Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Dünyanın ən məşhur sosial şəbəkəsi “Facebook” yenilik edib. Artıq günün maraqlı futbol matçları ana səhifədə, yada salmalar olan yerdə (yuxarıda sağda) göstərilir. Qeyd edək ki, əvvəllər bu xidmət futbol səhifələrini izləyən şəxslər üçün əvvəldən mövcud olsa da, hazırda bütün istifadəçilər xidmətdən yararlana biləcəklər.
Apple şirkəti sürücüsüz avtomobil ilə əlaqədar bir neçə şöbəni bağlayaraq işçiləri ixtisar edib. Bu barədə “The New York Times” məlumat yayıb. İşdən çıxarılan əməkdaşlara səbəb kimi “Titan” adlı layihənin yenilənməsi göstərilib. Şirkət təmsilçiləri ətraflı məlumat verməkdən imtina ediblər. Qeyd edək ki, Apple rəsmi olaraq avtomobil layihəsi üzərində işlədiklərini təsdiq etməyib. Ancaq 2015-ci ildə mətbuatda “Titan” adlı sürücüsüz maşının 2019-cu ildə istehsalına başlanılacağını yazıb.
“WhatsApp”ın kodları arasında “Apple”a qarşı təhqiredici cümlə aşkarlanıb. “F..k Apple”cümləsini “xMarioZ” adlı developer aşkar edib. Bu cümləyə tətbiqin “Android” versiyasında dəfələrlə rast gəlmək olar. Çox güman ki, bu cümlə tətbiq developerləri tərəfindən “Apple”a ismarıc kimi daxil edilib. Qeyd edək ki, xMarioZ bu cümləni tətbiqin APK faylında aşkar edib. APK fayllar “Google Play”də olmayan tətbiqləri cihaza yükləmək üçün lazım olur.
İstər “İOS”, istərsə də “Android” olmasından asılı olmayaraq bir çox cihazlar hakerlər tərəfindən asanlıqla hücuma məruz qalır. Bu günədək barmaq izi sensoru, təhlükəsizlik kodu və s. kimi üsullar istifadə olunsa da təhlükəsizlik tam təmin olunmur. Bütün bu faktları nəzərə alan “Sirin Labs” firması bunun həlli yolunu tapıb və “Solarin Smartphone”ni istehsal edib. Bu telefonun ən önəmli xüsusiyyəti onun arxa hissəsində olan “switch” düyməsidir. Bu düymə telefonun təhlükəsizliyini təmin edir və cihazdakı bütün mesajlar həmin rejimə keçdikdə şifrələnir. 256 bit AES (inkişaf etdirilmiş standart) sisteminə sahib olan telefon, təhlükəsizliklə əlaqəli problem çıxdıqda xəbərdarlıq edir. Bundan başqa, GPS, bluetooth və Wi-fi kimi xüsusiyyətlər deaktiv olunaraq şifrələnir. Cihaz 5.5 inç ekran, 4GB RAM, 128 GB sabit saxlama sahəsi, 23.8 MP arxa, 8MP ön kameraya və Android 5.1 əməliyyat sisteminə sahibdir. Smartfonun qiyməti 12 min dollardır.
“WhatsApp”, “Skype”, “FaceTime” xidmətlərini göstərən şirkətlərdə islahatlar aparılacaq. Zəng xidmətləri və ani mesaj mübadiləsi təklif edən bu şirkətlər təhlükəsizliklə bağlı hallar barəsində xəbərdarlıq etməyə, qanun pozuntuları haqda hesabatlar təqdim etməyə və xidmətin fasiləsizliyini təmin etməyə məcburdurlar. Belə tədbirlər potensial terrorçuların ünsiyyətinə nəzarət etməyə imkan yaradır. Böyük Britaniya rəsmiləri hesab edirlər ki, xüsusi xidmət orqanları terror hücumlarının qarşısını almaq üçün bu internet xidmətlərindən istifadə edənlərin informasiyasını toplamalı və saxlamalıdır. Avropa Komissiyası sentyabrın ortalarında öz təkliflərini təqdim etməyə hazırdır. Lakin bu təkliflər Avropa Parlamenti və Avropa Birliyinin üzvləri tərəfindən təsdiqləndikdən sonra hüquqi qüvvəyə malik olacaq. Sony-nin çoxdan gözlənilən Xperia X Compact modeli artıq satışa çıxarılıb. GSMArena saytında verilən məlumata görə Sony-nin yeni modeli Xperia X Compact, Avropada 449 avroya satışa çıxarıldı. Telefonun tezliklə digər ölkələrdə də satışa çıxması gözlənilir. 4.6 inç böyüklükdə HD keyfiyyətə malik ekrana sahib cihaz 6 nüvəli Snapdragon 650 prosessora sahibdir. 3 GB RAM və əlavə 32 GB daxili yaddaşı olan telefonda lazer avtofokusu və rəngi təyin edən sensorla dəstəklənən 23 MP arxa kamera yer alır. Android 6.0.1 Marshmallow əməliyyat sistemi ilə çıxış edən Xperia X Compact-ın ön kamerası 5 MP-dir. Bundan əlavə cihazda 2.700 mAh həcmində batareya, USB Type-C bağlantı mövcuddur.
