Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“iPhone” telefonları üzərində bir çox sınaqlar həyata keçirilib. Videoda “iPhone”ni necə mikroskopa çevirməyi öyrəncəksiniz. Bunun üçün sizə lazer linzası və tutqac lazımdır. Gəlin birlikdə izləyək:

“Google” şirkəti “Android”ləri üçün yeni funskiya əlavə edib. Bu funksiya vasitəsi ilə istifadəçi itmiş telefonunu tapa biləcək. Bu ilin aprelindən test mərhələsində yoxlanılan funksiyaya görə istifadəçi “Google” sətrində “find my phone” (mənim telefonumu tap) yazmaqla onlayn xəritə üzərində telefonunun harda olduğunu görəcək. Qeyd edək ki, bu yeni funksiya brauzerdə smartfonunuzun qeydiyyatda olduğu eyni “Google” hesabı açıq olduğu zaman işləyəcək. Əfsuslar olsun ki, oğurlanmış smartfonu bu funksiya vasitəsilə kilidə (bloklamaq) salmaq mümkün deyil. “Google” şirkətinin mühəndislərinin sözlərinə görə, belə variant tətbiq olunsa 3-cü şəxslər sizin hesabınızı ələ keçirib, telefonunuzu sizə zərər vermək üçün kilidə sala bilərlər. Mühəndislər smartfonun oğurlanması zamanı “Android Device Manager” veb-saytından istifadə etməyi məsləhət görürlər. Mühüm məqamlardan biri də odur ki, “find my phone” funksiyası olsa bilsin ki, yalnız “Google”-un rəsmi tətbiqinin sonuncu versiyası quraşdırılan smartfonlarda işləyəcək.

google

Dünyanın ən böyük mobil mesajlaşma xidməti olan “Whatsapp” yenilikləri ilə əlavə təklükə də gətirir.  “WhatsApp”da istifadəçiləri narahat edən təhlükəli mesajların ardı-arası kəsilmir. Mesaj vasitəsilə yayılan bu viruslu bildirişi açıb oxusanız, telefonundakı məlumatlar saniyələr içində köçürülür. Belə viruslu mesajları açmadan silin. Bu virus tək mesajla yox, hətta şəkil və video vasitəsilə də gələ bilər.

whatsapp

Türkiyədə elektronika qurğularının təmiri ilə məşğul olan məntəqənin sahibi smartfonun ekranında informasiyanın kənar şəxslərdən mühafizəsi sistemini ixtira edib. Sistem mobil proqram və çiplə təchiz edilmiş eynəkdən ibarətdir. Ektronika qurğularının təmiri ilə məşğul olan türk şirkətinin sahibi Celal Göger tərəfindən yaradılmış sistem smartfonun ekranındakı informasiyanı yalnız cihazın sahibi üçün əlçatan edir. Göger bildirib ki, belə sistemin hazırlanmasına altı ay vaxt sərf edib. Sistem mobil proqram və çiplə təchiz edilmiş eynəkdən ibarətdir. Çip simsiz rabitə vasitəsilə smartfona qoşulur, bundan sonra xüsusi çiplə təchiz edilmiş eynəyi taxmış şəxs mobil qurğunun ekranındakı təsviri görə bilir. Bununla belə, informasiya həmin şəxsin yanında olan şəxslər üçün əlçatmazdır.

turk

Dünyanın ən nazik notebook modelinin təqdimatı keçirilib. Təqdimat Berlində “IFA” konfransında keçirilib. Notebookun qalınlığı 9,98 millimetrdir, korpusu və qapağı bütöv alüminium təbəqəsindən düzəldilib, qurğu 13 düymlük “Full HD” displey və 256 giqabayt tutumlu bərk cisimli toplayıcı ilə təchiz edilib. Dünyanın ən nazik notebookunun satışına bu ilin oktyabrında başlanılacağı gözlənilir. Qurğunun qiyməti 1299 avroya bərabər olacaq. Qeyd edək ki, indiyədək dünyanın ən nazik noutbuku qalınlığı 10,4 millimetrə bərabər “HP Spectre” hesab edilirdi.

not

“İnstaqram” yiniliklərlə istifadəçilərini sevindirməyə davam edir. Məşhur sosial şəbəkənin bu dəfə tətdbiq etdiyi yenilik “Zoom” adlanır. Artıq istifadəçilər “İnstaqram”da paylaşılan şəkil və videoları yaxınlaşdırıb, ona daha diqqətlə baxa bilər.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register