Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Apple məhsullarının yüksək templə satıldığını hamı bilir. Bu əsasən şirkətin hansısa cihaza ön sifariş açaraq həmin cihazın bir neçə saat ərzində sifariş olunması vaxt nəzərə çarpır. Lakin istifadəçilərin demək olar ki, hamısı Apple məhsullarının necə sürətlə satılması haqqında fikirləşmir. Everyseond.io portalı iPhone, iPad, Apple Watch və şirkətin digər məhsullarının hansı sürətlə satıldığı haqqında maraqlı statistika təqdim edib. Statistikaya əsasən Apple hər saniyə ərzində 10-11 ədəd iPhone satır. Bununla belə şirkət 1 dəqiqə ərzində $80.000 gəlir əldə edir. Qeyd edək ki, portal Apple-ın aktual statistikasına sahib deyil. Təqdim olunmuş məlumatlar isə şirkətin rüblük hesabatları əsasında hazırlanıb.

apple-playstationa-ciddi-rakip-olmaya-hazirlaniyor-845338-664x354

Bir neçə müddət bundan öncə Tesla şirkəti akkumulyator istehsalı ilə məşğul olan böyük zavodun açılışını etmişdi. Elon Musk həmin açılışda hətta Tesla Model 3 avtomobilini də təqdim etmişdi. Technote.az-ın “Reuters” mənbəsinə istinadən verdiyi xəbərə əsasən məlum olub ki, günəş enerjisinin hasil edilməsi ilə məşğul olan SolarCity şirkəti rəsmi olaraq Tesla tərəfindən alınıb. SolarCity Tesla-ya 2.6 milyard dollara başa gəlib. Mənbənin verdiyi məlumata əsasən 1 il öncə bu müqavilə Tesla-ya ikiqat baha başa gələ bilərdi. Lakin hal-hazırda günəş batareyaları bazarında inkişaf tempinin, satışların aşağı düşməsi və digər şirkətlərlə olan rəqabətin böyüməsi nəticəsində müqavilə bu məbləğ qarşılığında bağlanıb. Maraqlısı isə budur ki, bir çox mütəxəssislərin fikrincə Tesla Motors-un bu yeni alışı onun gəlirinə müəyyən dərəcədə mənfi təsir edəcək. Belə ki, müqavilənin bağlanmasının rəsmi açıqlamasından sonra hər iki şirkətin səhmləri aşağı düşüb.

tesla

iPad Pro artıq kompüterlerin yerini almağı hədəfləyir. Artıq Apple, IPad Pro cihazının yeni reklam çarxını sevenleri ilə paylaşıb. Açıqlamalarda artıq çoxsaylı funksiyaları özündə birləşdirən iPad Pro, kompüterləri əvəz edəcək funksiyaları daşıyacağını bildiriblər. Cihazın 9.7 inç ölçüdə olması və PC-nin daşıdığı bütün funksiyaları daşıya bilmə özəlliyi diqqətə çatdırılıb. Hal-hazırda istifadəçilərin internet üzərindən axtarışları, oyunlar və PC-nin daşıdığı digər xüsusiyyətləri iPad Pro-nun özündə birləşdirməsi müsbət rəylərə səbəb olub. Bundan əlavə iPad Pro 2.26 GHz sürətlə çalışan iki nüvəli və 4GB RAM yaddaşa sahibdir. Bundan əlavə görüntünün 2048 x 2732 piksel keyfiyyətli İPS panelə sahib olması yüksək görüntüdən xəbər verir. Həmçinin bu model digər iPad modellərindən fərqli olaraq stilus kimi əlavə texnoloji vasitələrlərlə də istifadə oluna biləcək. Həmçinin Apple Pencil-in ayrıca satışı da nəzərdə tutulur.

Prisma yoxsa Alter? Milyonlarca istifadəçi tərəfindən sevilən və istifadə olunan şəkil redaktoru tətbiqi Prisma-ya yeni rəqib gəlir. Bazarda yeni olan Alter, Prisma ilə rəqib olmaqla bərabər yeni funksiyaları istifadəçilərə təqdim etməyə hazırlaşır. Qeyd edək ki, Prisma-nın sadəcə iOS platformasında istifadəçı sayı 1milyardı keçib. 1 milyarda yaxın fotonun filtrləndiyi Prisma-dan fərqli olaraq Alter, istifadəçilərə fotolara öz filtrlərini tətbiq etmə xüsusiyyəti verir. Belə ki, filtrlədiyiniz şəkillə bərabər əlavə filtr də əlavə edə bilərsiniz. Bu isə istifadəçinin seçimini çoxçeşidli etməyə imkan verir. Alteri Android və iOS cihazlarından rahatlıqla yükləyə bilərsiniz.

programs

 

