Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Bu  kod * # 0228 #  telefonunuzun gec sarja olmasına çıxış yoludur. Telefonunuzun axtarış qisiminə gəlirik və * # 0228 # kodu yazıb axtarış düyməsinə basırıq . Çıxacaq olan ekranda Quick start variantını basırıq . Bu əməliyyatı etdikdən sonra şarjınızın yüksəldiyini ya da düşdüyünü görə bilərsiniz. Bunu gördükdən sonra telefonunuzu sarja daxil edin və şarj etməyə başlayın. Telefonunuz  əvvəlkindən daha  sürətlə şarj olmağa  başlayacaq.

photo1

Texnologiyanın inkişahı həyatımızın bütün məqamlarında özünü göstərir. Məsələn, illərdir gözəl bir eviniz olmasını istəyirsiniz? O zaman bu videonu diqqətlə izləyin.

http://thesame.tv/video/2r686.400161828160c896820a0513315f

Dünyanın ən çox satılan telefonlarından olan “iPhone” modellərində yeni səhv aşkarlanıb. “Apple” brendindən olan telefonunuzda tarixi 1970-ci il 1 yanvar-a təyin etməyin. Əgər telefonunuzda səhvən və ya bilərəkdən tarix olaraq 1 yanvar 1970-ci il seçilsə, “iPhone” 5s, “iPad air”, “iPad” mini 3 və digər yenilənmiş “Apple” texnologiyaları bağlanaraq istifadəyə yararsız olacaq. Bu səhv amerikalı tələbə tərəfindən tapılıb. O, müxtəlif yollarla telefonu işə salmağa çalışsa da, onun bu cəhdləri uğursuz alınıb. Mövcud vəziyyətdə əlacsız qalan müştəri “Apple” şirkətinə müraciət edib. Şirkət belə bir hal ilə ilk dəfə qarşılaşdığını qeyd edərək, telefonu yenisi ilə əvəzləyib. Qeyd edək ki, “Apple”in köhnə modellərindən olan “iPhone” 5-də isə bu hal baş vermir.

photo

Rusiyanın Federal Antiinhisar Xidməti (FAS) ABŞ-ın “Apple” korporasiyasına qarşı cinayət işi qaldırıb. Rusiyanın “Rəqabətin qorunması haqqında” qanununun 11-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq “Apple Rus”, “Apple Holding B.V.”, “Apple Sales Ireland”, “Apple Operations International” və “Apple Inc.”ə qarşı istintaq başlanıb. Səbəb isə bu şirkətlərin əlbir olaraq Rusiya ərazisində iPhone smartfonlarının eyni pərakəndə satış qiymətini müəyyənləşdirmələridir.

iphone

“Disney” şirkəti ictimaiyyətə özünün “Disney Mix” adlanan messencerini təqdim edib. Uşaqlar üçün nəzərdə tutulan bu əlavə onlara məlumat və stikerlər mübadiləsi aparmağa imkanı verəcək. Xidmətin istifadəsinə başlamaq ancaq onun qaydaları ilə razılaşdıqdan sonra mümkün olacaq. İstifadəçilərə məlumatları üçüncü şəxslərə ötürülməsinə icazə verilmir, təhqiredici sözlərin yazılması isə qadağan olunub. Messencerin moderatorları hər hansı qanun pozuntusu aşkar etsələr, akkaunta girişə qadağa qoya bilərlər. Yeni əlavədə qeydiyyatı olan şəxslər nəinki öz valideynlərini və tanışlarını, habelə “Disney Channel”, “Disney XD” və “Disney Movies”in xüsusi səhifələri də əlavə edə biləcəklər. Bu kanallar avtomatik rejimdə abunəçilərə müxtəlif şəkillər və video çarxlar göndərəcəklər.

disney max

“YouTube” video hostinqi reklamsız xidmətini təqdim edib. “Kids” adlanan bu versiya hazırda ödənişlidir və ancaq portalın abunəçiləri üçün nəzərdə tutulub. Saytın reklamsız versiyanın abunəçiləri zəhlətökən spamlardan diqqətlərini yayındırmadan video çarxlara baxa biləcəklər. Bundan başqa, onlar sonradan şəbəkəyə qoşulmadan izləyə biləcəkləri videoları yaddaşda saxlamaq imkanına malik olacaqlar. Hazırda ancaq xidmətin ödənişsiz versiyasından ancaq Avstraliya, Yeni Zelandiya və ABŞ sakinləri yararlana bilər. “YouTube Kids” uşaq auditoriyasına yönəlib.

youtube

“Facebook” sosial şəbəkəsi qlobal təcrübə sınaqdan keçirir. Hər dəfə əlavəyə daxil olduqdan sonra telefonun kamerası qoşulur. Telefonda əlavənin yenilənməsindən sonra onun qeyri-adi xüsusiyyəti yaranacaq. Proqram avtomatik olaraq cihazın kamerasını işə qoşacaq. Mütəxəssislərin fikrincə, bununla şirkət öz istifadəçilərini sosial şəbəkədə daha çox foto-video kontent yaratmağa və bölüşməyə motivasiya etmək, həvəsləndirmək istəyir. Ancaq heç kəsə dərhal kameranı söndürməyə qadağa qoyulmayacaq. Bunun üçün sadəcə ekranı aşağı salmaq lazımdır ki, bundan sonra hər şey yerinə qayıdacaq. Həmçinin, “Facebook” selfi üçün bir neçə yeni filtr sınaqdan keçirir.

facebook

ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhərində “Pokemon Go” oynayan tələbə güllələnib. Akvaparkda smartfonunda “Pokemon Go” oynayan gəncə arxadan atəş açılıb. Atəş açan naməlum şəxs qaçaraq gizlənə bilib. Polis hazırda onu axtarır. Hadisənin motivi bəlli deyil. Xatırladaq ki, İranda “Pokemon Go” oyununa rəsmi qadağa qoyulub. Dövlət orqanları bunu təhlükəsizlik mülahizəsi ilə əlaqələndirib.

pokemon

İsrailin “Check Point” kibertəhlükəsizlik şirkəti “Qualcomm” şirkətinin istehsalı olan və “Android” əməliyyat sistemli cihazlarda quraşdırılmış çiplərdəki proqram təminatında 4 ədəd zəiflik aşkar edildiyini bildirib. Bu zəiflik cinayətkarlara cihazı tam olaraq nəzarətə götürməyə və ələ keçirməyə imkan verir. “Check Point” şirkətinin hesablamalarına görə, zəiflik mövcud olan şiplər bütün dünya üzrə təxminən 900 milyon ədəd cihazda quraşdırılıb. Bura “Samsung”, “Motorola”, LG kimi cihazlar da daxildir. Artıq “Qualcomm” şirkəti də bu nasazlıq barəsində məlumatlandırılıb və bu nasazlığı  aradan qaldıran əlavələr tərtib edib. Yeri gəlmişkən, “Check Point” şirkəti pulsuz olaraq yeni əlavə yaradıb ki, bu əlavənin köməyi ilə konkret cihazın üzərində hər hansı nasazlığın olduğunu yoxlamaq imkanı olacaq.

mobil_telefonlar

Sankt-Peterburqda itlər üçün sosial şəbəkə sınaqdan keçirilib. Şəhər sakinləri yeni əlavədən heyrətə gəliblər. Sosial şəbəkədə ev heyvanı üçün akkaunt açmaq üçün mütləq onun şəklini yerləşdirmək, adını qeyd etmək lazımdır. Şəhərin tərtibatçıları maksimal dərəcədə adi sosial şəbkələrə oxşar şəbəkə yaratmağa çalışıblar. Bu sosial şəbəkənin o qədər yaxşı işləməsinə baxmayaraq, istifadəçilərin xoşuna gəlib. Tərtibatın funksionalına ev heyvanın yerləşdiyi yer, həmçinin onun gəzdiridiyi vaxt və marşrut daxil edilir. Qeyd edək ki, yenilik özlüyündə maraqlar klubunu təsvir edir. Sosial şəbəkə nəinki itlər, həmçinin onların sahibləri üçün də dost tapmaq mümkündür.

it

“Apple” korporasiyası əsas rəqibi “Samsung”la patent mübahisəsində məşhur dizaynerlərin dəstəyini alıb. 100-dən çox dizayner müvafiq ekspert rəyinə imza atıb. ABŞ Ali Məhkəməsinə göndəriləcək ekspert rəyi ümumilikdə 111 peşəkar, o cümlədən “Calvin Klain”, “Paul Smith”, “Alexander Wang” geyim firmalarının dizaynerləri, eləcə də məşhur memar Norman Fister tərəfindən imzalanıb. Bundan başqa, “Louis Vuitton”, “Bentley”, “Microsoft” nümayəndələri də “Apple”a dəstək veriblər. Mübahisə “iPhone” smartfonlarının zahiri görünüşünün “Samsung” tərəfindən “Galaxy” smartfonlarında istifadə edilməsi barədə “Apple”ın ittihamı ilə əlaqədardır. Bu barədə məhkəmə çəkişməsi 2011-ci ildən bəri davam edir. Əvvəlcə məhkəmə “Apple”ın tələbini haqlı sayaraq, “Samsung”u öz rəqibinə 930 milyon dollar təzminat ödəməyə məhkum edib. Lakin “Samsung” ötən ilin mayında məhkəmə qərarına yenidən baxılmasına nail olub, nəticədə təzminatın məbləği 548 milyona endirilib. Hazırda “Samsung” bu məbləğin də aşağı salınmasına çalışır. Ekspert rəyində bildirilir ki, istehlakçının nöqteyi-nəzərindən cihazın zahiri görünüşü onun özəllikləri, funksiyaları haqda təsəvvür yaradır və “Apple” smartfonlarının dizayn elementlərinin başqası tərəfindən istifadəsi şirkətin gəlirlərinə zərbə vura bilər. Bu səbəblə şirkətə təzminat ödənməlidir.

apple_samsung

Mobil telefonlardan istifadə birmənalı olaraq həyat tərzimizə cevrilib.Əlbəttə ki, çoxları hətta istirahət zamanı belə öz sevimli mobil proqramlarından ayrıla bilmirlər. Maraqlı səfərdə olduqda bir şəkillə belə öz təəssuratlarını sosial şəbəkədə rahatlıqla paylaşırsan. Promokodabra turistleri düşünərək ən ucuz 3G xidməti olan ölkələri müəyənləşdirib.Heç bir şübhəsiz onların arasında lider Polşanın mobil operatoru Lucmobile olub. Beləki bu ölkədə ay ərzində 3G istifadəsi üçün cəmi 2 dollar ödənilməlidir. Üçlüyə eləcədə İran və Rusiya daxildir, beləki internetin qiyməti burada aylıq 4 dollar təşkil edir. Öz ucuz 3G xidməti ilə İndoneziya, Misir, Argentina, Hindistan, Mozambik,Braziliya və Avstriya da öyünə bilərlər. Ən bahalı mobil internet isə BƏƏ, ABŞ, Kanada və Çindədir.

mobil

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register