Şəhər və Rayon nədir?

Marneuli

Şəhər anlayışı paytaxt olmaqla və ya böyük olmaqla qəbul olunmur. Şəhərin öz göstəriciləri var- bunun böyük və ya kiçikliyi, paytaxt və ya region şəhəri olması önəm kəsb etmir. Məsələn, Gürcüstanda 15 min əhalisi olan bir rayona şəhər statusu verilə bilər.

Ümumiyyətlə, qəbul olunmuş normalara görə, əhalisinin yarıdan çoxu qeyri-aqrar sektorda çalışan, müasir infrastruktura mailk olan iri yaşayış məntəqələri şəhər statusu ala bilər.

İnzibati, coğrafi ərazi bölgülərini və ya rayonla şəhərin fərqini bilməyənlər üçün qısa arayış:

Gürcüstan ərazisi 51 rayona bölünüb. Bunlardan 3 rayon və 1 şəhəri birləşdirən 1 muxtar respublika (Acarıstan MR) təşkil olunub. Həmçinin ölkədə respublika tabeliyi olan (heç bir rayona daxil olmayan) 8 şəhər var. Ümumilkdə isə, ölkədə 62 şəhər var. Elə rayonlar var ki, orada 2 şəhər var.

Rayonun qısa tərifi- hər hansı bir coğrafi və ya inzibati ərazi. Yəni, rayon konkret bir yaşayış məntəqəsi deyil, bu məntəqələrin birləşdiyi bölgədir. Rayon (bölgə ifadəsi daha düzgün olardı) anlayışı inzibati ərazi vahidi olaraq özündə çoxsaylı yaşayış məntəqələrini (şəhərlər, qəsəbələr, kəndlər) və coğrafi məkanları (dağlar, çaylar, göllər, düzlər və s.) birləşdirən məhfumdur. Elə rayonlar var ki, tərkibində 2-3 şəhər var. Adətən rayonun inzibati mərkəzi şəhər olur.

Şəhərin qısa tərifi – böyük, mərkəzləşdirilmiş və ərazicə məhdudlaşdırılmış yaşayış məntəqəsi. Əhalisi kənd təsərrüfatından kənar fəaliyyətlə məşğuldur. Effektli özünüidarə, təchizat və nəqliyyat strukturuna malikdir. İri şəhərlər rayonlara bölünür.

Belə bir sual yaranır 32 min əhalisi olan Marneuliyə niyə heç bir rayona daxil olmadan şəhər statusu verilmir?

Maraqlı suallardır, amma cavabını tapmaq asan deyil. Çünki  Marneulinin rayon olduğunu bəzi müəllimlər, ziyalılar, millət vəkilləri belə bilmir.

Mövzu ilə bağlı Marneuli sakinlərindən sorğu keçirdik:

Anar TURAN

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register