Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Dünyanın ən böyük sosial şəbəkəsi “Facebook”-u dayandırmaq mümkün deyil. Hər gün böyüyən sosial şəbəkənin artıq 1.65 milyard istifadəçisi var. Son statistik nəticələr belədir: “Facebook” 1.65 milyard istifadəçiyə çatıb, “Whatsapp” 1 milyard istifadəçiyə çatıb, “Messenger” 900 milyon istifadəçiyə çatıb, “İnstagram” 400 milyon istifadəçiyə çatıb.

untitled

“Siri” proqramı “WhatsApp” dəstəyi alacaq. “Apple”nin məşhur köməkçi proqramlarından biri olan “Siri” yaxın günlərdə “WhatsApp” dəstəyi alacaq. Əgər proqram dəstəklənərsə, “Siri” “WhatsApp” mesajlarını səsli oxuyacaq və “WhatsApp”n siyahısında olan istənilən şəxsə zəng edə biləcək.

siri-whatsapp

 

Facebook” tərəfindən satın alınan “WhatsApp” bundan sonra əsas şirkətinə məlumat ötürməyə başlayacaq. “WhatsApp” profil şəkliniz, profil adınız, telefon nömrəniz və statusunuz “Facebook” ilə paylaşılacaq. Hər hansı bir mesaj məlumatının verilməyəcəyi də qaydalara əlavə edilib. Yəni “WhatsApp” mesajlarınız “Facebook” ilə paylaşılmayacaq. Təbii ki bu, sizə daha yaxşı bir reklam təklif edə bilmək üçün edilib. Paylaşılmasını istəmədiyiniz məlumatlar varsa onların gizli saxlamağa diqqət edin.

whatsapp

Dünyanın ən böyük mesajlaşma xidməti olan “Whatsapp” daha bir yeniliyi ilə istifadəçilərini sevindirib. Belə ki, zəng etdiyiniz zaman qarşı tərəf cavab vermirsə, “rədd et”, “yenidən zəng et” kimi bildirişlər gələcək. Cavab verə bilmədiyiniz zənglərə həmin an səsli mesaj göndərə biləcəksiniz. Mesajları işarələməklə həm tək-tək, həm də  bütöv silə bilərsiniz.

whatsapp

“Touch Diesase” (toxunma xəstəliyi) adlandırılan nöqsana görə uzun müddət istifadə olunan smartfonların sensorunda problem yaranır. Belə ki, ekrana nə qədər toxunulsa da, telefon reaksiya vermir. Bu, telefonun platasında olan problemdən qaynaqlanır. Əslində sözügedən modellər təqdim olunduğu gündən bu problem olsa da, telefonlar köhnəldikdən sonra ortaya çıxır. Uzun müddət istifadə olunduqca və telefon yerə düşdükcə platadakı iki kart ( şəkildə qeyd olunub) arasındakı əlaqə itir və buna görə də sensora toxunulduqda telefon reaksiya vermir. Problemin yalnız “iPhone”nun 6 və 6 Plus modellərində yaşanmasının səbəbi isə platada “underfill” adlı qarışıqdan istifadə olunmamasıdır. Qeyd edək ki, “Apple” şirkəti isə hələ bu barədə açıqlama verməyib.

tel

Bo bir CD-ni mikrodalğalı sobaya qoysaq nə baş verər? Bu sualın cavabını aşağıdakı videoda təqdim edir. Birlikdə izləyək:

İsrail alimlərinin hazırladığı kiçikölçülü kamera real vaxt rejimində üzvi maddələri təhlil edəcək. Tədqiqatçılar bildiriblər ki, belə kamera smartfonlara quraşdırıla bilər. Onun köməyilə istənilən istifadəçi qida məhsullarının kimyəvi tərkibini müəyyənləşdirmək imkanına malik olacaq. Kamera insan gözü ilə görünməyən hiperspektral rejimdə işləyir. Bu kameranın köməyi ilə əldə olunacaq informasiya smartfonun ekranında göstəriləcək. Sistem Unispectral adlanır. Smartfonun bu kamera ilə təchiz edilmiş işlək prototipinin 2015-ci ilin yayın ortalarında təqdim ediləcəyi gözlənilir.

smartfon

“Facebook” tərəfindən satın alınan “WhatsApp”dan pis xəbər var. Bundan sonra “WhatsApp”da da reklamlar olacaq. Belə ki, “WhatsApp”ımıza müxtəlif şirkətlər tərəfindən reklam mesajları göndəriləcək.Qeyd edək ki, yeni reklam modelinin qarşısını almaq mümkündür. Bunun üçün gizlilik müqaviləsi təqdim edildiyi zaman “qəbul edirəm” əvəzinə “davamını oxu” düyməsini klikləmək və yeni açılan pəncərədə “WhatsApp hesab məlumatlarımı Facebook ilə paylaş” variantını rədd etmək kifayətdir.

whatsapp_for_android_beta

“WhatsApp” istifadəçilərini daha bir yenilklə sevindirmək qərarına gəlib. Son dövrlər internetdə hər kəsin sevimlisinə çevrilən videolardan hazırlanan maraqlı GIF-ləri artıq “WhatsApp”da da istifadə etmək mümkün olacaq. Daha əvvəllər Android platformasında “root” istifadə imkanına sahib olanlar mövcud fayllarda müxtəlif dəyişikliklər edərək GIF göndərə bilirdilər. Bu yenilikdən sonra “WhatsApp” bütün istifadəçilərə GIF göndərmə şansı yaradacaq.

whatsapp

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register