Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

ABŞ-ın “Federal Ticarət Komissiyası”-nın baş texnoloqu Lori Krenor Las-Vegasda keçirilmiş təhlükəsizlik mövzusunda konfrans çərçivəsində müxtəlif internet resurslarda olan akkauntların şifrələrinin tez-tez dəyişdirilməsinin təhlükəsizlik baxımından heç bir məna daşımadığını bildirib. Lori Krenor bildirib ki, bir çox ABŞ şirkətləri, əməkdaşlarını öz korporativ akkauntlarının şifrələrini hər ay dəyişdirməyə məcbur edir. Lakin təhlükəsizlik baxımından bu heç bir məna kəsb etmir.  Krenor 7700 akkauntu incələyərək bu nəticəyə gəlib. O müəyyənləşdirib ki, insanlar hər dəfə daha sadə şifrələr fikirləşirlər. Əksər hallarda onlar köhnə şifrələrə bəzi dəyişikliklər əlavə edirlər. Məsələn şifrənin baş hərfini dəyişir və ya sonuna müəyyən simvollar daxil edirlər. Bu halda əgər pis fikirli insanlar köhnə şifrəni bilirdilərsə onda yenisini öyrənmək onlar üçün çətin olmayacaq. Güvənli şifrə tərtib etmənin 5 qaydasını sizlərə təqdim edirik. 1. Yeni şifrələrin yaradılmasında köhnə şifrələrdən istifadə etməyin. 2. Şifrə qismində digərlərinə məlum olan faktlardan (ev heyvanının adı, doğulduğunuz şəhər və s.) istifadə etməyin. 3. Bir neçə internet resurlar üçün eyni şifrədən istifadə etməyin. 4. Öz şifrələrinizi müəyyən servislərdən istifadə etməklə yaradın. Həmin şifrələri aşkar etmək çətin olur. 5. İkifaktorlu girişdən (məsələn şifrə və SMS vasitəsilə əldə olunan kod) istifadə edin.

passüord

Internetdə uzun müddət öz varlığını qoruyub saxlamış flash məzmunları artıq HTML5 ilə əvəz olunmağa başlayır Bunun əsas səbəbi isə artıq HTML5-in daha da geniş yayılması və o cümlədən, mobil platformada üstünlüyü ələ almasıdır. Həm də flash-in uzun müddətdir yenilənməməsi bir çox internet saytlarının ondan üz döndərmələrinə səbəb olub. Amma buna baxmayaraq, flash bir çox brauzerlər tərəfindən aktuallığını itirməmişdi. Artıq ən böyük brauzerlərdən olan “Google” da yaxın zamanlarda yenilənmələrlə birgə Chrome platformasında flash dəstəyini götürəcəyini və bunun yerinə dekabr ayında Google Chrome-un HTML5 məzmunlara yönələcəyini bildirib. Düzdür yaşadığımız dövrdə flash əsaslı xidmətlər qalmasa belə Google-un bəzi xidmətləri flash əsaslı işləyirdi. “Youtube” başda olmaqla Google xidmətlərinin də HTML5-ə keçid etməsi, flash dövrünün sonunun gəldiyinə işarədir.

flash

“Kaspersky Lab” və “Symantec” şirkətləri bir-birindən asılı olmayaraq dünyanın bir çox mütəxəssisləri tərəfindən 5 il ərzində axtarılmış virusu aşkar ediblər. Virus Remsec, Strider (Tolkien-in “The Lord of the Rings” kitabındakı Aragorn personajının ləqəbi) və ProjectSauran adları ilə tanınır. Mütəxəssislər bildiriblər ki, bu virusun hazırlanmasında xüsusi xidmət orqanları iştirak ediblər. “Symantec”-in bildirdiyinə görə bu virus vasitəsilə hücumlar 2011-ci ildən reallaşdırılır. Beləliklə 7 təşkilatın (Rusiyadan olan şirkətlər, İsveç və Çin hava yolları, Belçika səfirliyi) 36 kompüterinin bu virusdan zərər çəkdiyi qeydə alınıb. Technote.az-ın “Hightech.fm” saytına istinadən verdiyi xəbərə əsasən “Kaspersky Lab” bu göstəriciləri təsdiqləyib və əlavə edib ki, siyahıya həmçinin hərbi obyektlər, maliyyə və telekommunikasiya şirkətləri, elmi mərkəzlər də daxil olub. Virus mürəkkəb daxili quruluşa sahib olduğu üçün mütəxəssislər onu 5 il ərzində aşkar edə bilmirdilər. Onun hazırlanması prosesində antivirusların zərərli proqram təminatlarını təyin etmək üçün istifadə etdikləri bütün şablonlar və qaydalar nəzərə alınmışdır. “Kaspersky Lab”-a kömək barəsində adı hallanmayan bir dövlət orqanı müraciət edib. Mütəxəssislər şəbəkə trafikində olan qəribəlikləri incələyərək virusun izinə düşüblər. Aşkar edilmiş virus istənilən şəbəkə üzrə (hətda yüksək səviyyədə qorunan şəbəkə ilə də) hərəkət edə bilir. Virus özündən müxtəlif cihazların məlumatlarını keçirdir və IP ünvanların, şifrələrin, açarların və konfiqurasiya fayllarının filtr prosesini yerinə yetirir. Bundan sonra məlumatlar uzaqdan qoşulmuş USB cihaza yazılır. Windows və antiviruslar bu fəaliyyəti şübhəli hesab edə bilmirlər. Konkret dövlətlərin adı çəkilmir. Lakin şübhəsiz ki, bu cür səviyyədə professional xidmət milyonlarla dollar qiymətinə başa gəlir. Virusun kodu 2000-ci ildə İranın nüvə proqramı kompüterlərini sındırmaq üçün ABŞ və İsrail tərəfindən yaradılmış Stuxnet virusunun kodu ilə oxşardır.

kasperiski

Görüntüsü ilə üzləri gülümsədən dünyanın ən böyük hava nəqliyyatı Airlander 10, ilk səyahətini etməyə hazırlaşır. Təxminin 3 illik bir zəhmətin nəticəsində ortaya çıxan təyyarə, hava şarı və vertolyot qarışımı hava nəqliyyatı olan Airlander 10, ilk səyahətini etmək üçün hazırlıqlarını tamamladı və Bedforshire-dakı məkandan çıxardıldı. Uzunluğu futbol meydançası, hündürlüyü isə 10 mərtəbəli bir bina qədər olan Airlander 10-un bu ayın sonunda reallaşdırılacaq ilk uçuşdan əvvəl bəzi testlərdən keçirilərək tam olaraq hazır olub-olmadığı sınaqdan keçiriləcək. 3 həftə ərzində havada qala bilən Airlander 10, ümumi 50 sərnişin daşıya bilir. Nəqliyyat vasitəsinin yaradıcısı “Hybrid Air Vehicles”-ın rəhbəri Stefan MakQlenen, ilk uçuşu barədə hiss etdiyi həyəcanı dilə gətirərək bunları bildirdi: “Belə bir şey barədə danışırıqsa, qeyd etməliyik ki, görmək inanmaqdır. İnsanlara onu göstərməliyik”.

hava gemisi

İnsanların istər elektron, istərsə də adi şəkildə kitaba olan marağı nəzərə alınaraq kitabları daha tez əldə etmək üçün yeni e-kitab proqramı hazırlanıb və bu proqramın tez bir zamanda bütün dünyada e-kitab sevərlərin rəğbətini qazanacağı gözlənilir. Belə ki, “New York Xalq Kitabxanası” yeni işə imza atıb və 300.000 kitabın elektron formasını hazırlayaraq Android və iOS istifadəçilərinin istifadəsinə verib. Bu proqram vasitəsilə pulsuz şəkildə yükləyib oxumaq mümkün olacaq. Bunun üçün telefonunuzda “NYPL SimplyE” tətbiqinin olması tələb olunur. Xidmətdən istifadə etmək üçün kitabxananın verdiyi karta sahib olmaq lazımdır. “New York Daily News”-da verilən məlumata görə e-kitablara web-dən və Kindle-dan da baxa bilərsiniz. Bu proqramdan bütün dünyada istifadə etmək mümkün olacaq.

e-kitab

“Facebook” şirkəti nümayəndələrinin etdiyi açıqlamada reklamlara böyük əhəmiyyət verdiklərini, reklamı hər zaman dəstəklədiklərini bildiriblər. Belə ki, Facebook nümayəndələri, istifadəçilərin “Ad-block” proqramı istifadə etsələr belə reklamları görməyə davam edəcəklərini bildirib. Reklamların görülmə prinsipində dəyişiklik etdiyini bildirən şirkətin Reklam və İş Platforması Direktor Köməkçisi Andryu Bosvors(Andrew Bosworth), istifadəçilərin ad-block istifadə etməsi halında belə reklamı görəcəklərini bildirib. Çünki ad-block reklam proqram təminatını oxuya bilməyəcək. Nəzərə alsaq ki, ABŞ-da ad-block istifadəçiləri 26% təşkil edir, onda bu xəbərin istifadəçilərə necə təsir edəcəyi maraqlıdır. Facebook rəsmisi həmçinin bildirib ki, onlar ad-blocka heç vaxt filtrləməyə görə pul ödəməyiblər.

facebook_wdy

Tanınan xəritə proqramlardan olan Google Maps bir çox insanlar tərəfindən sevilir. Google Maps-in etdiyi yenilik isə hələki sadəcə Android istifadəçiləri üçün nəzərdə tutulur. Bəs bu yeniliklər nələrdən ibarətdir? Keçən ay test edilməyə başlanan və sadəcə Wi-Fi bağlantısı ilə istifadə oluna biləcək bu yenilənmə istifadəçilərə təqdim olundu.Bu yeniliklə istifadəçilər mobil datadan asılı olmadan sadəcə Wi-Fi siqnalları ilə Google Maps-dən istifadə edə biləcəklər. Bir digər xüsusiyyət isə Offline istifadə üçün yüklənən xəritələrin artıq SD kartlara yüklənə bilməsidir. Əvvəllər də belə funksiya mövcud idi, amma əvvəllər bu SD kartda yer tutduğu halda yenilənmədən sonra yüklənən xəritə artıq depolanmış halda yer alacaq.

maps

Bu ilin ən çox gözlənilən məhsullarından biri olan “Apple”-ın yeni smartfonu iPhone 7-nin təqdimat tarixi açıqlandı. Bu ayın əvvəllərində smarton bazarının lideri “Samsung”, yeni smartfonu Galaxy Note 7-ni təqdim etmişdi. Qısa vaxtda əvvəlcədən sifariş edilmə rekordları qırmağı bacaran Samsung-un Note 7-sindən sonra gözlər Apple-a çevrildi. Apple-ın bu ilki ulduzu iPhone 7-nin bir müddətdir Sentyabr ayında təqdim ediləcəyi danışılırdı. “Bloomberg”-in Apple editoru “Mark Gurman”, hazırladığı materialda iPhone 7 ailəsinin 7 Sentyabr 2016 tarixində qədim olunacağını bildirdi. Uzun müddətdir ortaya çıxan sızıntılar ilə birlikdə hardasa hər detalını öyrəndiyimiz iPhone 7-nin təqdimat mərasimi, eyni zamanda “Sony”-nin yeni konsolu Playstation Neo-nun təqdimat mərasimi ilə eyni günə təsadüf edir.  Bu il həqiqətən Samsung-un Galaxy Note 7 ilə çox uğurlu bir cihaz ortaya çıxardığını qəbul edəsi olsaq, bu ilin qalan hissəsində xüsusilə iPhone 7 Plus və Galaxy Note 7 cihazları arasında böyük bir rəqabətə şahid olacağıq. Görəsən iPhone 7 ailəsi istifadəçilərin cihazdan gözləntilərini qarşılaya biləcək mi?

iphone

“Kyocera” şirkəti dünyada bir ilk olan geniş bucaqlı iki action kameraya sahib smartfonu təqdim edib. Kyocera Duraforce Pro adlanan yeni smartfonun korpusu toz, palçıq, su və mexaniki xəsarətlərə qarşı qorunma xüsusiyyətinə sahibdir. Smartfonun korpusu təkcə IP68 deyil, həmçinin 810G hərbi standartı üzrə də qorunma özəlliyinə sahibdir. O vibrasiya, mexaniki xəsarət, temperatur və təzyiq enmələrinə qarşı dözümlüdür. Technote.az-ın “Hi-tec.mail.ru” saytına istinadən verdiyi xəbərə əsasən smartfonun action kamerası hal-hazırda bazarda olan digər action kameralar ilə rəqabət apara bilər. Slo-mo və su altında çəkiliş etmə mümkündür. Smartfonun texniki göstəriciləri ilə sizləri tanış edirik. 1920×1080 piksel keyfiyyətli 5 inç Full HD ekran. 8 nüvəli Qualcomm Snapdragon 617 prosessoru. 2 GB-lıq RAM və 32 GB-lıq daxili yaddaş. 135 dərəcə görünüş bucaqlı ikili 13 MP-li action kamera (1080p keyfiyyətli çəkiliş dəstəklənir) və 5 MP-li ön kamera. 3240 mAh enerji tutumlu batareya (sürətli enerji yığma funksiyası mövcuddur). Cihaz bu ilin payız fəslində satışa çıxacaq. Onun hansı qiymətə satılacağı isə hələki bilinmir.

