Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Yoghurt Network” tərəfindən təqdim olunan “Comment Cleaners” adlı xidmət, artıq sizin sosial media hesablarınıza edilən yersiz rəy və reklam təkliflərinə məhdudiyyət qoyacaq. Əsasən böyük kütləyə malik brend səhifələrin və şəxsi profillərin bu yeniliyə daha çox sevinəcəyi gözləniləndir. “Comment Cleaners” vasitəsilə mənfi rəylər, söyüş xarakterli bildirimlər və mənasız reklam təkliflərinin qarşısı alınmış olacaq. Xüsusilə SMM ilə məşğul olan şəxslər bu yeniliklə səhifələri daha effektiv istifadə edə biləcəklər. Böyük ehtimalla müəyyən məbləğ qarşılığında “Facebook” və “İnstaqram” sosial hesablarının bundan istifadə etməsi gözlənilir.

photo1

Elmi tərəqqisi ilə dünyanı təccübləndirən Yaponiya bu dəfə də bunu bacarıb. Yaponların hazırladığı bıçağın itiliyi görənləri təccübləndirib. Qalın bir kitabın kənarına çəkilən bıçaq, bir göz qırpımında kitabı doğrayıb. Sözügedən video görüntünü təqdim edirik:

“Google” şirkəti “Chrome OS” istisna olmaqla, bütün əməliyyat sistemlərində “Chrome” brauzeri üçün əlavələrin dəstəklənməsini dayandırmaq fikrindədir. Əlavələr “Windows”, “Mac” və “Linux”da əlçatan olmayacaq. Əvvəlcə bunlar üçün yeni məhsulların buraxılmasına son qoyulacaq. 2017-ci ilin ikinci yarısından etibarən “Chrome OS” xaricində “Chrome Web Store” açılmayacaq. 2018-ci ildən etibarən isə “Windows”, “Mac” və “Linux” üçün əlavələr işini dayandıracaq.

Google

Doqquz milyon oyunsevərin şəxsi məlumatları oğurlanıb. Populyar DHL.net oyun saytının sındırılması nəticəsində baş verib. Naməlum haker saytın zəifliyindən istifadə edərək hücumu gerçəkləşdirib. Bunun nəticəsində cinayətkar 9 milyondan artıq “Steam” şifrəli açarları və milyonlarla oyunsevərin akkauntunu ələ keçirib. Artıq “Steam” aktivləşdirmə açarlarının bir qismini geri qaytarıb. DHL.net istifadəçilərinin şəxsi məlumatlarının itməsinə görə kompensasiya edilməyəcək. Qeyd edək ki, DHL.net portalının nümayəndələri saytın sındırılması və oyunsevərlərin şəxsi məlumatlarının oğurlanması faktını təsdiq etmirlər.

haker

“Samsung Electronics” 2017-ci ildə istifadə olunmuş premium smartfonların satışına başlamaq fikrindədir. Şirkət köhnə modellərin yeniləri ilə əvəzlənməsi ilə bağlı illik kampaniya çərçivəsində Cənubi Koreya və ABŞ-dan olan müştərilərdən smartfonları satın alaraq onları bərpa etməyi və başqa ölkələrdə ucuz qiymətə satmağı planlaşdırır. Satışın konkret hansı ölkələrdə həyata keçiriləcəyi və qiymətlər barədə məlumat verilmir. Köhnə smartfonların nə dərəcədə yenilənəcəyi də hələ bəlli deyil.

samsung

Satışda bir çox 3D yazma xüsusiyyətinə sahib qələmlər ilə rastlaşırıq. Bu qələmlər dizayn və bəzi funksiyalar baxımından bir-birindən ayrılsa da, demək olar ki, eyni işi görür. Renegade adı verilən bu qələm, bəlkə, ən incə və ən yüngül 3D qələmi deyil. Lakin özünəməxsus xüsusiyyətləri ilə rəqiblərindən çox fərqlənir. Qələmin içərisində bir isidici qurğu yerləşdirilib. ChupaCut adı verilən plastik şüşəni qələmə uyğun bir şəkildə kəsdikdən sonra onu həmin isidici qurğuya yerləşdirirsiniz və qısa müddətdə 3D şəkillər çəkə bilirsiniz. Mütəxəssislərin sözlərinə görə, plastik olan hər materialı filament olaraq istifadə etmək mümkündür və bununla da fərqli rənglər əldə etmək olur. Burada qərar tamamilə istifadəçiyə buraxılıb. 3, 6, 9 və 12 millimetr qalınlığında saplardan istifadə edilən cihazda, istəsəniz, normal satılan saplardan da istifadə edə bilərsiniz. Renegade qələminin 2017-ci ilin yanvar ayında satışa çıxarılacağı gözlənilir.

3d

Bütün dünyada “Pokemon Go” mobil oyununa olan maraq tədricən azalmağa başlayıb. Bu barədə “Bloomberg” agentliyi “Axiom Capital Management” şirkətinin statistikasına istinadən məlumat verib. Mütəxəssislər qeydə alıblar ki, oyunun gündəlik auditoriyası onun yüklənmə sayı və oyunda keçirilən zamanla birlikdə azalmaqdadır. “Axiom Capital Management” şirkətinin analitiki Viktor Entoni bildirib ki, “Facebook”, “Instagram”, “Tinder”, “Twitter” və “Snapchat” kimi şirkətlərin sərmayədarları “Pokemon Go” oyunun populyarlığından narahat idilər, ancaq indi onlar sakitləşə bilərlər. Çünki pokemonlara fəal maraq mərhələsi artıq geridə qalıb.

pokemon

ABŞ-ın Massaçusets Texnologiya Universitetinin alimləri öz-özünə yığıla bilən telefon-pazl yaradıblar. Cihaz 6 maqnitli hissədən ibarətdir. Telefonun daxilindəki maqnit qıfıl rolunu oynayır. Cihazın elementləri fırlanan barabana yerləşdikdə, onlar bütöv cihaza çevrilirlər. Telefonun komponentlərində müxtəlif qütblü maqnitin olmasına baxmayaraq, pazl-telefonun hissələri bir-biri ilə düzgün tərəfləri ilə birləşərək yığılır. Yığılma prosesi bir dəqiqəyə yaxın davam edir. Tərtibatçılar hesab edirlər ki, bu yenilik mobil telefonların qiymətinin aşağı salınmasına imkan verəcək. Bundan sonra texnologiya kütləvi istehsalda da istifadə oluna bilər.

ozu-yglan-tel

“Amazon” online riteyleri musiqi abunəçiliyi xidməti yaratmaq üzərində çalışır. Abunə haqqı ayda 4-5 dollar təşkil edəcək. “Spotify” və “Apple Music”dən fərqli olaraq, “Amazon”da reklam olmayacaq. Xidmət yalnız “Echo” avadanlığı ilə çalışacaq. “Amazon”un xidməti sentyabrda istifadəyə vermək istədiyi, lakin hələlik musiqi “leybl”lları və naşirlərlə anlaşmaları tamamlamadığı bildirilir. Şirkət bu haqda şərh verməyib. Xatırladaq ki, may ayında “Amazon” öz video xidmətini istifadəyə verib. Bu xidmətin köməyi ilə şirkət “YouTube” ilə rəqabətə girmək istəyir. “Amazon Video Direct” adlanan videohostinqdə istifadəçilər video yükləyə, reklam və royalti (müəllif hüququ və patentlərə görə ödəniş) müqabilində pul qazana bilər.

amazon

Çinin “Huawei” şirkəti qadınlar üçün “Nova” smartfonu istehsal edəcək. “Huawei NOVA”nın rəsmi təqdimatı sentyabr ayında keçiriləcək “İFA-2016” sərgisində baş tutacaq. “Huawei” şirkətinin hazırladığı yeni smartfon yalnız qadın auditoriyası üçün nəzərdə tutulub. Güman edilir ki, smartfon qızılı kölgəli nazik metal korpusdan hazırlanacaq. Smartfonun dəqiq texniki xüsusiyyətləri təqdimatın baş tutacağı vaxta yaxın açıqlanacaq.