Yahoo istifadəçilərinin şəxsi məlumatları təhlükədə ola bilər. ‘Peace’ ləqəbli bir hacker “Dark Web” saytında Yahoonun nə az, nə çox düz 200 milyon istifadəçisinin şəxsi məlumatlarını əldə etdiyini və bütün məlumatlar üçün $1800 tələb etdiyini bildirib. Daha əvvəllər “MySpace” və “Linkedln” kimi şirkətlərə kiber hücum təşkil edən hackerin dediklerinin doğruluğu yoxlanılır. Hal-hazırda Yahoo bununla bağlı araşdırma etdiyini açıqlayıb. Yahoo nümayəndələri bu sənədlərin 2012-ci ilə aid olduğu haqda rəylərə əsasən yoxlayacaqlarını bildiriblər.

yahoo

Samsung və Apple arasında məhkəmə davası qurtarmaq bilmir. 2011-ci ildə Apple şirkəti ilə Samsung arasında yaranan müəllif hüquqlarının oğurlanması iddiası sonda məhkəmə ilə nəticələnmiş və dünya gündəmini zəbt etməyi bacarmışdı. Məhkəmə Apple şirkətini haqlı sayaraq onun tələb etdiyi 930 milyon dolları verməsi haqda Samsung əleyhinə qərar çıxarmışdı. Məhkəməni uduzan Samsung cəzanı 548 milyon dollara qədər endirməyi bacarmışdı. Cəza endirimi ilə barışmayan Apple Ali Məhkəməyə müraciət edib. Lakin Samsung şirkəti Ali Məhkəmənin müəllif hüquqlarının pozulması müddəası ilə baxılmasını istəyir və məbləği daha da azaltmağa çalışacaqlarını bildirib.

samsungiphone

Bu gün çoxdan gözlənilən Samsung Galaxy Note 7 istifadəçilərə təqdim olundu. Mediaya daha əvvəl Samsung Galaxy Note 7 ilə əlaqədar məlumatların sızdırılmasına baxmayaraq təqdimat mərasimi maraqla qarşılanıb. Samsung Galaxy Note 7 xüsusiyyətləri ilə daha yaxından tanış olaq. Android 6.0 Marshmallow işləmə sistemi, 12 Mp arxa (f/1.7) , 5 Mp ön kamera, 4K nüvəli, 1.4 µm piksel ölçülü, 4 GB RAM, Mali-T880 MP12 ve Adreno 530 GPU, 5.7 inch Super AMOLED 1440 x 2560 ekran (518 ppi piksel yoğunluğu), Corning Gorilla Glass 5, İris oxuyucusu, barmaq izi sensoru, Kabelsiz batareya qurğusu, Suya ve toza qarşı davamlı dizayn (IP68 – 1,5 metrə dərinliktə 30 dəqiqə qala bilir), 4 fərqli rəng seçimi (Mavi mərcan, Qızılı platin, Gümüş titanium ve Qara oniks), Təkminləşdirilmiş S Pen xüsusiyyəti, 64 GB depolama sahəsi (microSD ile 256 GB’a qədər yüksələləbilir), 3500 mAh batarye həcmi, Ölçüləri:153.5 x 73.9 x 7.9 mm ; Ağırlığı: 169 qram.

Samsung şirkəti Galaxy Note 7 smartfonunun anonsu ilə yanaşı öz panoram video çəkiliş özəllikli Gear 360 kameralarının irimiqyaslı istehsalata keçdiyini qeyd edib. Sözügedən kamera hələ bu ilin fevral ayında Barselonada keçirilmiş MWC 2016 tədbirində təqdim olunmuşdur. Gear 360 artıq bir sıra regionlarda məhdud sayda satışa çıxmışdır. İndi isə şirkət onun istehsalını irimiqyaslı edərək Galaxy Note 7 ekosisteminin bir hissəsinə çevirəcək. Cihazın irimiqyaslı satışı Galaxy Note 7 ilə birlikdə 19 avqust tarixinə planlaşdırılıb. Gear 360 ABŞ-da $349.99 qiymətinə satılacaq. Qeyd edək ki, panoram (360 dərəcə) video çəkiliş üçün Gear 360 kamerası 2 ədəd 15 MP-lik Fisheye sensorları ilə təchiz olunub. Həmin sensorlar saniyədə 30 kadr göstərici ilə 3840×1920 piksel keyfiyyətli videolar və 30 MP keyfiyyətli fotolar çəkməyə qadirdir. İstifadəçi istədiyi vaxt bir kameradan istifadə edərək 180 dərəcəli videolar da çəkə bilər. Cihaz IP53 standartı üzrə nəmişlik və tozdan qorunma xüsusiyyətinə sahibdir. Bütün bunlardan əlavə olaraq Samsung Gear 360 Wi-Fi, Bluetooth 4.1, USB 2.0 girişi, akselerometr və hiroskopu özündə birləşdirir.

