Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Facebook”dan istifadə “iPhone” telefonlarının batareyasının ömrünü qısaltması iddiası ilə bağlı açıqlama verilib. “Facebook” şirkəti açıqlama yayaraq bu iddiaları təsdiqləyib. Məlumata görə, bu məsələ ilə bağlı ilk şikayət ötən həftə Matt Qilliqan bloq yazısında qeyd edib. O yazıb ki, “iOS”larda “Facebook” proqramı 1 həftə içində əlavə olaraq 15 faiz enerji tükənməsinə səbəb olur. Başqa bir istifadəçi isə “iPhone” telefonlarında batareyaların ömrünün 39 faizinin “Facebook” proqramının apardığını bildirib. Bu iddialardan sonra “Facebook” şirkəti bu problem araşdırmağa başlayıb. Şirkətdən bildirilib ki, qısa zamanda problem həll etməyə çalışacaqlar.

facebook

Heç bir örtük olmadan 200 metr dərinliyindəki suda belə problemsiz bir şəkildə işləyə bilən kamera, 30 FPS’dən 4K, 100 FPS’dən isə 1080p video qeydiyyatı apara bilir. 12 meqapiksel həllolma dəqiqliyində fotoşəkil çəkə bilən kamera, üzərində yerləşdirilən 1.700 mAh dəyərindəki enerji ilə 2 saat işləyir. Micro SD kartlar sayəsində yaddaşı 64 GB-a qədər artırılan cihazda, 0,5 düymlük OLED ekran yerləşdirilib. Bu ekran sayəsində suyun dərinliyi, istiliyi, batareya müddəti, saat və digər rejimləri asanlıqla görə biləcəksiniz. 161 qram ağırlığındakı Octospot’ta, maqnetik nəzarət düymələri də yerləşdirilib. Cüt bant Wifi və Bluetooth əlaqələrə də dəstək verən kamera əlcəklərlə də rahatlıqla istifadə edilə bilir. Cihaz gələn ilin yanvar ayında 369 dollar qiymətində satışa çıxarılacaq.

camera

“Samsung” şirkəti yeni “Galaxy Note 7” smartfonunu təqdim edib. Yeni fablet 4 rəngdə (qara, gümüşü, qızılı və mavi) əlçatandır. Qurğu 64 QB daxili yaddaşa malikdir. Əlavə kart vasitəsilə daxili yaddaşı 256 QB-a kimi artırmaq mümkündür. Yeni “Galaxy Note” hər iki tərəfdən bükük 5.7 düymlük “Quad HD Super AMOLED” displeyi və “Galaxy S7″də olduğu kimi analoji kameraya malikdir. 3500 milliamper/saat tutumunda olan akkumulyator simsiz enerjidoldurma texnologiyasını dəstəkləyir. Qurğu gözün qüzehi qişasının skan edilməsi texnologiyası, həmçinin təhlükəsizliyin təmini üçün barmaq izi skaneri ilə təchiz edilib. Model ucluğu 0,7 mm olan “S Pen” təkmilləşdirilmiş elektron lələyi ilə təchiz edilib. Bundan başqa, bu smartfon toz və sudan qoruma texnologiyasına malikdir və bunun sayəsində 30 dəqiqə suyun altında qala bilər.

galaxy not 7

Facebook “Rio 2016 Olimpiya Oyunları” üçün ilham verici 3 yeni funksiyasını istifadəçilərə təqdim edib. “Olimpiyada maskası”: MSQRD-dən öz ölkənizi və ya dəstəklədiyiniz komandanı ifadə etmək üçün istifadə edə bilərsiniz. “Olimpiyada lenti”: Avqustun 1-dən 5-dək istifadəçilər lentin başlanğıcındakı keçid vasitəsilə olimpiyada məzmununa daxil olma imkanı əldə edəcəklər. Analoji qayda həmçinin avqustun 21-i, oyunların yekunlaşması zamanı da aktivləşəcək. “Olimpiyada çərçivəsi”: İstifadəçilər şəkillərin olimpiyadaya uyğun çərçivədə təsvirindən istifadə edə bilərlər.

