Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Huawei” şirkəti “Xiaomi”-nin ardınca gedərək balaca uşaqlar üçün taxıla bilən cihazlar bazarını fəth etməyə çalışır. Belə ki, şirkət uşaqlar üçün nəzərdə tutulmuş “Disney” və “Marvel” qəhrəmanlarının təsvirləri olan ağıllı saatları anons edib.Yeni cihaz valideynlərə övladlarının harda yerləşdiklərini bilmək, onlara zəng və ya mətnli ismarıc göndərmə imkanını verəcək. Şirkət həmçinin uşaqlar üçün ağıllı saatlardan istifadəni maraqlı etməyi də düşünüb. Məsələn cihazda olan “Shake” funksiyası sayəsində uşaqlar 10 m uzaqlıqda yerləşən dostlarına gizli mesajlar göndərə biləcəklər. Bundan əlavə olaraq ağıllı saatlara fitnes funksiyası da daxil edilib. Uşaqların harda yerləşməsini müəyyən etmək üçün cihaz daxilindəki GPS, kompas, mobil rabitə və naqilsiz çıxış nöqtələrindən istifadə edir. Bütün şəxsi məlumatlar isə “Huawei”-in serverində bir neçə şifrələmə səviyyəsi vasitəsilə saxlanılır. Ağıllı saatlar IP55 standartı üzrə toz və nəmişlikdən qorunma xüsusiyyətinə sahibdir. Cihazın korpusundakı düyməni basılı saxlayaraq təyin edilmiş telefon nömrəsinə avtomatik olaraq SOS ismarıcını göndərmək mümkündür. Həmçinin valideynlər təhlükəsiz hərəkət ərazilərini və sakit saat vaxtlarını təyin edə bilərlər. Bu zaman ağıllı saat uşağın dərslərini hazırlanmasına maneəçilik törətməyəcək. Çin bazarında ağıllı saatın qiyməti $104 təşkil edir.

Huawei

“Instagram” bəzi istifadəçi hesablarında videolar üçün “Kanallar” funksiyasını sınaqdan keçirdir. Şəkil paylaşmaq üçün bir sosial şəbəkə olaraq bilinən “Instagram”, deyəsən gələcəyin videoda olduğunu kəşf edib. Hardan bilirik? Tətbiqin “Kəşf et” hissəsində yerləşdirilmiş yeni bir video “Kanallar” bölməsi var. Funksiya 6.0.1 Marshmallow ilə işləyən bir Android telefonda görülüb. Normalda, “Kəşf et” səhifəsinə girdiyiniz zaman, “bəyənə biləcəyiniz” video və şəkillərin “thumbnail” görüntüsü ilə qarşılaşırdınız. Burada xüsusi şəkil tiplərinə görə qruplara ayrılmış müəyyən kateqoriyalar var, ancaq bu funksiya geniş formatda, yeni “Kanallar” funksiyasının yanında heç bir şeydir. Kanallar ikonuna daxil olduğunuz zaman, 64 fərqli kateqoriyadan ibarət olan menyuya yönləndirilirsiniz. “Instagram” bu funksiyanı kiçik bir qrup istifadəçinin üzərində sınaqdan keçirdir. Şirkət, eynilə yeni hazırlanmış “qaralama olaraq saxla” funksiyasında olduğu kimi yeni funksiyalar üçün bunu tez tez edir.

instagram

Dünyada bir çox şirkət, “Instagram” üzərindən ciddi satışlar həyata keçirir. Bundan xəbərdar olan “Instagram” isə kiçik şirkətlərə dəstək məqsədli “Business Profiles” funksiyasını təqdim edib. Bütün dünyada istifadə edilən və hər hansı bir xərc olmadan satış etməyin mümkün olduğu Instagram, kiçik şirkətlər üçün maraqlı bir yeniliyə imza atıb. Bugünə qədər şirkət səhifəsi sahibləri Instagramda gələn tələblərə cavab verə bilirdilər. Ancaq bu davranış, biznes etikasından kənara çıxırdı. Yeni funksiya ilə isə istifadəçilər müştərilərin tələblərinə mail ilə cavab verə bilərkən, hətta ehtiyac duyulduğu halda telefon ilə zəng edə bilmə imkanına da sahib olacaqlar.  “Instagram”ın yeni funksiyası “Business Profiles” ilə hədəf kütləyə daha rahat çatmağınız mümkündür. Beləki, paylaşımların neçə nəfər tərəfindən görüldüyü, bəyənmə nisbətləri və ən vacibi profilin kimlər tərəfindən ziyarət edildiyi kimi məlumatlar da yeni xidmətlə təqdim olunacaq.

