Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
ABŞ-ın Müdafiə Nazirliyi yeni döyüş robotunu sınaqdan keçirir. “Modular Advanced Armed Robotic System” (MAARS) adlanan, M24OB pulemyotu və 4 M203 qumbaraatanı ilə təhciz edilmiş bu robot döyüş şəriatində potensial düşmənə sarsıdıcı zərbəldər endirməklə yanaşı, kəşfiyyat, müşahidə və məlumat toplamaq funksiyalarını da gerçəkləşdirir. MAARS robotu habelə, döyüşdə yaralanmış əsgər və ya zabiti təhlükəsiz yerə çıxara bilir. MAARS 360 dərəcəli baxış bucağına malik kameralara və hədəfi müəyyənləşdirmək üçün lazer nişangahlarına malikdir. Robot ABŞ Dəniz Piyadaları Korpusunda sınanır.
İran “Pokemon GO” oyununa tam olaraq qadağa tətbiq edən ilk ölkə olub. Qonşu ölkə bunu təhlükəsizlik tədbirləri ilə əlaqələndirib. Qadağa İran İslam Respublikası vətəndaşlarının internetdəki fəallığına nəzarət edən İran virtual şəbəkəsinin Ali Şurası tərəfindən tətbiq olunub. “Pokemon GO” oyunun əsas təhlükəsinin nədən ibarət olması barədə isə heç bir məlumat verilməyib. İran da bir çox ölkələr kimi “Pokemon GO” oyunu ilə bağlı narahatçılığını ifadə edib. Bu ölkə vətəndaşlarına əlavə reallıq üstünlüklərinə malik oyununu oynamalarına tam olaraq qarada tətbiq edən ilk dövlət olub. İndoneziyada isə “Pokemon GO” oyununa məhdudiyyətlər ancaq xidmətdə olan zabitlər üçün tətbiq olunub.
Amazon e-ticarətdə liderliyi ələ almağa hazırlaşır. Amazon çatdırma xidmətində yeniliyə imza atıb. Amazon artıq 40 yük təyyarəsinin lizinginə sahibdir. Şirkət müştəri məmnuniyyətini göz önünə alaraq çatdırılma vaxtını daha dəqiq yerinə yetirmək üçün bu addımı atıb. Bugün Amazon özünün ilk brendləşdirdiyi təyyarə, Amazon One-ı Seattle-da keçiriləcək Seafire Air Show-da, şirkətin sahib olduğu mərkəzi ofisdə istifadəyə verəcək. Həmçinin Boeing 767-300 və daha 10 təyyarənin birləşəcəyi bildirilir, hansı ki, başlanğıcda eksklüziv yükdaşıma olaraq şirkətə təyin olunmuşdu. Digər təyyarələrin isə zamanla uçuşa əlavə olunacağı bildirilir. Çatdırılmada dəqiqliyi ələ ala bilsə, Amazonun e-ticarətə liderlik edəcəyi gözlənilir. Qeyd edək ki, bir müddət əvvəl qısa məsafəli çatdırma xidmətində şirkət pilotsuz aparatlar istifadə edəcəyini bildirmişdi. Keçən həftə elan olunmuşdu ki, Böyük Britaniyanın nümayəndəsi ilə danışıqlarda ilk pilotsuz uçuş texnikası vasitəsilə çatdırılmanın məhz orda test ediləcəyi qərara alınıb.
Apple hackerlərə pul ödəyəcək. Apple şirkəti Security Bounty Program-a start verir. Bu proqram çərçivəsində Apple hacker və proqramçılara şirkətin sistemində xəta və zəif nöqtələrin aşkarlayacaqları halda onlara pul ödəyəcək. Proqram 1 sentyabr tarixindən start götürəcək. Lakin proqramda hələki istənilən hər bir şəxs iştirak edə bilməyəcək. Şirkət ilk öncə daha əvvəllər əməkdaşlıq etdiyi proqramçılar ilə çalışacaq. Gələcəkdə Apple əhatəni genişləndirməyi planlaşdırır. Tapılacaq xəta və zəif nöqtənin mürəkkəbliyindən asılı olaraq pul mükafatı $25.000-dan $200.000-ə kimi dəyişəcək. Məsələn əgər proqramçı hər-hansı bir iCloud istifadəçisinə daxil olsa $50.000 qazanacaq. Əgər proqramçı Secure Enclave Processor adlı qorunan məlumatları sındırmağı bacarsa onda $100.000 əldə edəcək. Qeyd edək ki, bu cür proqramdan təkcə Apple istifadə etmir. Belə ki, may ayında Facebook Instagram-dakı xətanı aşkarladığı üçün Finlandiyadan olan gəncə $10.000 pul mükafatı vermişdir.
Facebook-dan marka səhifələr üçün xüsusi dizayn. Dünyaca məşhur sosial şəbəkə Facebook marka səhifələr üçün yeni səhifə dizaynını istifadəyə verib. Səhifənin əsas cəhəti reklamlara yer verilməməsidir. Yeni dizaynda səhifənin quruluş elementlərində bəzi dəyişikliklər edilib. Məsələn, profil şəkli və naviqasiya elementi buna aiddir. Əsas dəyişiklik isə reklamların olmamasıdır. Qeyd edək ki, dizayndakı dəyişiklik bu ilin iyun ayında test olunmağa başlayıb. Bu funksiya ilk öncə qərb mənbələrinin istifadəsinə verilib.
Londonda ilk 3D texnologiya restoranı. Artıq həyatımızda özünə yer etmiş 3D texnologiyası daha bir sahədə insanların təəccübünə səbəb olub. Londonda “Food Ink” adlı restoran dünya tarixində bir ilkə imza ataraq, restoranda yer alan təchizatları və ən əsası yeməkləri 3D texnologiyası istifadə edərək hazırlamağa nail olmuşdur. Burada 3D texnolgiyası ilə hazırlanan yeməklər vizual görkəmcə maraqlı olmaqla bərabər, minimum yemək qiyməti 250 funt sterlinqdən başlayır. Amma buna baxmayaraq çoxlu insan axınının olması tezliklə restoranın daha da tanınmasına səbəb olub.
Google Nexus 6 istifadəçiləri şikayət edirlər. Səbəb nədir? Google Nexus 6 smartfonunun dünyadakı bütün istifadəçiləri LTE şəbəkə funksiyasında yaranmış problemdən şikayət ediblər. Onlar bu funksiyanın çalışmadığını qeyd ediblər. İlk öncə bu problemlə ABŞ-da T-Mobile operatorunun istifadəçiləri qarşılaşıblar. Daha sonra bu problemin yaranması haqqında Kanada, Meksika, Avstraliya, Finlandiya, İsveç, Almaniya və Hon Konq vətəndaşları qeyd ediblər. Google-ın rəsmi forumunda şirkət mühəndislərindən biri qeyd edib ki, Google və Motorola artıq problemin aradan qaldırılması üzərində çalışır. Hal-hazırda LTE şəbəkə ilə yaranmış problemin səbəbi bilinmir. Lakin bir çoxları güman edir ki, bu problemin yaranmasında Android təhlükəsizliyi üzrə təqdim olunmuş yeniənmə səbəbkardır. Bundan əlavə olaraq problem haqqında həmçinin köhnə Android versiyasının istifadəçiləri də şikayətləniblər.
Dünyada bir ilk olan robot tatu ustası. Apporopriate Audiences şirkəti dünyada bir ilk olan tatu vurma üzrə robotu təqdim edib. Bu üsul ilə tatunun vurulması bir neçə mərhələdən ibarətdir. İlk öncə robot tatunun vurulacağı bədən hissəsini skan edir. Daha sonra həmin bədən hissəsinin 3D modeli yaradılır. Növbəti mərhələdə isə tatu ustası xüsusi əməliyyat sistemi vasitəsilə tatu maketini yaradaraq onu kompüterə yükləyir. Robot tatunu yüksək dəqiqliklə vura bilir. Lakin hal-hazırda robot tərəfindən tatunun vurulmasına mütləq müəyyən şəxs tərəfindən nəzarət edilməlidir.
Sponsor taparaq Pokemonların hamısını toplaya bildi. Gün keçdikcə Pokemon Go ilə bağlı xəbərlər gündəmdə qalmağı bacarır. Belə ki, ABŞ vətəndaşı Nick Johnson bir ilkə imza atəb və 145 Pokemonun hamısını toplamağa nail ola bilib. 28 yaşlı Johnson bunun üçün dünya turuna belə çıxmağı gözə alıb. O, yalnızca Avstraliyanın Sidney şəhərində və Yeni Zellandiyada tapılan “Kangaskhan” adlı pokemonu tapmaq üçün oraya yollanıb. Sidneydə olan Pokemonu Hyde Park ətrafında tapan Johnson bölgədəki iştirakçılara da təşəkkür etməyi unutmayıb. Ərazidəki adı çəkilən Pokemonu tutmaq üçün taksiyə minməli olduğunu, yoldakı təmir işlərinə görə isə düşüb uzun məsafəni qaçdığını söyləyib. Çünki, Pokemonlar bəlli ərazidə yarandıqdan sonar müəyyən müddətdən sonar itirlər və yenidən üzə çıxmaqları zaman alır. Bu arada 142 Pokemonu ABŞ-da toplayan oyuncu, ilk olaraq yalnızca Avropada yaşayan Mr. Mime-I tutmaq üçün Parisə yollanıb. Həmçinin Johnsonun bütün xərclərini dünyaca məşhurMarriot və Expedia şirkətləri öz üzərlərinə götürüblər. Daha sonra Johnson Reddit istifadəçilərinin tövsiyələrini dinləyərək Honq Konq-dakı Farfetch’d-i də əldə edib. Bütün Pokemonları toplayan Johnson Twitter hesabından oyunun qurucularına “Hey Nintendo və Pokemon Company, dünyanı gəzdim və 145 Pokemonun hamısını topladım, baş ofisi nə vaxt ziyarət edə bilərəm? Sabah Yaponiyadayam! ” deyə bildirib. Qeyd edək ki, indiyədək oyunda 151 növ Pokemon tapmaq mümkün olub. Amma şirkət tərəfindən 145-i oyuna daxil edilib.
Hololens eynəkləri satışa çıxarıldı. Microsoft şirkəti bir çoxlarının səbirsizliklə gözlədiyi Hololens virtual eynəklərinin satışına start verib. Qiymətin 3000$ olması gözlənən eynəklər insanların virtual aləmdə daha da əylənib, öyrənmələrinə şərait yaradacaq. Keçən il baş tutan tanıtım kompaniyasından bu yana ciddi bir dəyişiklik edilməyən eynəklərin geç satışa çıxma səbəbi Google Glass-də olan çatışmamazlıqların Hololens-də yer almaması, istehsal həcmini genişləndirmək və məzmununu kifayət qədər inkişaf etdirməklə bağlı olub. Hololens-in ilk olaraq ABŞ və Kanadada satışa çıxacağı açıqlanıb.
İnternetin 25 yaşı tamam olub.İnternet öz inkişafında daha bir mərhələni geridə qoydu. 6 Avqust 1991-ci ildə – yəni 25 il bundan öncə dünyada ilk veb-sayt istifadəyə verildi. Onun müəllifi Tim Berners-Lee idi. Dünyadakı ilk veb-səhifəsində isə World Wibe Web (WWW) layihəsinin təsviri əks olunmuşdur. Layihənin kütləvi startı isə 23 avqust tarixində baş vermişdir. Məhz 23 avqust ümmumdünya internet şəbəkəsinin işə salınması kimi tarixə həkk olundu. Bu texnologiyanın növbəti inkişaf mərhələsi isə 1993-cü ildə ilk veb-brauzer Mosaic-in yaradılması oldu. Tim Berners-Lee-nin bu işi inqilab etmək deyil akademik əməkdaşlığın yaradılmasına yönəlmiş bir cəhd idi. Lakin şübhəsiz ki, 1991-ci il kommunikasiya sahəsinin təməlli inkişafına start vermişdir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments