Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Android telefonların bir çox xüsusiyyətini ekrana yazacağınız  kodlar sayəsində öyrənə bilərsiniz . Şəkildə  gördüyünüz  bu  kod sizə telefonunuzun kamerası haqqında bilgiləri öyrənmək üçün kömək edəcək.

kamera

Amerikanın texnologiya nəhəngi “Apple” sentyabrın 7-də öz “iPhone” smartfonlarının yeni nəslini təqdim edə bilər. “Bloomberg” analitik agentliyinin məlumatlı mənbələri məhz bu tarixi göstərirlər. “iPhone 7” və “iPhone 7 Plus” smartfonları daha bir gözlənilən yeniliklə – “Sony” korporasiyasının “PS4 Neo” oyun konsolu ilə eyni gündə təqdim edilə bilər. Xatırladaq ki, “iPhone 6”, habelə “iPhone 6S” də sentyabrın əvvəlində geniş ictimaiyyətə təqdim edilib. Odur ki, “Bloomberg”in sərəncamında olan insayder məlumatlarına şübhə ilə yanaşmağa heç bir əsas yoxdur. Analitiklər qeyd edirlər ki, “iPhone 7”nin təqdimatından onların mağazaların piştaxtalarında görünməsinə qədər doqquz gün keçə bilər. Beləliklə, “Apple”nin elektron qacetlərinin ən qızğın pərəstişkarları həsrətində olduqları qurğunu artıq sentyabrın 16-da ala bilərlər. Əlbəttə, “Apple-stop”da kilometrlərlə uzanan ənənəvi növbələrə sağ-salamat davam gətirə bilsələr. “Apple” “iPhone 7” ilə eyni vaxtda yenilənmiş “Macbook Pro” leptopunu da təqdim edə bilər. Leptopun yeni variantının klaviaturasının yuxarı hissəsində sensorlu panel olacaq. Lakin mütəxəssislərin fikrincə, yeni smartfon və noutbukların premyerasının eyni gündə olması ehtimalı çox aşağıdır.

iphone3

“Apple” korporasiyası yeni bir cihazın işlənib hazırlanmasına başlayıb. Bu cihaz sahibinin müxtəlif biometrik göstəricilərini izləyib, qeydə alacaq. Cihaz gələn il təqdim oluna bilər. Layihə tam yenidir və “Apple Watch”a aidiyyəti yoxdur. Cihazın hazırlanması üçün son 2 il ərzində araşdırma gedib və indi “Apple” cihaz üçün müxtəlif detalların tədarükçüləri (“Foxconn”, “Zhen Ding”, TPK və s.) ilə danışıqlar aparır. Bu şirkətlərin detalları hazırlamağa razılıq verdiyi bildirilir. Mənbə söhbətin yeni fitnes-trekerdən getdiyini istisna etməyib. Bu cihaz smart-saatlardan ucuz olacaq və idmanla məşğul olmaq üçün istifadəçiyə geniş imkanlar yaradacaq.

apple1

Kibercinayətkarlar “Facebook” sosial şəbəkəsinin Çexiya və Slovakiyadan olan minlərlə istifadəçinin akkauntuna çıxış əldə ediblər. Antivirus proqramlarının istehsalı ilə məşğul olan “Eset” şirkəti bildirib ki, bu, saxta saytlara keçid olması səbəbindən baş verib. Şirkət rəsmisi qeyd edib ki, əgər hər hansı istifadəçi keçid linkini sıxırsa, xəbər mətninin özü deyil, əvəzində avtorizasiya olunmuş saxta sayt açılır. Əgər istifadəçi bu zaman şifrə və loqinini yazırsa, o özündən asılı olmayaraq akkaunt üzərində olan nəzarəti hakerlərə vermiş olur.

facebook1

İnternetdə ABŞ-ın “Apple” korporasiyası tərəfindən istehsal olunan yeni “Apple Watch 2” smart-saatlarının yeni versiyası barədə ilk məlumat dərc edilib. Smart-saatın daxilində güclü prosessor quraşdırılacaq. Həmçinin, bu saatlarda çox tutumlu akkumulyator və barometr olacaq. O da məlum olub ki, tamamilə yeni və fərqli görünüşə malik smart-saat növünü bir neçə ildən sonra  gözləmək mümkün olacaq. Bu zaman daha müasir cihazların istehsalı planlaşdırılır.

