Kürtlər kəndində Qurban Bayramı qeyd olundu
Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmi hər il bu bayramı qeyd edir. Marneuli sakinleridə qurabn bayramını da qeyd etdi. 12 sentyabr tarixində Kürtlər kənd sakinləridə də qurban bayramını qeyd etdilər. Bayram günü kənd sakinləri qurban kəsirlər və dünyasını dəyişən yaxınlarına dualar oxudurlar. Hər il olduğu kimi Kürtər kənd məscidində səhər bayram namazı qılındı və ardından qurbanlar kəsildi. Kənd məscidinin imamı Teymur Qəhramanov radiomuz vasitəsi ilə bütün islam aləmini Qurban bayramı münasibəti ilə təbrik etdi.
Öz növbəsində kənd sakinləridə bayram münasibəti ilə xalqımızı və bütün müsəlman dünyasını təbrik etdilər.
Qurban bayramı 3 gün davam edir . Bütün müsəlman aləmi bayaram ərzində qurban kəsir, dua ve ibadət edirlər.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments