Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Microsoft” korporasiyası sərt addımlar atmaq və “Skype”ın Londonda yerləşən ofislərini bağlamaq qərarına gəlib. “Microsoft” şirkətinin iş yerlərinin ixtisarı ilə bağlı anonsu hələ iyul ayında edilib və Londondan həyata keçirilməsinə başlanır. İllik hesabatların təhlilindən sonra şirkət tərəfindən qəbul edilən qərar bütün dünya üzrə 3 min əməkdaşın ixtisarını nəzərdə tutur. “Skype”ın London filialında da optimallaşdırma planlaşdırılır. 400 nəfər mütəxəssis ixtisara düşəcək. Şirkətdə isə izah edirlər ki, belə qərar korporasiyanın maraqları və kadrların optimallaşdırılması prosesindən irəli gəlir.

470926

“Google” şirkəti səyahətçilər və turistlər üçün nəzərdə tutulan “Google Trips” proqram əlavəsini istifadəyə verib. Xidmət “Google Maps”ın məlumatları və “Gmail” məktublarındakı informasiyalardan istifadə edərək marşrut tərtib etməyə imkan verir. İstifadəçi hər istiqamət üzrə gəzməli-görməli yerlərin siyahısı, mehmanxanalar və kafelər haqda informasiyalar əldə edə bilər. Hazırda ən populyar turizm marşrutlarına dair tövsiyələr bölməsində 200-dən çox şəhərin adı var. Marşrutlar turistlərdən alınan məlumatlar əsasında tərtib edilir.

Google

“iOS 10” əməliyyat sistemində yer alan emojilər bu dəfə WhatsApp Android sisteminə gəlir. “Apple”ın “iOS 10” versiyasına daxil etdiyi bir çox emoji artıq “WhatsApp”ın beta versiyasında “Android” sistemində də yer alacaq. Bunların sırasına 3D görüntülü çox sayda ailə və müxtəlif idman emojiləri daxildir. Bundan başqa, real silah emojisinin yerini su tapançası emojisi aldı. “WhatsApp Android” tətbiqinə daxil edilən yeni emojilərdən hələlik beta proqramını istifadə edən istifadəçilər faydalana biləcək. Yeni emojilərin qısa müddət içərisində bütün “Android” platformasında istifadəyə təqdim edilməsi gözlənilir.

apple1

“Twitter” əmlakın satışı üzrə bir neçə texnoloji mediaşirkətlərlə danışıqlar aparır. Potensial alıcılar sırasında “Google” və “Salesforce.com” var. Qeyd olunur ki, “Twitter” şirkətinin səhmləri potensial satış xəbərindən sonra 15 faiz bahalaşıb.

twitter1

Alimlər hesab edirlər ki, yaxın 50 il ərzində süni intellekt bütün bəşəriyyəti məhv edə bilər. Oksford Universitetinin mütəxəssisləri bir sıra eksperimental tədqiqatlar apardıqdan sonra belə sensasion və qorxunc bəyanatla çıxış ediblər. Texniki inqilabın risk dərəcəsini qiymətləndirən alimlər təxminən 50 ildən sonra süni intellektin, əvvəllər filmlərdə dəfələrlə göstərildiyi kimi, bəşər övladını tam məhv edə biləcəyini vurğulayıblar. Onların fikrincə, 6 ildən sonra robotlar 10% insan kimi, 2040-cı ildə 50% insan kimi, 2075-ci ildə isə tamamilə insan kimi düşünəcəklər. Alimlər artıq müstəqil şəkildə inkişaf edən süni intellektin təşəkkülünün qarşısını almaq iqtidarında olmadıqlarını təəssüf hissi ilə qeyd edirlər.

472389

 

“Yahoo!” şirkəti etiraf edib ki, 2014-cü ildə 500 milyon istifadəçinin akkauntları barədə məlumatlar oğurlanıb. “Sındırılma dövlət tərəfindən maliyyələşdirilib”. Oğurlanan məlumatlar adları, elektron poçt ünvanlarını, telefon nömrələrini, doğum tarixlərini, parolları və bank hesabları haqda informasiyaları əhatə edib.

yahoo

Rusiyanın “Roselektronika” holdinqi 2018-ci ildə “iPhone” ilə eyni keyfiyyətdə, daha ucuz smartfon istehsal etmək niyyətindədir. Bu barədə “Roselektronika” Səhmdar Cəmiyyətinin rəhbəri İqor Kozlov açıqlama verib. “2018-ci ildə bizim öz milli “İphone”umuz olacaq, qiyməti də 130 dollara yaxın”, – deyə o, söyləyib. İ. Kozlov smartfonun dizaynı və texniki xüsusiyyətləri haqda məlumat verməyib. Qeyd edək ki, “Roselektronika” SC “Rostex” dövlət korporasiyasına daxildir. “Rostex”dən hələlik bu məsələyə dair şərh verməyiblər. “Roselektronika” daha əvvəl də yerli smartfon və planşetlər hazırlamaq niyyətini açıqlamışdı.