saat

ABŞ-ın “Forbes” dərgisi informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən 100 ən zəngin iş adamının siyahısını açıqlayıb. Reytinq cədvəli ikinci dəfədir hazırlanır. Ötən il olduğu kimi, bu il də İT texnologiyaları sahəsində fəaliyyət göstərən ən zəngin iş adamı “Microsoft” korporasiyasının yaradıcısı Bill Geyts olub. Onun şəxsi sərvəti 78 milyard dollar həcmində qiymətləndirilir. “Amazon.com” internet şirkəti və “Blue Origin” aerokosmik şirkətinin sahibi Ceff Bezos 66 milyard ollarlıq sərvəti ilə ikinci sıradadır. İlk üçlüyü “Facebook”un qurucusu Mark Zukerberq tamamlayır – 54 milyard dollar. İlk onluqda sonrakı yerləri “Oracle”ın yaradıcısı Larri Ellison (51,7 milyard $), “Google”un təsisçiləri Larri Peyc və Sergey Brin (39 milyard $ və 38,2 milyard $), “Microsoft”un həmtəsisçisi Stiv Balmer (27,7 milyard $), “Alibaba”nın sahibi Cek Ma ( 25,8 milyard $), “Tensent”in rəhbəri Ma Xuaten (22 milyard $) və “Dell”in yaradıcısı Maykl Dell (22 milyard $) tutur. Siyahıdakı iş adamlarının sərvəti il ərzində 6% artaraq 892 milyard dollar təşkil edib. 2016-cı il reytinqinə 12 yeni şəxs daxil olub. 100 iş adamının yarısından çoxu ABŞ-dandır. Çin ikinci sıradadır. İT milyarderlərinin orta yaş həddi 53-dür. Bu, milyarderlərin qlobal reytinqinin orta yaş səviyyəsindən 10 il azdır. Ötən ildən fərqli olaraq, “Forbes” sərvətini vərəsəliklə əldə edənləri siyahıya salmayıb. Nəticədə Stiv Cobsun dul xanımı, 16,7 milyard dollarlıq sərvətə malik olan Pauell Cobs siyahıya düşməyib.

etyrytuy

“Micron” şirkəti smartfon üçün bazarda ən yüksək sıxlığa və məhsuldarlığa malik yaddaş çipləri buraxıb. Yeni yaddaş çipi ilə təchiz edilmiş ilk qurğuların 2017-ci ilin ikinci yarısında satışa çıxarılacağı gözlənilir. “Micron” şirkəti ümumilikdə dörd çip modeli buraxıb ki, ikisində “Universal Flash Storage 2.1” (“UFS”), digər ikisində isə “MultiMediaCard 5.1” (“eMMC”) standartından istifadə edilib. “Universal Flash Storage 2.1” standartı tətbiq edilmiş modellərdən biri çoxfunksiyalı moduldur, 32 QB fləş yaddaşdan başqa 3 QB tutumunda “LPDDR4X” əməli yaddaşına malikdir. Yeni çiplərdə tətbiq edilmiş “3D NAND” texnologiyası məlumatların yazma sıxlığını xeyli (planar strukturla müqayisədə 3 dəfə yüksək) yüksəltməyə imkan verib. Bundan başqa, “Micron” şirkəti yeni çiplərdə ilk dəfə üzən çaxmaqlı tranzistorların tətbiqinə dair qərar verib. Şirkətin nümayəndəsi Den Binqem izah edib ki, nəticədə yaddaşın istismar müddəti və etibarlılığı artacaq. Yeni yaddaş çiplərində işləmə sürəti ardıcıl oxuma rejimində 600 Mbit/s təşkil edir ki, bu da şirkətin əvvəlki nəsil məhsullarının göstəricisini 40% ötür.

yaddas

İCQ messenceri “Android” sistemli smartfonlar və digər cihazlar üçün yenilənməni istifadəyə verib. Bu yenilənmənin əsas üstünlüyü şəkilin və ya videonun üstündən şəkil çəkməyə və ya mətn, stiker əlavə etməyə imkan verən redaktordur. Belə ki, istifadəçilər istədiyi rəng seçib əlləri ilə şəkil çəkə bilərlər. Bundan başqa şəkillərin üzərinə stiker əlavə etmək, onların ölçüsünü və əyilmə bucağını dəyişmək, hərəkətə gətirmək və çevirmək mümkün olacaq. Misal üçün, opsiyanın köməyi ilə şəkildəki obyekti işarələmək, hətta bığ əlavə etmək və sairə işlər görmək mümkündür. Cihazın sahibi istəsə, şəkilin üzərində öz istəyi ilə mətn də yaza bilər. Bundan başqa, şəkilin üzərinə geo-beyci – istifadəçinin yerləşdiyi yerin işarələnməsini də əlavə edə bilər.

