Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

ABŞ-ın “Seagate” şirkəti məlumat mərkəzlərində istifadə üçün nəzərdə tutulmuş 60 TB tutumunda “SSD” daşıyıcı təqdim edib. Şirkətin nümayəndələrinin sözlərinə görə, yeni rekord tutuma malik daşıyıcı tutum və məlumatların sıxlığına görə “SSD” bazarda mövcud olan diskləri dörd dəfə ötür. Belə ki, bu sərt gövdəli disk 400 milyonadək foto və ya 12 minədək “DVD” film saxlamaq qabiliyyətinə malikdir. Qurğunun elastik arxitekturası sayəsində yaxın perspektivdə diskin tutumu 100 TB-dək artırıla bilər. Şirkətin planlarına əsasən, rekord tutuma malik “SSD” disk 2017-ci ildə bazara çıxarılacaq. Qurğunun dəyəri və çıxarılış müddəti dəqiq bilinmir.

Seagate

Smartfon istehsalçıları hər il bir-biri ilə prosessor, diaqonal, ekranın və kameranın təsvir ölçüsü və başqa xarakteristikalarla rəqabət aparır. Ekspertlər hansı istehsalçının aktual aparatının dünyada ən sürətli olmasını araşdırıblar. Ekspertlər 6 qabaqcıl smartfonu 9 test üzrə müqayisə edərək ən sürətli qabaqcıl smartfonu müəyyən ediblər. 9 testin 6-da birinci pilləni tutmuş “Samsung GALAXY S6 edge” smartfonu reytinqin lideri olub və dünyanın ən sürətli smartfonu adına layiq görülüb.

smartfon

“Facebook” rəhbərliyi sosial şəbəkədəki reklamları blok edən istifadəçilərlə mübarizə aparacağını elan edib. Bu barədə şirkətin bloqunda məlumat verilib. “Facebook”un vitse-prezidenti Endryu Bosvort bildirib ki, reklam xarakterli elanlar şəbəkənin fəaliyyətinin ayrılmaz hissəsidir. Bu səbəblə rəhbərlik həmin reklamların əks olunma formatını dəyişərək bir çox istifadəçinin brauzerində qurulmuş reklam bloklayan sistemlərin işini çətinləşdirəcək. Eyni, zamanda sosial şəbəkə daha individual yanaşma tətbiq edəcək. Belə ki, istifadəçilər konkret mövzu üzrə (məsələn, səyahət) reklamın görüntüsünü aradan qaldıra və ya konkret bir şirkətin elanlarından imtina edə biləcəklər. Şirkətdən bildiriblər ki, pis hazırlanmış bannerlər istifadəçiləri qıcıqlandırır və onların vaxtını alır, ona görə də reklam bloklayan sistemlər populyarlaşır, halbuki reklamlar faydalı ola bilər: “Faydalı reklamların köməyi ilə yeni xidmətlər, məhsullar əldə etmək, eləcə də vacib informasiyalar öyrənmək, lazımlı kampaniyalardan (endirim, aviabilet və s.) xəbər tutmaq mümkündür”. “The Wall Street Journal” qəzeti yazır ki, “Facebook”un reklam gəlirlərinin 84%-i sosial şəbəkənin mobil versiyasının payına düşür, çünki bu versiyada reklamlar nadir hallarda blok olunur. ABŞ-da personal kompüter istifadəçilərinin 26%-i reklam bloklayan sistemlərdən istifadə edir. Xatırladaq ki, iyul ayının sonunda “Facebook” növbəti rüblük hesabatını təqdim edib. Buna əsasən fəal istifadəçilərin sayı 1,7 milyard nəfəri ötüb, gün ərzində sosial şəbəkəyə 1,13 milyard adam daxil olur.

facebook

Çinin Şandun vilayətindən 1000-dən artıq robot yeni rekord müəyyən edərək Ginnes Rekordlar Kitabına düşüb. Bu roborlat eyni anda sinxron olaraq bir dəqiqə rəqs ediblər. “Rəqs edənlər”i bir smartfona yüklənmiş mobil əlavə ilə idarə edirdilər. Bundan əvvəlki rekord 2007-ci ildə qeydə alınıb və orada 540 robot iştirak edib. Bu dəfə isə 1007 robot rəqs edib. Təşkilatçı iştirakçıların sayını 1 040 robota qədər çatdırmaq istəyib. Amma 33 robotun flaşmoba hazır olmadığı üzə çıxıb. Yeni rekord “Asiya Oktoberfest”i – tanınmış pivə festivalının Çin versiyası çərçivəsində qeydə alınıb.

