Əhməd İmamquliyev: Marneuli kitabxanasının ideyası Mixail Saakaşviliyə aid idi. Tikinti bir il bundan əvvəl başa çatıb, ancaq obyekt, hələ də açılmayıb.

ahmed

Marneuli #36 seçki dairəsinin “Vahid Milli Hərəkatın” majoritarlığa namizədi Əhməd İmamquliyev radio “Marneuli”- nin efirində bildirdi ki, Marneuli Munisipolitetində kitabxana binasının tikilməsi Mixail Saakaşvilinin ideyası idi. “Gürcü arzusu” bu layihəni həyata keçirdi, kitabxana binasının tikintisi bir il bundan əvvəl başa çatdı, ancaq o, hələ də açılmayıb.

Fakt-Metr bu bəyənatla maraqlandı.

İlk növbədə məlumatı yoxlamaq məqsədilə, biz getdik və yerindəcə kitabxananın binasını nəzərdən keçirdik. Kitabxana həqiqətən də tikilib, ancaq indiyə qədər fəaliyyət göstərmir. binanın daxilində isə müvafiq inventar və layihə ilə nəzərdə tutulmuş müasir texnika hələ ki, yoxdur (bax. fotolar).
Bizimlə söhbət zamanı Əhməd İmamquliyevin bəyənatını Marneuli Munisipolitetinin ictimaiyyətlə əlaqələr xidmətindən inkar etdilər. Onların dediyinə görə kitabxananın tikilməsi Mixail Saakaşvilinin deyil, Marneuli munisipolitetinin icra başçısı Merab Topçişvilinin ideyası olub. Onların verdiyi məlumatdan müəyyən olur ki, tikinti 2014-cü ilin noyabr ayında başlayıb və 2015-ci ilin avqust ayında başa çatıb. Tikinti işlərini tenderə əsasən seçilən kompaniya – MMC “Algeti” həyata keçirib. Bunun üçün büdcədən 417 min lari dəyərində məbləğ ayrılıbmış. Bu məbləğdən ümumulikdə 330 min lari mənimsəmə olub. Munisipolitetin veb-səhifəsində yerləşdirilmiş məlumata görə, layihəyə əsasən, kitabxananın yeni binası müasir standartlara uyğun inventar və texnika ilə təchiz olunmalı idi. Ancaq, bu mərhələdə kitabxananın interyeri qurulmayıb və mətbuat xidmətindən verdikləri izahata görə, daxili sahənin qurulması işləri parkın tikintisi ilə birgə gedir.
Marneuli munisipolitetinin icra hakimiyyətinin ictimayyətlə əlaqələr xidmətindən bildirirlər ki, kitabxana artıq bir ildir fəalliyyətsizdir, səbəb olaraq isə “bir çox müxtəlif nüansın” nəzərə alınması qeyd olunur. Müəssisənin məlumatına görə hal-hazırda həyət və parkın yenidənqurma işləri gedir və işlər başa çatdıqdan sonra kitabxana fəaliyyətə başlayacaq.
Biz “Vahid Milli Hərəkatın” majortiarlığa namizədi Əhməd İmamquliyevdən soruşduq ki, o, nəyə əsasən təsdiqləyirdi ki, Marneulidə kitabxana tikintisi ideyası Mixail Saakaşviliyə aid idi. Namizədin izahatına görə 2012-ci ilə qədər, Novruz bayramlarından birində, “Milli Hərəkatın” liderləri belə bir vəd veriblər. Biz televiziya efirində bu hadisə haqda yayımlanmış sujeti axtardıq, ancaq kitabxana tikintisi ilə əlaqədar olan bəyənata heç yerdə rast gəlmədik (bax. link 1, link 2).

Nəticə
Fakt-Metr tərəfindən əldə olunan məlumata əsasən, Marneulidə kitabxana tikintisi 2014-cü ilin oktyabr ayında başlayıb və 2015-ci ilin avqust ayında başa çatıb. Yerli büdcədən qeyd olunan işlər üçün 333 min lari sərf olunub. Faktiki olaraq bir ildir ki, binanın tikintisi başa çatıb ancaq bina fəaliyyət göstərmir. Marneuli munisipolitetinin ictimaiyyətlə əlaqələr xidmətinin verdiyi məlumata əsasən, kitabxananın tikintisi ideyası Mixail Saakaşviliyə deyil Marneulinin icra başçısı Merab Topçişviliyə aiddir. Buna qarşı olaraq və öz mövqeyini əsaslandırmaq üçün Əhməd İmamquliyev bizə uyğun sənəd təqdim etmədi. Beləliklə, onun bəyənatı yarı həqiqətdir.

Mənbə: Fakt-Metr

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register