Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

ğıllı telefonların əsas problemlərindən biri və ən vacibi enerjidir.  Yüksək qiymətlərlə satılan mobil cihazların maksimum dayanıqlılıq vaxtı 1.5 gündür. Amma artıq bunun üzərində çalışmalara başlayan MIT tezliklə bu sahədə yeniliyə imza atmağa qərar verib. MIT-in açıqlamasına görə, batareya ömrünü iki qat artıracaq texnologiya üzərində çalışmalar başlanıb. Şirkətin inkişaf etdirdiyi litium metal batareyaların adi batareyalarla müqayisədə daha sərfəli olması gözlənilir. Bu texnologiyanın yaxın zamanlarda istifadəyə verilməməsini nəzərə alaraq, uzun müddət öz aktivliyini saxlayan telefonların şarj etmə müddətləri ilə tanış olaq. Samsung Galaxy S6– batareya gücü 2550mAh, enerji yığma müddəti 1 saat 18 dəqiqə, Samsung Galaxy Note 4– batareya gücü 3220mAh, enerji yığma müddəti 1 saat 35 dəqiqə, Google Nexus 6– batareya gücü 3220mAh, enerji yığma müddəti 1 saat 38 dəqiqə, HTC One M9– batareya gücü 2840mAh, enerji yığma müddəti 1 saat 46 dəqiqə, LG G3– batareya gücü 3000mAh, enerji yığma müddəti 2 saat, LG G4– batareya gücü 3000mAh, enerji yığma müddəti 2 saat 7 dəqiqə, Samsung Galaxy Note 3–batareya gücü 3200mAh, enerji yığma müddəti 2 saat 15 dəqiqə, Apple iPhone 6–batareya gücü 1810mAh, enerji yığma müddəti 2 saat 27 dəqiqə, Apple iPhone 6 Plus–batareya gücü 2915mAh, enerji yığma müddəti 2 saat 51 dəqiqə, Sony Xperia Z3 Compact–batareya gücü 2600mAh, enerji yığma müddəti 3 saat 28 dəqiqə, Sony Xperia Z3–batareya gücü 3100mAh, enerji yığma müddəti 3 saat 55 dəqiqə.

“Apple”, iOS 10 yayınlandıqdan sonra Siri-nin API-lərini təqdim etdiyi üçün, WhatsApp tətbiqində də Siri-nin istifadəsi mümkün olmuşdur. Siri-nin WhatsApp üçün edəcəyi yeniliklərə nələr daxildir? WhatsApp-dan zəng etmək istədiyimizdə Siri vasitəsi ilə səsli əmr verə bilərik! Verilən məlumatlara görə, WhatsApp-ın tətbiq edəcəyi növbəti yenilik Siri ilə əlaqəli olacaq. Artıq Siri-nin köməyi ilə WhatsApp-dan da səsli mesajlar göndərmək mümkün olacaq. Məsələn, “Hey Siri WhatsApp-dan “x”-ə zəng et” dedikdə, Siri sizin, WhatsApp-dakı “x” kontaktınıza zəng edərək, əmrinizi yerinə yetirəcək. Təxminlərə görə, Siri ilə, WhatsApp üzərindən mesaj da göndərə bilərsiniz. Eyni qayda ilə, “Hey Siri, mən gecikəcəm. “X”-ə mesaj göndər” əmri ilə , WhatsApp tətbiqini açmadan birbaşa mesaj göndərə biləcəksiniz. Səsli assistant Siri-nin tətbiqlərə əlavə olunması, gələcəkdə istifadəçilərin həyatlarını asanlaşdıracaq. Bu işdə “Apple” ilk addımı atsa da, əlavənin daha çox yayılması, digər tətbiqlərin də Siri-dən istifadə etməsindən asılıdır.

