Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Məşhur Instagram foto servisi son zamanlarda əlavə etdiyi yeniliklər ilə kifayətlənməyərək daha bir möhtəşəm funksiyanı tətbiqə daxil edir. Instagram, tətbiqin “Explore” hissəsinə yeni videokanal bölməsi əlavə edib. “Events Channel”bölməsinə daxil olan zaman istifadəçilər yaxınlıqda baş verən idman yarışları, konsertlər və dgər böyük tədbirlərin canlı yayımına baxa biləcəklər. “Technote.az”ın “Hitech.vesti.ru” saytına istinadən verdiyi xəbərə əsasən həmin bölmənin daxilində olacaq canlı yayım mövzuları istifadəçinin seçiminə görə uyğunlaşacaq. “Bu cür paylaşımlar istifadəçinin hansı şəxsi izləməsinə və daha çox hansı paylaşımları bəyənməsindən asılı olaraq avtomatik şəkildə seçiləcək. Bundan əlavə olaraq siz müxtəlif istifadəçilərin paylaşımlarla zəngin videokanallarını izləyə bilərsiniz. Beləliklə siz özünüz müəyyənləşdirəcəksiniz ki, sizə hansı mövzuda canlı yayım paylaşımları maraqlıdır” – deyə Instagram bildirib. Bu funksiya hələki ABŞ istifadəçiləri üçün aktivdir. Lakin yaxın zamanda bütün istifadəçilər yeni funksiyadan istifadə edə biləcəklər.

Artıq WhatsApp-ı da pulsuz istifadə etmək mümkün ola biləcək. Təməlləri 2011-ci ildə qoyulan bağlantı operatoru FreedomPop, əvvəllər də digər operatorların xidmətlərini aşağı qiymətlə və pulsuz təklif etməklə gündəmə gələ bilmişdi. İnsanların bağlantı azadlığını hədəfləyən FreedomPop, pulsuz WhatsApp-da internet paket həcmini istifadəçilərinə təqdim etməyə hazırlaşır. İlkin abunəlikdə istifadəçilərə ekstra WhatsApp istifadəsi üçün aylıq 200MB tamamilə pulsuz, yüksək sürətli paket təklif olunur. FreedomPop-un normal paketini aldığınızda isə şirkət əlavə olaraq 1GB yüksək sürətli internet xidməti də təklif edir. Üstəlik bu paket WhatsApp zəng xidmətini də əhatə edir. Digər operatorlarla müqayisədə daha sərfəli xidmət təklif edən FreedomPop şirkəti ABŞ, İngiltərə, Fransa, Portuqaliya və İtaliya da daxil olmaqla 31 ölkədə fəaliyyət göstərir.

Bir vaxtlar Facebook üzərindən oynanan oyunlar rekord həddə çatmışdı. Onsuz da Facebook istifadəçilərin sayı günü-gündən artmaqda idi, bir də bu istifadəçilər “Facebook”da oyun oynadıqlarında sosial media nəhəngi gəlirlərini iki qatına çıxardırdı. Ancaq mobil oyunların ciddi bir sıçrayış etməsi, “Facebook”un oyun bazarındakı gəlirinə ciddi mənada mənfi təsir etdi. Bu mövzuda qəti bir addım atmaq istəyən “Facebook”, “Steam”ə rəqib ola biləcəyi yeni bir oyun platforması hazırlamağa başlayır. Bu platforma barədə “Facebook”un arxasındakı güc isə “Unity” olacaq. Standart Facebook oyunların yanında iOS və Android üçün oyunların da mövcud olacağı platformada, “Unity” vasitəsi ilə, “Steam”də görməyə alışdığımız yüksək keyfiyyətli oyunları da görə biləcəyik. Fərqli kateqoriyalarda bir çox oyunların mövcud olacağı platformanın ən böyük xüsusiyyəti və rəqiblərə görə üstünlüyü isə proqramçılara açıq olmasıdır. Beləki proqramçılar həm “Facebook”un, həm də “Unity”nin oyun hazırlama vasitələrindən istifadə edərək platforma üçün 2D, 3D, VR ya da AR dəstəkli öz oyunlarını hazırlaya biləcəklər. Bugündən başlayaraq 31 avqusta qədər developerlər platformanın alfa versiyasına qoşularaq Unity 5.4 ilə oyun hazırlama təcrübəsi yaşaya biləcəklər. Platformanın tam olaraq nə vaxt hazır olacağı barədə dəqiq bir məlumat yoxdur.

https://www.youtube.com/watch?v=ojDZRWsR96I&feature=youtu.be

“Samsung” şirkəti 31 Avqust 2016-cı il tarixində keçiriləcək xüsusi tədbirə olan dəvətnaməni internetdə yayıb. Tədbir 2-7 Sentyabr 2016-cı il tarixlərində keçiriləcək IFA 2016 sərgisindən öncə Berlində təşkil olunacaq. Sözügedən tədbir Samsung Gear “ağıllı” saatları üçün nəzərdə tutulub. Dəvətnamə “Talk About 3” (3 haqqında danışaq) şüarı ilə müşaiyət olunur. Anlamaq çətin deyil ki, “Samsung” bu üsulla Gear S3 “ağıllı” saatlarının anonsuna işarə edir. “Technote.az”ın “Samsung.com” saytına istinadən verdiyi xəbərə əsasən yeni saatlar aktiv həyat tərzi və ekstremal idman növləri ilə məşqul olanlar üçün nəzərdə tutulmuş funksiyalar ilə təchiz olunacaq. Həmin funksiyalar arasında spidometr, barometr, altimetr və GPS olacaq.

“Apple”, developerlər üçün iOS 10 Beta 6 yenilənməsini təqdim etdi. Bəs, iOS 10 Beta 6 versiyası hansı yenilikləri öz bərabərində gətirir? “Apple”, WWDC 2016 tədbirində təqdim etdiyi iOS 10 əməliyyat sistemi üzərində dayanmadan işləməyə davam edir. Əvvəlki versiyalara görə yenilənmə aralıqlarını həddindən artıq azaldan texnologiya nəhəngi, iOS 10-un altıncı beta versiyasını developerlərə təqdim etdi. iOS 10 Beta 6 ilə gələn yeniliklər. Daha əvvəlki beta versiyalarda ortaya çıxan səhvlərin düzəldildiyi və daha sürətləndirilən iOS 10 Beta 6, son yenilənmə ilə birlikdə iPad-larda ekran şəkli seçimində yaranan problemi də aradan qaldırır.  iOS 10 Beta 6 yükləmək istəyənlərin bir daha diqqətinə çatdırmaq istəyirik ki, bu versiya developerlər üçün təqdim olunub və gündəlik istifadədə bir çox səhv ilə qarşılaşa bilərsiniz.

“Vurb”, “Snapchat” tərəfindən alınır. Mənbələrin verdiyi məlmutda, iki şirkət arasında anlaşma olub və artıq rəsmi işlərə start verilib. “Vurb”, Bobbi Lo (Bobby Lo) tərəfindən qurulub və istifadəçilərin mobildə rastlaşdıqları çətinlikləri aradan qaldırmaq üçün nəzərdə tutulub. İstifadəçilər mobil cihazda axtarış etmək üçün bir çox fərqli tətbiq arasında keçid etmək məcburiyyətində idi. “Vurb” bunu tək bir tətbiq üzərindən həyata keçirməyi və digər yenilikləri tətbiq etməyi hədəfləyir. Məsələn, Yelp və OpenTable tətbiqini birgə inteqrasiya etdirən “Vurb”, istifadəçiyə daha asan məkan axtarışı etməyə və OpenTable ilə orda yer sifariş verməyə yardımçı olur. Bununla da startap qrupu “Vurb”, 2014-cü ildə Techcrunch NY Battlefield yarışmasında birinci olmağa nail ola bilib. Bu günədək 8 milyon dollar investisiya alan “Vurb”, 2015-ci ildə iOS istifadəçilərinə təqdim olunub. “Snapchat” isə “Vurb”u 110 milyon dollar almaq qərarını açıqlayıb. Beləki, 110 milyon dolların 75%-i Snapchat-ın hissə payı olaraq veriləcək, qalan 25% isə nəğd ödəniş şəklində həyata keçiriləcək. “Snapchat”, “Vurb”un sahib olduğu bu xüsusiyyəti “Kəşf” bölümündə istifadə etməyi düşünür. Həmçinin, Bobby Lo-nun da şirkətin nümayəndəliyinə daxil edilməsiı nəzərdə tutulur.

Avropanın öndə gələn online faktura xidmətlərindən olan Zervant 4 milyon investisiya aldığını açıqladı. Spotify və Klarna kimi startaplara sərmayə qoyan “Northzone and Conor Venture Partners” şirkəti bu dəfə Zervant-ı aldığını və bununla Avropa ölkələrinə giriş etmək fikrində olduğunu bildirib. Zervant şirkəti 2010-cu ildə Finlandiya-da qurulub. Şirkətin əsəs kütləsini freelance olaraq çalışanlar və KOBİ-lər (kiçik sahibkarlar) təşkil edir. Müxtəlif dillərdə xidmət göstərən platformanın 160 ölkədə 100 min nəfər tərəfindən istifadə olunduğu bildirilir. Şirkətin qurucu ortağı və CEO-su Mattias Hanssons, aldıqları investisiya ilə şirkəti daha da irəli aparacaqlarını və tətbiqə yeniliklər əlavə edəcəklərini açıqlayıb. Şirkət gəlirlərini 4 dəfə artırmağı hədəfləyir. Zervanttəkcə online faktura xidməti deyil, həmçinin xərcləmə, gəlir izləmə, mobil tətbiqlər vasitəsilə freelance olaraq çalışanlar üçün çalışma zamanlarının planlanması və hesablanması kimi xidmətlər də təklif edir. Şirkət hal-hazırda daha sürətli ödəniş qəbulu haqda proqram üzərində işlədiyini açıqlayıb.

Texnologiyanın inkişafı ilə əlaqədar internetə olan tələb də günbəgün artmaqdadır. Səudiyyə Ərəbistanda Wi-Fi bağlantısını geridə qoyacaq, data transferini yüz dəfə daha sürətli həyata keçirəcək ağ işıq lazeri təqdim edilib. İddialara görə, bu yeni texnologiya sayəsində saniyədə 2 GB data transfer olunacaq. Bu sürətlə hətta yüksək effektli filmlər belə daha tez kopyalana bilər. Popsci saytının məlumatına görə, keçən il “Velmenni” şirkəti Wi-Fi bağlantısının sürətini 100 qat artırmaq üzərində işləmişdi. Li-Fi adı verilən bu texnologiya saniyədə 1 GB-a qədər datanın transferini həyata keçirilə bilirdi. Səudiyyə Ərəbistan isə yeniliyə imza ataraq bu rəqəmi 2 qat artırdı və 2 GB-a çatdıra bildi. Mövzu haqda məqalə isə ACS Photonics jurnalında yayımlanıb. Bu yeni texnologiya isə Səudiyyə Ərəbistanındakı Kral Abdulla Universitetinin alimləri tərəfindən kəşf edilib. Texnologiya Visible Light Communication (Görünən İşıq Xəbərləşməsi) sisteminin təməlini qoymaqla bərabər, LED istifadə edərək, aydınlatma və kommunikasiyanı bir araya gətirir. Başqa sözlə desək, data transfer edən bağlantı əslində elektrikli lampanın işıqları sayəsində reallaşır. Gələcəkdə naqilsiz bağlantı üçün yaşadığımız yerin işıqlarını yandırmaq kifayət edəcək.

Apple Store-lar dünyanın hər yerində “Apple” və texnologiya sevənləri bir araya toplayır. Sabah artıq bu mağazalardan ən böyüyü istifadəçilərə təqdim olunacaq. Dünya Ticarət Mərkəzin-də (World Trade Center) yer alan bu yeni mağaza Nyu Yorkda yerləşir. Bu yer haqda artıq internetdə bir çox video və fotolar paylaşılsa da, Apple sevərlər məkanla sabahdan tanış ola biləcəklər. Video və fotolara əsasən demək olar ki, bu Apple mağazası digərləri ilə müqayisədə daha böyükdür. Mağazanın dizaynı isə Bohlin Cyvinski (Bohlin Cywinski) imzası daşıyır. İki mərtəbəli mağazaya baxdıqda “Apple”a məxsus klassiklik özünü göstərir. Mağazanın, Dünya Ticarət Mərkəzinin Oculus  adlandırılan terminal bölümündə yerləşməsi isə ona ayrıca üstünlük qazandırır. Hələlik isə sadəcə “Apple”ın edəcəyi təqdimatı gözləmək qalır.

