Bakıda üç tərəfli görüş keçrildi

save

   Dünən Bakıda tarixdə ilk dəfə olaraq İran, Rusiya, Azərbaycan prezidentlərinin üçtərəfli görüşü keçirildi.

İlham Əliyev bildirib ki, bu, tarixi hadisədir: “Bu gün üç ölkə arasında yeni əməkdaşlıq formatı yaranır”.

Dövlət başçısı sonra deyib: “Mənim dəvətimi qəbul edərək zirvə görüşünün işində iştiraka görə Prezident Putinə və Prezident Ruhaniyə minnətdaram. Qeyd etməliyəm ki, bu ilin aprel ayında Azərbaycanın təşəbbüsü ilə Bakıda üç ölkənin xarici işlər nazirləri görüşüblər. Əminəm ki, bugünkü zirvə görüşü regional əməkdaşlığa yeni təkan verəcək. Əsrlər boyu yanaşı yaşayan xalqlarımızı ortaq tarix və coğrafiya birləşdirir. Azərbaycanı həm İranla, həm Rusiya ilə sıx dostluq əlaqələri bağlayır. Bu əlaqələr son illərdə daha da inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İran, Rusiya və Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edirlər, ölkələrimiz həmişə BMT və digər beynəlxalq təşkilatlarda bir-birini dəstəkləyirlər”.

Prezident İlham Əliyev deyib ki, Azərbaycan İranla İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində, Rusiya ilə ATƏT, MDB, Avropa Şurası, Qara Dəniz Əməkdaşlıq Təşkilatı çərçivəsində uğurla əməkdaşlıq edir.

Mövzu ilə bağlı Bakıdan Media Təqib Mərkəzinin müxbiri Esmira Abbasova radiomuza məlumat verdi:

Rusiya, Azərbaycan və İranın dövlət başçılarının Bakı görüşü, aparılan danışıqlar və əldə olunan razılaşma bölgədəki tərəfdaşlığın tam yeni formatının əsasını qoydu. Rusiya və İran dünyanın ən böyük enerji dövlətləri arasında yer alan ölkələr, Azərbaycansa ən önəmli logistik mərkəzlərdən və nəqliyyat qovşaqlarından biridir. Əməkdaşlıq dünya miqyasında enerji siyasətinə yeni təkan verəcək.

İranla Rusiya həm də Xəzər dənizinin ilk əvvəl sahilyanı dövlətlərin maraqlarının tələb olunmasına can atırlar.

Tərəfdaşlığın əleyhdarları isə faktiki olaraq artıq heç nə edə bilməzlər. Azərbaycan, Rusiya və İran iqtisadiyyatına, xüsusilə də neft-qaz layihələrinə yatırılmış on milyardlarla dollarlıq sərmayə pulla “xalq etirazları” yaradıb “beşinci kolon”u maliyyələşdirməyə adət etmişləri bu dəfə düşünülməmiş addımlar atmaqdan çəkindirəcək”.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register