Gürcüstan siyasətində xanımlar nə dərəcədə təmsil olunurlar – sujeti dinləyin

   8 oktyabr parlament seçkilərinə 19 gün qalır.  Namizədlər arasında xanımlar azlıq təşkil edirlər. Qadınların siyasətdə olmasını çox hallarda müsbət qarşılamırlar. Sakinlərdən bəziləri isə əksinə xanımların siyasətdə mütləq olmasını dəstəkləyirlər.

Qadın hüquqları müdafiəçisi Baia Pataraia qadınlara siyasətə qoşulmaqda mane olan məsələlərdən danışır. O həmdə qeyd edirki, 2016-cı ilin parlament seçkilərindən sonra bəlkə 12 faizdən aşağı xanimlar parlamentdə təmsil oluna bilər:

   “Seçki siyahıları göstərdiki bu il vəziyyət 2016-ci ildən də daha pisdir. Nə majoritar nə də proporsial siyahılarda demək olarki qadınlar yoxdur. Regionlarda da bu problem var və Marneulidə istisna deyil. Hər partiya onluqda 3 nəfər qadın namizəd təqdim edə bilərdi ancaq bunu yalnız iki partiya edib. Bu respublikaçılar və azad demokratlar partiyasıdı. 2016-cı il seçkilərindən sonra parlamentdə qadınlar ya yenə də 12 faiz olacaq ola bilsin ondan da aşağı ola bilər. Bu isə dünya göstəricisində ən aşağı göstəricilərdən biridir. Əhalini günahlandira bilmərik onlar ücün xanım ya bəy olacağının elədə əhəmiyyəti yoxdur. Ancaq partiyalar qadın namizəd təqdim etmirlərsə əhali necə seçə bilər”.

Sujetimizdən məlum olur ki Marneulidə sakinlər xanım namizədlərin siyasətdə olmasını dəstəkləyirlər. Nəticələr isə 8 oktyabr seçkilərindən sonra məlum olacaq.

Müəllif: Aynurə Əliyeva

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register