Marneulidə Tasua Yürüşü Oldu

Bu gün azərbaycanlıların kompakt yaşdığı Marneuli şəhərində ənənəvi Tasua Günü keçirilib. tədbir iştirakçılar olan din xadimləri və ətraf kəndlərdən gələn dindarlar Marneulidəki “Əhli-Beyt” mədəni-maarif cəmiyyətinin qarşısından İmam Əli məscidinə qədər yürüş etdilər. Yürüş boyu Tasua Günü tədbirinin iştirakçıları müxtəlif məzmunlu şüarlar qaldırıb və İmam Hüseynə həsr olunan mərsiyələr səsləndirdilər. Sonra tədbir İmam Əli məscidinin qarşısında çıxışlarla davam etdi. Məscidin axundu Hacı Hacıyev İmam Hüseyn fəzilətləri və Tasua Günü haqqında ətraflı məlumat verdi. Tədbirdə həmçinin Malxaz Sonqulaşvili, İmam Riza (ə) mədrəsəsinin müdiri Haci Əziz Nəbizadə və başqaları çıxış edərək Tasua Günü ilə bağlı fikirlərini bildirdilər. Tasua Gününə qatılan İvangili-Babtist kilsəninin Metropoliti Malxaz Sonqulaşvili MarneuliFM-ə açıqlamasında bu gün yüksək səviyyədə təşkil edilən Tasua Gününü böyük hadisə adlandırdı. Onun sözlərinə görə, Tasua Günü həqiqət uğrunda mübarizə, sülh, sevgi və barışıq deməkdir. O, Allahın yeganə olduğunu və başqa Allah olmadığını və bu gün İmam Əli məscidində müsəlmanlarla birgə Cümə namazı qıldığını da bildidi

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register