Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Audi”nin Connect Prime adlı yeniliyi artıq bu model avtomobil sevərləri qırmızı işıqda dayanmaqdan azad edə bilər. Belə ki, şirkətin tətbiq etdiyi yenilik sayəsində bu modelin istifadəçiləri artıq işıqfor haqdakı xəbərləri öncədən ala biləcəklər. “Audi”nin istifadəçilərə təqdim etməyə hazırlaşdığı yeni texnologiya, şəhərin yol infrastrukturundan avtomobilə siqnallar göndərəcək. 2017-ci ildə bəzi şəhərlərdə istifadəyə veriləcək infrastruktur-sistem ünsiyyət platforması sayəsində sürücülərin qırmızı işıqda daha az vaxt sərf etmələrinə yardımçı olacaq. Şəhərdəki bütün işıqfor məlumatları, “Audi”nin yeni texnologiyasını dəstəkləyən avtomobillərə göndəriləcək. Bunun yardımı ilə işıqforda qırmızı işığın nə qədər vaxt müşahidə olunması, hansı ərazilərdə hansı aralıqlarla yanması öz əksini tapacaq. Belə olduqda, sürücü öz sürətini daha dəqiq müəyyənləşdirəcək, zamana və yanacağa qənaət etmiş olacaq. Bu yeni sistemin gələcəkdə daha da təkmilləşməsi yol nəqliyyat hadisələrinin azalmasına şərait yarada bilər. Yeni sistemin, ilk olaraq Audi-nin 2017 modellərinə, Q7, A4 və A4 allroad-da tətbiq olunması gözlənilir.

Bir neçə müddət bundan öncə “Apple” şirkəti maraqlı reklam çarxı təqdim etmişdir. Təqdim olunmuş reklam çarxında 12.9 inç ekrana sahib iPad Pro-nun stolüstü kompüteri əvəz edə biləcəyi bildirilmişdi. “Apple” fikirləşdi ki, “ağıllı” Smart Keyboard klaviaturası və Apple Pencil stilusu planşeti PC-nin alternativ variantı edir. “Apple”ın məhsullarını ələ salan marketinq kampaniyalarını keçirdən “Microsoft” bu dəfə də öz rəqibini ələ salmaq fürsətini qaçırmayıb. “Microsoft” qeyd edib ki, iPad Pro-ya klaviaturanın əlavə olunması onu stolüstü kompüter etmir. Şirkətin marketoloqları əsasən planşetin mənfi tərəflərinə zəif hesablayıcı gücünü, PC tətbiqlərini işə sala bilməməsini və USB girişin olmamasını aid ediblər. “Microsoft” planşeti Surface Pro 4 (planşet+noutbuk) ilə müqayisə edib.

https://www.youtube.com/watch?v=1zPYW6Ipgok&feature=youtu.be

https://www.youtube.com/watch?v=o_QWuyX8U18&feature=youtu.be

“Shadow Brokers” hacker qruplaşması ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin (MTA) kiber casuslarının arxiv fayllarını hərraca yerləşdirib. Faylların, ən yüksək qiymət təklif edən şəxsə satılacağı qeyd olunub. Hackerlər “Tumblr” saytındakı ismarıclarında bildiriblər ki, onlar MTA ilə sıx əlaqədə olan “Equation Group” adlı kiber casus komandasının kompüter sistemlərini sındırıblar. “Technote.az”ın “Wired.com” satına istinadən verdiyi xəbərə əsasən qeyd olunmuş casus komandası 14 il ərzində aşkar edilmədən müxtəlif ölkələrə kiber hücumlar təşkil etmişdir. Sübut olaraq “Shadow Brokers” MTA-nın oğurlanmış “kiber silahını” təqdim edib. Bundan əlavə olaraq “Stuxnet-dən daha yaxşı” kompüter kodlu şifrələnmiş fayl da təqdim olunmuşdur. Güman olunur ki, Stuxnet MTA tərəfindən yaradılmış virusdur. Həmin virusun 2010-cu ildə İran-dakı atom elektrostansiyası kompüterlərinə zərər vurduğu qeyd edilir. Məlumata əsasən faylın şifrəsini açmaq üçün nəzərdə tutulmuş açar bitcoin valyutası ilə ən yüksək qiyməti təklif edəcək şəxsə veriləcək. Mütəxəssislərin bildirdiyinə görə isə hackerlər tərəfindən oğurlanmış fayllarda heç bir təhlükəli məlumat yoxdur.

Bir müddət əvvəl dataları ölçmək üçün istifadə olunan instagramın statistika əlavəsini, artıq istifadəçilər öz səhifələrində izləyə biləcəklər. Sadəcə mobil cihazlarınızda istifadə edə biləcəyiniz bu xüsusiyyətin işləmə prinsipi sadədir: Profil və ya brend səhifənizi açanda, bir pop-up açılır və “Statistikaya keç” bildirişi ekranda görünür və siz həmin seçimə daxil olmaqla Instagram səhifənizin statistikasını izləyə bilirsiniz. Beləliklə, profilinizin sol küncündə “tənzimləmələr” bölümünün yanında kiçik statistik çubuqlar görünür. Təbii ki, bu göstəriciləri sadəcə siz görə bilirsiniz. Bu göstəricilər arasında cinsiyyət, yaş aralığı, məkan, saatlar, bütün məlumatların toplam neçə dəfə görüldüyü, internet səhifəsinə kliklərin sayı, bir həftə ərzində bütün məlumatların göstərilmə sayı öz əksini tapır.  Artıq bunun sayəsində brend və şəxslər öz izləyici statistikalarını dəqiq müəyyən edə biləcəklər. Bu yeniliyin brend və şəxslərə öz fəaliyyətlərini daha da inkişaf etdirməkdə yardımçı olması gözlənilir.

“Apple”ın, Apple Music tətbiqini inkişaf etdirmək və genişləndirmək üçün “Cash Money Records” adlı şirkətlə anlaşdığı haqda iddialar səslənir. “Apple”, Apple Music-ı inkişaf etdirmək üçün bir çox variantlar üzərində iş aparır. Səslənən iddialardan birinə əsasən “Apple”, bu işdə “Cash Money Record”la tərəfdaşlıq etmək istəyini bildirib. Music Businness World Wide-ın məlumatına görə Vayn (Wayne), Drake (Dreyk), Nicki Minaj (Niki Minaj) kimi sənətçilərlə çalışan “Cash Money Record”ın bu işdə ən yaxşı tərəfdaş ola biləcəyi deyilir. Xatırladaq ki, keçən il “Apple” kanadalı sənətçi Drake ilə 19 milyon dollar olduğu iddia edilən müqavilə imzalamış və bundan sonra ilk iki həftə ərzində yalnız “Apple” istifadəçilərinin dinləyəcəyi musiqi albomu musiqi sevərlərə təqdim olunmuşdu. “Apple”ın, “Cash Money Records”la birgə təkcə musiqi və etiket deyil, həm də video formatlı işlərdə birgə çalışacaqlarını bildirilir. Amma hələ ki, bununla əlaqədar “Apple” heç bir açıqlama etməyib.

“Samsung”, kifayət qədər yüksək olan gündəlik ticarət rəqəmlərini paylaşdı. “Samsung”un rekord səviyyəsindəki statistikalarına baxaraq yüksəlişini davam etdirdiyini görə bilərik. “Samsung” keçən ay 2016-cı ilin birinci yarısının ticari rəqəmlərini açıqlamışdı. 2014-cü ilin birinci yarısından sonra ən yüksək nəticəni bu il əldə edən şirkət, sürətlə böyüməyə davam etdiyini bizlərə beləcə bildirmiş oldu. Cənubi Koreya şirkəti olan “Samsung”un bu artımını, bu yaxınlarda təqdim edilən Galaxy S7, Gear VR kimi yeni modellərin köməyi ilə sürətləndirdiyi hərkəsə məlumdur. “Samsung Electronics” tərəfindən gündəlik ticari rəqəmlər, şirkətin birjada yeni gün içi əməliyyat rekordunu qırdığına işarə edir. “Technote.az”ın “Reuters”a əsasən verdiyi xəbərə görə “Samsung”un gün içi erkən ticarət səhmləri 1.585 milyon artım göstərərək, 1.433.73 dollar rəqəmi ilə rekord həddə çatdı. Paylaşılan digər bir məlumatda isə şirkətin ağıllı telefon və mikroçip istehsalından 2016-cı ilin Aprel-İyun aylarında əldə etdiyi gəlirin 3.3 milyard dollar olduğu bildirilir. “Samsung”un hissələrindəki artışın gələcək müddətdə şirkətin böyüməsinə göstərəcəyi təsiri hər kəsə maraqlıdır.

“OpenSignal” şirkətinin tədqiqatçıları ən sürətli mobil internetə sahib ölkələrin reytinq siyahısını təqdim ediblər. Məlumata əsasən 1 May 2016-cı il tarixindən 23 İyul 2016-cı il tarixinədək 3G və 4G şəbəkələrində sürətli mobil internet göstəricisinə görə lider ölkə Cənubi Koreya olub. İlk onluğa həmçinin Sinqapur, Macarıstan, Avstraliya, Danimarka, Norveç, Niderland, Litva, Yaponiya və İsveç kimi ölkələr daxil olub. 3G və 4G şəbəkələrində əhatə sahəsi reytinqindədə həmçinin Cənubi Koreya ilk sırada qərarlaşır. Ondan sonra bu reytinqdə Yaponiya, İsrail, Avstraliya, Sinqapur, Yeni Zelandiya, Finlandiya, Tayvan, İsveç və Kanada müvafiq yerləri tutublar.

Android telefonları arasında aparılan araşdırmada daha dəqiq və problemsiz mobil cihaz müəyyən olunub. Hamımıza məlum olduğu kimi Android, iOS-lə müqayisədə daha çox problem çıxaran, stabil olmayan əməliyyat sistemidir. Lakin Androidin belə problemlərlə rastlaşmasının əsas səbəbi ona müxtəlif tətbiqlərin əlavə edilməsidir. Bu sahədə Android telefonlar istehsal edən şirkətlərdən bəziləri daha perspektivli yollardan istifadə etdiyi halda, digərlərinin etdiyi dəyişikliklər heç bir effekt vermir. Mövzu ilə əlaqədar araşdırma aparan “Apteligent” şirkəti, Android 6.0 Marshmallow əməliyyat sistemi istifadə edən brendlərin ən dayanıqlı olanını açıqlayıb. Ən davamlı Xperia seriyası “Apteligent” şirkəti apardığı çoxsaylı araşdırmalarda tətbiqlərin çökmə faizini diqqətə alaraq, ən davamlı telefon istehsalçılarını sıralayıb. Şirkətin açıqlamasına görə, ağıllı telefon istehsalçıları arasında ən dayanıqlı telefonlar Sony markalı cihazlardır. Bu siyahıdakı daha sonrakı sıralar “Motorola”, “HTC”, “Samsung”, “LG” və “ZTE” kimi şirkətlərə məxsusdur. Beş brend arasında aparılan araşdırmaya görə ən dayanıqsız olanı isə ZTE-yə məxsus cihazlardır. Təbii ki, bu çökmə faizi təkcə telefonları əhatə etmir. Amma buna baxmayaraq, bəzi şirkətlər bu yöndə özlərini inkişaf etdirsələr də, digərlərində hələ də problemlər qalmaqdadır.

Silikon Vadisi, texnologiya sevərlərin hər zaman diqqətini çəkməyi bacarıb. Bunun isə əsas səbəbi təbii ki, orada yer alan tanınmış texnologiya şirkətləridir. Maraqlıdır, bu şirkətlər nə qədər qazanc əldə edir? “Technote.az”ın “NTV” mənbəsinə istinadən verdiyi xəbərə əsasən siyahıda ilk pillə “Apple”a aiddir. Belə ki, “Apple” şirkəti saniyədə 243.855$ qazanc əldə edir. Daha sonrakı yer isə “Microsoft” şirkətinə məxsusdur. Beləki, şirkətin saniyəlik qazancı 111.105$ təşkil edir. Siyahıda sonrakı yerləri “Google” (79.245$), “Facebook” (11.215$), “Youtube” (8.010$) kimi şirkətlər əhatə edir. Qeyd edək ki, bu rəqəmlər onların saniyədə əldə etdiyi qazancdır.

Bir çox insanların marağına səbəb olan “Deja vu” hadisəsi hər zaman müzakirə obyekti olmağı bacarıb. Yəqin ki, hər kəs “Deja vu”nun həqiqətdə nədən qaynaqlandığını bilmək istəyir. Yəqin ki, hər kəs həyatında çoxlu sayda bu tip hadisələrlə qarşılaşıb. ”Deja vu” dedikdə ilk ağla gələn isə “mən bu anı daha əvvəl yaşamışam” cümləsi olur. Hətta bəzən rastlaşdığımız hadisədə bundan sonra nələrin olacağını da demək mümkündür. Əslində “Deja vu” nədir? “Deja vu” sözünün mənası fransızcadan “Artıq görüldü” deməkdir. Başqa sözlə orijinallığın olmaması anlamını verir. Bunun səbəbi isə sanki real zamanla sizin düşündüyünüz zamanın üst-üstə düşməsidir. Hətta bəzən buna qərar da verə bilmirsiniz. “Bu hadisə təkrar yaşanır yoxsa indi yaşanılır” deyə tərəddüd edirsiniz. Bunu təyin etmək üçün araşdırma heyəti laboratoriya şəraitində “Deja vu” hissini ortaya çıxaracaq təcrübə təşkil edib. Könüllülər üzərində aparılan təcrübədə beyinin aktivlik dərəcəsi izlənib. Ortaya çıxan nəticələr isə olduqca maraqlıdır, çünki təcrübə əsnasında beyin olduqca sakit olub. Düşünülənlərin əksinə, “Deja vu” hissi xatirələr tərəfindən yaradılmadığı müşahidə olunub. Təcrübə zamanı yaddaş bölgəsinin əksinə beynin qərar qəbul etmə və problemləri həll etmə bölmələri daha aktiv çalışıb. Təcrübənin nəticəsinə əsasən demək olar ki, “Deja vu” hissi yaddaş bölgəsinin yaxşı çalışdığını göstərir.

Bu həftə “Google” şirkəti öz videozəng servisi Duo-nu bəzi regionlar üçün təqdim etdi. Bu servisin əsas özəlliklərindən biri Knock Knock funksiyası oldu. Bu funksiya istifadəçiyə ona zəng edən şəxsi zəngə cavab vermədən öncə görə bilməsinə imkan verir. Bundan əlavə olaraq şirkət QUIC protokolundan istifadə edərək daha keyfiyyətli video görüntünü təmin edir. Google bildirib ki, yaxın zamanda Duo servisinə istifadəçilərin ən çox istədikləri audiozəng funksiyası əlavə olunacaq. “Technote.az”ın “4pda.ru” saytına istinadən verdiyi xəbərə əsasən Google həmçinin yaxın vaxtda Allo adlı servisi də istifadəyə verəcək. Bu servis ismarıcların tez bir zamanda göndərilməsi üçün nəzərdə tutulub. Duo kimi Allo da Google+ hesabı ilə deyil, telefon nömrəsi sayəsində çalışacaq.

“Meizu” şirkəti dünən öz ilk “ağıllı” saatı Meizu Mix-i anons edib. Əslində isə şirkət klassik saat korpusuna sahib fitnes qolbaq hazırlayıb. Belə ki, cihazın rəqəmsal ekranı yoxdur. Rəqəmsal ekranın olmadığından Meizu Mix-i “ağıllı saat” adlandırmaq olmaz. Onun yerinə saat sapfir şüşə ilə örtülü 42 mm-lik analoq tipli siferblatdan ibarətdir. Saatın korpusu paslanmayan poladdan hazırlanmışdır. Onun qalınlığı isə 12 mm-dir. “Technote.az”ın “Gizmochina” mənbəsinə istinadən verdiyi xəbərə əsasən Meizu Mix rahatlıqla 30 m su dərinliyinə davamlı olur. Bu saatlar 240 gün ərzində enerji yığmadan çalışma xüsusiyyətinə sahibdirlər. Enerji yığma mənbəyi kimi isə CR2430 formatlı standart batareyalardan istifadə olunur. Şirkətin anons etdiyi saatlar adi fitnes qolbaqların yerinə yetirdiyi funksiyaları icra edir. Məsələn gedilən addımları saymaq, yuxu fazalarına nəzarət etmək və mobil telefondan olan bildirişləri istifadəçinin diqqətinə çatdırmaq. Cihazın “Meizu” şirkəti istehsalı smartfonlardan başqa digər mobil brendlərini də dəstəkləyəcəyi hələki bilinmir. Buna baxmayaraq Meizu Mix Bluetooth 4.0 protokolunu dəstəkləyir. Saatlar 5 variantda təqdim olunub. Metal qolbağa sahib (gümüşü və qara rənglərdə), dəri kəmərə sahib (qəhvəyi və qara rənglərdə) və sintetik kəmərə sahib (ağ-göy rəngdə). Bu özəlliklərdən asılı olaraq saatların qiyməti müvafiq olaraq 150$, 196$ və 226$ arası dəyişəcək.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register