Sadaxlıda Vətən Müharibəsində Həlak Olmuşların adına olan parkın abadlıq işləri davam edir

 Marneuli Bələdiyyəsinin Sadaxlı kəndində Vətən Müharibəsində Həlak Olmuşlar adına parkın inşaa işləri davam edir. Parkda abidə bərpa olunur. Layihəyə əsasən yeni beton parket və bordürun salınması, eyni zamanda, parkda mövcud fəvvarə və hasarda zərər görmüş yerlərin düzəldilməsi və bərpa işləri aparılır. Sözü gedən əraziyə park stolları və zibil qutularının quraşdırılmasıda nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, layihənin idea müəllifi “Vətəndaş Büdcəsi” proqramında iştirak edən Sadaxlı sakini Xalidə Qəhrəmanovadır. Təşəbbüs əsasında Yerli Büdcədən bu layihəyə 87 653lari ayrıldı. İnfrastruktur layihəsi cari ilin sentyabrın 9 dan həyata keçirilməyə başladı və dekabrın 12 də sona çatacaq.

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register