Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

İsveçrəli alimlər məsafədən idarəetmə funksiyasına malik tibbi təyinatlı robotlar yaradıblar. Son bir neçə ildə insan orqanizmində müxtəlif manipulyasiyalar həyata keçirə bilən miniatür robotların yaradılması üzrə işlər aparılır. İndi insanın nəzarəti altında hərəkət edən, dərmanları çatdıran və hətta cərrahi əməliyyatlar keçirmək qabiliyyətinə malik mikrorobotlar yaradılıb. Kiçik ölçülü robot dərman preparatlarını lazımi yerə çatdırmaq, həmçinin yüksək dəqiqlik tələb edən cərrahi əməliyyatlar aparmaq qabiliyyətinə malikdir. Bundan başqa, robotlar, həmçinin elektromaqnit sahəsinin köməyi ilə məsafədən idarəetmə funksiyasına malikdir. Mikrorobot, hələ ki, sınaqdan keçirilir. Alimlər bildiriblər ki, “biz bir çox amilləri nəzərə almalıyıq. Ən əsası odur ki, biz əmin olmalıyıq ki, pasiyentin bədənində hər hansı əməliyyat aparan mikrorobot neqativ effekt yaratmayacaq”.

robot

Kompüter sektorunun ən böyük istehsalçılarından biri olan Acer, hazırladığı Swift 7 adındakı modeli ilə bir ilkə imza atdı. 1 sm ölçüsündən belə incə bir kompüter bizləri gözləyir. IFA 2016 tədbirində sürətli bir başlanğıc reallaşdıran Acer, dünyanın ən incə kompüteri olmağa namizəd yeni modelini rəsmi olaraq təqdim etdi. Gücünü Intel Core i5 prosessorundan alan cihaz, 7-ci nəsil Intel Kaby Lakeyonga modelindən faydalanır. Bunun yanında tam olaraq 0.39 inç incəliyində olan modelin bu xüsusda Apple MacBook və HP Spectre ilə yarışdığını iddia edə bilərik. Acer Swift 7, 13.3 inç böyüklüyündə Full HD IPS ekran ilə birlikdə gələcək. 8 GB RAM və 256 GB SSD yaddaş tutumu kimi xüsusiyyətləri özü ilə gətirəcək olan modeldə hər hansı bir soyutma sistemi yoxdur. Intel Kaby Lake çip istifadə edən model, soyutma sistemindən istifadə etməyə ehtiyac duymur. İncə olması ilə yanaşı, 1.1 kq ağırlığında olan model, 9 saatlıq şarj vaxtı, USB-C 3.1 girişi və qulaqcıq girişi kimi qoşulma nöqtələrinə sahibdir. Şimali Amerika və Avropa bölgələrində Oktyabr ayı içərisində satışa buraxılacağı bildirilən Swift 7-nin ilkin qiyməti isə 1299 Avro olacaq.

kom

WhatsApp, Android tətbiqi üçün daha bir yenilənmə edəcək. Yenilənmə ilə bərabər gələcək xüsusiyyətlərdən biri ortaya çıxdı. Dünyanın bir nömrəli mesajlaşma tətbiqi WhatsApp, istifadəçilərə daha maraqlı olmaq üçün yenilənmələrini davam etdirir. Son olaraq Android WhatsApp beta tətbiqi üçün yenilənmə təqdim edildi.  Bu yenilənmə, iOS platformasında artıq bir neçə müddətdir istifadəyə verilən “Emosiyaların böyük görünməsi” xüsusiyyətini Android WhatsApp beta tətbiqinə gətirdi. Gündəlik həyatda insanların ruh halını göstərmək üçün tez-tez müraciət etdikləri emosiyalar, son Android WhatsAppın yenilənmə ilə birlikdə Android WhatsApp beta tətbiqində daha böyük görünməyə başladı.

whatsapp

“BlackBerry” və “Samsung” şirkətləri Almaniya hökuməti üçün ən təhlükəsiz planşet yaradıblar. “SecuTablet” adlanan layihə Almaniya Federal İnformasiya Təhlükəsizliyi İdarəsi tərəfindən rəsmi istifadəyə yararlı qurğu kimi təsdiq edilib. Planşet şifrlənmiş yazışmalar üçün “BlackBerry Hub” funksiyasından və qurğunun yaddaşında bütün informasiyanı mühafizə edən “SecuSmart” kart şifrlənməsindən istifadə edir. “BlackBerry” şirkəti “SecuSmart” ilə birlikdə, həmçinin sertifikat idarəetmə sistemi və “VPN” servisini tətbiq edib. “SecuTablet” planşetində istifadə edilən daha bir mühafizə sistemi “Samsung Knox” sistemidir. Cənubi Koreya şirkətinin nümayəndələrinin sözlərinə görə, platforma “Android” əməliyyat sisteminin təhlükəsizliyini yüksək səviyyədə təmin edir. Qeyd edək ki, “SecuTablet” planşetinin qiyməti 2 380 dollar təşkil edir.

not

Çinin nəhəng internet xidməti və axtarış sistemi olan “Baidu” özünün tərtib etdiyi sürücüsü olmayan avtomobili ABŞ-ın Kaliforniya ştatının yollarında sınaqdan keçirməyə başlayıb. Bir qədər əvvəl Çin Xalq Respublikasının hökuməti ölkə ərazisində bu tip avtomobillərin sınaqların keçirilməsinə qadağa qoyulması ilə bağlı məlumat dərc edib. Məhdudiyyət ölkədə sürücüsüz avtomobillərin leqallaşdırılması haqqında qanun qüvvəyə minənə qədər davam edəcək. Ancaq “Baidu” şirkətinin rəhbərliyi ABŞ-ın Kaliforniya ştatının rəhbərliyindən sürücüsüz avtomobillərin sınaqlarının keçirilməsi ilə bağlı razılıq ala bilib.

masin

Planşet bazarı hazırda özünün yaxşı dövrünü keçirmir. İDC analitikləri hesab edirlər ki, bu vəziyyəti hissə-hissə klaviaturalı cihazlar yaxşılaşdıra biləcək. Bu il planşet cihazlarının satışı tarixi minimuma enib və 183,4 milyon ədəd təşkil edib. Ötən illə müqayisədə azalma 11,5 faiz olub. Bazarın bu seqmenti artıma 2018-ci ildə gələcək, 2020-ci ildə isə planşet cihazlarının satış həcmi 194,2 milyon ədəd təşkil edəcək. Klaviatura bloklu cihazlar sensorlu planşetləri tədricən sıxışdıracaq. Əgər hazırda planşetlərin 85 faizi klaviaturaslı bloka malik deyilsə, 2020-ci ildə onların bazardakı payı 68 faizə qədər azalacaq. Klaviaturasız cihazların əsas hissəsi tez böyüyən iqtisadiyyata malik regionlarda satılacaq. Bu ölkələrdə aşağı qiymət əsas faktor olaraq qalacaq. Ekran diaqonalı 9 düymdən yuxarı olmayan planşetlərin payı isə onilliyin sonunda hazırkı 55 faizdən 40 faizə düşəcək. Çünki istehsalçılar klaviatura bloklu, daha gəlirli və daha böyük diaqonal ekrana malik planşetlərin istehsalında maraqlı olacaqlar.

planset

Çinin “Meizu” şirkəti qeyri-standart ölçüdə hazırladığı smartfonu təqdim edib.  “Meizu Max” smartfonu iri 6 düymlük displeyə, metal korpusa, böyük kameraya malikdir. Cihazın küncləri dairəvidir. “Meizu Max” güclü 8 nüvəli “MediaTek” MT6755M (Helio P10) çipseti bazasında yaradılıb. 3 GB operativ yaddaşa və 64 GB flaş yaddaşa malikdir. Yaddaşı “micro SD” kartı ilə 128 GB-a çatdırmaq mümkündür. Displey 1920х1080 piksel, əsas kamera 13 meqapiksel, frontal kamera 5 meqapikseldir. Akkumulyator da kifayət qədər güclüdür – 4100 mAs. “Meizu Max”ın satışlarına sentyabrın 12-də Çində start veriləcək. Smartfonun qiyməti 254 dollar olacaq.