facebook olim

Ən böyük rəqibi Spotify ilə yarışa bilmək üçün bundan tam olaraq 10 ay əvvəl Android istifadəçiləri üçün istifadəyə verilmiş Apple Music, 10 ay ərzində beta versiyada qaldı. Bir çox yenilənməyə məruz qalan, dəyişən amma beta versiyadan heç bir halda çıxa bilməyən Apple Music, bugün edilən böyük yenilənmə ilə birlikdə 1.0 versiyasına keçid etdiyini və rəsmi olaraq beta versiyasından çıxdığını açıqladı. Gündən-günə inkişaf edən Apple Music, bəyənə biləcəyiniz musiqi dinləmə tətbiqlərindən biridir. Tətbiqi, Apple-ın 3 ay ödənişsiz istifadə təklifi bitmədən istifadə etməyinizi məsləhət görürük.

apple_music

“IBM” korporasiyası insan beynindəki neyronlar kimi fəaliyyət göstərən ilk süni neyronlar yaradıb. Əsas özəlliyi əsl bioloji neyronların fəaliyyətində mövcud olan təsadüfilikdir. “IBM” korporasiyasının Sürixdə yerləşən tədqiqat laboratoriyasının əməkdaşları tarixdə ilk dəfə faza keçidinə malik süni neyronlar yaradıblar. Şirkətin nümayəndələri tərəfindən yaradılmış 500 belə neyron siqnalları insan beyninin iş prinsipinə oxşar üsulla emal etmək qabiliyyətinə malikdirlər. Qeyd edək ki, faza keçidinə malik neyronlar geniş tətbiq edilən materiallardan yaradılıb. Həm də neyronlar stoxastikdirlər (ehtimal edilən), yəni onlar sabit deyillər və bioloji neyronlar kimi müxtəlif nəticələr göstərə bilərlər. Birincisi, neyronlar artıq elektron sənayedə istifadə olunan geniş tətbiq edilən materiallardan hazırlanıb. İkincisi, olduqca kiçik ölçüdə neyronlar yaratmaq mümkündür. Bir süni neyronun uzunluğu təxminən 100 nm təşkil edir. Beləliklə, süni neyron yaratmış “IBM” şirkəti ilk dəfə bioloji beyin kimi fəaliyyət göstərmək qabiliyyətinə malik süni intellektin yaradılmasına çox yaxınlaşıb.

sbrdytgyy

Facebook sizin ad günlərinizi daha unudulmaz edəcək. Artıq Facebook ad günü təbriklərini fərqli bir formatda istifadəçilərə təqdim etməyi planlaşdırır. İstifadəçilərin ad günü təbriklərini Facebook-dan fərqli tərzdə alması mütəxəssisləri bu ideyanı daha da yaradıcı etməyə ruhlandırıb və budur artıq Facebook sizi daha fərqli formada təbrik edəcək. Artıq şirkət yeni versiyanı nümayiş etdirib.

Telegram-ın mobil tətbiqi 3.11 versiyasına kimi yenilənib. Yenilənmədən sonra Telegram-a cloud servis əlavə olunub. İstifadəçilər həmin cloud servisə foto, video və digər məlumatları yükləyə bilərlər. Cloud servis istifadəçinin özü-özü ilə söhbət çatını xatırladır. Bu çatdan olan və özündə vacib məlumatları daşıyan ismarıcları istifadəçilər digər şəxslərə də göndərə bilərlər. Bundan əlavə olaraq bu funksiya istifadəçilərin müxtəlif cihazları arasında faylların mübadiləsini aparamağa imkan verir. Daha bir yenilik isə tamamilə ayrı bir bölmə olan “Trending Stickers”dir. Bu bölmədə ən məşhur stickerlər yer alıb. Həmçinin messengerdəki qrupların ön baxışı funksiyası əlavə olunub. Bundan sonra hər hansı bir qrupa daxil olmamışdan öncə istifadəçi qrupda neçə nəfər insanın və onların kimlər olduğuna baxa biləcək. Digər xırda yeniliklər arasında botlar tərəfindən təqdim edilən məzmunların ön baxışı və faylların yüksək sürətlə yüklənməsi yer alır. Telegram-ın PC üçün olan versiyasına isə videoplayer əlavə olunub.

