Roma Papası Tbilisidə stadionda müqəddəs ayini icra edib

roma-papsi

Gürcüstanda səfərdə olan Roma Papası Tiflisdəki Mixail Mesxi adına “Lokomotiv” stadionunda müqəddəs ayini həyata keçirib. Roma Papası çıxışını “İnsanlara ilahi rahatlıq gətirmək kilsələrin ən mühüm missiyasıdır” sözləri ilə başlayıb. O, çıxışı zamanı kilsələrin rahatlıq və Allahın təsəlliverici evi olduğunu bildirib. Tədbirdə hökumət rəsmiləri, diplomatik korpus nümayəndələri, Gürcüstandakı dini konfessiyaların rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, dünən Gürcüstana səfər edən Roma Papası ölkə prezidenti, baş nazir, parlament sədri, diplomatik korpus nümayəndələri və dini liderlərlə görüşüb.

 

Bu gün , Roma Papasının Gürcüstana səfəri başa çatır, o, Azərbaycana səfər edəcək.

Mənbə: apa.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register