Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Son zamanlar dünyanın bir sıra ölkələrində qadınlara qarşı şiddət artmaqdadır.Ingiltərəli gənc qız tərəfindən icad edilən üzük sözün əsil mənasında qadınları döyülməkdən qoruyacaq. Belə ki, qadına qarşı hansısa zorakılıq anında üzüyün üzərindəki düyməni sıxmaq yetərlidir. Bu zaman mobil telefonunuzun yaddaşındakı nömrələrə xəbərdarlıq zəngi gedəcək. Yaxınlarınız 3 saniyə sonra sizin harada olduğunuzu biləcək.
Zaman-zaman android sistemli telefonlarda donma halalrı baş verir. Buna görə də telefonu sıfırlamağa ehtiyac duyulur. Telefonu sıfırlamaq menyuya daxil olmadan da mümkündür. Bunun üçün bu kodu yığmaq kifayyətdir: *#*#7780#*#* Ayarları sıfırlayır. Əlavələri silir.
Araşdırmalar zamanı “Facebook” vasitəsilə başqalarının həyatını izləyərək bunu öz həyatları ilə müqayisə edən insanların depresiyya yaşadıqları müəyyənləşib. Mütəxəssislərin fikrincə, sosial paylaşım saytları insanlarda psixoloji travmalara səbəb olur. “Facebook” insanların “saxta həyatı” adlandırılır. İnsanlar burda həyatlarının ən gözəl, ən xoş anlarını paylaşırlar. Bu paylaşımlar da digər insanların aldanmasına səbəb olur. Çünki paylaşım edən insanın gerçək həyatını və acı anlarını “Facebook”da görə bilmərik. Başqalarının virtual həyatını qısqanmaq sosial şəbəkələrin səbəb olduğu problemlər sırasına girib. Yeniyetməlik və ondan sonrakı dövrlərdə bu paylaşım saytlarından uzun müddət istifadə edilməsi depressiya, qayğı, psixi patalogiyalara səbəb olur. Bu saytlarda vaxt keçirmək öz növbəsində diqqət çatışmazlığı və sözsüz münasibətə gətirib çıxarır.
SAR dəyəri elektron cihazların yaydığı və insan bədəni tərəfindən sorulan elektromaqnit dalğasının miqdarını göstərir. SAR-ın yüksək olduğu mobil telefonlar sağlamlıq üçün olduqca təhlükəlidir. Ürək-damar, stress və yorğunluq, diqqət pozuqluğu, eşitmə qüsuru, sonsuzluq və hətta yüksək təzyiq və beyin şişi kimi risklər daşıyır. SAR dəyərinin çox olması bədənin qəbul etdiyi radiasiyanın çox olması ilə eyni anlama gəlir. Bu baxımdan yeni mobil telefon alarkən yaydığı elektromaqnit dalğasının 2-dən çox olmamasına diqqət edin.
Avstraliyada yaşayan bir “iPhone” istifadəçisi telefonu üzündən xəstəxanalıq olub. Sidney şəhərində velosipedilə sürən 36 yaşındakı Qarets Klearın mobil telefonunun yanması nəticəsində ağır yaralanıb. O, yaşadıqlarını bu sözlərlə izah etdi: “3-4 saniyə sonra ayağa qalxdığımda ayağımdan çıxan tüstüləri gördüm. Batareyanın içindəki lityum qara bir lava şəklində çölə doğru axırdı və ayağım tamamilə yanmışdı”.
Amerika Federal Aviasiya Administrasiyasının özəl şirkətlərdən birinə Aya kosmik vasitə göndərmək üçün icazə verməsinin ardından “Moon Express” şirkəti 2017-ci ildə Aya səyahət çantası böyüklüyündə kapsul göndərməyi planlaşdırır. İki həftə ərzində Ayda təcrübələr həyata keçirəcək, dünyaya yüksək keyfiyyətli təsvirlər göndərəcək bu kapsulun sahibi olan şirkət, eyni zamanda, 2017-ci ildən etibarən öldükdən sonra yandırılan insanların külünü də dəfn etmək üçün Aya daşımağa başlayacaq. “Moon Express”lə əməkdaşlıq müqaviləsi imzalayan “Celestis” şirkəti artıq internet səhifəsində Ayda dəfnin qiymətlərini dərc edib. Tariflərə görə, şirkət külün bir qramını 12,5, üç qramını 25 min, yeddi qramını isə 50 min ABŞ dolları qiymətinə daşıyacaq.