business-pro

Məşhur Instagram foto servisinin developerləri “Snapchat”dan “Stories” funksiyasını tətbiqlərinə əlavə etməklə kifayətlənməyib, “kopyalamaq” işinə davam ediblər. İndidən Instagram-ın Android və iOS versiyalarında Instagram Stories üçün kameranın idarəedilməsinə xüsusi funksiyalar əlavə olunub. İstifadəçi barmağı ilə kamera rejimində ekrana toxunduğu zaman zoom funksiyasından istifadə edə bilər. “Technote.az”ın “Ferra.ru” saytına istinadən verdiyi xəbərə əsasən bu funksiya hətda bir əldən istifadə edərək video çəkim zamanı da aktivdir. Bundan əlavə olaraq kamera rejimində ekrana iki dəfə klikləyərək kameralar arasında keçid etmək mümkündür.

instagram yenlik

Apple-ın iPhone satışları ilə oynadığı haqda iddialar təkrar alovlanıb. Rusiyadakı hadisənin məhkəməyə daşınması gözlənilir. Bəs bu iddia nə qədər doğrudur? “Apple”-ın başı bir daha dərdə girib. Rusiyadakı satış fəaliyyətində qiymətlərə müdaxilə etməsi iddiası ilə təqsirləndirilən Apple-a qarşı Rusiya məhkəməsinə iddia ərizəsi verilib. Daha öncə də Apple bu mövzuda az təqsirləndirilməyib. Hadisənin belə səs salmasının əsas səbəbkarı Apple-ın iPhone model telefonunu almağa çalışan müştəri olub. Belə ki, eyni firmanın ayrı mağazalarında gəzərkən iPhone 6S ilə6S Plus modellərinin eyni qiymətlə satıldığını müşahidə edən müştəri bu haqda məlumat verib. Buna görə də Apple haqda iş açılacağı da bildirilib. Tez bir zamanda Apple-ın Rusiya bazarındakı vəziyyəti haqda araşdırma aparılarılması gözlənilir. Bir müddət əvvəl bu iddia ilə pul cəzası alan Apple 400 milyon dollar pul ödəməli olmuşdu. Sadalanan hadisələr Apple-ın həm Rusiyada, həm də dünyada marka etibarının itirilməsinə səbəb ola bilər.

aplle

Amerikada keçirilən bir təqdimat mərasimində, hackerlərin monitorlardakı pikselləri hacklayaraq kompüter və ekranı idarə edə bildikləri ortaya çıxdı. Bu vaxta qədər monitorların kompüter keysinə bağlı olmadığı müddətcə heç bir funksiyasının olmadığı, sadəcə keysdən gələn məlumatları piksellərə, sonra da sözlərə və şəkillərə çevirdiyi zənn edilirdi. Edilən tədqiqatlar isə bunun heçdə belə olmadığını, piksellərin də hackerlər tərəfindən ələ keçirilib istifadə edilə bilindiyini ortaya qoydu. Kolumbiya Universiteti-ndən tədqiqatçı End Cuyi (And Cui), Las Veqas-dakı “Def Con” hack konfransında reallaşdırdığı bir təqdimatda, “İnanmayacaqsınız amma monitorunuzu hacklaya bilərik. Ekranınızdakı piksellərə çox da güvənməyin” dedi. Hackerlərin, istifadə etdikləri zərərli saytlara yönləndirdikdən sonra monitordakı parlaqlıq kimi sadə tənzimləmələri dəyişib, daha sonra yerləşdirdiyi sətirlərlə videolardan ya da saytlardakı piksellərdən əldə etdiyi kodlar vasitəsilə kompüterin keysini ələ keçirə bildiyini deyən Cuyi, bu metodla bir kompüterdə əslində olmayan şeylərin belə istifadəçilərə göstərilə bildiyini bildirdi.

