Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Google”un bir müddət əvvəl Fələstini, “Google Maps”dən silməsi dünya mediasına böyük səs salmış və buna qarşı imza toplama aksiyası keçirilmişdi. “Google”un bu yöndə dəyişiklik etməsini gözləyənlər tamamilə əks reaksiya ilə qarşı-qarşıya qalıblar. Beləki, şirkətin cavab reaksiyası geçikməmiş və hər kəsi məyus edəcək cavab verilib: Fələstin onsuzda yoxdur! Bir müddət əvvəl “Change.org” üzərindən aparılan imza toplama kompaniyasına cavab verən “Google” rəsmiləri, “Fələstin onsuzda yoxdur” cavabını vermişlər. Google-un media nümayəndəsinin sözlərinə görə, bölgə heç vaxt “Google Maps” üzərində Fələstin deyə adlandırılmayıb və Qəzza bölgəsi də müqayisəli bölgə olduğundan aradan qaldırılıb. Bu səbəbdən bölgəyə məxsus ərazi ona yaxın sərhədlər içində təsvir olunub. Ümid edirik ki, “Google” şirkəti kəskin yönəlmiş etirazları nəzərə alacaq və şirkətin nüfuzuna xələl gəlməməsi üçün uyğun addımlar atacaq.

falastin

Samsung Galaxy Note 7-yə olan maraq yetərincə çox olduğundan bəzi ölkələrdə satışa çıxarılma vaxtı təxirə salınmalı olub. Bunun səbəbi nədir və təxirə salınan ölkələr hansılardır? “Samsung” şirkətinin son dövrlərdə məşhurluğunun artması onun həyata keçirdiyi satış strategiyasına da öz təsirini göstərməkdə davam edir. Belə ki, “Samsung” şirkətinin istehsalı olan S7 və Note 7 modellərinin istehlakçıların diqqətini cəlb etməsindən sonra şirkətin yeni təqdimatını etdiyi Galaxy Note 7-yə də maraq yetərincə yüksəkdir. Şirkətin keçirdiyi ön sifariş strategiyası nəticəsində ortaya çıxan tələb, stok problemi yaratdığı üçün bəzi ölkələrdə telefonun satışa çıxma vaxtı təxirə salınıb.Amerikada avqust ayında satışa çıxması gözlənən Galaxy Note 7 telefonunun Hollandiya, Rusiya, Ukrayna kimi ölkələrdə sentyabrın 2-si satışa çıxması gözlənsə də, adı çəkilən ölkələrdə bu tarix sentyabrın 30-na təyin olunub. Qonşu Türkiyədə isə tarixdə heç bir dəyişiklik olmayıb və avqustun 25-i satışa çıxarılması gözlənilir.

not7

“Microsoft” tez bir zamanda oyuncuların rəğbətini qazanan, “Beam” şirkətini alıb. Yanvar ayında qurulan “Beam”, sahib olduğu texnologiya ilə diqqət çəkməyi bacarmışdı. Techcrunch Disrupt New York 2016-da təşkil olunmuş Battlefield-da qazanan “Beam”, oyun sevərlərin oyunu daha real qəbul etməsi, oyunçunun özünü oyunda hiss etməsinə şərait yaradan istiqamət seçmə funksiyasını aktivləşdirməklə buna nail ola bilmişdi. Standart digital yayımlarda 2-10 saniyə arasında geçikmə olduğu halda, “Beam” inkişaf etdirdiyi texnologiya ilə bu geçikməni millisaniyələrə qədər azaltmağa nail ola bildiyini iddia edir. “Microsoft”un, “Beam”la bağlı hansı planlarının olduğu hələki sirr kimi saxlansa da, Xbox platforması üçün bunun faydası olacağı bildirilir. “Beam”in yaradıcısı Matt Salsamedli öz komandası ilə birgə bu platformanın içində yer alacaq.

mic

Pulsuz verilən əşyaları hamı sevir. Lakin işə siyasət qarışanda bu cür məsələlər öz əhəmiyyətini itirir. Cənubi Koreya şirkəti “Samsung” hal-hazırda Rio-da keçirilən Yay Olimpiya Oyunları üçün xüsusi olaraq Galaxy S7 Edge smartfonunu təqdim edib. Smartfon bütün iştirakçılara tamamilə pulsuz verilirdi. Şimali Koreya iştirakçıları smartfonları əldə edə bilməyiblər. Şirkət bildirib ki, Olimpiya oyunlarının 12.500 idmançısına Galaxy S7 Edge Olympic Games Edition smartfonu hədiyyə olunacaq. Qeyd edək ki, “Samsung” bu cür tədbirlərə ilk dəfə deyil ki, sponsorluq edir. Məsələn 2014-cü ildə keçirilmiş Soçi olimpiadası zamanı şirkət hər bir ölkənin simvol və bayrağının olduğu Galaxy Note 3 smartfonlarını təqdim etmişdi. Məlumata əsasən Şimali Koreya-nın olimpiya komitəsində fəaliyyət göstərən məmurlardan biri idmançılar üçün nəzərdə tutulmuş 31 ədəd smartfon əldə edib. Daha sonra məlum olub ki, cihazlar idmançılara təqdim olunmayıb. Çox güman ki, pulsuz smartfonlardan imtina məsələsinin əsas səbəbi Şimali Koreya ilə Cənubi Koreya arasındakı siyasi problemdir. Belə ki, hər iki tərəf uzun illərdir ki, bir-biriləri ilə düşmənçilik vəziyyətindədirlər. Məsələ ilə bağlı heç bir tərəf açıqlama verməyib.

rio samsung

Hal-hazırda Android üçün WhatsApp messengerinin yenilənmiş beta versiyası hazırlanır. Həmin versiyaya çoxdan gözlənilən yeniliklər əlavə olunub.İlk yenilik messengerdə ismarıcı bir neçə şəxsə və ya qrupa göndərmək imkanıdır. Daha əvvəllər ismarıcları və ya digər faylları bir dəfəyə yalnız bir şəxsə və ya qrupa göndərmək olurdu. Buna görədə hər dəfə kütləvi ismarıc göndərmə zamanı eyni prosesi bir neçə dəfə təkrar etmək lazım gəlirdi. Bundan əlavə olaraq beta versiyada olacaq daha bir yenilik ismarıc və ya faylın sürətlə sonuncu dəfə əlaqə qurulmuş 3 şəxsə göndərməkdan ibarətdir. Həmçinin yaxın aylar ərzində WhatsApp-da GIF animasiyalar, video zənglər, fotolara imza qoyulma və s. kimi funksiyaların dəstəklənməsi gözlənilir. Qeyd edək ki, qrup halında ismarıcların göndərilməsi funksiyasına sahib WhatsApp-ın yeni versiyası hələki bəzi regionlarda aktivdir.

whatsapp

“Google” şirkəti smartfon və kompüterlər üçün nəzərdə tutulmuş Fuchsia adlı yeni əməliyyat sistemi üzərində çalışır. Yeni sistem gələcəkdə Android-i əvəz edə bilər. Fuchsia adı, eyniadlı bənövşəyi rəngli güldən götürülmüşdür. Əməliyyat sistemi, Magenta adlandırılan yeni nüvə əsasında çalışacaq. Qeyd edək ki, Android və Chrome OS, Linux nüvəsi əsasında çalışır. Sistemin 32 və 64-bitlik prosessorlar tərəfindən dəstəklənəcəyi bildirilib. Hal-hazırda şirkət yeni sistemin yaradılması xəbərini təsdiqləməyib. Lakin developerlər üçün olan məşhur “GitHub” saytında “Google” mühəndisləri artıq Fuchsia haqqında ilkin məlumatları paylaşıblar. Ola bilsin ki, onlar bir sistemin köməyi ilə digər iki sistemi (Android və Chrome OS) birləşdirmək istəyirlər. Fuchsia developerərindən birinin sözlərinə əsasən, onlar tamamilə açıq qaynaq kodlu (open source) sistem yaratmağı planlaşdırırlar.

Google

ABŞ-ın “HEI Hotels & Resorts” şirkətinə məxsus “”Marriott”, “Hyatt”, ”Intercontinental”, “Starwood” otellərinin ödəniş sistemi xidməti hackerlər tərəfindən hücuma məruz qalıb. Güman olunur ki, bu üsulla həmin otellərdə müxtəlif xidmətlərə görə ödəniş etmiş şəxslərin bank kartlarının məlumatları hackerlərin əllərinə keçib. Şirkətin rəsmi nümayəndələri bildiriblər ki, otellərin kompüterlərinə daxil olmuş zərərli tətbiq bu ilin iyun ayının ortasında aşkar edilmişdir. Tətbiq 1 Mart 2015-ci il tarixindən 21 İyun 2016-cı il tarixinə kimi fəaliyyət göstərib. Söhbət ABŞ ərazisində olan 20 oteldən gedir. Beləliklə, hackerlər 10 minlərlə tranzaksiyaları izləyə biliblər. Hələ ki, plastik kart sahiblərindən potensial olaraq kimlərin zərər çəkdiyini müəyyən etmək çətindir. Belə ki, bir oteldə hər bir müştəri müxtəlif xidmətə görə pul ödəyib. “HEI Hotels & Resorts” şirkəti sözügedən hacker hücumunun miqyasını təyin etmək üçün mütəxəssisləri işə cəlb edib. Mütəxəssislərin bildirdiyinə görə hackerlər müştərilərin bank kartlarının məlumatlarını əldə ediblər. Lakin onlar bank kartlarının PIN kodlarını əldə edə bilməyiblər. Belə ki, adı çəkilmiş otellərdə müştərinin şəxsiyyətinin təyin edilməsi və müxtəlif xidmətlərin ödənilməsi üçün PIN koda ehtiyac yoxdur.

haker

“Facebook”, xəbər lentinə yenilik əlavə etməyə hazırlaşır. Gün keçdikcə funksionallığını artıran sosial platforma indi də istifadəçilərinin xəbər seçimində işini asanlaşdırmaq istəyir. Sosial şəbəkə vasitəsilə insanlar bir çox xəbər və yeniliklərdən agah olmaqla bərabər, təstiqini tapmamış məlumatlarla da az rastlaşmırlar. Bu xəbərlərin yalan və ya uydurma olması isə istifadəçiləri narahat etməklə bərabər, çoxlu müzakirələrə də səbəb olur. Bunu nəzərə alan “Facebook” şirkəti artıq xəbər lenti ilə bağlı yaranan problemləri həll etmək üçün Feed Quality tətbiqini istifadəyə verəcək. Tətbiqi istifadə edən istifadəçi xəbər lenti və məqalələrə 1 və 5 arasında dəyərləndirmələr edəcəklər. Bundan əlavə hər istifadəçinin marağına uyğun xəbər lenti səhifədə önə çıxacaq. Hələ ki, beta mərhələsində olan tətbiqin tezliklə istifadəyə verilməsi gözlənilir.

mark

Tədqiqatçılar “Apple”ın, iMessage tətbiqi daxilinə başdan-sona (end-to-end) şifrələmə funksiyasını əlavə edilməsinin mütləq olduğunu bildirirlər. Mövcud iMessage kifayət qədər təhlükəsiz deyil mi? Son vaxtlarda bir çox mesajlaşma tətbiqi, şəxsi və qrup söhbətləri arasındakı istifadəçi gizliliyinə əsaslanan, başdan-sona şifrələmə funksiyasını hazırlamışdılar. WhatsApp, Facebook Messenger kimi qlobal səviyyədə istifadəçilərə xidmət edən söhbət tətbiqləri, bu funksiyanı hal-hazırda bütün smartfonlarda istifadə edirlər. Belə ki, tədqiqatçılar mövcud iMessage tətbiqində başdan-sona şifrələmə funksiyasının olmamasının müxtəlif təhlükələrə yol açacağını dilə gətirirlər. iMessage-a başdan-sona şifrələnmə gələcək mi? Tədqiqatçılar tərəfindən paylaşılmış bir hesabata görə, Apple tərəfindən iMessage tətbiqində istifadə edilən təhlükəsizlik divarının gücləndirilməsi lazımdır. iMessage üzərində onlayn olan mesaj göndərən/qəbul edənin söhbət təhlükəsizliyinin kifayət qədər yaxşı olmadığını bildirən hesabatda, tətbiq istifadəçilərinin təhlükə altında olduğu vurğulanır. Tədqiqatçılar sözügedən təhlükəsizlik divarının ortalama bir hacker tərəfindən keçilə bilməyəcəyini, lakin böyük şirkətlərin, sahibkarların güclü kiber hücumlara məruz qaldığı bu dövrdə, təcili bir tədbir görmənin həm şirkət həm də istifadəçi baxımından yararlı olacağını sözlərinə əlavə edirlər.

imessenger

Təqdim olunmuş videoda köməkçi vasitələrdən istifadə edərək adi mobil telefondan infraqırmızı gecəgörmə cihazının hazırlanma üsulu göstərilib. Bunun üçün kameraya sahib istənilən mobil telefon, infraqırmızı işıq diodları, batareya, çevirici cihaz, karton və yapışdırıcı lent lazım olacaq. Bacarıqlı əllər sayəsində nəticədə gecə vaxtı görmə qabiliyyətinə sahib cihaz alınacaq.

Ağıllı telefonlardan sonra ağıllı tatuların da dəb olması gözlənilir. Belə ki, bir çoxlarının sevdiyi texnologiya və tatunu özündə birləşdirən cihazların tezliklə istifadəçilərin rəğbətini qazanması gözlənilir. Yaşadığımız dövrdə artıq hər şeyin “ağıllı” olması heç kimi təəccübləndirməsə də, MTI (Massaçusets Texnologiya İnstitutu) tərəfindən prototip olaraq inkişaf etdirilən DuoSkin adlı dizayn nümunəsinin funksiyalarının istifadəçi marağına səbəb olması gözlənilir. DuoSkin-in funksiyaları sizlərə macəra filmlərindəki qeyri-adi yenilikləri xatırladacaq. “Giriş cihazı” olaraq istifadə edə biləcəyiniz bu tatu, dərinizi bir növ “trackpad-ə” çevirəcək. Amma bu özəl tatunun xüsusiyyətləri bununla bitmir. Belə ki, bunun köməyi ilə bədən tempraturunuzun dəyişməsinə görə onu quraşdıra bilərsiniz. Son olaraq bu tatular NFC cihazları olaraq da istifadə oluna bilər. Bu funksiyalardan əlavə tatunun visual görünüşü də yetərincə göstərişli və fərqlidir. Sözügedən tatuların üzük, qolbaq və boyunbağı kimi də dizaynını verə bilərsiniz. Video vasitəsilə tatunun xüsusiyyətləri haqda məlumat ala bilərsiniz.

Android smartfon sahibləri üçün Google Play onlayn mağazasında bəzi dəyişikliklər gözlənilir. Uzun zaman idi ki, istifadəçi və developerlər oyun və tətbiqlərin reytinq üzrə qarışıq olaraq sıralanmasından şikayət edirdilər. Beləliklə lazımi məhsulu tapmaq çətinləşirdi.İndi isə “Google” şirkəti onları ayrıca bölmələrə ayırıb. Bəzi istifadəçilər yaxın günlərdə Google Play-ə daxil olaraq görə bilərlər ki, “Top new free apps” və “Top new paid apps” bölmələri yox olub. “Technote.az”ın “Androidcommunity.com” saytına istinadən verdiyi xəbərə əsasən onları “Top free apps”, “Top paid apps”, “Top free games” və “Top paid games” bölmələri əvəz edib. Sözügedən yenilik yaxın zaman ərzində bütün istifadəçilər üçün aktiv olacaq. Bundan əlavə olaraq şirkət məhsulların kommentlər hissəsində köklü dəyişikliklər edəcək. Belə ki, məlumata əsasən hər hansı bir məhsul haqqında fikri bildirmək üçün Google+ istifadəçisinin olması şərt olmayacaq. Bununla yeniliklər bitmir. Bəzi istifadəçilər fikir veriblər ki, bundan sonra məhsulun özündən başqa onun təqdim etdiyi funksiyaları belə qiymətləndirmək mümkün olacaq. Beləliklə istifadəçilər biləcəklər ki, hər hansı bir tətbiq bu və ya digər funksiyanın öhdəsindən necə gəlir. Əsas funksiyaların qiymətləndirilməsi tətbiq barəsində fikir yazılan zaman baş verir. Sözügedən yenilik hələki məşhur tətbiqlər üçün nəzərdə tutulub. Hal-hazırda sadalanan yeniliklər test rejimində olduğu üçün yalnız bəzi istifadəçilərə aktivdir. Lakin yaxın zaman ərzində bu yeniliklərdən hər kəs istifadə edə biləcək.

google-play-store

Instagram-ın, “Snapchat”dan götürdüyü Stories hekayələr funksiyasını, istifadəçilər artıq Google Chrome-da da istifadə edə bilərlər. “Facebook” şirkəti hər zaman yenilikləri ilə istifadəçilərini qoruyub saxlamaqla bərabər, həm də sayını da artırmağa nail ola bilib. Bir müddət əvvəl “Instagram”ı alan “Facebook”, sonralar “Snapchat”ə görə danışıqlar aparsa da, istəyinə nail ola bilmədi. Buna baxmayaraq, “Instagram”, “Snapchat”ə məxsus olan Stories hekayələr funksiyasının tam oxşarını istifadəçilərə təqdim etdi. Bu isə tez bir zamanda “Snapchat” istifadəçilərinin kəskin azalmasına səbəb olmuşdu. Bundan sonra isə bu funksiya üzərində işləyən Alek Qarika (Alec Garica) adlı proqramist Chome IG Story adlı əlavəni “Instagram.com” saytına inteqrasiya edib. Beləliklə, Chrome istifadəçiləri “Instagram.com”a daxil olduqda izlədikləri şəxslərin hekayələrini görə biləcəklər. Əlavə hələ ki, o qədər də stabil olmasa da siz keçid vasitəsilə burdan daxil ola bilərsiniz.

instagram

Kompüterinizi qorumaq üçün internet qoşulmanızı söndürməniz də bəs etmir. Ortaya çıxan məlumatlara görə hackerlər, sadəcə hard diskinizi dinləyərək vacib məlumatlarınızı ələ keçirdə bilirlər. İsrail-in “Ben-Gurion Universiteti”ndə işləyən Mordeçayi Quri tərəfindən tanıdılan yeni texnika ilə hackerlər, internet ilə hər hansı bir bağlantısı olmayan bir kompüterdən də məlumat oğurlaya bilirlər. Kompüter və içindəki məlumatlar nə qədər yaxşı qorunursa qorunsun, cihazın yanına bir şəkildə mikrofon yerləşdirə bilən hackerlər, diskin yazma səslərini dinləyərək məlumatları klonlaya bilir. Bildiyiniz kimi günümüzdə bir çox hard disk, məlumatları diskin üstünə yazır və yazma prosesində, insan qulağının belə eşidə biləcəyi səslər çıxardır. Aşağıda paylaşdığımız videoda da görə biləcəyiniz kimi, internet ilə hər hansı bir bağlantısı olmayan kompüterin yanına bir cihaz yerləşdirilir. Bu cihaz, hard diskin məlumat yazdığı müddətdə çıxartdığı bütün səsləri qeyd edir. Cihazın yolladığı məlumatları alan DiskFiltration adlı bir tətbiq, bunları binary sistemə yəni 0 və 1-lərə çevirir. Bütün dinləmə işinin tamamlanmasından sonra binary məlumatlar, istifadə edilə bilən fayllara çevrilir və əldə edilmək istənilən məlumat ortaya çıxır.

“Apple”ın yeni məhsulu olacaq iPhone 7-nin sentyabrın 7-si istifadəçilərə təqdim olunması nəzərdə tutulur. Yeni modeldəki funksiyaları sir kimi saxlayan “Apple”, məlumat verməsə də iPhone 7 ilə bağlı məlumatlar mətbuata sızmaqda davam edir. iPhone 7-də hansı hansı yeniliklərin olması, hər kəsə maraqlıdır. Xarici mənbələrdən toplanan məlumatları nəzərə alsaq, iPhone 7 modelində aşağıdakı yeniliklərin olacağını demək olar. ABŞ-da yerləşən patent institutu “Apple”ın, Apple Watch-dakına bənzər bir düymə (klaviş) üçün 2014-də etdiyi müraciəti qəbul etdiyini bildirmişdi. Bu düymənin iPhone 7-de istifadə olunacağı haqda fikirlər səslənir. Başqa bir mənbədən bildirilir ki, cihazın 16GB yaddaş dəstəkləyəcəyi nəzərdə tutulmur. ABŞ-da yerləşən şirkət, ağıllı telefonlara virtual reallıq xüsusiyyəti verən tətbiqin də patentini almışdı və bu yeniliyin iPhone 7-də istifadə olunacağı da istisna olunmur. Telefonda həmçinin Wireless charging, yəni naqilsiz şarj olacağı da bildirilir. Cihazın suya və zərbəyə daha davamlı olması gözlənilir. Deyilənləri nəzərə alaraq demək olar ki, iPhone 7 və iPhone 7 Plus-un “SanDisk” və ya “Toshiba” tərəfindən dəstəklənən, sürətli 3D NAND flash kimi yeni bir funksiyası ola bilər.

Untitled

“Google”un bu ilin May ayındakı I/O 2016 tədbirində təqdim etdiyi görüntülü söhbət tətbiqi Duo nəhayət ki play marketlərdə yerini aldı. Tamamilə video söhbətə istiqamətlənmiş bu xidmətin Android və iOS tətbiqləri, müvafiq play marketlərdən paylaşılmağa başlanır. Google Duo-ya qeydiyyat üçün telefon nömrəsi daxil etmək lazımdır. Duo-da öz növbəsində, “WhatsApp” və bənzər tətbiqlər kimi sms ilə təsdiqlənməyə əsaslanaraq telefonunuzda aktivləşir. Tətbiq bu günə qədər görülən ən sadə görünüşlü video söhbət tətbiqi olaraq nəzərə çarpır. Hal-hazırda Duo sadəcə birə-bir söhbətləri dəstəkləyir. Qrup video konfranslar etmək mümkün deyil. Duo-nun ən böyük üstünlüklərindən biri zəng keyfiyyətinin daima eyni səviyyədə qalmasıdır. Hətta istifadəçi arxa planda Wi-Fi şəbəkəsindən mobil internet paketinə keçid etsə belə söhbətdən çıxmaq kimi problem yaşanmır. Tətbiqin daha bir üstünlüyü isə edilən bütün danışıqları başdan-sona (end-to-end) şifrələnməsidir. Digər bir funksiya isə zəng qəbul edən şəxsin, zəng edənin canlı görüntüsünü cavab verməmişdən əvvəl görə bilməsidir. Bu əslində video söhbətlərin, zəngə cavab verər-verməz başlanmasını təmin edir. Bu funksiya sadəcə telefon rəhbərində qeyd olan şəxslərlə edilən söhbətlərdə istifadə edilə bilir və istifadəçilər bu funksiyanı istədikləri zaman deaktiv edə bilərlər. Google Duo-nu bu gündən etibarən iOS və Android mağazalarından yükləyə bilərsiniz. Google Duo-nun rəsmi saytı isə : Duo.Google.Com -dur.

xrom

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register