“Pokemon GO” oyunu bazara çıxdığı ilk 30 gün ərzində 200 milyon dollardan çox gəlir əldə edib. Bununla da bu oyun 30 gündə 120 milyon dollar toplamış “Clash Royal” oyununu geridə qoyub.  “SensorTower” şirkəti “Pokemon GO” və tarixdə ən uğurlu mobil oyunlardan biri olan “Candy Crush Soda Saga” nəticələrini də müqayisə edib. Ancaq “Soda Saga” oyunu bazara çıxdığı ilk ay ərzində cəmi 25 milyon dollar toplaya bilib. İyulun 6-da Amerika Birləşmiş Ştatları, Kanada və Avstraliyada istifadəyə verilən “Pokemon GO” oyunu “Apple” mağazalarında da ilk yeri tutur. Yaponiya və digər ölkələrdə isə bu mobil oyun üç həftə sonra istifadəyə verilib.

pokemon

“İnstagram” öz istifadəçilərini növbəti dəfə faydalı yenilikləri ilə sevindirəcək. Bu dəfə sosial şəbəkə qaralamaların yaddaşda saxlanılmasını sınaqdan keçirir. Bu vaxta qədər sosial şəbəkədəki akkaunt sahibləri bir müddətdən sonra dərc etməyi planlaşdırdıqları postları öncədən yazıb yadda saxlamaq imkanına malik deyildilər. Post dərc edildikdən sonra isə onlara hər hansı dəyişiklik etmək imkanı da verilmirdi. Yeni funksiya sayəsində isə istifadəçilər bundan sonra qeydlərini və ya məlumatlarını dərc etməmişdən əvvəl yaddaşda saxlaya biləcəklər. Belə ki, “Save Draft” seçimi hələ iyul ayında yaradılıb, ancaq hələlik istifadəyə verilməyib. Sınaqlara əsasən, “İnstagram” nümayəndələri bu məsələyə kifayət qədər ciddi yanaşıblar. Hazırda bu seçim təcrübə mərhələsindədir və onun nə zaman istifadəyə veriləcəyi barədə heç bir məlumat verilmir.

instagram

Əksər noutbuk və ya fərdi kompüter istifadəçiləri hakerlərin veb kamera üzərində nəzarəti gizli şəkildə ələ keçirməsindən ehtiyat edirlər. Kameraya müdaxilənin qarşısını almaq üçün ən sadə və effektiv üsul adi skotçdan istifadədir. Hətta “Facebook”un qurucusu Mark Zukerberq bu üsuldan istifadə edir. “Philips Monitors” brendi üzərində hüquqa malik “MMD” şirkəti bu problemin daha səmərəli həllini tapıb və “Philips 272B7QPTKEB” monitorunu təqdim edib. Yeni monitorun əsas özəlliyi təhlükəsiz veb-kameradır: lazım olduqda monitorun korpusundan irəliyə doğru gəlir, sonra yenidən ekranın çərçivəsinə tərəf çəkilir. Beləliklə sistemə müdaxilə zamanı hakeri veb kameradakı məlumatı ələ keçirmək imkanından məhrum edir. Yeni monitor standart xüsusiyyətlərə malikdir. Qurğu piksellərin 2560×1440 piksel təsvir ölçülü 27 düymlük “IPS” matris, həmçinin “DisplayPort”, “HDMI” və “USB 3.0” konnektorları ilə təchiz edilib. Bundan başqa, model şleyf qoşulmanı dəstəkləyir: bir neçə monitoru “DisplayPort” vasitəsilə birləşdirmək mümkündür.

facebook1

Hakerlər kompüterin monitoruna müdaxilə edə və qurbanı izləyə bilər. Məlum olduğu kimi, kompüter, smartfon və planşetlər kiberhücumlara məruz qalır. Bununla belə, monitorların hakerlər qarşısında dayanıqlığı özünü doğrultmayıb. Monitorun əsas vəzifəsi məlumatları qəbul edərək onları piksellərə çevirməkdir. Bununla belə, qurğu bu əməliyyatları yerinə yetirmək üçün öz daxili miniatür kompüterindən istifadə edir və məhz ona müdaxilə etmək olar. “DEF CON” haker konfransında “Red Balloon Security”dən informasiya təhlükəsizliyi üzrə ekspertlər An Suy və Catin Katariya hakerlərin ekranda göstərilən təsviri dəyişdirməsini, monitorda əks etdirilən məlumatları ələ keçirməsini və istifadəçiləri izləməsini nümayiş etdiriblər. Ekspertlərin məlumatına görə, 1 milyard monitor sözügedən haker hücumuna qarşı dayanıqsızdır, çünki bütün tanınmış istehsalçılar öz məhsullarında hücuma dayanıqsız prosessorlardan istifadə edirlər.