telegram

Bir neçə müddət bundan öncə Çin konsorsiumu tərəfindən alınmış Opera brauzerinə “39” adlı yenilənmə gəlib. Yenilənmə sayəsində indi brauzerdə ayrı-ayrı pəncərələrdə istənilən video formatı izləmək mümkündür. Xüsusi düyməyə klikləyərək istifadəçi video olan pəncərəni ekranın istənilən yerinə yerləşdirə bilər. Həmçinin artıq videonu bir kliklə aktiv və ya deaktiv etmək olar. Qeyd edək ki, sözügedən funksiya bu ilin may ayından beta-test rejimində idi və yalnız bir sıra saytları dəstəkləyirdi. İndi isə brauzerin yenilənməsi rəsmi şəkildə təqdim olunub. Videolar üçün nəzərdə tutulmuş ayrıca pəncərələr isə əksər saytlar və videoservisləri dəstəkləyir. Bundan əlavə olaraq yenilənmiş versiyaya start səhifəsinə redaktə olunması mümkün xəbər lenti və reklam bildirişlərinin deaktiv edilmə bölməsinə deaktiv siyahısı əlavə olunub. Opera 39 yenilənməsinin yaradıcılarının sözlərinə əsasən yeni versiyada Blink yaddaş meneceri optimallaşdırılıb. Buna görə də hər bir aktiv səhifə əvvəlkindən daha az yaddaş sərf edir.

Dünyadakı bütün rənglərə sahib olan, hər hansı bir səthdən rəng seçərək yaza bilən möhtəşəm qələm Cronzy tam olaraq rəssamlar üçündür. Xüsusilə qrafik dizaynerlər, rəssamlar və xəritə mühəndisləri kimi sənət sahələrində həm qələmin keyfiyyəti həm də əllərindəki rəng çeşidləri mühüm önəm daşıyır. Eyni zamanda tələbələrin və iş adamlarının da diqqətini cəlb edə biləcək olan Cronzy adlı bu qələm, həm ağıllı həm də 16 milyon rəng çeşidiylə ən çox rəng palitrasına sahib olan qələm olaraq rekorda imza atır. Android, iOS və hətta Windows Phone üçün tətbiqləridə olan Cronzy, bu tətbiqlər üzərindən rəng seçəbilmənizə şərait yaradır. Eyni zamanda Cronzy sizə çiçək, meyvə, çanta, ayaqqabı və s. dünyadakı hər hansı bir əşyaya qələmin arxasını toxunduraraq rəng seçə bilmənizə də şərait yaradır.

Yaxşı üzə bilərik ya da heç üzməyi bilmir də ola bilərik amma yenə də dənizin zarafatı olmadığı üçün özümüzə diqqət etməliyik. Bu barədə işlər görən Kingii markası həm digər insanlarında çox diqqətini cəlb etməyəcək həm də çox işimizə yarayacaq qolbağ hazırladı. Üzərkən qolunuza taxdığınız məhsulun ipini çəkdiyiniz anda CO2 qazı avtomatik olaraq şarı havayla doldurur və sizi suyun üstünə çıxardır. Məhsulun üstündə əlavə olaraq kömək çağırmanız üçün fit və kompas var.  Bu məhsul çox həyat qurtaracağa bənzəyir.

qolbagi

Amazon şirkəti yeni qulaqçıqların patentini alıb. Gerçəkləşəcəyi təqdirdə bu qulaqcıqlar musiqi sevərlərin sevimlisinə çevrilə bilər. Bu qulaqcığı digərlərindən fərqləndirən əsas cəhət onları dinləyənin adı çağrıldıqda musiqini dayandırmasıdır. Bu yalnız adların çağrılması zamanı deyil, həmçinin avtomobilin siqnalı çalarkən eyni reaksiyanı verə bilməsi nəzərdə tutulur. Bununla bərabər qulaqcığın yüksək səs effektinə malik olacağı bildirilir.

amazon

İsti yay günlərində insanlar sərinləmək üçün dənizə, hovuza üz tutsalar da, bir qorxu həmişə qalır. Söhbət suda boğulmaq qorxusundan gedir. Azərbaycan gəncləri bu məsələyə rahat bir çözüm tapıblar. Onların düşünüb hazırladığı «swimsos» adlanan şortlar təhlükəni önləyəcək. Yeniliyin müəllifləri Elşən Zeynalov və Səməd Xanməmmədlidir. İPİ ÇƏKİNCƏ… Bu çimərlik geyiminin içərisinə bir qurğu yerləşdirilib. Qurğunun sol tərəfində bir ip var. Təhlükə anında istifadəçi bu ipi aşağı dartınca, qaz balonu deşilir, şortun yuxarısındakı halqa şişir, istifadəçi suyun üzünə qalxır. Elşən Zeynalov uşaq vaxtından boğulma xofu yaşadığını deyir. O, yeniliyin hazırlanmasında bu xofun rolunu danmır.«AZƏRBAYCAN MƏHSULU XİLAS EDİR» Şortlar qlobal bazardan ötrü düşünülüb. Müəlliflərin sözlərinə görə, məhsulun əsas fərqi onun rahatlığıdır. Üzən adam üstündə əlavə nəsə daşımalı olmur. Elşən Zeynalov məhsulun dünyada böyük maraq doğuracağına inanır: «Təsəvvür edin ki, Azərbaycan məhsulu hansısa bir ölkənin vətəndaşlarını boğulmaqdan qurtarır. Bu, çox fərqli duyğudur». Şortun qiyməti 60-70 dollar arasında olacaq.

Samsung şirkətinin Satış Departamentinin rəhbər köməkçisi Justin Denison Apple şirkətini lağa qoydu. Samsung-un təşkil etdiyi mərasimdə çıxış edən və Galaxy Note 7-nin tanıtımını həyata keçirən Justin Denison, Apple-ın yeni iPhone-unda qulaqlıq girişinin olmamasını lağa qoyub. Galaxy Note 7-nin şarj girişindəki dəyişikliklərdən və şarj naqilinin ucunun dəyişdirilə bilən olmasından bəhs edən Justin Denison, rəqibi Apple-a söz ataraq “Galaxy Note 7-nin başqa nəyə sahib olduğunu bilirsinizmi? Bir qulaqlıq girişinə” deməsi iştirak edən qonaqların gülüşünə səbəb olub.

1007 balaca robot sinxronizə rəqs edərək Ginnesin Rekordlar Kitabına düşməyi bacardı. Rekord Çinin Qingdao şəhərində keçirilən beynəlxalq pivə festivalında baş tutub. İlk əvvəl təşkilatçılar 1040 robotun iştirak edəcəyini bildirsələr də, sonda boyu 43 sm-dən böyük olmayan 1007 robot rəqsi icra edib. Ginnesin Rekordlar Kitabının nümayəndələri rekordun baş tutduğunu bildiriblər. Qeyd edək ki, keçən il də eyni adda rekord qırılsa da rekordda sadəcə 540 robotun sinxronizə rəqsi baş tutmuşdu. Rekordun baş tutması üçün robotlar bir dəqiqədən az hərəkət etməməli, dayanmamalı və eyni zamanda yıxılmamalı idilər.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register