haker

Bütün dünyanı dolaşan “Pokemon Go” bir çox insan üçün “çörək ağacı” olub. eBay və digər satış saytlarında Pokemon Go hesabları satılmağa başlanıb. Çıxdığı vaxtdan etibarən insanların diqqətini cəlb etməyi bacaran Pokemon Go artıq oyun sevərlərə pul qazanmaqda da yardımçı olur. Vaxtının çoxunu oyun oynayaraq keçirən oyuncular artıq bu topladıqları Pokemonları pula çevirməyə başlayıblar. Belə ki, “eBay” və digər alış-veriş saytlarında öz hesablarını satışa çıxaran oyuncular 100$ və 1000$ arasında satışı həyata keçirirlər. Səviyyəsi yüksək, hesabda çoxlu Pokemonun olması satış rəqəmlərinə də təsir edir. “eBay”-da aparılan araşdırmalara görə 20 səviyyəyə aid hesablar təqribən 400$ həcmində olur. Həmçinin qeyd edək ki, Niantic buna qadağa qoymuşdu. Belə ki, hesabın alınma olması ortaya çıxsa hesabın ban olunacağı bildirilmişdi.

pokemon

Artırıla bilən yaddaş “Apple”-ın ilk gündən bəri düşünmək belə da istəmədiyi bir funksiyadır. Daxili yaddaş isə istifadəçilər baxımından kifayətsizdir ya əlavə maliyyət tələb edir. Bu problemi aradan qaldırmağın yoluna bir yerdə nəzər salaq. 2007-də ilk iPhone təqdim edildikdə iPhone-a heç bir vaxt artırıla bilən yaddaş dəstəyi gəlməyəcəyi aydın olmuşdu. Qapalı əməliyyat sisteminə bir yaddaş kartı vasitəsi ilə tətbiq və ya fərqli fayllar yüklənməsinə Apple sizə icazə verərdi? Daxili yaddaş bir yana qalsın, hətta iPhone-un ilk bir neçə ilində Apple xaricində heç bir şirkət iPhone üçün tətbiq hazırlaya bilmirdi. Yəni, App Store fikrinə belə Apple sonradan razı oldu. Mövzuya qayıdacaq olsaq, istifadəçilər artırıla bilən yaddaşın olmamasının sıxıntısını illərdir çəkir. Onsuz da bahalı bir cihaz olan iPhone, yüksək daxili yaddaş seçimi ilə daha da qiymətləri artır. Bir çox istifadəçi maddi səbəblərdən ötrü 8GB ya da 16GB-lıq modelləri seçsə də bir müddət sonra bunlar kifayət etmir. “Lexar” şirkəti buna çarə olacaq bir aksesuar hazırladı. “microSD to Lightning Reader” vasitəsilə, iPhone 5 və sonrasında çıxan bütün iPhone modellərinə əlavə yaddaş artıra bilərsiniz. Tətbiq vasitəsi ilə iOScihazınızdakı tətbiqləri asanlıqla yaddaşına yaza bilən Lexar kart oxuyucu, şəkil və videolarınızı iPhone-un daxili yaddaşından alaraq sizə böyük yer qazandırır. Həmçinin, tətbiq vasitəsilə App Store-dan yüklənmiş fayl idarə tətbiqləri ilə paralel zamanlı işləyən Lexar, bu tətbiqlərin gördüyü hər bir faylı kartın yaddaşına yaza bilər və kart üzərindən istifadə edə bilərsiniz. Kart oxuyucunun satış qiyməti isə 19 dollardır və daha çox yaddaşlı kartlar daxil olmaqla, bütün microSD kartlar ilə istifadə edilə bilir. Amazon vasitəsi ilə satılan kart-a burdan nəzər yetirə, satın ala bilərsiniz.