469257

“Ericsson” şirkəti İsveçdə istehsalı tam olaraq dayandırmağı və 3 min işçini ixtisar etməyi planlaşdırır. Kumla və Buros şəhərlərindəki istehsalın bağlanılması İsveçdə “Ericsson”un 140 illik telekommunikasiya avadanlıqlarının istehsalı epoxasına son qoyacaq. Hazırda şirkətin bütün dünya üzrə 120 min əməkdaşı mövcuddur ki, onlardan 17 min nəfəri yalnız İsveçdədir. İnkişaf etmiş ölkələrdə “Ericsson”un xidmətlərinə tələbatın azaldığı müşahidə olunur. Çünki aparıcı şəbəkələr artıq qurulub. Şirkət bununla bağlı hər hansı şərh verməkdən imtina edib.

472385

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi “WhatsApp” yenilik etməyə hazırlaşır. Yenilik “WhatsApp”a giriş ilə bağlı olacaq. Belə ki, “WhatsApp”a girmək üçün 6 rəqəmli koda ehtiyac olacaq. Bu kodu siz özünüz təyin edəcəksiniz və kodu bilməyən şəxs sizin mesajlarınızı oxuya bilməyəcək. Qeyd edək ki, yenilik əsasən android platformalı telefonlar üçün nəzərdə tutulacaq.

whatsapp

Çinin Quançjoy vilayətində yerləşən dünyanın ən böyük radoiteleskopu-FAST işə salınıb. Bu barədə “ShanghaiDaily.com” məlumat yayıb. Tikintisi 2011-ci ildən başlayan radioteleskopun açılış mərasiminə yüzlərlə insan qatılıb. Diametri 500 metr olan radioteleskopun ərazisi 30 futbol meydanına bərabərdir. Teleskopun tikintisinə 180 milyon dollar xərclənib. FAST-ın köməkliyi ilə astronomlar 11 milyard işıq ili uzaqlıqdakı kosmik obyektləri izləyə biləcəklər.

3

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook”da son iki ildə paylaşılan videoların orta izlənmə müddəti şişirdilibmiş. Bu barədə “Facebook” şirkətindən açıqlama verilib. Şirkət ediraf edib ki, videolar əslində səhifədə göstərilən qədər baxılmayıb və olduğundan daha çox göstərilib. İddiallara görə, şirkət bunu reklamdan daha çox gəlir əldə etmək üçün edib.

facebook_wdy

Google korporasiyası Hindistanın paytaxtı Dehlidə keçirdiyi tədbirdə yeni YouTube Go proqram əlavəsini nümayiş etdirib. Bu əlavə yaxşı telefon rabitəsi və sürətli internet bağlantısı olmayan yoxsul bölgələrdə populyar videoservisdən istifadəni asanlaşdırmaq üçündür. YouTube Go videonu oflayn rejimdə saxlamağa imkan verir. Daha sonra isə internetdən istifadə etmədən, Bluetooth vasitəsilə videonu yaxınlıqdakı istifadəçilər, dostlar və ailə üzvləri ilə paylaşmaq olar. YouTube Go hələlik test rejimindədir.

youtube

Bir neçə həftə əvvəl “WhatsApp”dakı məlumatların “Facebook”da paylaşılması barədə yenilik edilib. Yenilik etirazlara səbəb olub. Bu etirazlar Almaniyada “işə yarayıb”. Belə ki, Almaniyada “Whatsapp” istifadəçilərinin məlumatları “facebook”da paylaşılmayacaq. Bu tətbiq təxminən 35 milyon alman istifadəçisinə aid olacaq. Qeyd edək ki, “Facebook” iki il əvvəl “Whatsapp”ı alarkən məlumatların feysbukda paylaşılmayacağını vurğulasa da, sözünə əməl etməyib.

468985

Dünyanın ən məşhur sosial şəbəkələrindən olan “Twitter” yenilik etməyə hazırlaşır. Yeniliyə əsasən, artıq “twitter”də də “bəyənmədim” funksiyası olacaq. Həmçinin istifadəçilər görmək istəmədikləri xəbərləri bu funksiya ilə tənzimləyə biləcəklər.

twitter

ABŞ-ın Apple korporasiyasının əməkdaşları yeni, iPhone 8 smartfonu ilə bağlı ilkin məlumatlar veriblər. Apple-in İsrail ofisinin əməkdaşlarının dediklərinə görə, korporasiya iPhone 7s modelini istehsal etməyəcək. Hazırda Apple smartfonunun dizaynını radikal şəkildə dəyişmək və yeni modeli iPhone 8 adı ilə satışa çıxarmaq niyyətindədir. Məsələn, yeni smartfonda displey ətrafında çərçivə olmayacaq. Ofisin digər əməkdaşları danışmaq istəməyiblər, mühafizəçilər isə jurnalistləri binanın yanından qovublar. MacRumors bildirir ki, Apple-in yeni, 2017-ci ildə satışa çıxarılacaq smartfonu bütünlüklə şüşədən hazırlanacaq. Smartfonda çərçivəsçiz displey olacaq. Barmaq izi sensoru, dinamik və frontal kamera da displeydə olacaq.

apple-playstationa-ciddi-rakip-olmaya-hazirlaniyor-845338-664x354

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register