Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Türkiyədə elektronika qurğularının təmiri ilə məşğul olan məntəqənin sahibi smartfonun ekranında informasiyanın kənar şəxslərdən mühafizəsi sistemini ixtira edib. Sistem mobil proqram və çiplə təchiz edilmiş eynəkdən ibarətdir. Ektronika qurğularının təmiri ilə məşğul olan türk şirkətinin sahibi Celal Göger tərəfindən yaradılmış sistem smartfonun ekranındakı informasiyanı yalnız cihazın sahibi üçün əlçatan edir. Göger bildirib ki, belə sistemin hazırlanmasına altı ay vaxt sərf edib. Sistem mobil proqram və çiplə təchiz edilmiş eynəkdən ibarətdir. Çip simsiz rabitə vasitəsilə smartfona qoşulur, bundan sonra xüsusi çiplə təchiz edilmiş eynəyi taxmış şəxs mobil qurğunun ekranındakı təsviri görə bilir. Bununla belə, informasiya həmin şəxsin yanında olan şəxslər üçün əlçatmazdır.

Təhlükəsizlik məsələləri üzrə ekspertlər “Windows 10 Anniversary Update” adlı ən yeni yeniləmə paketində ilk dəfə 1997-ci ildə təsvir edilmiş təhlükəli boşluğu aşkar ediblər. Təhlükəsizlik sistemində boşluq sayəsində hakerlər istifadəçilərin məlumatlarına müdaxilə edə bilir. Fayl, printer və başqa şəbəkə resurslarına uzaq məsafədən giriş üçün tətbiq edilən “Server Message Block” (“SMB”) şəbəkə protokolunda boşluq qeydə alınıb. Sözügedən boşluq hakerlərin sistemə müdaxilə etməsinə, “Microsoft” hesabı üçün loqin və parolu ələ keçirməsinə imkan verir. Əvvəllər sözügedən boşluğa ciddi əhəmiyyət verilmirdi. İndi daha çox insan “Microsoft” hesabından istifadəyə əsaslanan məhsullardan istifadə edir. Ekspertlər məlumat veriblər ki, “Chrome”, “Firefox” və digər populyar brauzerlər bu problemdən sığortalanıb.

İstəyirsiniz ki, “WhatsApp”-a girdiyinizi heç kim bilməsin?  “WhatsApp”ın son versiyasında bu mümkündür. Parametrlər> Qeydiyyat> Məxfilik> son görünməni seçərək, buna nail ola bilərsiniz.  Mesajlarınızın başqaları tərəfindən oxunması üçün isə “WhatsApp Lock”dan istifadə edin. Tətbiq, sizdən “WhatsApp” a girmədən əvvəl hər səfərində parol istəyəcək. Bu digər şəxslərin mesajlarınızı görməsini qarşısını alır. Silinmiş mesajları bərpa etmək istəyirsiniz?  Avtomatik olaraq ismarıcların ehtiyyat nüsxəsini alan WhatsApp, fövqəladə vəziyyətdə birbaşa olaraq mesajları yenidən yükləyir. Tək etməyiniz lazım olan WhatsApp-ı silib yenidən yükləmək, onsuz da sonra WhatsApp ehtiyat nüsxələrini bərpa etmək istəyib istəmədiyinizi soruşacaq.

“WhatsDog” adlı proqram sizə telefon kitabçasından seçdiyiniz bir nəfərin bütün əməlyatlarını izləmə imkanı verir. Onun nə zaman online və offline olması, danışıqlar və s. haqqında bütün məlumatları proqram vasitəsi ilə izləyə bilirsiniz.

https://www.youtube.com/watch?v=7Wyjvr9uzo0

“Google” yaxın gələcəkdə “Android” və “Chrome OS” əməliyyat sistemlərini əvəz edəcəyi gözlənilən “Fuchsia” əməliyyat sisteminin işlənib hazırlanmasına başlayıb. Yeni əməliyyat sistemi “Magenta” bazasında çalışacaq. “Android” və “Chrome OS” isə “Linux” əsasında işləyir. Yeni OC 32 və 64 meqabitlik prosessorlar, ARM və “x86” təməlində çalışan cihazları dəstəkləyir. Yeni əməliyyat sisteminə dair informasiya “Google” mühəndisləri tərəfindən proqram tərtibatçıları üçün nəzərdə tutulan populyar “GitHub” saytında yerləşdrilib. “OC Fuchsia”nın yaradıcılarından biri Brayan Svetland sistemin kənar proqram tərtibatçıları üçün tam açıq olacağını söyləyib.

Yaxın zamanlarda “Twitter” sosial şəbəkəsi iOS əməliyyat sisteminin istifadəçiləri üçün gecə rejimi funksiyasını əlavə edəcək. Bu barədə ABŞ-ın “The Verge” informasiya portalı məlumat yayıb. Hazırda bu layihə tərtibat mərhələsindədir və beta sınaqlar keçirilir. Bu rejimə qoşulmaq üçün “Apple” cihazının parametrlərinə daxil olmaq lazım gələcək. Bir neçə ay bundan öncə bu funksiya “Android” əməliyyat sistemində yaradılıb. Bu layihə əlavə müştəri cəlb etmək və əlavənin istifadəçilər tərəfindən tez-tez istifadə edilməsi məqsədi ilə yaradılıb.

“Lenovo” şirkəti noutbuk satışında lider olub. Bu barədə “TrendForce” statistik agentliyinin nümayəndələri məlumat veriblər. Mütəxəssislərin sözlərinə görə, bu ilin birinci yarısında ümumilikdə müxtəlif markalardan olan təxminən 74,18 milyon ədəd noutbuk satışa çıxarılıb. Bu cihazların bazarı 2015-ci ilin analoji dövrün nəticələri ilə müqayisədə 4 faiz azalıb. Cari ildə noutbuklar bazarının lideri bazarda 20 faizdən artıq paya malik “Lenovo” brendi olub. Şirkət bu müddət ərzində 16 milyon ədəd portativ kompüter satışa çıxarıb ki, bu da ötən ilin nəticələrinə nisbətdə 4,5 faiz çoxdur. “MacBook” seriyasından olan cihazların istehsalı ilə məşhurlaşan “Apple” şirkəti isə müştərilərini itirməyə başlayıb. Hazırda “Apple”nin bazardakı payı cəmi 7,9 faizdir. Bu da ötən ilin nəticələri ilə müqayisədə 25 faiz azdır. “Asus” və “Dell” şirkətlərinin satışları da azalıb.

“Google” şirkəti “Duo” adlı yeni videomessencer istifadəyə verir. Bu videomessencerin əsas özəlliyi olduqca sadə interfeysə malik olmasıdır. Mobil proqramı işə salan istifadəçi ön kameradakı təsviri, həmçinin “videozəng” düyməsini görür. Bu düyməni sıxdıqda kontakt siyahısı açılır və onlara zəng etmək olar. “Duo” videomessencerində qeydiyyatdan keçmək üçün yalnız telefon nömrəsini daxil etmək kifayətdir. Tərtibatçıların sözlərinə görə, buraxılış qabiliyyətinin avtomatik ölçülməsi və kodeklərin optimallaşdırılması, həmçinin rabitənin əllə tənzimlənməsi imkanı internet qoşulmanın keyfiyyətindən asılı olmayaraq, mobil proqramın sabit işini təmin edəcək. Yeni messencerin daha bir xüsusiyyəti zəngə cavab verilənədək həmsöhbəti görməyə imkan verən “Knock Knock” funksiyasıdır.

İstənilən peşəyə və sosial statusa malik insan daha yüngül, kompakt və rahat cihazlara sahib olmaq istəyir. Çinin “Old Shark” şirkəti olduqca rahat portativ “BK066” adlı klaviatura istehsal edib. Bu klaviatura cihaza “Bluetooth 2.0” vasitəsilə qoşulur. Onun əsas özəlliyi qatlanan konstruksiyaya malik olmasıdır. Qatlanmış halda klaviatura orta həcmli smartfon ölçülərində olur. Nəticədə o çox asanlıqla cibə yerləşə bilir. Onun ölçüləri 145 x 90 x 15  mm, çəkisi isə 185 qram təşkil edir. “Old Shark BK066” olduqca dəbli görünür. Cihaz “Android”, iOS və “Windows” əməliyyat sistemi bazasında çalışan cihazlarla uyğunlaşır.

“Lookout” şirkətinin mütəxəssisləri “Android” bazasında olan smartfonların 80 faizində təhlükəsizlik baxımından zəiflik aşkar ediblər. Hakerlər üçün “OS KitKat 4.4” və əvvəlki versiyalarda fəaliyyət göstərən cihazlar əlçatan olub. Mütəxəssislərin yoxlamalar zamanı əldə etdikləri nəticələrdən gəldiyi qənaət bundan ibarətdir ki, kibercinayətkarlar olduqca asanlıqla 1,4 milyarddan artıq “Android” cihazlarına müdaxilə edə bilərlər. İlk belə təhlükəli zəiflik 2012-ci ildə təqdim edilən “Linux OS 3.6” versiyasında qeydə alınıb. Hakerlər trafikə cəsusluq etmək və istifadəçinin “Android” sistemli cihazına zərərverici proqram təminatını yazmaq məqsədi ilə onlayn cinayətkarlara smartfonların serverlərə və mobil əlavələrə qoşulmasını kəsmək imkanı verir.

Facebook ana səhifəsini istifadəçiləri daha çox məlumatlandıracaq hala gətirib. Sosial şəbəkənin “sıralama siqnalı” adlandırdığı yeni funksiya ən informativ xəbərləri önə çıxaracaq. Facebookun Fid Qualiti (“Feed Quality”) proqram üzvləri məqalələrə 1-5 arasında xal verəcək və məqalələrə yüksək xal verən istifadəçilərə yazını niyə xoşlaması haqda sual ünvanlanacaq. Daha sonra bütün məlumatlar istifadə edilərək “sıralama siqnalı”nı əmələ gətirəcək. Bundan əlavə, Facebookda istifadəçinin özünün informativ saydığı yazıları rahatlıqla tapması da hədəflənib.

“Equation Gruop”un serverlərinə müdaxilədə rusiyalı hakerlərin əli ola bilər”. Bunu ABŞ Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşı Edvard Snouden bildirib. O deyib ki, ABŞ Milli Təhlükəsizlik Agentliyinin kiber silahını oğurlayan “Shadow Brokers” qruplaşması Rusiya xüsusi xidmət orqanları ilə əlaqəlidir. “Dolayı sübutlar və sağlam məntiq göstərir ki, məsuliyyət Rusiyanın üzərindədir”, – deyə o, “Twitter”də yazıb. E. Snouden qeyd edib ki, informasiyaların oğurlanmasında agentlik əməkdaşları da günahkardır, onların tənbəlliyi ucbatından məxfi informasiyaları qorumaq mümkün olmayıb. Sabiq agentin fikrincə, oğurlanan proqramlar ABŞ-ın 2010-cu ildə İranın nüvə proqramına zərbə vurmaq üçün “Stuxnet” “soxulcan”ından istifadə etməsini sübuta yetirə, bunun isə ABŞ xarici siyasəti üçün fəlakətli nəticələri ola bilər.

Tanınmış “AnTuTu” bençmarkı iyul ayı üçün ən yaxşı 10 smartfonun siyahısını dərc edib. Bal sayına görə, iyul reytinqinin lideri “OnePlus 3” smartfonu olub. Bu smartfon “Snapdragon 820” (2,2 QHs) çipə, 6 Qb əməliyyat yaddaşına və 64 QB daimi yaddaşa malikdir. İkinci mövqedə “Vivo X5 Play Elite” smartfonu qərarlaşıb. Bu smartfon “Snapdragon 820” (2,15 QHs) çipə, 6 Qb əməliyyat yaddaşına və 128 QB daimi yaddaşa malikdir. Üçüncü yeri isə “LeEco Le Max 2” smartfonu tutub. Cihaz özünün “Snapdragon 820” (2,15 QHs) çipi, 6 Qb əməliyyat yaddaşına və 64 QB daimi yaddaşı ilə öynə bilər. Bundan başqa, “AnTiTu”nun top 10-luğuna “ZTE Nubia Z11”,  “Lenovo ZUK Z2 Pro”, “Xiaomi Mi5”, “Samsung S7 Edge”, “iPhone 6S”, “ZTE Axon 7” və “iPhone SE” kimi smartfonlar da daxildir.

“Samsung” şirkətinin istehsalı olan yeni cihazların təqdimatı sentyabrın 1-də Berlində İFA sərgisi çərçivəsində baş tutacaq. Həmin sərgidə “Gear S3” və “Gear S3 Classic” smart-saatlarının təqdim olunacağı gözlənilir. Şirkət unikal smart-saatların təqdim olunacağını təsdiqləyib. Ancaq həmin sərgidə ictimaiyyətə nəyin təqdim olunacağını açıqlamır. “Samsung”un “ağıllı” saatları hündürlük ölçən, barometr, GPS-modul və spidometr kimi yeni funksiyalar əldə edəcək. Smart-saatın hər iki variantı “Tizen” sistemi ilə işləyəcək.

Mobil internet bütün dünyada sürətlə yayılır. Bu barədə mobil şəbəkə infrastrukturunun inkişafına dair iri tədqiqatlar aparan Britaniyanın “OpenSignal” şirkətinin mütəxəssisləri informasiya yayıblar. Şirkətin rəsmi saytında dərc edilən hesabatda qeyd olunub ki, ən sürətli mobil internet Koreya Respublikasında qeydə alınıb. Sonra reytinqdə Sinqapur, Avstraliya, Macarıstan və Danimarka yer alıblar. Üçüncü və dördüncü nəsil mobil rabitəsinə görə isə Norveç, Yaponiya, Litva, İsveç və Niderland daha yaxşı inkişaf edib. Rusiya Federasiyası mobil internet sürətinin reytinqində Küveyt və Cənubi Afrika Respublikasını geridə qoyaraq 50-ci yerdə qərarlaşıb. Kosta-Rika və Əfqanıstan isə 94 və 95-ci yerləri tutub. Bu statistik məlumatlar 2016-cı il mayın 1-dən iyulun 23-dək olan dövrü əhatə edir.

İnternet günümüzdə bir çox işləri sadələşdirir, saysız hesabsız informasiyaları əlçatan edir. Ancaq bir yandan işlərimizi asanlaşdırarkən, digər yandan beynimizi qocaldır. Ən sadə məlumatları belə internet vasitəsilə tapmaq vərdişi yaddaşı kütləşdirir. Internet bir yandan işlərimizi asanlaşdırarkən, digər yandan yaddaşımızı korlayır. Çünki bir çoxları bir az düşünməklə xatırlaya biləcəyi informasiyanı belə axtarış proqramları vasitəsilə əldə edir. Xüsusilə də son vaxtlar mobil internetin genişlənməsi yayılması insanları bu proqramlara daha çox meyilləndirir. Kaliforniya Universitetinin tədqiqatçıları bu qənaətə gəliblər ki, rahatlıqla internetdən informasiya əldə etmək beyni passivləşdirir. Vərdişə çevrilən bu proses yaddaşı zəiflətməklə yanaşı, ağıl zəifliyi və digər bir sıra ciddi fəsadlara yol açır. Düşünmək, yada salmaq və xatırlamaq əslində beyin hüceyrələrini yeniləyərək onların qocalmasının qarşısını alır. Həkimlər beynin funksiyalarını zədələməmək üçün hər xırda məsələyə görə internetin imkanlarından istifadə etməməyi məsləhət görürlər.

WhatsDog adlı proqram sizə telefon kitabçasından seçdiyiniz bir nəfərin bütün əməlyatlarını izləmə imkanı verir. Onun nə zaman online və offline olması, danışıqlar və s. haqqında bütün məlumatları proqram vasitəsi ilə izləyə bilirsiniz.

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register