meuzi

Twitter mikrobloqinq servisinin rəhbərliyi sentyabrın 8-də bir araya gələrək şirkətin bütünlüklə və ya müxtəlif servislər formasında satışını müzakirə edəcək. Twitter-in və bu mikrobloqinq servisinə aid “Vine” ilə “MoPub” servislərinin toplam satış dəyəri 18 milyard dollardan artıq deyil. Şirkət son rüblərdə sürəkli maliyyə itkiləri ilə üzləşdiyindən qtymət daha da aşağı düşə bilər. Potensial alıcılar Alphabet, Apple, mediamaqnat Rupert Merdokla 21st Century Fox və News Corp.-dur.

twitter

Yaponiyanın tanınmış “Sony” korporasiyasının tərtibatçıları fəal olaraq ev üçün nəzərdə tutulmuş unikal robot androidin tərtibatına başlayıblar. Bu barədə “Sony” şirkətinin istehsal şöbəsinin baş direktoru Kaz Xirai bildirib. Onun sözlərinə görə, yeni ev android robotu yeni texnologiya və tərtibatları süni intellekt sahəsində birləşdirəcək. Robotun pərakəndə qiyməti hələlik sirr saxlanılır. Ancaq mütəxəssislərin fikrincə, “Sony” şirkətinin ev köməkçisi olan robotunu ancaq imkanlı ailələr əldə edə biləcəklər.

sony

Rusiyanın “Rambler” elektron poçt xidmətində 100 mln.-dan çox istifadəçinin parolu oğurlanıb. Hakerlər şəxsi məlumatları, telefon və ICQ nömrələrini də ələ keçiriblər. Kiberhücumun uğurla baş tutmasına səbəb odur ki, “Rambler” şirkətində qorunan birləşmə və məlumatların şifrələnməsi mövcud olmayıb. Korporasiya rəhbərliyi faktı təsdiqləsə də, hələlik bununla bağlı açıqlama verməyib. “Rambler” şirkəti 2012-ci ildə də analoji hücuma məruz qalmışdı.

ramler

Hollandiyadakı “İsala Hospital” noyabr ayından etibarən öz xəstələri üçün 3D printer vasitəsilə yemək çap etməyə başlayacağını açıqlayıb. Xəstəxana rəhbərliyi bu məqsədlə “byFlow” şirkətinin məhsulu olan “Focus” 3D printerindən istifadə edəcək. İnnovasion texnologiyanın köməyi ilə xəstəxana öz yeməklərinin kaloriliyini artırmaq niyyətindədir. Həkimlər bildirir ki, xəstələrin 20 faizə yaxını yeməklər vasitəsilə vacib qidaları qəbul edə bilmir. Bunlar əsasən iştahsızlıq problemi yaşayan onkoloji xəstələrdir. 3D printer yeməklərdə nutrientlərin miqdarını süni şəkildə tənzimləməyə imkan verir. “İsala Hospital” xəstələrin bərpası üçün buna xüsusi önəm verir. Bu səbəblə, printerin hazırladığı yeməkləri xəstələrin xəstəxanaya yatmasındna əvvəl və sonra da onlara çatdırılması imkanlarını nəzərdən keçirir.

yimek

Yaponiyanın “Nintendo” şirkəti özünün yeni “Pokemon Go Plus” qurğusunun buraxıldığını elan edib. Bu qadcet populyar “Pokemon Go” oyununu smartfondan istifadə etmədən oynamağa imkan verəcək. Yeni qurğu qol saatlarının “Bluetooth” vasitəsilə smartfona qoşulmasını ehtiva edir. Telefon istifadəçiləri pokemonları artıq qadcetləri ilə deyil, saatların ekranı ilə ovlaya biləcəklər. Pokemonlar aşkarlandığında, “Nintendo” qurğusu titrəyişlə bu barədə istifadəçini məlumatlandıracaq. Sosial şəbəkələrdə istifadəçilər yeni qurğunu bəyənmədiklərini dilə gətiriblər.

pokmen

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register