“Huawei” rəsmi olaraq öz yeni smartfonu G9 Plus-ı təqdim edib. Yeni smartfon G9 Lite-dan bir neçə ay sonra təqdim olunub. Smartfon metal korpusla örtülüb və barmaq izi skanı funksiyasını özündə birləşdirir. Yeni cihazın qiyməti 360$ təşkil edir. Huawei G9 Plus-ın texniki göstəriciləri ilə aşağıdan tanış ola bilərsiniz. 1920×1080 piksel keyfiyyətli 5.5 inç Full HD IPS ekran, 8 nüvəli Qualcomm Snapdragon 625 prosessoru, 3GB RAM və 16GB daxili yaddaş, 16MP arxa və 8MP ön kamera, 3340 mAh enerji tutumlu batareya, Android 6.0 Marshmallow əməliyyat sistemi və iki SIM-kart dəstəyi.

İnternetdə “Wikiverse” layihəsinə start verilib. Bu layihə məşhur və böyük “Wikipedia” ensiklopediyasını interaktiv 3D xəritəyə çevirir. Sayta daxil olandan sonra istifadəçi klaviaturadakı oxların sayəsində həmin “bilik kainatı” xəritəsində istiqamətlənə, siçan vasitəsi ilə isə onun miqyasını dəyişə bilər. “Technote.az”ın “Thenextweb.com” saytına istinadən verdiyi xəbərə əsasən Wikiverse proqramçı Ouen Kornes (Owen Cornec) tərəfindən yaradılmışdır. Wikiverse-də ayrı məqalələr ilə saytın bölmələri arasındakı əlaqə göstərilmişdir. Onlayn ensiklopediyanın özü böyük kürə şəklindədir. Ona daxil olan ulduzlar isə ayrı-ayrı məqalələr rolunda çıxış edirlər. Ulduzlar bir-birinə keçid yaradan yazılardan ibarətdir. 3D model xəritənin qurulması böyük resurs tələb edir. Buna görədə Wikiverse mobil cihazda bir qədər düz çalışmaya bilər. Bundan əlavə olaraq Wikiverse “Wikipedia”nı tam olaraq vizual əks etdirmir. O yalnız onun bir hissəsini (5% və ya 250.000 məqalə) ingilis dilində təqdim edir.

https://www.youtube.com/watch?v=C1cggNO80tE&feature=youtu.be

Müxtəlif cihazların təmiri ilə məşqul olan “iFixit” saytının mütəxəssisləri Galaxy Note 7 smartfonunu hissələrə ayıraraq onun təmirolunma səviyyəsini yoxlayıblar. Məlum olub ki, smartfonu təmir etmək o qədər də asan iş deyil. Mütəxəssislər smartfonu hissələrə ayıraraq 3 əsas problemi aşkar ediblər. Smartfonun arxa şüşə paneli dözümlü yapışqan ilə korpusa bərkidilmişdir. Smartfona xəsarət vermədən onu ayırmaq və cihazın daxili detallarına nəzər salmaq çox çətindir, Yapışdırılmış qapağa görə smartfonun batareyasını dəyişmək asan deyil, Smartfonun bükülmüş kənar şüşələrini sensordan matrisanı ayırmaqla dəyişmək çox güman ki, mümkün olmayacaq. Belə ki, bükülü kənar şüşələr elastik detalları zədələyə bilər. Lakin Galaxy S7 ilə müqayisədə Galaxy Note 7 asan təmir olunur. Dəyişilmiş aralıq kabel sxemi cihazın ekranına tounmadan enerji yığma girişinin platasını çıxartmağa imkan verir, Batareyanı ana platanı çıxartmadan ayırmaq olar, microUSB girişin dəyişilməsi üçün də həmçinin ana plataya toxunmağa ehtiyac yoxdur. Bundan əlavə olaraq JerryRigEverything adlı videoblogger cihazın ekranını qoruyan Gorilla Glass 5 şüşəsinin necə asanlıqla cızıldığını çəkdiyi videoda göstərib.

https://www.youtube.com/watch?v=571pu66vEBc&feature=youtu.be

“Motorola” şirkəti “Samsung”u texnologiya oğurluğu barəsində ittiham edib. Söhbət Always-On Display funksiyasından gedir. Bu funksiyanın məğzi ondadır ki, “Samsung” smartfonlarının OLED ekranları cihaz blokda olsa belə zamanı, tarixi, təqvimi, batareyanın enerji vaxtını və s. məlumatı əks etdirir. “Technote.az”ın “Macdigger.ru” saytına istinadən verdiyi xəbərə əsasən “Motorola”nın ABŞ şöbəsi sözügedən funksiyanın “Samsung” şirkəti tərəfindən oğurlandığını bildirib. Bu barədə şirkət təmsilçiləri öz rəsmi “Twitter” hesabında qeyd ediblər. “Maraqlı xüsusiyyətləri rəqib smartfondan oğurlamaq hansı qalaktikada normaldır?” – deyə Moto US öz “Twitter” hesabında bildirib. Həmin ismarıc da “Samsung”un adı çəkilməsə də Galaxy sözü işlədilib. Qeyd edək ki, “Samsung” bu funksiyanı öz Galaxy S7 və Galaxy Note 7 flaqman smartfonlarında istifadə edir. “Motorola” əmindir ki, bu texnologiyanı məhz o fikirləşib və hələ “Lenovo” şirkətinin tərkibində olamamışdan öncə reallaşdırıb. “Motorola” 2013-cü ildə bu texnologiyanın olduğu ilk smartfonu təqdim etsə də əslində onu yaratmış ilk şirkət deyil. Buna bənzər funksiyaya 5 il bundan öncə Nokia N9 və MeeGo mobil telefonları sahib idilər. Bu texnologiya həmçinin OLED ekranlı Symbian telefonlardada reallaşdırılmışdır. Daha sonra isə Lumia seriyasına inteqrasiya olunmuşdur. Lakin Android smartfon bazarında sözügedən funksiyanı ilk reallaşdıran “Motorola” idi. Çətin ki, bu ittihamlarla “Motorola” “Samsung”u məhkəmə prosesinə cəlb etsin. Bəlkədə “Motorola”nın bu addımı atmasının əsas səbəbi özünə diqqəti çəkmək olub.

Dünyanın lider video paylaşım nəhəngi “Youtube”, adi insanların belə istifadə edəcəyi yeni studiyasını təqdim edib. Londonda yerləşən bu gözəl məkanın adı YouTube Space-dir. Məkanın açılışında Marcus Butler, Niomi Smart, Casper Lee kimi məhşurlar da iştirak edib. Bir Youtuberə lazım olacaq bütün avadanlıqlar, işıq, səs,montaj, dinləmə və toplantı sahələrinin hamısı burda mövcuddur. Bu möhtəşəm məkandan müəyyən abunə sayına malik Youtuberlər asanlıqla istifadə edə bilərlər. Youtube Space-in içində prodüsserlərin yararlana biləcəyi, ticari anlaşma və görüşlər keçirə biləcəyi marketlər də yer almaqdadır. Burda səs sənətçiləri və qrup performanslarının çəkilişini həyata keçirmək üçün yüksək standartlı texniki avadanlıqlar mövcuddur. Londonda açılan bu möhtəşəm məkanda siz hətta bir çox görüntü -səs aparatları ilə də tanış ola bilərsiniz. Hətta səs və çəkiliş montajının yer aldığı studyalar da tapmaq mümkündür. “Google”ın verdiyi məlumata görə, YouTube Space-də 4K canlı yayım edə biləcəyiniz texniki dəstək belə istifadəyə verilib. Studyada hətta VR kimi cihazlara da yer verilib. Beləki, texniki cihazlar arasında HTC Vive kimi VR cihaz istifadəçilərə təqdim olunub. Youtube Space-də, istifadəçi Youtuberləri daha da cəsarətləndirmək və onların yaradıcı tərəflərini ortaya çıxarmaq üçün müxtəlif şüarlar yer alıb. Məkanda Youtuberlərin özlərini daha rahat hiss etmələri üçün də müxtəlif məkanlar mövcuddur. Burda hətta çəkilişdən yorulub, istirahət etmək istəyənlər üçün şəhər mənzərəli terraslar da mövcuddur. Xatırladaq ki, bu Youtube-un açdığı sayca 9-cu məkandır.

Bir müddət əvvəl iki Türkiyə vətəndaşı Twitter-də olan çox ciddi boşluqları tapıb və şirkətə bu haqda məlumat veriblər. Bundan qısa zaman sonra isə şirkət həmin gəncləri Silikon Vadisinə çağırıb. Batuhan və Cihan adlı gənclər Tətbiq mühəndisliyi üzrə təhsil alırlar və apardıqları araşdırmalarda Twitter-də olan boşluqları araşdırarkən çox ciddi problemlərin olduğunu ortaya çıxarıblar. Beləki, gənclərdən birinin sözlərinə görə, Twitter-də hər hansı abonəsi olduğunuz şəxsin paylaşdığı tvitdən istifadə edərək onun bank hesablarını, şəxsi yazışmalarını çox asanlıqla ələ keçirmək olurmuş. Hətta şəbəkədəki populyarlıq haqda statistikaya da çox asanlaqla müdaxilə edilirmiş. Üçüncü bir problem isə boşluqdan istifadə edib, başqasının adından tvit paylaşmaq mümkünmüş. Təbii ki, bu boşluqlar gələcəkdə çox ciddi problemlərə yol açacaqdı. Bunu nəzərə alan “Twitter” şirkəti problemləri aradan qaldırıb və hər iki gənci Silikon Vadisinə dəvət edib. Şirkət bu yaxınlarda yeni funksiyasını da təqdim edib. Yeni funksiya istifadəçilərin, izləmədikləri və tanınmayan insanlardan gələn mesajların əngəlləyə bilməsidir.

Android-in ən son versiyası Android 7.0 Nougat-ın yenilənəcəyi ilk tarix ortaya çıxdı. Yenilənmə bəzi Nexus modellərə 22 avqustda gələcək. Android istifadəçilərinin şübhəsiz ki, ən böyük dərdi sistem yenilənmələridir. “Google” öz cihazları xaricində başqa bir Android telefon istifadəçiləri həyəcanla Androidlərinin nə vaxt yenilənəcəyini gözləyərkən, Nexus cihazlar üçün Android 7.0 Nougat yenilənməsinin tarixi ortaya çıxdı. Kanadalı bir operator vasitəsi ilə ortaya çıxan məlumatlara görə, hərkəsə açıq ilk Android 7.0 yenilənməsi, 22 Avqust 2016 tarixində Huawei Nexus 6P və LG Nexus 5P modelləri üçün təqdim ediləcək. Bu cihazlardan sonra növbə Android One platformasındakı cihazlar üçündür. Digər modellərin yenilənmə tarixləri bilinir mi? Hələki şirkətlər yenilənmələr haqqında məlumat verməsələr də, 2016 ili bitmədən Samsung Galaxy Note7, Galaxy S7 Edge, Galaxy S7, LG G5, LG G5 SE, HTC 10, HTC One M9, Sony Xperia X Performance, Xperia X, Xperia XA, Huawei P9 və Mate 8 kimi bəzi məşhur smartfonların Android 7.0 Nougat yenilənməsini alması gözlənilir. Təbii ki, bu modellərdən başqa bir çox digər cihazlarda yenilənməyə sahib olacaqlar.

“Reddit” sosial xəbər mənbəsinin istifadəçilərindən biri hələ rəsmi təqdimatı olmamış Moto Z Play smartfonunun fotolarını təqdim edib. Qeyd edək ki, hal hazırda Moto Z seriyasına iki smartfon daxildir. Onlardan biri Moto Z digəri isə Z Force-dur. Moto Z Play orta səviyyəli smartfon olacaq və dizayn baxımından sadalanmış iki modelə bənzəyəcək. “Technote.az”ın “TEENAA” mənbəsinə istinadən təqdim etdiyi Moto Z Play smartfonunun texniki göstəriciləri ilə aşağıdan tanış ola bilərsiniz. 1920×1080 piksel keyfiyyətli 5.5 inç Full HD AMOLED ekran, Qualcomm Snapdragon 625 prosessoru, 3GB RAM, 32/64GB daxili yaddaş (microSD funksiyası dəstəklənir), 3300/3510 mAh enerji tutumlu batareya (sürətli enerji yığma özəlliyi), Android 6.0.1 Marshmallow əməliyyat sistemi.

Google Allo-nun təqdim olunmasına az qalıb. Bununla bərabər yeni messencer haqqında məlumatlar da ortaya çıxır. “Google”un digər tətbiqlərindən fərqli olaraq Allo-da çatların “history” bölməsindən ismarıcları pozmaq mümkün olacaq. Messencerin təqdim olunmuş yeni fotolarında görmək olar ki, Allo-ya ayrı-ayrı ismarıcların pozulması funksiyası əlavə oluna bilər. Daha əvvəl bu cür funksiya digər messencerlərdədə reallaşdırılmışdır və istifadəçilər üçün əlverişli olmuşdur. Daha sonra məlum olub ki, Google Allo-da ismarıclar yalnız ismarıcları göndərən şəxsin cihazında pozulacaq. Həmin ismarıcları qəbul edən digər şəxs isə onları görə biləcək. Həmçinin ismarıcların digər çatlara göndərilməsi və onların kopyalanaraq göndərilməsi funksiyası da messencerdə olacaq. Həmçinin tətbiqin ilk startında 24 stikerin aktiv olacağı məlum olub. Nəzərinizə çatdıraq ki, messencerin təqdim olunmasına az müddət qalmış “Google” tətbiqdəki bəzi funksiyaları dəyişə və ya onları ümumiyyətlə tətbiqdən çıxara bilər.

Artıq sosial medianın sıxıcı tərəflərindən olan reklam və lazımsız rəylərin qarşısını almaq mümkün olacaq. “Yoghurt Network” tərəfindən təqdim olunan “Comment Cleaners” adlı xidmət, artıq sizin sosial media hesablarınıza edilən yersiz rəy və reklam təkliflərinə məhdudiyyət qoyacaq. Əsasən böyük kütləyə malik brend səhifələrin və şəxsi profillərin bu yeniliyə daha çox sevinəcəyi gözləniləndi. “Comment Cleaners” vasitəsilə mənfi rəylər, söyüş xarakterli bildirimlər və mənasız reklam təkliflərinin qarşısı alınmış olacaq. Xüsusilə SMM ilə məşğul olan şəxslər bu yeniliklə səhifələri daha effektiv istifadə edə biləcəklər. Böyük ehtimalla müəyyən məbləğ qarşılığında Facebook və Instagram sosial hesablarının bundan istifadə etməsi gözlənilir. Comment Cleaners haqda daha ətraflı məlumatı bu keçid vasitəsilə ala bilərsiniz.

Chrome istifadəçilərini böyük dəyişikliklər gözləyir. Bu ilin sonuna kimi brauzer artıq Flash formatdan imtina edərək HTML5 formatına keçid edəcək. Daha bir yenilik ondan ibarətdir ki, “Google” şirkəti brauzer üçün nəzərdə tutulmuş Google Web Store tətbiqlərindən imtina edəcək. Hal hazırda Chrome Web Store-da təqdim olunmuş “tətbiq”lərin çox hissəsi ya digər saytlara olan linklərdən yada ki, veb tətbiqlərdən ibarətdir. “Google” bu cür tətbiqlərlə yanaşı həmdə veb proqramlaşdırma əsasında yaradılmış tam paket tətbiqləri də onlayn mağazaya əlavə etməyə icazə verir. Lakin tam paket tətbiqlər kompüterlərə quraşdırılır və və daha böyük imkanlar təklif edir. “Google”un məlumatlarına əsasən həmin paket tətbiqlərdən Windows, Mac və Linux platformalarındakı Chrome istifadəçilərinin yalnız 1%-i aktiv olaraq istifadə edir. Məhz buna görə sözügedən platformalardan Chrome üçün nəzərdə tutulmuş tətbiqlərdən imtina etmək qərarı qəbul edilib. Tətbiqlər Chrome-dan bir neçə mərhələdə pozulacaq. 2016-cı ilin sonundan başlayaraq Chrome üçün tətbiqlər yalnız Chrome OS-də dəstəklənəcək. Windows, Mac və Linux-da hal hazırki tətbiqlər çalışacaq, 2017-ci ilin ikinci yarısından başlayaraq Windows, Mac və Linux-da Chrome Web Store işarəsi əks olunmayacaq, 2018-ci ildən isə bu platformalar üçün Chrome tətbiqləri aktiv olmayacaq.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register