Gürcüstanda Azərbaycanın Yeni Layihəsi
Gürcüstanda yol çəkilməsinin yeni üsulunun sınağı keçirilir. Azərbaycanın “Aqete” şirkəti Gürcüstan-Ermənistan sərhədində Poniçala-Marneuli-Ququti yolunun 300 metrlik hissəsini sınaq üçün təmənnasız olaraq yeni üsulla çəkəcək. Bildirilir ki, yeni metod artıq Azərbaycanda sınaqdan keçirilib. Yeni üsulla yolun çəkilməsinin kvadratmetri təxminən 5-6 dollara başa gəlir, bu da digər metodlarla müqayisədə iki dəfə azdır. Sınaq bəyənilərsə yolun çəkilişi “Aqete” şirkətinə veriləcək.
Mövzu ilə bağlı Mehman Xəlilov radiomuza məlumat verdi
Anar TURAN
Etibar Dashdamirov263 Posts
0 Comments