haker

İsrailin “Glassify” adlı startapının istehsalı olan eyni adlı “ağıllı” pivə qədəhi içilmiş alkoqolun miqdarına nəzarət və ona endirim təklif etmək, həmçinin sərxoş müştəri üçün taksi çağırmaq qabiliyyətinə malikdir. Qədəhin dibinə qurulmuş çipdəki informasiya “NFC” simsiz texnologiyasının köməyi ilə oxunur, məlumatları ötürmək üçün smartfonu qədəhin alt hissəsi üzrə aparmaq lazımdır. “Glassify” mobil proqramı içilmiş alkoqolun miqdarına və növünə nəzarət edir, həmçinin müştərinin olduğu yeri müəyyənləşdirir. Bu halda restoran və ya barın müvafiq proqrama qoşulduğu məlum olduqda o zaman sözügedən proqram müştəriyə fərdiləşdirilmiş endirim təklif edəcək. Bundan başqa, proqramın köməyi ilə dostlara pulsuz içki hədiyyə etmək və ya yaxınlıqda yerləşən barlarda reklam aksiyası haqda informasiya əldə etmək olar. Nəhayət, mobil proqramdan pul kisəsi kimi istifadə mümkündür. Hazırda barlarda 2 min ədəd “Glassify” qədəhi sınaqdan keçirilir və bu yaxınlarda startapın İsrail, Avropa və Asiyada pilot layihələri başa çatıb. “Glassify” startapının analitiklərinin araşdırmasına əsasən, “ağıllı” qədəhlərdən istifadə satışların həcmini 13% yüksəldib, bu halda müştərilər spirtli içkilərin 80%-ni endirim proqramına qoşulmuş yerlərdən satın alıb. “Ağıllı” qədəhin dəyəri hələ açıqlanmayıb.

qedeh

Kanadanın Alberta vilayətinin sakini Barbara Lin-Şeyfer “Pokemon Go” oyunun tərtibatçısı olan “Niantic” şirkətini məhkəməyə verib. Lin-Şeyfer bildirib ki, populyar əlavənin fanatları onun şəxsi həyatına müdaxilə edirlər.  Kanadalı qadın qeyd edib ki, “Pokemon Go” oyunçuları dəfələrlə onun yaşadığı evin hasarına dırmaşaraq həyətinə daxil olmağa cəhd göstəriblər. O həmçinin iddia edib ki, pokemon tutanlar sutkanın istənilən vaxtı onun evinin qarşısında otururlar. Lin-Şeffer dəfələrlə oyunun yaradıcısı olan şirkətdən onun evinin ərazisini oyundan silinməsini xahiş edib. “Biz buraya sakitlik tapmaq üçün köçmüşük, insanların bizim hasarı aşması üçün yox”, –  deyə o bildirib.

gec-kalmistiniz-cinliler-pokemon-go-nun-da-sahtesini-yaptilar

Tokio Tibbi Araşdırmalar İnstitutunun mütəxəssisləri süni zəkanın köməkliyi ilə xərçəng xəstəliyindən əziyyət çəkən xəstə qadının həyatını xilas ediblər. Qadın xərçəngin nadir növündən əziyyət çəkirdi. IBM Watson sistemi isə həkimlərin səhvini düzəldərək düzgün diaqnoz təyin edib. Xəstəyə kəskin mieloid leykoz diaqnozu qoyulmuş və diaqnozla bağlı müalicə prosesi təyin edilmişdir. Lakin müalicə heç bir nəticə vermədi. Onda həkimlər süni zəkaya müraciət etmək qərarına gəldilər. Həkimlər IMB Watson-a xəstənin simptomlarını daxil ediblər. Sistem isə xərçəng ilə bağlı 20 milyon kliniki araşdırma nəticələrini həkimlər tərəfindən təqdim olunmuş simptomlar ilə müqayisə edib. Süni zəka müəyyənləşdirib ki, qadın xərçəngin digər növündən əziyyət çəkir. Yəni onu başqa üsul ilə müalicə etmək lazımdır. Yeni müalicə üsulu isə müsbət nəticələr verib. Müalicə prosesində həmkarları ilə iştirak etmiş Arinobu Tojo bununla bağlı fikrini belə ifadə edib. “Yaponiyada süni zəka ilk dəfə xəstənin həyatını xilas etmək üçün lazım olub” – deyə Arinobu Tojo bildirib.

dnt

Samsung bu dəfə “Apple Watch”-un dizaynını patentləşdirmək istəyir?  ABŞ-ın Patentlər və ticarət markaları Bürosunda Samsung-un patentləşdirmək istədiyi və “ağıllı” Apple Watch yazısının olduğu patent müraciəti çox böyük marağa səbəb olub. Saatın sxematik təsvirləri -Seulda Apple dizaynlı saatları patentləşdirmək istədiklərinə dair şübhə yeri qoymur. Patent müraciətində “ağıllı” saatlarda kəmər hissəsi haqda açıqlama verilir. Burada vacib məqam yalnız şəkillər deyil. Daha çox saat üzərində məlum olmayan işarələrdir. Belə ki, illustrasiyalarda Apple Watch-un görüntüləri açıq-aydın özünü büruzə verir. Şəkillərdəki ekranın forması, kəməri, hətta korpusun digər tərəfindəki ürək formalı sensor bunu deməyə imkan verir. “Əkiz eskizlər-in olması Samsung mühəndislərinin ağıllı Apple Watch-dan ilham aldıqlarını deməyə imkan verir” – deyə Business Insider-in jurnalistləri bildirib. Qeyd edək ki, bir müddət əvvəl hətta patent oğurluğuna görə Apple Samsung-u məhkəməyə vermiş və bunun üçün bir çox tanınmış dizaynerlər də obyektiv qərarın çıxarılması üçün işə cəlb edilmişdi. Bunlar arasında Calvin Klein, Bentley, Louis Vuitton, Microsoft kimi şirkətlərinin nümayəndələri, Alexander Wang və hətta Lego şirkətinin mütəxəssisi də yer almaqda idi və onlar hamısı Apple-ın bu məsələdə haqlı olduğunu bildirmişdilər.

saat

Artıq yeni telefon aksesuarı olan Povie, selfie dövrünü geridə qoyacaq kimi təəssürat bəxş edir. Aksesuarın əsas vacib tərəfi əllərinizi istifadə etmədən görüntünü video və ya kameraya çəkə bilməkdir. Bu isə daha çox əllərində müəyyən işi nümayiş etdirən adamların daha çox diqqətini cəlb edəcək. Belə ki, siz bir tərəfdən işinizlə məşğul olub, digər tərəfdən işinizi rahatlıqla icra edə biləcəksiniz. Bu yenilik Türkiyə şirkəti olan Edelkrone tərəfindən hazırlanıb. Şirkətin video çəkimlərini fərqli həyata keçirdiyi müxtəlif formalı aksesuarları olsa da Povie-nin daha çox marağa səbəb olması gözlənilir. Aksessuarın ilk öncə iPhone istifadəçilərinin istifadəsinə verilməsi gözlənilir. Aksesuarı YouTuberlərin və Vlog videoları çəkənlərin daha çox istifadə edəcəyi gözlənilir. Türkiyə qiymətilə 140TL olacağı gözlənilir.

Hyuston yerli polisinin verdiyi açıqlamada bildirilir ki, oğurluqla məşğul olan iki nəfər bir kompüterin köməyi ilə 30 avtomobil oğurlamağa nail ola biliblər. Texnologiya insanların həyatını nə qədər asanlaşdırırsa, bir o qədər də problemlər yaradır. Əvvəllər daha çox hər hansı alətlə edilən maşın oğurluğu indi yerini kompüterlərə verib. ABC13-ün etdiyi açıqlamaya görə edilən oğurluq faktı iki nəfər tərəfindən həyata keçirilib və 30 ədəd Jeep və Dodge oğurlanıb. Təhlükəsizlik kameralara düşən oğrular növbəti dəfə eyni işi həyata keçirərkən tutulublar. Təhlükəsizlik xidməti nümayəndələrinin ehtimalına görə oğrular dizüstü kompüterlərin köməyi ilə içində avtomobilləri aldadan açarların olduğu kod siyahısındakı məlumat bazasını istifadə edirmişlər. Məlumat bazasına daxil olan oğrular maşınların müxtəlif nöqtələrində olan maşın kimlik nömrəsini alıb, sonra buna uyğun saxta açarlar istehsal edirlərmiş. Avtomobil istehsalçıları hər nə qədər əmək sərf etsələr belə hətta ən məhşur elektrikli avtomobil istehsal edən Tesla şirkəti də hackerlərin hücumuna məruz qalır.

medical-records-theft

Prisma tətbiqinin yaradıcısı Prisma Labs iOS və Android platformalarında çalışan tətbiq üçün yenilənməni təqdim edib. Tətbiqin yeni versiyasında istifadəçilərin istədiyi kimi fotoları kəsmək, müəyyən bucaq altında çevirmək olar. Bundan əlavə olaraq orijinal foto ilə filtr qarışığının səviyyəsinə nəzarət etmək mümkündür. Həmçinin tətbiq köhnə versiyaya nisbətən daha sürətli çalışır. Nəzərinizə çatdıraq ki, Prisma neyroşəbəkələrdən istifadə edərək adi fotoları Van Gogh, Picasso kimi məşhur rəssamların rəsm əsərləri üslubunda redaktə edir. Tətbiq ilk dəfə 11 İyul 2016-cı il tarixində iOS platforması üçün çıxaraq böyük uğur qazanmışdır. Daha sonra Prisma Android platforması üçündə çıxmışdı.

Prisma

“Sensor Tower” adlı analitika şirkəti “Pokemon GO” oyununun təqdim olunmasından bir ay ərzində əldə etdiyi gəlirin statistikalarını bildirib. Şirkətin mütəxəssisləri bildiriblər ki, oyunun yaradıcısı “Niantic Labs” studiyası bir ay ərzində 200 milyon dollar gəlir əldə edib. Qeyd edək ki, bu göstərici həm iOS həmdəki Android platformalarının ümumi nəticələri əsasında tərtib olunmuşdur. Technote.az-ın “Gagadget.com” saytına istinadən verdiyi xəbərə əsasən “Pokemon GO”, onun yaxın rəqibi “Clash Royale”-dan iki dəfə çox gəlir əldə edib. Bir vaxtlar bütün rekordları qırmış “Candy Crush Soda Saga” oyunu isə “Pokemon GO”-dan əldə olunmuş gəlir baxımından 7 dəfə geriləyir. Bundan əlavə olaraq “Sensor Tower” mütəxəssisləri hesablayıblar ki, orta statistik “Pokemon GO” oyunçusu gün ərzində 26 dəqiqəsini oyunda keçirdir. Qeyd etmək lazımdır ki, oyunun əldə edəcəyi gəlir getdikcə artacaq. Belə ki, keçən həftə “Pokemon GO” 15 Asiya ölkəsində rəsmi olaraq aktiv olunub.

pokemon

“Disney” studiyası onsuzda rəqabətin yüksək olduğu messengerlər bazarına daxil olmağı qərarlaşdırıb. Hamımıza gözəl animasiya filmlərinin hazırlanması ilə tanınan studiya “Mix” adlı yeni tətbiqi təqdim edib. “Mix” istifadəçilər üçün aktiv olacaq bir çox idarəetmə və qrup ayarlarını özündə birləşdirən ailəvi çatdır. Böyüklər çatın admini rolunda çıxış edəcəklər. Onlar uşaqlar üçün tapşırıqlar yarada, ünsiyyət vasitəsinin qaydalarını müəyyənləşdirə, və onların yazışmalarını nəzarət altında saxlaya biləcəklər. Technote.az-ın “Ubergizmo” saytına istinadən verdiyi xəbərə əsasən yeni messengerdə hətda “Disney”-in məşhur animasiya filmləri mövzusunda avatar və stickerlər yaradaraq onları digər istifadəçilərə göndərmək mümkün olacaq. Həmçinin tətbiqdə müxtəlif oyunları oynamaq, studiyanın yeni layihələri və gələcəkdə böyük ekranlara çıxacaq animasiya filmlərinin çıxış tarixlərini öyrənmək olacaq. “Disney” söz verib ki, yaxın zaman ərzində messenger vasitəsilə foto və video göndərmək funksiyası da aktiv olacaq. Disney Mix artıq iOS və Androidplatformalarında aktivdir. Lakin ondan çox güman ki, yalnız uşaqlar və yeniyetmələr istifadə edəcəklər.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register