda şirkət yeni bir oyun haqda düşünür. Bu oyun isə milyonlarca kütlənin rəğbətini qazanmış Harry Potter filmindən qaynaqlanan Harry Potter Go olması haqda söz-söhbətlər gəzir. Beləki, Warner Bros-lə adı çəkilən şirkətin danışıqları baş tutarsa, gələcək zamanda Harry Potter heyranları yeni oyunla tanış olacaqlar.

Harry Potter Go

Microsoft, Bizspark və Bizspark Plus dəstək proqramlarıyla, Startuplara Microsoft lisenziyalarından pulsuz istifadə imkanı tanıyıt. Bütün dünyada texnoloji startupları dəstəkləyən Microsoft, Bizspark və Bizspark Plus proqramlarıyla ekosistemin inkişafı üçün çalışır. Əgər sizdə illik 250.000 dolların altına bir dövriyyəyə sahib və 5 ildən az müddətdir ekosistemdə olan bir Startup sahibisinizsə startupınızla başvuraraq Microsoftun Bizspark və ya Bizspark Plus proqramlarına qoşularaq onlardan dəstək ala bilərsiniz. Microsoft Azərbaycan – artıq bir neçə ildir Bizsparkı Azərbaycanlı startuplara tanıdıb. Proqrama qoşulmaqla 120.000 dollarlıq virtual investisiya əldə edib və bununla bir neçə il startuplarınız üçün Microsoft lisenziyalarından, Visual Studio və Azure məhsullarından istifadə haqqı qazanırsınız. Hal hazırda ölkəmizdə də kifayət qədər Bizspark istifadəçisi mövcuddur.  Üç il boyunca illik gəlirini 1 milyon dollara çatdıran Startuplar, Microsoft Azure-dan istifadə həcmi və potensiyalları göz önünə alınaraq bir üst dəstək proqramı olan Bizspark Plus-a daxil edilir. Bu proqram isə bir il davam edir və şirkətlər 120.000 dollarlıq ödənişsiz Microsoft Azure platformundan istifadə haqqına sahib olur.

microsoft

Nokianın ağıllı telefonlara keçidi vaxtında əlimizdən düşməyən klassiklərini yenidən dizayn edərək həyatımıza qatacaq olan yeni bir telefon şirkəti quruldu.Nokianın heç şübhəsiz bütün dünyada olduğundan daha çox ölkəmizdə yeri daha başqadır. 3310, 1110 və s. ilk modelləriylə yanaşı daha yaxın tarixdə olan N və E seriyalarını xatırlayarıq. Dizayn olaraq olduqca görkəmli olan N seriyası və biraz BlackBerry-ni xatırladan və iş adamları üçün hazırlanmış klaviaturalı E seriyalarını hələ də istifadə edənlər var. Nokia brendiylə  istehsal olunan  Microsoftun  telefonları, Nokianın öz istehsal edəcəyi telefonlar və HMD-dən gələcək klassik Nokia modelləri ilə darıxdığımız markanı bir çox fərqli formalarda görmək bizləri olduqca sevindirir. Ancaq görünüşə görə, sanki gələcəyə getmək yerinə geri getməyə başladıq. Nokianın klassikləriylə geri qayıtması, Pokemon çılğınlığının yenidən artması kimi təfərrüatlar sanki hal hazırda 2016-cı ildə deyil də 90-cı illərin sonunda və 2000-ci illərin əvvələrindəymişik kimi hissetdirməyə başladı. Və yeni qurulan “HMD Global” adlı bir şirkət, Nokianın bu klassikləşən telefonlarına sadiq qalaraq yenidən istehsal edəcəyini vurğulayır. Nokianın marka və logosuna sahib olan HMD gözəl bir addım ilə Microsoft-dan istifadə haqqı üçün lisenziya alaraq həyata keçirəcəyi layihə ilə Nokia-nın klassikləşən modellərini yenidən canlandıracaq.

a_62

Facebook-un keçən aylarda istifadəçilərə təqdim etdiyi “canlı yayım” Twitter-in sahib olduğu Periscope-dan yeniliklər etməsini qaçılmaz etdi. İstifadəçilər paylaşdıqları videoların #save təqi istifadə etməklə 24 saat saxlanmasına və eyni zamanda silinməsinə nail ola bilirdilər. Şirkətin CEO-su Kavyon Beykpour bildirib ki, onlar artıq videoların sonsuzadək saxlanmasına nail olmaq istəyirlər. Bundan əlavə, videoların daha sürətli silnməsinə də şərait yaradacaqları üzərində işlərə baxıldığını bildirib.

facebook_21ery6f63563

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register