“Apple” korporasiyası pilotsuz avtomobil layihəsi ilə məşğul olan bir neçə şöbəsini bağlayıb və onlarla əməkdaşı işdən kənarlaşdırıb. Bu barədə “The New York Times” məlumat yayıb. Əməkdaşlara bildirilib ki, qərar avtonom avtomobil layihəsinin yenilənməsi ilə əlaqədardır. “Apple” hələlik rəsmi şərh verməyib. Qəzet yazır ki, “Titan” kod adlı layihədə çalışan əməkdaşların ixtisarı şirkətin layihənin həyata keçirilməsində çətinliklərlə üzləşdiyini göstərir. Son iki ildə “Apple” layihəyə qoyulan sərmayənin həcmini artırıb, lakin tərəqqiyə nail ola bilməyib. Bununla yanaşı, şirkətin bir neçə avtonom nəqliyyat vasitəsini sınaqdan keçirməyə başladığı xəbər verilir.
“Samsung”, printer bölümünün hamısını başqa bir texnologiya nəhəngi olan “HP”yə satdı. Şirkət etdiyi açıqlamada özünə məxsus çap maşınları, printer bölümünü 1 milyard dollar qarşılığında HP-yə satdığını açıqladı. 55 milyard dollarlıq bu bazarda HP-nin yeniliklər edəcəyi gözlənilir. Printer sektoru üçün bu qiymət heç də az deyil. Bundan əlavə Samsung-un 6000 işçisi HP-nin tərkibinə transfer oldu. Anlaşmadan sonra da “Samsung” markalı printerlər Cənubi Koreyada satılmağa davam etsə də, bu çap maşınlarının qaynağı “HP” olaraq qalacaq. Keçən illə nisbətdə 14% dəyərində azalma olan printer sektorunun yenidən canlanması gözlənilir. Bu satın alınmanın nə dərəcədə uğurlu olacağını demək çətindir.Amma 3D printerlərə olan tələbin və marağın artdığını nəzərə alsaq, uğurlu olacağına ümid etmək olar.
“Xbox” oyun cihazı ABŞ-da satışına görə rəqibi “Play Station 4” üzərində liderliyini saxlayır. Bu tendensiya iki aydan artıqdır davam dəyişməz olaraq qalmaqdadır. “Microsoft” korporasiyasının mütəxəssislərinin məlumatına görə, “Xbox One” oyun cihazı daimi olaraq onunla rəqabət aparan “PS4” modeli ilə müqayisədə ABŞ oyunsevərləri arasında populyarlıqda üstündür. Bununla belə, “Live” adlanan “Xbox” seriyalı sonuncu versiyanın tədarükünün səviyyəsi bu il 42 faiz artıb. Yaponiyanın PS4 oyun cihazının isə populyarlığı azalır. Analitiklər bunu qəribə olsa da, yenilənmiş “PS4 Pro” oyun cihazının çıxması ilə bağlayırlar. Bu cihaz o qədər də yaxşı tələbata malik olmasa da, özünün bundan öncəki versiyasının satış göstəricilərini ötüb.
Facebook və Twitter sosial şəbəkələri, habelə dünyanın ən populyar informasiya saytları “First Draft News” adlı yeni layihəyə qatılıblar. Yeni tərəfdaşlıq şəbəkəsinin məqsədi internetdə yalan informasiyaların yayılmasının qarşısını almaq, habelə informasiyaların keyfiyyətini yüksəltməkdir. “First Draft News” tərəfdaşlıq şəbəkəsini Google maliyyələşdirir. Şəbəkəyə nüfuzlu qəzetlər, telekanallar və xəbər saytları qoşulacaqlar.
“Twitter” sosial şəbəkəsi işarə özünün siyasətini dəyişməyi qərara alıb. Yeni qaydalara əsasən mikrobloqdakı mediakontentlər və sitat kimi verilən başqa “tvit”lər bədnam 140 işarə çərçivəsində sayılmayacaq. Yəni bunları paylaşmaqla bərabər, 140 işarədən ibarət müşayiətçi yazı da vermək mümkün olacaq. Yenilik sentyabrın 19-dan tətbiq ediləcək. Şəbəkə foto, gif-animasiya, video, sorğular və başqa bu tip paylaşımları məhdudlaşdırmayacaq. Sitat kimi paylaşılan “tvit”lərə də məhdudiyyət şamil olunmayacaq. Lakin sosial şəbəkənin yeni qaydaları eyni anda, yoxsa tədricən tətbiq edəcəyi hələ dəqiqləşməyib.
