Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Dünyanın ən böyük mobil mesajlaşma xidməti olan “Whatsapp” proqramında möhtəşəm yenilik var. “Whatsapp Wep” proqramını yükləyin. Sevgilinizin telefonunda söhbət düyməsinin yuxarı hissəsində “Whatsapp Wep” funksiyasını seçin, kamera açılacaq, bu kamera ilə telefonunuzun ekranını çəkin. Beləliklə, “Whatsapp Wep” proqramı ilə sevgilinizin Whatsapp”da yazışmalarını izləyə, hətta ona yazan istifadəçiyə onun əvəzindən cavab da yaza bilərsiniz.

whatsapp

“Apple” şirkəti “iPhone 4” smartfon modelinin və “iPod Classic” portativ media pleyerinin proqram dəstəklənməsini sentyabrın 13-dən etibarən rəsmən dayandıracaq. Bununla bağlı qərar mobil qurğuların sayının artması, eləcə də texnologiyaların gündəlik yenilənməsi ilə əlaqədar qəbul edilib. “Apple” nümayəndələrinin sözlərinə görə, köhnə qurğuların istehsalının baha olmasına görə onları dəstəkləmək iqtisadi baxımdan sərfəli deyil. Qeyd edək ki, “iPhone 4” və “iPod Classic” qurğularının istehsalı beş il əvvəl dayandırılıb. Hazırda “Apple” qurğuların təmirini qanunauyğun olaraq daha 2 il müddətinə yalnız Kaliforniyada həyata keçirəcək.

photo

“Apple” şirkəti “iPhone 4” smartfon modelinin və “iPod Classic” portativ media pleyerinin proqram dəstəklənməsini sentyabrın 13-dən etibarən rəsmən dayandıracaq. Mobil qurğuların sayının artması, eləcə də texnologiyaların gündəlik yenilənməsi ilə əlaqədar qəbul edilib. “Apple” nümayəndələrinin sözlərinə görə, köhnə qurğuların istehsalının baha olmasına görə, onları dəstəkləmək iqtisadi baxımdan sərfəli deyil. Qeyd edək ki, “iPhone 4” və “iPod Classic” qurğularının istehsalı beş il əvvəl dayandırılıb.

photo1

Yeni “iPhone 7” smartfonları “LTE-Advanced cat.9” standartındakı şəbəkədə çalışacaq. Bu barədə “Apple” korporasiyasının saytında məlumat verilib. Bu standart mobil internetin sürətini 450 mbit/saniyə gücündə təmin edir. Rusiyanın mobil operatorları artıq öz şəbəkələrinin yeni sürəti dəstəkləməsi üçün hazırlığa başlayıb. Belə ki, “Meqafon” gələn ildən Moskva və Sankt-Peterburqdakı abunəçilərinə bu sürəti təqdim edəcək. “Hələ 2015-ci ildə biz paytaxtdakı şəbəkəmizdə mobil cihazların 450 Mbit/saniyə sürət həddində işləməsini sınaqdan keçirmişik. Gələn il Moskva və Peterburqda yaşayan müştərilərimiz 600 Mbit/saniyəyə qədər sürət əldə edəcək”, – deyə şirkətdən bildirilib. Xatırladaq ki, “Apple” sentyabrın 7-də “iPhone 7” və “iPhone 7 Plus” smartfonlarını təqdim edib.

photo2

Bir məhsulun funksionallığı xaricində vizuallığı və ya digər özəllikləri  onu rəqiblərindən fərqləndirən ən böyük xüsusiyyətidir. Sıx rəqabət yaşanan telefon sektorunda bir-birindən maraqlı, bəlkə, düşünüb heç ağlınıza gəlməyəcək dizaynlar mövcuddur. Marneulifm.ge-in təqdim etdiyi videonu izləyin:

Şirkət gələcəkdə sosial şəbəkənin funksiyalarını genişləndirməyi hədəfləyib. “YouTube” videohostinqi “YouTube Community” sosial şəbəkəsini istifadəyə verib. Hazırda xidmət beta sınaq mərhələsindədir və ondan yalnız məhdud sayda bloger yararlana bilər. Yeni sosial şəbəkə videoçarx müəlliflərinə videoları təkcə öz kanallarında yerləşdirməyə deyil, həm də abunəçilərlə digər kontenti paylaşmağa imkan verəcək. Məsələn, “Community” bölməsində blogerlər fotoşəkil, mətn, “GIF” təsvirlər və s. çap edə biləcəklər. Bu məlumatların hamısı kanal abunəçilərinin lentində avtomatik göstəriləcək. Videohostinq nümayəndələrinin sözlərinə görə, onlar istifadəçilərin reaksiyasını diqqətlə izləyəcəklər. Gələcəkdə şirkət sosial şəbəkənin imkanlarını genişləndirərək bir sıra yeni funksiyalar əlavə etməyi planlaşdırır. “YouTube Community”in əsas vəzifəsi video müəlliflərinə kanallarına yeni kontent vasitəsilə auditoriyanı cəlb etmək və onu saxlamaqla yanaşı, istifadəçilərlə ünsiyyət qurmağa kömək etməkdir.

youtube

Dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp”-da gələn mesajları oxumaq mümkündür. Proqramın yaradıcıları WhatsApp-a yeni xidmətlər əlavə edərkən bəzi funksiyaların istifadəsini nəzərə almayıb. Belə ki, proqramın veb versiyasının imkanları ilə başqa bir telefonun kodunu skan edərək həmin hesaba giriş etmək mümkündür. Təqdim etdiyimiz videoda bunun əyani şahidi olacaqsınız.

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp” İOS platformalı telefonlar üçün yenilik edib. 88 Mb-lıq 2.16.10 seriyalı yenilik İOS 10-un funksiyalarından daha yaxşı yararlanmaq üçün istifadəyə verilib. Yenilik sayəsində artıq “Siri” ilə “WhatsApp”ı da əlaqələndirmək olacaq. Belə ki, “Siri” sizə səsli olaraq “WhatsApp” mesajınızı oxuyacaq və sizin dediklərinizi mesaj olaraq göndərəcək.

Videonu izləyin və yaşıl işarə sizdə aktivdirsə, diaktiv etməyi unutmayın. Yoxsa  kiməsə şəkil göndərdiyiniz zaman avtomatik olaraq  Facebookda paylaşılacaq:

Dünyadada ən çox  istifadə olunan “Facebook” sosial şəbəkəsinn ən arzuolunmaz  hallarından biri də səhifənin  tamamilə yayımdan qaldırılmasıdır. Səhifə öz-özünə heç zaman bərpa olunmur. Bunun üçün “Facebook”a yazmaq lazımdır. Sizin yazdığınız məktubdan sonra onlar səhifəni araşdırıır və bəzən bərpa edirlər. Bağlanmış səhifələrin bərpa etmək üçün necə və hara yazamaq lazım olduğunu bilmək üçün videonu izləyin:

Kembric Universitetinin alimləri “Android” mobil əməliyyat sistemli smartfon vasitəsilə çalışan ilk süni mədəaltı vəz yaradıblar. Bu cihaz şəkər xəstəliyindən əziyyət çəkən insanların qanındakı qlükozanın miqdarını ölçmək üçün nəzərdə tutulub. Süni mədəaltı vəz insulin nasosu, qlükometr və qəbuledicidən ibarətdir. Belə ki, qlükometr qandakı şəkərin miqdarını real vaxtda ölçür, nasos isə zərurət olduqda lazımı insulin miqdarını ifraz edir. Nəticədə şəkər xəstəliyindən əziyyət çəkən insanlar qlükozanın miqdarını ölçərək insulinin miqdarını təyin etməkdən azad olacaqlar. Həmçinin bu sistem hətta xəstə yatdığı zaman belə dayanmadan çalışa bilər. Qurğunun gələn il təqdim olunacağı nəzərdə tutulur.

photo3

Rusiya yeni hücum silahlarını ərsəyə gətirib. Yeni  pilotsuz təyyarələr toplu şəkildə eyni anda uça bilir. Aparatlar hava və qurudakı hədəfləri dəqiqliklə vurmaq iqtidarındadır. Cihazları bir nəfər asanlıqla idarə bilər. Kəşfiyyat uçuşları həyata keçirə bilən cihazlar avtomatik də idarə oluna bilir. Yəni cihaz hücum və müdafiə əmrini sərbəst şəkildə qəbul edə bilər. Bildirilir ki, yeni pilotsuz aparatlar vasitəsiylə düşmən təyyarələrinin qarşısını asanlıqla almaq və ya onları sıradan çıxarmaq olar.

photo4

Marneulifm.ge  2016-cı ilin ən bahalı 10 avtomobilini təqdim edir.  Videonu izləyək:

Ötən həftə satışa çıxarılan “İphone 7” model telefonlarında bəzi nasazlıqlar üzə çıxıb. Telefon “təyyarə rejimi”ndən çıxarıldıqdan sonra uzun müddət internetə bağlanmır. Digər şikayət isə telefonun qulaqcığı ilə bağlıdır. İddialara görə, qulaqcıq qoşulduqdan sonra belə telefon səsi çölə ötürür. Problemlərlə bağlı “Apple” şirkəti artıq hərəkətə keçib.

iphone

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register