Sadaxlı toyunda kütləvi zəhərlənmə

Xastaxana

Avqustun 30-da, gecə saat 02.00 radələrində Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Marneuliyə səfər edib.

Hökumət rəhbəri Sadaxlı kəndindəki toy mərasimində zəhərlənən azərbaycanlıların yerləşdirildiyi xəstəxanaya baş çəkib. O, zəhərlənmənin səbəbi ilə maraqlanıb. Baş nazirə məlumat verilib ki, toyda hazırlanan yeməklərdən nümunələr götürülüb və yaxın günlərdə səbəb müəyyənləşdiriləcək. “Biz insanları bu vəziyyətdən çıxaracağıq. Səhiyyə Nazirliyi bu işlə məşğul olur. Yerli klinikalarda səfərbərlik elan olunub. Mən xəstələri ziyarət etdim. Həkimlərin dediyinə görə, vəziyyət o qədər də təhlükəli deyil”, – deyə G. Kvirikaşvili jurnalistlərə açıqlamasında bildirib.

 

Qeyd edək ki, Marneuli xəstəxanası zəhərlənmə əlamətləri ilə 150 nəfəri qəbul edib. Xəstələr Tiflis və Rustavi xəstəxanalarına da göndərilib. Kütləvi zəhərlənmənin qida və ya içkidən qaynaqlandığı güman edilir.

Anar Turan

Xəyyam İsayev

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register