Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Təhlükəsizlik məsələləri üzrə ekspertlər “Windows 10 Anniversary Update” adlı ən yeni yeniləmə paketində ilk dəfə 1997-ci ildə təsvir edilmiş təhlükəli boşluğu aşkar ediblər. Təhlükəsizlik sistemində boşluq sayəsində hakerlər istifadəçilərin məlumatlarına müdaxilə edə bilir. Fayl, printer və başqa şəbəkə resurslarına uzaq məsafədən giriş üçün tətbiq edilən “Server Message Block” (“SMB”) şəbəkə protokolunda boşluq qeydə alınıb. Sözügedən boşluq hakerlərin sistemə müdaxilə etməsinə, “Microsoft” hesabı üçün loqin və parolu ələ keçirməsinə imkan verir. Əvvəllər sözügedən boşluğa ciddi əhəmiyyət verilmirdi. İndi daha çox insan “Microsoft” hesabından istifadəyə əsaslanan məhsullardan istifadə edir. Ekspertlər məlumat veriblər ki, “Chrome”, “Firefox” və digər populyar brauzerlər bu problemdən sığortalanıb.

windows

Christopher Nolan-ın yeni filmi “Dunkirk”in ilk videosu təqdim olunub. Rejissoru Christopher Nolan-ın olduğu film İkinci Dünya Müharibəsi çərçivəsində həyata keçirilmiş ən irimiqyaslı hərbi əməliyyatlardan biri olan “Dunkirk” zamanı 300.000 əsgərin necə xilas olduğundan bəhs edəcək. Britaniya əsgərləri ilə ittifaq qoşunları tələyə düşərək düşmənlə amansız döyüş aparmalı olacaqlar. Filmdə baş rolları Tom Hardy, Cillian Murphy, Mark Rylance, Kenneth Branagh, Harry Styles və digərləri canlandırıblar. “Dunkirk” filminin premyerası 2017-ci ilin iyul ayında baş tutacaq.

Facebook emosiyalarında yenilik. Artıq emojiləriniz daha maraqlı olacaq. Facebook emosiyalarla əlaqədar yeni funksiyanı istifadəyə verib. Belə ki, artıq Facebook istifadəçiləri göndərdikləri mesajlarda seçdikləri emosiyaları daha böyük ölçüdə göndərə biləcəklər. Bunun üçün yalnız seçdiyiniz emosiyanı tutub saxlamaq və istənilən ölçüyədək genişləndirmək lazımdır. Yalnız siz əmri verdikdən sonra göndərmə aktı baş tutacaq. Həmçinin bənzər funksiyadan Google-un Allo chat tətbiqi istifadəçiləri cümlədə sözləri daha qabarıq ifadə etmək üçün istifadə edirlər. Qeyd edək ki, Facebook-un bu funksiyası hələki sadəcə iOS üçün aktivdir. Lakin bir müddət sonra Android və messenger.com üçün də istifadəyə verilməsi nəzərdə tutulur.

allo-whisper-shout-resize-work

Pointball – Mükəmməl 2D Strategiya Oyunu. Ubisoft, Konami, Activison Blizzard, Supercell, Niantic ilə başlayan şirkətlərə sahələri üzrə daha birçoxlarını da əlavə etmək olar. Bu şirkətlər, inkişafı 20-ci əsrin 1-ci yarısından başlayan rəqəmsal oyunlar sektorunun liderləri hesab olunurlar. Elə yalnızca Supercell şirkətinə nəzər yetirsək görərik ki,Finlandiya əsaslı şirkətin günlük gəliri 3 milyona yaxındır. Bəs bizim regionda necə? Bu sahəyə maraq varmı? İstifadəçisi olduğumuz oyun proqramlarının istehsalçısı bizim regiondan çıxa bilərmi? Cavab isə bəli. Softspark komandasının istifadəçi qarşısına çıxardığı Pointball oyunu artıq ictimaiyyət tərəfindən maraqla qarşılanıb. 2D mühitdə oynanılan mobil oyun strategiya kateqoriyası üzrə təqdim olunub və oyun səhnəsindəki fiqurlarda yerləşdirilmiş boşluqlardan hərəkət edən obyektin keçməsi məntiqinə əsaslanır. Hələlik Android platforması üçün yayımlanan oyunun tezliklə iOS versiyasınında təqdim olunacağı bildirilir. Aşağıda qeyd olunan link vasitəsilə oyunu yükləyib Softspark komandasına dəstək ola bilərsiniz. https://play.google.com/store/apps/details?id=com.softspark.pointball

App Store üçün tətbiq istehsalçıları ümumilikdə nə qədər gəlir əldə ediblər? Apple şirkətinin CEO-u Tim Cook öz rəsmi Twitter səhifəsində bildirib ki, App Store online mağazası üçün tətbiqlərin istehsalçıları artıq ümumilikdə 50 milyard dollar gəlir əldə ediblər. Bundan əlavə olaraq iyul ayında App Store tətbiqlərin satış və onlardan gələn gəlirlərin həmin tətbiqlərin istehsalçılarına verilməsi üzrə rekorda imza atıb. Maraqlısı budur ki, online mağazada satılan hər bir tətbiqin Apple üçün olan payı 30%-dir. Qeyd edək ki, bu rekorda müəyyən dərəcədə Pokemon GO oyunu səbəb olub. 6 iyul tarixində bazara çıxarılmış Pokemon GO oyunu App Store online mağazasının tarixində ABŞ ərazisində ən çox yüklənən və ən uğurlu tətbiq hesab edilərək birinci yeri tutdu.

app store

Təqdim olunmuş yeni üsul internet piratçılığa tamamilə son qoya bilər. Internet piratçılığın qarşısını almaq üçün Apple, Google və Microsoft kimi nəhəng IT şirkətləri pirat resurslarının blok olunması üçün sistem əməliyyatı səviyyəsində çalışacaq üsullar təqdim etməlidir. Nəticədə bütün məşhur əməliyyat sistemlərin istifadəçiləri torrent şəbəkələrdən və qeyri-leqal saytlardan istifadə edə bilməyəcəklər. Black Market Watch və Global Initiative Against Transnational Organized Crime mütəxəssisləri tərəfindən hazırlanmış hesabatda bildirilib ki, sistem əməliyyatı sahəsində böyük istehsalçı şirkətlər öz yeni əməliyyat sistemlərinə antipirat filtr-lərin əlavə olunması barəsində motivasiya ediləcəklər. Beləliklə brauzer və digər tətbiqdən asılı olmayaraq istifadəçi pirat resurslardan əməliyyat sistemi səviyyəsində qorunaraq torrent saytlara daxil ola bilməyəcək. Əgər istehsalçıları motivasiya etmək mümkün olmasa əməliyyat sistemlərinə bu üsulun tələbatı beynəlxalq səviyyədə həll olunacaq. Sərt tədbirlər piratçılıq ilə daha effektiv mübarizə aparmağa imkan verəcək. Qeyd edək ki, bu barədə şaiyələr daha əvvəllər də var idi. Belə ki, internetdə məlumat yayılmışdı ki,Windows 10 pirat resursların blok olunması və qeyri-leqal tətbiqləri sistemdən pozmaq xüsusiyyətinə sahibdir.

internet

Uzun fasilədən sonra Aya ilk özəl uçuş nə zaman reallaşdırılacaq? Moon Express şirkəti öz kosmik aparatının 2017-ci ildə Aya göndərilməsi barəsində icazə alıb. Daha əvvəllər Aya uçuş müxtəlif dövlət orqanları tərəfindən reallaşdırılırdı. Moon Express isə Aya uçuşu reallaşdıracaq ilk özəl şirkət olacaq. Uçuşa icazəni ABŞ-ın Federal Mülki Aviasiya İdarəsi verib. Bundan sonra istənilən təşkilat və ya özəl şirkət Ay, Mars və asteroidlərə uçuşların edilməsi barəsində ərizə ilə müraciət edə biləcək. Bəlkədə yaxın gələcəkdə bizi kosmik turizm gözləyir. Moon Express Aya uçuşu 2017-ci ilə plaşlaşdırıb. Lakin daha dəqiq tarix hələki bilinmir. Şirkət Aya içərisində təcrübələrin aparılması üçün avadanlıqların və kommersiya məqsədli yüklərin olacağı kiçik kosmik aparatı göndərəcək. Moon Express tərəfindən reallaşdırılıcaq Ay missiyası iki həftə davam edəcək. Bu müddət ərzində kosmik aparat Yer kürəsinə müxtəlif foto və videoları göndərəcək.

ay

Apple-ın yeni model qulaqlıqları. Apple, İPhone 7 modelində standart 3.5mm qulaqlıq girişini qaldıracağını bir müddət əvvəl elan etmişdi. Bazar iqtisadiyatında fərqli siyasət tətbiq edən Apple şirkəti, bildiyiniz kimi iPhone 7-də microUSB və ya USB Type-C yerinə Lightning girişə yer verəcək. Nümayiş olunacaq yeni iPhone modelində Lightning bağlantıya sahib EarPods qulaqlığı da yer alacaq. Lightning girişi sayəsində yüksək səs effektinin olması xəbəri Apple istifadəçilərinin gözləntilərini daha da yüksəldib. Qeyd edəki ki, bir müddət öncə Galaxy Note 7-nin nümayişi zamanı Samsung şirkətinin Satış Departamentinin rəhbər köməkçisi Justin Denison buna görə Apple şirkətini lağa qoymuşdu.

nausnik

Ağıllı üzüklərlə sevdiklərinizi sevindirin. Sevdiyiniz insana hisslerinizi ifadə etməyin müxtəlif yolları mövcuddur. Amma romantik və innovasiyanı sevən cütlüklər üçün dizayn olunmuş yeni HB Ring adlı ağıllı üzüklə sevdiyiniz insanın ürək döyüntülərini barmağınızda hiss etdirə bilər, hətta ona müxtəlif məsajlar göndərə bilərsiniz. Paslanmaz poladla üzlənmiş və tamamilə safir kristal gövdədən təşkil olunmuş bu üzüklər funksional olmaqla də diqqət çəkirlər. Modern dizaynı ilə yanaşı mesaj gönderme kimi funksionallığı olan üzüklə sevdiyiniz şəxsə mesaj atmaq üçün üzüyün üstündəki qırmızı düyməni yandırmaq lazımdır. Qarşı tərəfə mesaj gələndə də qırmızı işıq yanır. İstehsalçı şirkət ağıllı telefon tətbiqi ilə idarə oluna bilən bu üzüyün 2 Avqustdan ön sifarişini qəbul edəcəyini bildirmişdi. Üzüyün qiymətinin 600$-dan başlayacağı deyilir. Üzüyün tanıtım videosu artıq yayımlanıb.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register