Marneuli-Tiflis mağistral yolunda ağır yol-qəzası olub, ölən var

qeza

Oktyabrın 5-də  Marneuli -Tiflis magistral yolunun 25 kilometrliyində ağır yol qəzası baş verib.

Marneulifm  APA-ya istnadə xəbər verir ki, dumanlı və yağışlı hava şəraitində “Opel” markalı avtomobil  QRR 215 nömrəli digər “Opel Astra” avtomobilinə çırpılıb. Zərbənin gücündən nömrəsi müəyyən edilməyən birinci  “Opel” markalı avtomobil dərəyə yuvarlanıb. Naməlum sürücü hadisə yerində ölüb. Hadisə ilə bağlı yol patrul xidməti əməkdaşları, təcili yardım maşınları qəza yerinə gəliblər. Həkimlər  ağır vəziyyətdə olan qadına ilk tibbi yardım göstərdikdən sonra xəstəxanaya aparıblar.

Ölən sürücünün kimliyini müəyyən etmək hələ ki, mümkün olmayıb. Digər sürücü və sərnişinləri isə yoldan ötən sürücülər şəxsi maşınlarla xəstəxanaya aparıblar.

Qeyd edək ki, həmin dəqiqələrdə daha bir yol qəzası sayəsində yük maşını yolun kənarındakı dirəyə çırpılaraq aşıb. Ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

qeza qeza1 qeza2 qeza3

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register