Manhattan məhkəməsi məşhur brendlərin “Alibaba” şirkətinə qarşı verdikləri müraciəti araşdıraraq Alibaba şirkətini haqlı çıxarıb. Belə ki, bir çox dünya markaları Alibaba şirkətini onların eynisi olan saxta məhsulları satmaqda günahlandırmış və bu iddia ilə də Alibaba e-ticarət şirkəti məhkəməlik olmuşdu. Məhkəmə, Alibaba-ya qarşı yönəlmiş iddiada heç bir iddianın sübuta yetirilmədiyini bildirib. İddia ərizəsində saxta marka məhsulların satışını həyata keçirdiyi şirkətlərin Alibaba ilə razılaşması olduğu bildirilir. Marka malların istehsalçıları Alibaba şirkətinə məxsus “AliExpress”, “Taobao”, “Tmall” şirkətlərinin hər üçünə də eyni iddia ərizəsilə məhkəməyə veriblər. Məsələn, Taobao şirkətinin üç sahibkarı eyni ittihamla günahlandırılıb. Bu dünya nəhəngi Alibaba-nın ilk ittiham olunduğu iş deyil. 20 Maydan sifariş üzrə şirkət saytı Taobao, satıcılara logoları ile birgə məhsulların orginallığını təstiqləyən sənədlərin ekran şəklini göndərməsini tələb edib. Qaydalara əməl etməyən satıcıların hesabının dondurulacağı və məhsulların saytdan uzaqlaşacağı bildirilmişdi. İyulda isə şirkət IP Joint-Force System sistemini istifadəçilərə təqdim etdi. Burda markalar üçün xüsusi hesab mövcuddur. Bura daxil olaraq saxta malları qeyd etmək mümkündür və bu yolla da belə məhsulların çıxışı mümkünsüz olur. Sonra isə saytdan ləğv edilir. PAYSPACE MAGAZİNE. Bir müddət öncə Alibaba Cloud, Alibaba Group-un bulud texnologiyası yaradıcısı, özünün qlobal e-ticarət məkanı və AliLaunch-i yaratdığını elan etmişdi. Alibaba Cloud vasitəsilə beynəlxalq ortaqlar Çin bazarına giriş edə biləcəklər.

ali baba

“SolarCity”-nin “Tesla Motors” tərəfindən alınmasının rəsmi elanından bir həftə sonra Elon Mask şirkətin yeni məhsulunu anons edib. Yeni məhsul evlər üçün nəzərdə tutulmuş günəş damlarıdır. Onlar adi dam səthlərinin əvəzinə quraşdırıla biləcək. İndiyənə kimi “SolarCity” günəş batareyalarını yalnız ayrıca istehsal edirdi. Lakin bu cür variant yeni ev damı arzusunda olanlar üçün yaramırdı. Nəticədə tutulmayan böyük bazar seqmenti qalmışdı. Mask-ın sözlərinə əsasən günəş damları adi dam səthlərindən daha yaxşı görünüşə sahib oldumalarından başqa onlar daha uzun müddət xidmət edəcəklər. “SolarCity”-nin baş direktoru Lindon Riv öz növbəsində qeyd edib ki, şirkət 2016-cı ilin sonuna kimi iki məhsul təqdim edəcək. Çox güman ki, onlardan biri günəş damları, digəri isə adi dam səthinə malik evlərə quraşdırılacaq yenilənmiş cihazlar olacaq. Daha ətraflı məlumatlar yaxın aylarda təqdim olunacaq.

tesla

“Merculite Security” şirkətinin mütəxəssisləri növbəti dəfə sübut ediblər ki, “İnternet əşya” cihazlarının istehsalçıları təhlükəsizlik ilə bağlı məsələlərə lazımi diqqəti ayırmırlar. Çoxu zaman qoşulmuş cihazları ən primitiv texnikadan istifadə edərək sındırmaq mümkündür. “Ağıllı” qapı qıfılları da istisna deyil. “DEF CON 24” adlı hacker konfransı çərçivəsində tədqiqatçılar Entoni Rouz və Ben Remsi 16 məşhur elektron qıfılların test nəticələri haqqında məlumat veriblər. Nəticələr isə heç də ürəkaçan olmayıb. Belə ki, yalnız 4 elektron qıfıl bütün testlərdən keçə bilib. Quicklock, iBluLock, Plantraco və digər bəzi model elektron qıfılları fərqləndirən əsas xüsusiyyət ondan ibarət idi ki, onlar giriş şifrələrini adi mətn şəklində ötürürdülər. Bu məlumatı isə Bluetooth-sniffer vasitəsilə ələ keçirmək olar. Yerdə qalan qıfıllar (o cümlədən Lagute, Vians və Ceomate) təkrar giriş cəhdi hücumu qarşısında zəif olublar. Təkrar giriş cəhdi zamanı yazılmış müvafiq əmr siqnalları vasitəsilə qapını açmaq və ya bağlamaq mümkündür. Sındırmanın bu üsulu artıq 10 ildirki məlumdur. Lakin istehsalçılar onun aradan qaldırılmasına diqqət etməyiblər. Təcrübələr keçirilən zaman gülünc vəziyyət yaranıb. Belə ki, “Kwikset Kevo” adlı yaradıcı öz qıfıl modeli üzərində yaxşı çalışıb. Buna görə də mütəxəssislər onun qoruma sistemini sındıra bilməyiblər. Lakin onlar bütün cihazlardan imtina edərək qıfılı sadə vintaçan ilə açıblar.

secrute

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register