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp” İOS platformalı telefonlar üçün yenilik edib. 88 Mb-lıq 2.16.10 seriyalı yenilik İOS 10-un funksiyalarından daha yaxşı yararlanmaq üçün istifadəyə verilib. Yenilik sayəsində artıq “Siri” ilə “WhatsApp”ı da əlaqələndirmək olacaq. Belə ki, “Siri” sizə səsli olaraq “WhatsApp” mesajınızı oxuyacaq və sizin dediklərinizi mesaj olaraq göndərəcək.
Sentyabrın 15-dən etibarən Bkoнtaкte yeniliyə imza atıb. Belə ki, bu yeniliyə görə, dinlənən musiqiyə görə müəyyən olunmuş tarixə əsasən ödəniş olunmalıdır. Bu yeni siyasət Bkoнtaкte-d. Nümayiş olunan musiqilərin müəllif hüquqlarını qorumaq üçün nəzərdə tutulub.rəsmi səhifədə verilən məlumata görə, indiyədək Bkoнtaкte-də yer alan bütün musiqilər silinəcək. Pulsuz olaraq isə yalnız adi audioyazılar saxlanacaq. Bu audioyazılar isə müəllif hüquqları bilinməyən və ya musiqi formatında olmayanlar olacaq. Bu yenilik Bkoнtaкte istifadəçilərinin ürəyincə olmasa da, digər musiqi portallarının da eyni formatda çalışdığını nəzərə alsaq, normal yenilik sayıla bilər.
Facebook-da canlı yayım funksiyasından artıq yalnız smartfon istifadəçiləri istifadə etməyəcəklər. Sosial şəbəkə bu funksiyanı PC və noutbuklarüçün də gətirir. “Technote.az”ın “Adweek.com”a istinadən verdiyi xəbərə əsasən bəzi istifadəçilər üçün artıq Live Video düyməsi aktiv şəkildədir. Qeyd edək ki, Live video funksiyası keçən ilin yay fəslində təqdim olunmuşdu. Funksiya yalnız məşhur adamlar üçün nəzərdə tutulmuşdu və yalnız onlar canlı yayım videolarını öz pərəstişkarları üçün paylaşa bilirdirlər. Daha sonradan isə bu funksiya hamı üçün aktiv oldu. Smartfonlarda canlı yayımı işə salmaq üçün statusu yeniləyib Live video düyməsinə klikləmək kifayətdir. Məlumata əsasən PC-ə bu funksiyanın əlavə olunmasında əsas səbəb jurnalist və bloggerlər tərəfindən olan böyük tələbatdır. Hal-hazırda canlı yayım funksiyası yalnız bəzi PC istifadəçiləri üçün aktivdir. Lakin yaxın aylarda bu funksiya hamıya təqdim olunacaq.
Yaponiyanın “Sony” korporasiyası 2018-ci ildə “Sony PlayStation 5” oyun cihazını istifadəyə verməyi planlaşdırır. “Sony PlayStation 5” tərtibatının aktivləşdirilməsinə səbəb “Sony” və “Microsoft” korporasiyaları arasında yaranan rəqabətdir. Belə ki, “Microsoft” korporasiyası özünün kod adı “Project Scorpio” olan yeni nəsil oyun cihazını yaradır. Bundan başqa, mütəxəssislərin fikrincə, Yaponiya korporasiyasının mühəndisləri fəal olaraq “Sony PlayStation 4 Pro” modelini müasirləşdirəcək və oyun cihazlarının yeni modellərinin növbəti istehsalı sıx olaraq onun populyarlığı ilə bağlı olacaq. Xatırladaq ki, bundan əvvəl “Sony” korporasiyası “PlayStation 4” oyun cihazının yeni modelinin istehsal olunacağını rəsmi olaraq təsdiqləyib.
Hindistan internet istifadəsinə görə, ABŞ-ı ötərək dünyada ikinci olub. Bu ölkədə 333 milyon nəfər internetdən istifadə edir. İnternetdən istifadəyə görə birinci yerdə Çindir. 720 milyon nəfər. Bununla belə, YUNESKO və Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) birgə araşdırmasına görə, dünyada internətə çıxışı olmayan əhalinin 55%-i Çin, Hindistan, İndoneziya, Pakistan, Banqladeş və Nigeriyanın payına düşür.
Müəllif: AMil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments