Gürcüstan-Rusiya müharibəsində həlak olanlar yad ediləcək
2008-ci ildə Rusiya-Gürcüstan müharibəsi ilə bağlı yerli özünü idarə etmənin rəhbər şəxsləri və əməkdaşları Gürcüstanın ərazi bütövlüyü üçün müharibədə həlak olmuş Marneulili əsgərlərin memorialına çələnglə ziyarət edərək, yad edəcəklər.
Təbirin təşkilaçısı Zura Xaptani Radio Marneuliyə məlumat verdi: “İlk növbədə şəhid ailələrinə baş sağlığı verirəm. Təşkil olunmuş tədbirə gəldikdə isə Marneulidə memorial qarşısına çələng qoyulacaq, yad edilib, ruhlarına dualar oxunacaq. Sonra isə ədəbi tədbir baş tutacaq, rəsm sərgisi olacaq.”
Müharibədə şəhid olan əsgərləri yad etmək üçün Marneulinin Mədəniyyət evinin təşkilaçılığı ilə kiçik tədbirdə baş tutacaq. Tədbirə şəhid olanların ailələri və vətəndaşlar qatılacaqlar. Həlak olmuş əsgərlərin ailələrinə yerliözünü idarəetmədən 500 lari məbləğində pul təqdim olunacaq.
Müəliflər Amil Məmmədov
Pərvin Abdullayev
Amil Məmmədov2286 Posts
0 Comments