goz_icq

“Google” şirkəti “Chrome” brauzerində “Flash” texnologiyanın dəstəyinin dayandırılacağını rəsmən bəyan edib. “Mozilla Firefox” brauzerinin tərtibatçıları da müvafiq bəyanat veriblər. “Flash” internetdə geniş istifadə olunan texnologiyadır. Lakin sözügedən texnologiya veb səhifələrin 90%-ni həddən artıq yükləyir, nəticədə veb səhifələrin yüklənməsinə xeyli vaxt sərf olunur. Bundan başqa, “Flash” texnologiyasında müntəzəm olaraq kritik boşluqlar aşkar edilir ki, bu da hakerlərə istifadəçi məlumatlara müdaxilə etməyə imkan verir. “Google”un nümayəndələri bildiriblər ki, sentyabrda istifadəyə veriləcək “Chrome 53” versiyasında “Flash” texnologiyası bloklanacaq. “Mozilla” konkret müddət bildirməyib. Ancaq tərtibatçılar  iddia edirlər ki, “Flash”dan imtina  brauzerin işləməsində ləngimə və başqa problemlərin yaranmasını 10% azaldacaq. “HTML5” texnologiyasından istifadə brauzerin işini sürətləndirəcək, çünki səhifəni daha effektiv təsvir edir. Populyar resursların əksəriyyəti “HTML5″i dəstəkləyir.

flash

“Apple” korporasiyası “MacBookPro” seriyasından olan noutbukları yeniləməyə hazırlaşır. Satışların artması fonunda bu, son 4 ildə ilk yenilənmə olacaq. Noutbukların daha nazik hazırlanacağı bildirilir. Ekranda sensor zolağı qoyulacaq və funksional klavişləri buraya çıxarmaq mümkün olacaq. Yeni “MacBook” daha güclü qrafik prosessorla təchiz ediləcək. Lakin noutbukların yeni “iPhone”ların təqdimatının keçiriləcəyi 7 sentyabr tarixində təqdim olunması gözlənilmir. “Apple” hələlik məsələ ilə bağlı şərh verməyib. Qeyd edək ki, “Pro” seriyası da daxil olmaqla, ötən maliyyə ilində MacBook” satışları 6% artıb. Xəttin yenilənməsi satışları artırmağa yönəlib.

macbook

Lazımi vaxtda enerjisi bitmiş smartfon batareyasından pis bir şey yoxdur. Lakin elmi təcrübələr həvəskarı Thomas Kim üçün bu artıq problem deyil. Öz sonuncu təcrübələrindən birinin çərçivəsində Kim fövqaladə vəziyyətdə iPhone-u necə şarj etmə üsulunu göstərib. Generator rolunu plastik butulkaları fırladaraq su çarxı əmələ gətirən kiçik şəlalə oynayıb. Faza mühərriki və düzləndirici vasitəsilə kiçik su mənbəsi fırlanma enerjisini elektrik enerjisinə çevirib. Həmin enerji smartfon batareyasını şarj etməyə kifayət edib. Thomas Kim özü aydın məsələdir ki, fövqəladə vəziyyətdə olmayıb. Belə ki, öz ixtirasını videoya çəkmək üçün onun kifayət qədər vaxtı olub. Bundan əlavə olaraq bu üsul ilə işıq diodlarını və digər elektrik cihazlarını şarj etmək mümkündür.

Sony şirkətinin Xperia XR adlı yeni flaqman smartfonunun ilk render fotoları internetə sızdırılıb. Çox güman ki, yeni cihaz bir ay sonra Berlində baş tutacaq IFA 2016 tədbirində təqdim olunacaq. Sızdırılmış fotolarda görmək olar ki, smartfonun yanmasönmə düyməsi barmaq izi skanına sahibdir. Bundan əlavə olaraq smartfonda foto çəkmək üçün əlavə düymə olacaq. Cihaz 23 MP-lik arxa və 14 MP-lik ön kameraya sahib olacaq. Məlumata əsasən hər iki kamera 4K keyfiyyətli video çəkməyə qadir olacaq. Bunlardan əlavə olaraq Xperia XR 5.1 inç Full HD ekran, Snapdragon 820 prosessoru, 3 GB RAM və USB Type-C girişi ilə təchiz olunacaq.

apple alleged-sony-xperia-xr-renders sony_xperia-xr

Keçən ay biz xəbər vermişdik ki, istehsalı Model S avtomobilinin sürücüsü avtopilotun səhvi ucbatından həyatını itirmişdi. Technote.az-ın “Cnbc.com” saytına istinadən verdiyi xəbərə əsasən məlum olub ki, Tesla avtopilotu bir amerikalı şəxsin həyatını xilas edib. Amerikalı hüquqşünas Joshua Neally öz qızının ad gününə Tesla avtopilotu köməkliyi ilə gedirmiş. Elektron cihazın köməkliyi ilə bu cür səfərlərdə Joshua həmişə təlimat üzrə avtomobili idarə edərək əlini sükanda saxlamış və yola nəzarət edib. Gözlənilməz anda Joshua-nın sinəsində güclü ağrı (bu tromb yaradan ağ ciyər emboliyası imiş) yaranıb. Bu anda sürücü iki variantdan birini seçməli idi. Ya o avtomobili yolun kənarına çəkərək tibbi yardım çağırmalı idi yada ki, avtopilot vasitəsilə 30 km uzaqlıqdaki xəstəxanaya özünü çatdırmalı idi. Joshua ikinci variantı seçərək özünü tez müddətdə xəstəxanaya çatdırıb. Xəstəxanada onunla yaranmış problemə müdaxilə olunaraq Joshua-nın həyatı ölümdən xilas edilib. Onun fikrincə o, avtopilotsuz o haldaykən avtomobili idarə edə bilməzdi. Joshua Tesla şirkətinin avtopilotunun onu xilas etdiyini hesab edir.

tesla

Getdikcə adından daha çox söz etdirən “Pokemon Go” oyununun İslam ölkələrində qadağa olunacağı xəbəri ilə gündəmi zəbt etməyi bacarıb. İlk öncə ölkə vətəndaşlarını qorumaq üçün bu qadağanı tətbiq etdiyini bildirən İran İslam Respublikasından sonra artıq digər islam ölkələri də bu yöndə addım atacağını bildirib. Malayziya İslam Müşavirə Komitəsi də bu yöndə qərar qəbul edəcəyini açıqlayıb. Komitənin axundu Zulkifli Mohamad al-Bakri, komitənin veb səhifəsinə verdiyi açıqlamada “Komitənin 1 avqust tarixində keçirdiyi konfransda Pokemon Go oyununun müsəlmanlar arasında qadağan olunması qərarını qəbul ediblər.” deyə bildirib. Səudiyyə Ərəbistan və Misir İslam alimləri Pokemon Go oyununun insanlarda iqtidar hisslərinin baş qaldırmasına və həmçinin qumar kimi mənfi vərdişlərə yol açacağına görə narahat olduqlarını bildirib.

pokemon

İyun ayında keçirilmiş “E3 2016” sərgisi çərçivəsində bir çoxları “Sony” şirkəti tərəfindən PlayStatin 4 konsolunun yenilənmiş versiyası PlayStation 4 Neo-nu təqdim edəcəyini gözləyirdi. Lakin bu baş vermədi. PlayStation 4 Neo sentyabr ayında təqdim olunacaq. Technote.az-ın “Vice.com” saytına istinadən verdiyi xəbərə əsasən “Sony” şirkətinin planları ilə yaxından maraqlanan bir neçə mənbə qeyd edib ki, şirkət PlayStatin 4 konsolunun yeni versiyası haqqında ilk məlumatları 7 sentyabr tarixində Nyu-York şəhərində keçiriləcək press-konfrans çərçivəsində təqdim edəcək. Konsolun yenilənmiş versiyası hələki PayStation 4 Neo adı ilə tanınır. O adi versiyadan fərqli olaraq daha sürətli prosessora (2.1 GHz tezlikli) 4K keyfiyyətli görüntüyə, yenilənmiş qrafikaya və sürətlənmiş yaddaşa sahib olacaq. Konsolun qiymətinin $399 olacağı gözlənilir. Güman olunur ki, PlayStation 4 Neo indiki versiyanı əvəzləmək üçün deyil, ona olacaq bir əlavə kimi hazırlanır. Yəni hər iki konsol eyni vaxtda satılacaq.

sony

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register