360derece

Galaxy Note 7 smartfonunun təqdimatı çərçivəsində Samsung şirkəti Gear VR cihazının yenilənmiş versiyasını təqdim edib. Cihazın yeni versiyası böyüdülmüş linzaların sayəsində 96-101 dərəcə baxış bucağı xüsusiyyətinə, yenilənmiş idarəetmə touchpad-na və rahat korpusa sahibdir. Yenilənmiş Gear VR USB Type-C girişi vasitəsilə Galaxy Note 7 smartfonuna, Galaxy S7 Edge, Galaxy S7, Galaxy Note 5, Galaxy S6 Edge+, Galaxy S6 Edge və Galaxy S6 smartfonlarına isə micro-USB giriş vasitəsilə qoşula bilər. Cihaz akselerometr, hiroskop və yaxınlaşdırıcı sensorlar ilə təchiz olunub. Samsung Gear VR Galaxy Note 7 ilə birlikdə 19 avqust tarixində $99 qiymətinə satışa çıxacaq.

gear

Twitter-in Çin analoqu olan Weibo saytında hələki anonsu olmamış Xiaomi Redmi Pro Mini smartfonunun texniki göstəriciləri aşkar olunub. Xiaomi Redmi Pro Mini 1920×1080 piksel keyfiyyətli 5.2 inç Full HD OLED ekran, Qualcomm Snapdragon 652 prosessoru və 4000 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Xiaomi Redmi Pro-dan fərqli olaraq Mini versiya ikili yox standart kameralara sahib olacaq. Məlumata əsasən 3 GB RAM-lı (32 GB daxili yaddaş) versiya $225, 4 GB RAM-lı (32 GB daxili yaddaş) versiya $255, 4 GB RAM-lı (128 GB daxili yaddaş) versiya isə $285 qiymətinə satılacaq.

xiomi

Kompüterə və ya şəbəkəyə yazıldıqdan sonra idarəni ələ alan və sənədləri silməklə istifadəçilərdən pul tələb edən hackerlər mənfi sistemləri(ramsonware) istifadə edərək bir çox insanın başına dərd olmaqda davam edir. Bunun üzərində araşdırma aparan Cisco, ramsonware üzərindən pul qazanan hackerlərin illik gəlirini açıqlayıb. Məlumata görə bu rəqəm 34 milyon dollar həcmində hesablanır. Qeyd edək ki, bu Cisco-nun 2016-cı ili əhatə edən il ortası hesabatıdır.

haker

Əgər instagram istifadə edirsinizsə istəmədiyiniz şərhlərin nə qədər cansıxıcı olduğunu bilirsiniz. Əslində sadəcə İnstagramda deyil bütün sosial şəbəkələrdə eyni vəziyyət mövcuddur. İnstagramı digərlərindən daha sıxıntılı bir platforma halına gətirən isə şərhlərə qadağa qoymağın mümkün olmamasıdır. İstifadəçilər öz şəkillərinə şərh yazanlar üzərində söz sahibi ola bilmir və buna görə də şəkillərin altı istənməyən şərhlərlə və reklam mesajlarıyla dola bilir.Yeni gələn funskiya sayəsinə artıq istifadəçilər İnstagram şərhləri üzərində söz sahibi olacaqlar.İstifadəçilər şərhlərində olmasını istəmədikləri sözləri filtrləyə biləcəklər.Sözügedən funksiyayla yanaşı istifadəçilər istəyə bağlı olaraq Youtube sosial şəbəkəsində olduğu kimi istədikləri şəkilə heç bir şərhin yazılmamasına qadağa qoya bilərlər.Aylıq 500 milyondan çox istifadəçisi olan İnstagramın bu funksiyanı mərhələli olaraq istifadəyə açacağı və irəlidəki aylarda bütün istifadəçilərin bu funksiyadan istifadə edə biləcəkləri gözlənilir. İnstagramın İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri “Nicky Jackson Colaco” bu barədə açıqlama verərkən;Məqsədlərinin İnstagramı daha səmimi,əyləncəli və hərşeydən vacibi təhlükəsiz bir yer halına gətirmək olduğunu bildirib.

instagram

Əgər siz Facebookda canlı yayımlara çox baxırsınızsa , daha çox reklam görməyə hazır olun. Facebook artıq canlı yayımlarda 15 saniyəlik qısa video reklamların tətbiqinə başlayır. Bəs sistem necə işləyəcək? Bu hələ tam dəqiq deyil. Hələlik, sadəcə “kiçik bir qrup reklamverənlər” canlı yayımlar üçün qısa video reklam əlavə edə biləcəklər. Bu video reklamlar canlı yayım 5 dəqiqə davam etdikdən sonra  ortaya çıxır və maksimum 15 saniyə davam edir. Reklamverənlər üçün əlverişli bir reklam üsulu olacağı güman edilən bu sistem Facebookda Beta rejimində fəaliyyət göstərir və yaxın zamanda hərkəsin istifadəsinə veriləcəyi güman edilir.

facebook-canli-yayim

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register