Nəbi Abdullayevin gizlətdiyi əmlakı
12 sentyabr tarixində “Beynəlxalq Şəffaflıq Gürcüstan” vəzifəli şəxslərin mülki bəyənnaməsini dərc edib. Marneuli Munisipolitetinin sakrebulosunun sədri Nəbi Abdullayevin 2015-ci il mülki bəyənnaməsində yalnız o, qeyd olunub ki,1999-2014-cü illərdə fərdi istehsalçı olaraq qeydiyyatda olub. İstehsal və qeyri-istehsalçı hüquqi şəxslər üzrə reestrə əsasən isə Marneulinin sakrebulo sədri MMC “Ans Company”-də 100% hissəyə malikdir və həmin kompaniyanın direktoru vəzifəsini də tutur. Bundan əlavə, Abdullayev bəyənnamədə MMC “N.P.Q. Goup”-un 50%-lik hissəsi olduğunu və həmin kompaniyanın direktoru olduğunu qeyd etməyib. Eyni zamanda MMC “El.di.i.kos” və MMC “LPGE GEORGİA”-nın 5-5%-lik hissəsi onun mülkiyyətindədir, MMC “B.H.E Co”-da və MMC“Trans World Group”-da isə Nəbi Abdullayevin mülkiyyətinə 10% və 50% hissə daxildir. Bu məsələ ilə bağlı məlumatı dəqiqləşdirmək üçün Nəbi Abdullayevlə söhbət etdik. O, bir neçə kompaniyanın onun mülkiyyətinə daxil olduğunu etiraf etsə də bir neçəsinin olduğunu inkar etdi.
Şəlalə Əmircanova516 Posts
0 Comments