„Vətəndaş Büdcəsi“ layihəsinin bağlanma mərasimi baş tutdu

budce-layih%c9%99

8 sentyabr tarixində Marneuli Bələdiyyəsinin İcra Hakimiyyətinin böyük konfrans salonunda, „Vətəndaş Büdcəsi“ layihəsinin bağlanma mərasimi təşkil olundu.

Tədbirdə Yerli və Mərkəzi Hakimiyyət nümayəndələri, Polşalı mütəxəssislər, Qeyri Hökumət Sektorunun nümayəndələri və layihənin müəllifləri iştirak edirdilər.

Layihənin hesabat tədbirində ən yaxşı layihə müəllifləri elan olundu, layihənin nəticələri ilə tanışlıq, təqdimat və film nümayişi olundu. Bu haqqda radiomuza Kvemo Kartli bölgəsinin qubernatoru Paata Xizanişvili məlumat verdi:

“Layihənin qapanışı tamamilə bitmək anlamına gəlmir. Atılan bu kiçik addım NATO və Avropa ittifaqı ilə nə qədər sıx əlaqələrin olduğunun göstəricisidir. Bu layihədə çox adam iştirak etdi və düşünürəm ki, bir çox layihələrin həyata keçməsi üçün əlverişli şərait idi”.

Yerli icmalara mütərəqqi demokratik imkanlar verilirki, ilk dəfə onların yerli idarəetməyə birbaşa təsir etmə gücü olur.

“Vətəndaş Büdcəsi” layihəsi çərçivəsində layihələrin qəbuluna iyulun 1 dən start verildi və iyulun 30 da layihələrin qəbuluna son verildi. Radiomuza layihə kardinatoru Elvira İoseliani məlumat verdi:

“Marneuli munisipalitetində çox maraqlı layihə həyata keçrildi. Mənim bir vətəndaş kimi bu çox xoşuma gəldi. Çünki mən öz sahəmdə yəni kordinatoluqda yüksəlməyə başladım. Düşünürəm ki, hər bir vətəndaş üçün bu layihə vasitəsilə bir çox işlər həyata keçrildi”.

Vətəndaş büdcəsi uzun prosesdir. O, vətəndaşların yerli büdcənin planlaşdırılması, xərclənməsi və hesablanmasında iştirak etməsini nəzərdə tutur. Vətəndaş büdcəsi vətəndaşların və yerli hakimiyyətin birlikdə əməkdaşlıqla layihələr həyata keçirməsinə imkan yaradır.

Qeyd edək ki, Vətəndaş Büdcəsi layihəsi ötən il ilk dəfə Marneulidə həyata keçirildi. Layihənin məqsədi Marneuli Bələdiyyəsinin Yerli Büdcəsinin böluşdürülməsində və il böyü planla xərclənməsində vətəndaşların iştirak etməsini, öz fikirlərini, maraqlarını irəli sürməsini nəzərdə tutur. Marneuli munisipalitetinin icra başçısı Merab Topçişvili Radio Marneuliyə bu haqqda məlumat verdi:

“Biz Gürcüstan miqyasında ilk munisipalitetlərindən idik. Bu layihəni artıq ikici ildiki, həyata keçiririk. Keçən illə müqayisədə bu il 4-5 dəfə çox layihə qəbul etdik. Marneuli munisipaliteti 6 bölgəyə ayrılmışdı və 6-sında bu layihə icra olunurdu. Vətəndaş büdcəsi vətəndaşların layihələrə cəlb olunması və həyata keçməsi üçün nəzərdə tutulub”.

Sonda onuda qeyd edək ki, daxil olan 137 layihədən vətəndaşların qərarı ilə 2017 ci ildə 50 layihə həyata keçiriləcək.

Layihə çərçivəsində Yerli Özünüidarəetmə Yerli büdcədən 1 500 000 lari ayırıb. Bu pul vətndaşların daxil etdikləri layihələrin həyata keçirilməsinə xərclənəcək.

Layihə Polşa Respublikasının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşən “Demokratiyaya Dəstək” proqramı çərçivəsində həyata keçirilir.

Müəlliflər:Amil Məmmədov

Pərvin Abdullayev

Şura Kabulova

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register