huawei

Sosial şəbəkələrdə özünəə xas olmayan xüsusiyyətlər nümayiş etdirməyə çalışan insanlar stress keçirir və təcrid olunmuş həyat tərzi sürürlər. “Facebook” sosial şəbəkəsində araşdırma aparmış Tasmaniya Universitetinin alimləri belə qərara gəlib. Alimlərin sözlərinə görə, onların məqsədi sosial şəbəkədə öz eqosundan istifadə zamanı yaranan vəziyyəti qiymətləndirmək olub. Onlar istifadəçilərin həqiqi və virtual şəxsiyyətlərini, sosial bağlılıq dərəcəsini, həyəcan, stress və depressiya səviyyəsini müqayisə ediblər. Araşdırmada 164 nəfər iştirak edib. Hazırda planet əhalisinin sayı 7.4 milyard nəfər, “Facebook”un aktiv istifadəçilərinin sayı isə təxminən 1,7 milyard nəfərdir. Alimlər belə hesab edirlər ki, əgər sosial-psixoloji problemləri olan insanlara özlərini həm real həyatda, həm də “Facebook”da eyni cür aparmağa imkan verən metod hazırlanarsa, bu, stressin səviyyəsini azaltmış olar.

photo1

“Google” mobil əməliyyat sistemi “Android 7.0 Nougat”nın final versiyasını təqdim edib. Əməliyyat sisteminin əsas yeniliklərindən biri çoxpəncərəli rejimdir. Bu rejimdə istifadəçi eyni anda ekranda bir neçə əlavə ilə işləyə bilər. “Doze” enerji qənaəti funksiyası təkmilləşdirilib, bildirişlər sistemi yenidən işlənib, “Daydream” virtual reallığın inkişafı layihəsi də sistemə daxil edilib. Əsas yeniliklərdən biri emodzilərin sırasının genişlənməsidir. Siyahı 72 emodzi ilə zənginləşdirilib. Yeni OC ilə ilk təchiz olunan cihaz “LG V20” olub. Yaxın vaxtlarda “Nexus” seriyasından olan smartfonlar (6P, 5X, 6), eləcə də “Nexus 9” və “Pixel C.” planşetlərində də sistem yenilənəcək.

android

Bazarda smartfon istehsalçıları çox olsa da, statistikadan məlum olur ki, yalnız bəzi holdinqlər öz hazırladığı və tərtib etdiyi cihazlardan pul qazanır. “Canacord Genuity” agentliyinin araşdırması göstərib ki, smartfon satışından ən çox qazanan şirkət 38% mənfəət əldə edən “Apple” şirkətidir. Onun ardınca Cənubi Koreyanın “Samsung” şirkəti qərarlaşıb. Bu şirkətin mobil telefon istehsalından əldə etdiyi mənfəət 17%-ə çatıb. Digər brendlərin işləri isə o qədər də yaxşı getmir. Bu siyahıda mütəxəssislər autsayderlər kimi HTC və “Microsoft” şirkətlərini göstərirlər. Son rüb ərzində hər iki şirkət smartfon satsa da, 22% zərərə düşüblər. LG şirkəti 5% itkiyə məruz qalıb. Hazırda populyar marka olan “Lenovo” isə 10% zərər edib. Bu məlumatlar bu ilin ikinci rübünə aiddir.

tel

“Facebook” sosial şəbəkəsi yeniyetmələr üçün yeni “Lifestage” mobil əlavəsini istifadəyə verib. Bu xidmət şəbəkə istifadəçilərinə öz aralarında kiçik foto və video faylları bölüşməyə imkan verəcək. “Lifestage” əlavəsi “Snapchat” adlanan digər onlayn xidmətin analoqudur. Xüsusi olaraq gənc nəsil üçün istifadəyə verilmiş yeni əlavədə bütün profillər kiçik videoyazılar və avtoportretlər seriyasından ibarətdir. Onların köməyi ilə istifadəçinin maraq sahəsini təsəvvür etmək mümkündür. Ancaq standart mobil əlavələrdən fərli olaraq, yeni əlavədə birbaşa mətn mübadiləsi funksiyası nəzərdə tutulmayıb. Hazırda “Lifestage”da yalnız amerikalı məktəblilər qeydiyyatdan keçə bilər. Onların akkauntları “Facebook”a bağlı olmayacaq.

facebook

Sentyabr ayında “WhatsApp”ın İOS platformalı telefonlar üçün olan versiyasında yenilik olacaq. İOS 10 sentyabrda bütün “iPhone” istifadəçiləri üçün təqdim ediləcək. İOS 10 ilə birlikdə gələn yenilik sayəsində artıq “Siri” ilə “WhatsApp”ı da əlaqələndirmək olacaq. Belə ki, “Siri” sizə səsli olaraq “WhatsApp” mesajınızı oxuyacaq.

ios

Müəllif: Amil Məmmdəov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register