https://www.youtube.com/watch?v=rRshRFbY2EY&feature=youtu.be

Son illərdə sürətlə məşhurlaşan məzmun idarəetmə sistemi WordPress-in, Pepper olaraq adlandırılan 4.6 versiyası yayınlandı. Bu xəbərimizdə sizə bu versiya ilə gələn yenilikləri çatdıracağıq. WordPress, çox sayda plaqin və mövzu dəstəyi verməklə yanaşı, heç bir kodlaşdırma savadı olmayan insanlara belə, blog, e-ticarət və s. platformalar yaratmaq imkanı verir. Bunun nəticəsi olaraq WordPress, son illərin ən məşhur məzmun idarəetmə sistemi olmağı bacardı. WordPress 4.6 Pepper ilə gələn yeniliklər ilə, artıq mövzu və plaqinlərdə edəcəyiniz dəyişikliklər səhifə yenilənmədən yaddaşda saxlanılır. Beləcə, hər hansı bir mövzuda və ya plaqinlərdə dəyişiklik etmək artıq daha interaktiv hala gəldi. İstifadəçilərin idarə paneli ilə bağlı şikayətlərini dəyərləndirən WordPress, idarə panelində təbii yazı tiplərinə keçid etdi. Beləcə istifadə etdiyiniz cihaz nə olursa-olsun, dəyişən yazı növləri ilə birlikdə idarə paneli daha təbii və daha sürətli idarəetməyə qovuşur. Mətn redaktorunda da yeniliklərin olduğu bu versiya, sətir içi avto yoxlama ilə səhv link verilməsinin qarşısını alır. Eyni zamanda məzmun xilas etmə xüsusiyyəti ilə WordPress, siz yazdıqca mətninizi brauzerinizə qeyd edəcəkdir.

https://www.youtube.com/watch?v=ZHfNBREqYsk

“Intel”, yeni hazırladığı VR cihazı tezliklə istifadəçilərə təqdim edəcək. Bu cihazın xüsusiyyətləri nələrdir? Hər gün etdiyi yeniliklərlə bizi təəccübləndirməyi bacaran “Intel”, özünün hazırladığı VR cihaz ilə texnologiya aləminə damğa vurub. Virtual reallıq sektorunun nümayəndələrindən olan “Intel”, yeni yaratdığı Project Alley adlı cihaz ilə hər kəsin diqqətini öz üzərinə çəkməyi bacarıb. Müstəqil VR təcrübəsi təqdim edir! “Intel”, Project Alley adlı cihaz ilə virtual reallıq sektoruna yeni nəfəs gətirə bilər. Belə ki, Project Alley-in əsas xüsusiyyəti müstəqil bir texnologiyaya sahib olmasıdır. Tamamilə naqilsiz qurulan VR cihazın, hər hansı bir konsola və ya kompüterə bağlılığı olmadan çalışması onun əsas üstünlüyüdür desək yanılmarıq. “Intel”ə Windows dəstəyi! Yeni cihazda Windows Holographic istifadə edəcəyini bildirən “Intel”, Hololens-lə eyni əməliyyat sisteminə sahib olmaqla, daha da inkişaf etmiş olacaq. Açıq mənbə kodlu (open source) olaraq təqdim olunacaq sistemə marağın böyük olması gözlənilir. Reallıq faktoru ön planda! Yeni cihazda reallıq faktorunun ön plana çəkilməsi diqqətdən yayınmayıb. Hərəkət sahəsinin real olması, əl hərəkətlərinin daha hissiyatlı şəkildə əks olunması cihazın əsas üstünlüklərdən biridir. Intel Project Alley-in 2017-ci ildə satışa çıxması gözlənilir.

Bir çox insanlar hackerləri evdən çıxmayan və hər zaman qara gödəkçə geyinən şəxslər kimi təsəvvür edirlər. Fotoqraf Martin Haburay (Martin Haburaj) hackerlərin çantalarına nəzər salaraq onların daxilində hansı əşyaların yerləşdiyini öyrənmiş və fotolarını çəkmişdir. Bütün hackerləri cinayətkarlıqla ittiham etmək olmaz. Onların bir çoxları müxtəlif internet resurslardakı zəif nöqtələrin aşkar edilməsinə xidmət göstərir. Lakin bu cür hackerlər hücum etmək kimi bir niyyət haqqında düşünmürlər. Maraqlıdır ki, hackerlər hansı əşyalarsız keçinə bilmirlər. “Technote.az”ın “Hi-tech.mail.ru” saytına istinadən verdiyi xəbərə əsasən Martin Haburay öz fotolarını Bratislava-da çəkmişdir. O, “Progressbar” adlı hacker qruplaşmasının nümayəndəsi Leyla Drobna-nın (Laila Ddrobna) köməkliyi ilə öz hacker dostlarının çanta əşyalarının fotolarını çəkmişdir.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register