Merab Topçişvili – Marneuli sakinlərinə yüksək keyfiyyətli içməli su veriləcək
Radio “Marneuli”-nin efirində, Marneuli munisipolitetinin icra başçısı Merab Topçişvili içməli su ilə əlaqədar olan infrastruktur layihələri haqqında söhbəti zamanı bildirdi ki, Marneuli sakinləri yüksək keyfiyyətli içməli sudan istifadə edəcəklər və bunu laborotoriya nəticələri də göstərir. “Mən əhalini əmin edə bilərəm ki, Marneuli munisipolitetində su tam istifadəyə yararlıdır” – deyə bildirdi Topçişvili.
Fakt-Metr qeyd olunan bəyənatı yoxladı.
Marneuli Munisipolitetinin ictimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata əsasən Marneulini içməli su ilə üç müəssisə təmin edir: MMC “Gürcüstanın Birləşmiş su təchizatı kompaniyası”, MMC “Marneuli Kənd Su” və MMC “Rustavi Su”. Bunlardan yalnız biri MMC “Marneuli Kənd Su” Marneulinin yerli özünüidarəetməsinin subsidləşdirilməsinə daxildir. MMC “Gürcüstanın Birləşmiş su təchizatı kompaniyasının” 100%-lik hissəsinin sahibi dövlətdir, MMC “Rustavi Su” isə “Georgian Water and Power” ” və “Mtsxeta su” ilə eyni təşəbbüs qrupuna daxil olan özəl kompaniyadır.
“Marneuli Kənd Su” munisipolitetin 23 kəndini, “Rustavi Su” 18 kəndini, “Gürcüstanın Birləşmiş su təchizatı kompaniyası” isə Marneuli şəhərini və üç kəndi su ilə təmin edir.
Biz içməli sunun keyfiyyəti ilə əlaqədar kompaniyaların hər birinin nümayəndəsi ilə əlaqə saxladıq. –“Marneuli Kənd Su”-nun direktoru Badri Qveladze 2016-cı ilin 29 iyun tarixinə olan laboratoriya nəticələrini bizə göstərdi və qeyd etdi ki, bu nəticəyə əsasən onların istifadəçiləri, “İçməli sunun texniki reqlamentinə” uyğun olaraq, yüksək keyfiyyətli içməli sudan istifadə edirlər. Digər iki kompaniyadan da eyni cavabları aldıq.
Onu nəzərə alaraq ki, Marneuli əhalisi uzun zamandır içməli sunun keyfiyyəti ilə bağlı narahatçılğını bildirir, müxtəlif agentliklər isə Marneulinin kəndlərindəki içməli sunun çirkliliyi haqqında məlumat yayırlar, qərar verdik bu məsələni özümüz araşdıraq və içməli suyu laboratoriya analizinə verək.
2016-cı ilin 4 iyul tarixində biz “Momxmarebeli.GE” ilə əlaqə saxladıq və laboratoriya seçimi və analizdə bizə kömək göstərmələrini xahiş etdik. Məkan olaraq Marneuli munisipolitetinin Təzəkənd kəndi seçildi.
“Momxmarebeli.GE” içməli sunun analizini Natadze adına sanitariya və higiyena institutunun laboratoriyasına sifariş verdi. İçməli su nümunəsini 2016-cı ilin 5 iyul tarixində, Təzəkənd kəndində, Səxavət Mehdiyevin həyətindən götürdük. Kənddə içməli su əvvəlki gün gəlmişdi və yerlilərin dediyinə görə onlar suyu təmiz qabda saxlayıblar, çünki dəqiq bilmirlərmiş ki, neçə gün krandan su gəlməyəcək. Analiz üçün suyu məhz həmin qabdan və mətbəxin masasında içmək üçün hazırlanmış şüşədən götürdük (Bax.fotomaterial ).
Laboratoriyadan alınan içməli sunun kimyəvi-mikrobioloji analizin (bax. link 1, link 2) cavabına əsasən, suda çirkli mikrob qeydə alınıb. Nəticədə oxuyuruq ki, artırılmış minerallaşdırılma və sərtlik nəticəsində, içmək-təsərrüfat məqsədi ilə bu sudan istifadə etmək müəyyən problemələr yarada bilər. Xüsusən də kardiovaskular və böyrək-daşı xəstəliklərinin inkişafı riskini yaradır. Eləcə də bu suya görə, çimmək və paltar yuyulan zaman sabun pis köpüklənir. Tədqiqatın yekun nəticəsində isə oxuyuruq ki, içməli sunun mikrobioloji göstəriciləri “İçməli sunun texniki reqlamentinə” uyğun gəlmir və ondan içmək-təsərrüfat məqsədi ilə istifadə etməyə yalnız dezinfeksiya aparılandan sonra yol verilə bilər.
Nəticə
Marneuli munisipolitetini içməli su ilə üç əsas kompaniya təmin edir. Marneuli munisipoliteti tərəfindən verilən məlumata görə, Təzəkənd kəndi, MMC “Rustavi su”-nun xidmət sahəsinə daxildir. Həmin kompaniyadan bildirdiklərinə görə Marneulinin kəndlərinə içməli suyu qapalı borular vasitəsi ilə verirlər, onların laboratoriya yoxlayışlarının nəticələri yaxşıdır və sunun xlorlaşdırılması prosesi daim həyata keçirilir. Eləcə də onların suyunun qoxusu yoxdur və bulanıq deyil.
Ancaq Fakt-Metr tərəfindən (“Momxmarebeli.GE”-nin və müvafiq laboratoriyanın köməyi ilə) aparılan laboratoroloji tədqiqatların nəticələri başqa təsvir göstərdi. Xüsüsən də Təzəkənd kəndindən (bir ailənin nümunəsində) nəticə çıxara bilərik ki, içməli su çirklidir və ondan istifadə etmək risklidir. Bundan əlavə, biz kənd sakinləri ilə də söhbət etdik. Yerlilərin bir hissəsi deyir ki, kranlardan gələn sudan istifadə etməyəcəklər və içməli suyu alırlar.
Belə ki, Marneuli munisipolitetinin icra başçısı Merab Topçişvilinin bəyənatı yanlışdır.
Mənbə: Fakt-Metr
0 Comments