lexar

“Facebook”-da bir iş yeri haqqında düzgün məlumat verməyən müştəri 115.000$ ödəməli olacaq. “Facebook” bizim sosial həyatımızın bir hissəsi olsa da paylaşılan xəbərlərin də hamısının doğru olduğunu demək mümkün deyil. Ona görə də dəqiq bilmədiyiniz məlumatı paylaşarkən daha diqqətli olmağınızda fayda var. Bu tip hadisələrə görə hətta başı dərdə girən adamlar da az deyil. Buna Avstraliya sakinini misal göstərmək olar. O, qaldığı otel haqda Facebook-da doğru olmayan məlumat paylaşmasından sonra məhkəməlik olub və 115.000$ ödəməsi haqda qərar qəbul edilib. Avstraliyanın Nanbukka ərazisində yaşayan və iki oteli olan Kennet Roze(Kenneth Rothe) haqda yayılan məlumat onun məhkəməyə müraciət etməsinə səbəb olub. İddia edilən uşaq istismarı faktı sübut edilmədiyi üçün otel sahibi müştəriyə təzminat davası açıb və məhkəmə otel sahibini haqlı çıxararaq ona 115.000$ ödəməsi haqda qərar qəbul edib.

facebook

“ebay” 2011-ci ildə 93%-ni aldığı “Gittigidiyor”-un tək sahibi olmağı bacarıb. Belə ki, “iLab Ventures”-a məxsus  7%-lik hissəni aldıqdan sonra şirkətin yeganə sahibi ola bilib. Bütün hissələri ələ alan şirkət işləri tamamlandıqdan sonra “Gittigidiyor”-un qiymətini 720 milyon dollara yüksəltdi. “ebay”-ın gələcəkdə “Gittigidiyor”-la bağlı başqa planları olduğu şübhəli deyil. Şirkəti aldıqdan sonra “eBay” “Gittigidiyor” 80 milyon Tl investisiya qoyub və onu Orta Şərq bazarında tanıtmağı planlamışdırmaq istəyi istisna edilmir.

ebay

Bitcoin ticarəti ilə məşğul olan “BitFinex”, itirdiyi bütün pulları istifadəçilərinə ödətmək qərarına gəlib. “BitFinex” adlı Bitcoin ticarəti edən sayt 65.000$ dəyərində olan 119.756 Bitcoin-nin hackerlərin əlinə keçməsinin ardından, Bitcoin-lərin qiyməti 607$-dan 480$-a düşmüşdü. Bu hadisədən sonra şirkətin etdiyi açıqlama hər kəsin marağına səbəb olub. Belə ki, şirkət itirdiyi pulları istifadəçilərdən alacağını və istifadəçilərin toplamda 36% dəyərində Bitcoin itirəcəyini bildirib. Bu isə təbii ki, Bitcoin sahiblərinin haqlı narazılığına səbəb olub və bu qərarın şirkətin gələcək fəaliyyətinə mənfi təsir edəcəyi şübhəsizdir.

Bitcoin

Məşhur “OnLeaks” mənbəsi LG V20 smartfonunun ilk render fotolarını təqdim edib. Qeyd edək ki, cihaz rəsmi olaraq təqdim olunmayıb. Təqdim olunmuş render fotolarda görmək olar ki, smartfon metal korpusa sahibdir. Keçən ilki LG V10-dan fərqli olaraq isə yeni cihaz ikili arxa deyil, ikili ön kameraya sahib olacaq. Həmçinin arxa paneldə barmaq izi skanı funksiyasını görmək mümkündür. Technote.az-ın “Androidauthority.com” saytına istinadən verdiyi xəbərə əsasən LG V20 2560×1440 piksel keyfiyyətli 5.7 inç Quad HD ekran, Qualcomm Snapdragon 820 prosessoru, 4 GB-lıq RAM ilə təchiz olunacaq. Kameralara gəldikdə isə cihaz 21 MP-lik arxa və 8 MP-lik ön kameraya sahib olacaq. Smartfonun Android 7.0 Nougat əməliyyat sistemi üzərində çalışacağı güman olunur. LG V20 smartfonunun 6 sentyabr tarixində San Francisco şəhərində keçiriləcək tədbir çərçivəsində təqdim olunacağı gözlənilir.

lg

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register