“Strategy Analytics” tədqiqat şirkətinin proqnozuna görə, cari ildə dünyada istifadə edilən smartfonların sayı 3 milyarda yaxınlaşacaq. 4 il bundan əvvəl bu göstərici 1 milyard, 2014-cü ildə isə 2 milyard təşkil edib. Mütəxəssislərin proqnozuna görə, cari ildə istifadəçilər tərəfindən istifadə edilən smartfonların sayı daha 13% artaraq 3 milyard təşkil edəcək. 2020-ci ildə bu göstərici 4 milyardı ötəcək. Məlumata görə, dünyada “Android” sistemi ilə işləyən aparatlara tələbat yüksəkdir. “iOS” sistemi populyarlığa görə ikinci yerdə qərarlaşıb, ən böyük smartfon istehsalçısı olan “Samsung Electronics” şirkətinin “Tizen” mobil əməliyyat sistemi qarşıdakı 6 ildə ən sürətli inkişaf edən mobil platformalardan biri olacaq. “Strategy Analytics” şirkətindən bildirilib ki, təxminən 2018-ci ildə Çində “Linux” sistemi əsasında yaradılmış şəxsi əməliyyat sistemləri istifadəyə veriləcək.
Kibercinayətkarlar “İnstaqram” sosial şəbəkəsinə hücum edib. Bu hakerlər əsasən istifadəçilərin akkauntundakı şəkilləri pornoqrafik məzmunlu şəkillərlə əvəz edirlər. İstifadəçilərin profilləri porno saytlara və ya intim əlaqə üçün tanışlığa həsr olunan resurslara aparan digər keçidlərlə əvəz olunur. Mütəxəssislər hesab edir ki, hakerlər hər belə keçid üçün pul əldə edirlər. Kompüter təhlükəsizliyi ilə məşğul olan “Simantec” şirkətində isə hesab edirlər ki, çoxlu sayda akkauntların sındırılması istifadəçilərin asan şifrə və parollarının olduğu zaman mümkündür.
“Odnoklassniki” sosial şəbəkəsi mobil lent üçün video çarxların avtomatik işə düşməsi funksiyasını işə salıb. Bu funksiyadan artıq “Android” platformalı cihazlarda istifadə etmək mümkündür. Artıq xəbərləri izlədikdə, video özü avtomatik işə düşəcək, ancaq səs olmayacaq. Bu videonun üzərinə toxunduqda isə onun idarə edilməsi mümkün olan və oxşarları olan videoların tapılması mümkün olan ayrıca səhifə açılacaq. Şirkətin məlumatına görə, “Odnoklassniki” yeniliklə bağlı müxtəlif formatlı izləmələr üçün sınaqlar keçirir. Bildirilir ki, məlum funksiyaya böyük tələbat var.
Çində maqnit yastıqlı, enerjiyə qənaətli ilk qatar istifadəyə verilib. Yeni texnologiya 30 faiz enerjiyə qənaət etməyə imkan verəcək. Qatarın tərtibatı ilə layihələndirmə və istehsal ilə məşğul olan Çin şirkətinə məxsusdur. Analitiklərin hesablamalarına görə, belə bir qatarın hesabına illik olaraq 1 milyon dollar qənaət etmək mümkün olacaq. Xatırladaq ki, qatarın hərəkət zamanı yeni texnologiyadan istifadə edilir. Vaqonlarda təkər olmadığı üçün onlar havada asılı vəziyyətdə qalır. Bu onun sayəsində baş verir ki, dəmir yolu xəttində rels əvəzinə adi metal ötürücü, qatarın altında isə elektromaqnit sistemi quraşdırılıb. Daha bir maraqlı fakt ondan ibarətdir ki, qatar saatda 430 km yol qət edə bilir.
“Facebook” nümayəndələri bir müddət əvvəl məlumat vermişdilər ki, “Adblock Plus” proqramı istifadə olunduğu halda belə, istifadəçilər reklamları görməkdə davam edəcəklər. Hətta “Facebook”da reklam formatlarının dəyişdirilməsi üzərində işlər görülməkdə idi. Bunu nəzərə alan “Adblock Plus” daha da “irəli formada” dəyişiklik edib və filtrlənmədən istifadə nəticəsində yalnız reklamların deyil, o cümlədən istifadəçi postlarının da silinməsinə nail ola bilib. Məlumata görə, artıq “Facebook” bu istiqamətdə çalışmalara start verib və tezliklə “Adblock Plus” proqramı ilə bağlı problemə son qoyulacaq. Bu dəyişiklik tez bir zamanda bütün istifadəçi hesablarında özünü göstərəcək.
Bu ilin ikinci rübündə “İphone” smartfonlarını yığan “Foxconn” şirkətinin xalis mənfəəti 31 faiz azalıb. Buna səbəb “Apple” smarfonlarının satışının aşağı düşməsidir. Bu müddət ərzində analitiklər 23,9 milyard dollar həcmində gəlir proqnozlaşdırsalar da, şirkət 17,7 milyard dollar xalis mənfəət əldə edib. “Apple” smartfonlarının satışının aşağı düşməsi yalnız “Foxconn” şirkətinə problem yaratmayıb. Bu günlərdə məlum olub ki, “Apple” ilə əməkdaşlıqdan gəlirin yarısını əldə edən “Japan Display” şirkəti hökumətdən maliyyə dəstəyi istəyib. Şirkətin baş direktoru Mitsuru Xomma bildirib ki, “Japan Display” şirkəti “müvəqqəti” olaraq maliyyə çatışmazlığı ilə “üzləşib”. Şirkət bu ilin ikinci rübündə 11,9 milyon dollar ziyana düşüb.
Texnologiyanın günü-gündən inkişaf etməsi obyektlərin bir-biriylə əlaqədə olmasını və daha çox işə yarayan xüsusiyyətlər təqdim etməsini təmin edir. “Volta”nın ağıllı velosipedinin kiçik sensor məlumat ekranı isə velosiped sürücülərinə lazım olan hər məlumatı tək nöqtədə yığır. Gidonun orta qisminə yerləşdirilən 2,4 düymlük sensorlu ekran sürücülük əsnasında lazım ola biləcək bir çox məlumatı istifadəçisinə çatdırır. Performans məlumatları, hava vəziyyəti, ürək ritmi kimi məlumatları da bu ekrandan alacaqsınız. Bundan başqa velosipetdə naviqasiya xüsusiyyəti də var. Ağıllı telefonla əlaqəli olan ekranda, telefondakı bildirişlər göstərilə bilir və bununla da telefona baxmaq məcburiyyətində qalmırsız. Velosipedin ön qisimindəki dinamodan güc alan ekran, enerji cihazına qoşulmadan tam enerji ilə təmin olunur. Avtomatik ön və arxa faralara sahib olan velosiped, daxili GPS sayəsində oğurlanma kimi vəziyyətlərdə rahatlıqla tapılır. 2017-ci ilin iyul ayında satışa çıxarılacaq velosipedin 3.499 dollar qiymətində olacağı bildirilir.
İranın Ticarət Nazirliyi ölkənin Ticarətin Təşviqi Təşkilatına bir neçə şirkətə “iPhone” idxalına başlamağa kömək etməyi və icazə verməyi təklif edib. Hökumət tərəfindən belə bir qərar qaçaqmalçılıqla mübarizə üçün qəbul edilib. “Tasnim” informasiya agentliyinin məlumatına əsasən, hazırda ölkədə 40 milyon smartfon istifadəçisi var. Onların böyük hissəsi “iPhone” smartfonlarının payına düşür. Bu cihazların böyük əksəriyyəti ölkəyə qaçaqmalçılar tərəfindən gətirilir. Ancaq hələlik İran şirkətlərinin ABŞ məhsulunu ölkəyə hansı yolla gətirəcəyi məlum deyil. Belə ki, BMT-nin İrana qarşı sanksiyaları ABŞ-a öz məhsullarını bu ölkədə satmağa icazə vermir. Ancaq 2015-ci ildə “Apple” şirkəti İranın distribyutor şirkəti ilə danışıqlara başlayıb. ABŞ şirkəti ümid edir ki, bu ilin sonuna qədər məhdudiyyətlər aradan qaldırılacaq.
Seul universitetinin alimləri tərəfindən hazırlanmış yumşaq dartıla bilən taçpad prototipini bədəndə daşımaq mümkündür. Daxiletmə qurğusunun prototipi litium xlorid əlavəsinə malik poliakrilamid gelindən ibarətdir ki, bu da nəmliyi saxlamağa kömək edir və işçi səthin elektrik keçiriciliyini təmin edir. Taçpadın künc hissələrinə zəif dəyişən cərəyan verilir və insan barmağının toxunuşu zamanı dövrə qapanır. Bu halda sensorlar taçpadın künc hissələrindəki cərəyan dəyişikliyini qeydə alır və sistem bu göstəricilərə görə barmaqdan künclərin hər birinədək olan məsafəni hesablayır. Belə yanaşma taçpadın uzunluğundan asılı olmayaraq toxunuş koordinatlarını dəqiq müəyyənləşdirməyə imkan verir. Taçpad gelin elastikliyi sayəsində əvvəlki vəziyyətindən 1000% sahəyədək dartıla bilir və bu halda işləmək qabiliyyətini saxlayır. Alimlərin sözlərinə görə, müəyyən müddətdən sonra qurğunun işləmək qabiliyyəti cüzi pisləşib. Yumşaq elastik taçpad elastik elektronika sahəsində tətbiq edilə bilər.
Türkiyədə elektronika qurğularının təmiri ilə məşğul olan məntəqənin sahibi smartfonun ekranında informasiyanın kənar şəxslərdən mühafizəsi sistemini ixtira edib. Sistem mobil proqram və çiplə təchiz edilmiş eynəkdən ibarətdir. Elektronika qurğularının təmiri ilə məşğul olan türk şirkətinin sahibi Celal Göger tərəfindən yaradılmış sistem smartfonun ekranındakı informasiyanı yalnız cihazın sahibi üçün əlçatan edir. Göger bildirib ki, belə sistemin hazırlanmasına altı ay vaxt sərf edib. Sistem mobil proqram və çiplə təchiz edilmiş eynəkdən ibarətdir. Çip simsiz rabitə vasitəsilə smartfona qoşulur, bundan sonra xüsusi çiplə təchiz edilmiş eynəyi taxmış şəxs mobil qurğunun ekranındakı təsviri görə bilir. Bununla belə, informasiya həmin şəxsin yanında olan şəxslər üçün əlçatmazdır.
“Instagram” bəzi istifadəçi hesablarında videolar üçün “Kanallar” funksiyasını sınaqdan keçirdir. Şəkil paylaşmaq üçün bir sosial şəbəkə olaraq bilinən “Instagram”, deyəsən gələcəyin videoda olduğunu kəşf edib. Hardan bilirik? Tətbiqin “Kəşf et” hissəsində yerləşdirilmiş yeni bir video “Kanallar” bölməsi var. Funksiya 6.0.1 Marshmallow ilə işləyən bir Android telefonda görülüb. Normalda, “Kəşf et” səhifəsinə girdiyiniz zaman, “bəyənə biləcəyiniz” video və şəkillərin “thumbnail” görüntüsü ilə qarşılaşırdınız. Burada xüsusi şəkil tiplərinə görə qruplara ayrılmış müəyyən kateqoriyalar var, ancaq bu funksiya geniş formatda, yeni “Kanallar” funksiyasının yanında heç bir şeydir. Kanallar ikonuna daxil olduğunuz zaman, 64 fərqli kateqoriyadan ibarət olan menyuya yönləndirilirsiniz. “Instagram” bu funksiyanı kiçik bir qrup istifadəçinin üzərində sınaqdan keçirdir. Şirkət, eynilə yeni hazırlanmış “qaralama olaraq saxla” funksiyasında olduğu kimi yeni funksiyalar üçün bunu tez tez edir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments