Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Yaponiyanın “Mac Otakara” bloqu “Apple” korporasiyasının gözlənilən növbəti təqdimatı barədə yazı dərc edib. Gələn ilin baharında keçiriləcəyi gözlənilən tədbirdə şirkətin 3 yeni “iPad” təqdim edəcəyi bildirilir. Cihazlardan biri 9,7 displeyə malik “iPad Pro Mini” olacaq. Bu modelin yeni kamera və “True Tone” dəstəyi ilə təchiz olunmuş böyük modeli və 10,1 displeyli orta modelinin də təqdim olunacağı deyilir. Lakin əsas yenilik məhz “iPad Pro Mini” olacaq. Bu model də “True Tone” dəstəyi alacaq, eyni zamanda stereo-dinamiklər və klaviatura qoşulması üçün smart-konnektorla təchiz ediləcək. Hər üç cihazda standart 3,5 mm-lik qulaqcıq yeri qoyulacaq.

apple-playstationa-ciddi-rakip-olmaya-hazirlaniyor-845338-664x354

Çinin “Oppo” şirkəti öz vətənində smartfon tədarükünə görə ikinci yeri tutur.Ş irkət ancaq “Huawei”dən geri qalır. Bu il isə “Oppo” 100 milyon ədəd snmartfon satmağı planlaşdırır. Gələcəkdə bu rəqəm 130-140 milyon ədəd olacaq. Belə bir məlumatı mənbə sənayedəki rəsmilərə istinadən bildirir. “Oppo”nun ardınca isə smartfon istehsalçılarının Çin reytinqində “Xiaomi Technology”, “Coolpad”, “Lenovo” və ZTE qərarlaşıb. Külli miqdarda smartfon istehsal edən “Oppo” şirkəti iri komplekt məhsulların alıcılarından biri olaraq qalır. Onun tədarükçüləri arasında “MediaTek”, “Qualcomm”, “Truly Opto-Electronics” və “Japan Display” kimi şirkətlər mövcuddur.

oppo

“MasterCard” ödəniş sistemi yeni proqram əlavəsi tətbiq edib. Yeni proqram online alış-verişi selfi və ya barmaq izi ilə təsdiqləməyə imkan verəcək. “Identity Check Mobile” internet vasitəsilə ödənişləri parol, PİN-kod və ya başqa kod daxil etmədən təsdiq etməyə şərait yaradacaq. Artıq proqramın test versiyası 12 Avropa ölkəsində tətbiq edilir, 2017-ci ildə isə bütün dünyada keçərli olacaq. “MasterCard”ın bu addımı dünyada mobil ödənişlərin miqyasının genişlənməsi ilə əlaqədardır. Proqnozlara görə, 2018-ci ildə mobil cihazlar vasitəsilə ödənişlərin miqdarı 95 milyard dollara çatacaq.

master

Çinin “Baidu” şirkətinin tərtibatçıları “Android” qurğuları üçün virtual səsli klaviatura yaradıblar. Artıq əlavəni ABŞ ərazisində “Google Play”dən yükləmək mümkündür. Bu klaviaturanın özəlliyi ondadır ki, istifadəçi mobil qurğuda adi klaviaturadan üç dəfə daha sürətlə yaza bilər. “Baidu” şirkətinin baş elmi işçisi Endryu Nq deyib ki, insanların klaviaturada yazmaq üçün sərf etdikləri vaxta heyifləri gəlir. Yeni əlavə bu vaxt itkinin qarşısını almağa hesablanıb və səsli söhbəti transkripsiya edə bilir. İndi Çinin internet nəhənginin tərtibatçıları analoji əlavəni iOS əməliyyat sistemində çalışan qurğular üçün yaratmağa çalışır.

android

Analitiklərin fikrincə, bu il “Apple Watch” “ağıllı” saatların satış səviyyəsi çox güman ki, 25 faiz azalacaq. Hətta “Series 2” vəziyyəti xilas etməyəcək. Mütəxəssislər bildirir ki, “Apple Watch”un satışları nəinki 10 milyon ədədə çatmayacaq, hətta qiymətlərin ciddi şəkildə düşməsinə baxmayaraq, istehsal edilən hər iki model üzrə 9 milyon göstəricini belə keçməyəcək. Buna əsas səbəb cihazın ilk seriyasına tələbatın pis olması olub. Deməli, “Apple Watch Series 2”-ni əldə etmək üçün kifayət qədər motivasiya mövcud deyil. “Ağıllı” saatların əsas problemlərindən biri onlarda həqiqətən də cəlbedici əlavələrin olmaması hesab edilir. Bundan başqa, bu cihazlar avtonom rejimdə qısa müddət çalışır və onların sahibləri “iPhone”dan həddən artıq çox asılı olurlar.

apple

“Google” şirkəti “Pixel” smartfonlarının təqdimatı çərçivəsində “ağıllı” ev üçün “Google Wi-Fi” marşrutlayıcısını nümayiş etdirib. Şirkət routerin yaradılmasında simsiz həllər bazarının liderləri, o cümlədən “TP-LINK” və “ASUS” ilə əməkdaşlıq edib. Yeni “ağıllı” qurğu istifadəçilərə evdə siqnalın pis qəbul edilməsini aradan qaldırmağa kömək edərək tezlik və kanalların optimal sazlamasını avtomatik seçərək quraşdıracaq. Ev qurğuları ekosistemi ilə inteqrasiya edilən “Google Wi-Fi” marşrutlayıcısını smartfonda asanlıqla qurmaq olar. Maraqlıdır ki, tam söndürmə əvəzinə “Google Wi-Fi” qurğusunu pauzaya qoyaraq xüsusi enerjiyə qənaətli “yatma” rejiminə keçirmək mümkündür. Qiyməti 129 dollar təşkil edəcək routeri üç nüsxədən ibarət dəstdə 299 dollara əldə edərək pula qənaət etmək olar. Qurğu üçün ilkin sifarişlərin qəbuluna bu ilin noyabrında başlamaq nəzərdə tutulur.

wifi

Click & Grow NASA-nın istifadə etdiyi üsuldan ilhamlanaraq, evdə bitki yetişdirməyi təmin edəcək bir sistem inkişaf etdirdi. The Wall Farms olaraq adlandırılan sistem bütün bağlı otaqlarda tərəvəz və meyvə yetişdirməyə imkan verəcək. Ev və ya iş yeri kimi bağlı sahələrdə istifadə edilə bilən bu sistem, iki kabinetdən ibarətdir. Bitkilərin əkilməsindən sonra kabinet avtomatik olaraq becərilmə əməliyyatına başlayır. Oksigen, su və digər materialların nə qədər istifadə edilməsi lazım olduğunu kabinet özü nizamlayır. Wall Farms adlı sistemi əldə edənlərə tək qalan iş bitkilərin yetişməsini izləmək olur. Click & Grow’un etdiyi şərhə görə bu sistemlə becərilən bitkilər daha çox vitamin saxlayır. Bundan başqa isə adi yetişdirmə üsullarından yüzdə 30 faiz daha sürətli böyüyür. Firmanın bu iddiasının doğruluğu haqqında hələ heç bir məlumat yoxdur, ancaq iki kabinetli sistemi 799 dollar qiymətində əldə etmək mümkündür. Daha kiçik bir versiyasına isə 199 dollara sahib ola bilərsiniz.

meyve

Məşhur mesajlaşma proqramı “WhatsApp” tədbiq etdiyi yenilik ilə istifadəçilərini sevindirəcək. Istifadəçilər “WhatsApp”da şəkil göndərərəkən, onun üzərinə yazı yaza, yaxud da şəkil çəkə biləcəklər. Bundan başqa, proqram videonu yaxınlaşdıra bilmək özəlliyini də istifadəçilərinin ixtiyarına verib. Videonun üzərinə eyni anda 2 dəfə toxunmaq lazımdır. Qeyd edək ki, yeniliklər hazırda, sadəcə, “Android” sistemi istifadəçiləri üçündür. “iOS” platforması üçün versiya yaxın günlərdə istifadəyə veriləcək.

whatsapp

Çexiyadan olan dizayner Petr Xladek korpusu 3D-çap texnologiyasının köməyi ilə yaradılan və “4ekolka” adlanan avtomobil tərtib edib. Layihə müəllifi 3D printerin köməyi ilə elektromobil istehsalı prosesini ucuzlaşdırmağı planlaşdırır. Hazırda qənaətcil avtomobillərin qiyməti 30 min dollar səviyyəsindədir. Xladek onun analoqunu cəmi 12 min dollara yarada bilib. O, sırf şəhər daxilində sürmək üçün ikiyerli “4ekolka” elektromobilini layihələndirib. Nəqliyyat vasitəsi cəmi 55 km/saat sürət yığır. Akkumulyatorunun gücü isə 200 km yolu qət etməyə bəs edir. Additiv texnologiyanın (3D-çap) köməyi ilə yaradılan korpusu sayəsində avtomobil analoqlarından daha az çəkidədir.

3d

Hər gün “Nintendo” şirkəti “Pokemon Go” əlavəsinin sayəsində 2 milyon dollar gəlir əldə edir. Statistika sutkada 700 min insanın mobil oyunu öz cihazına yüklədiyini göstərir. Analitiklərin sözlərinə görə, bundan öncə “Nintendo” hər gün 16 milyon dollar gəlir əldə edib. Hazırda bu göstəricilər düşüb və bu normaldır. “Pokemon Go” olduqca populyar oyun olub və onun ətrafında əsl ajiotaj müşahidə olunmaqdadır. Hazırda oyun stabil gəlir gətirir. Bundan başqa, şirkət yaranmış vəziyyətdən razıdır. Statistika bu oyunun rəsmi təqdimatı olmayan ölkələri nəzərə almır. Çin, Cənubi Koreya və Rusiya barədə məlumatlar statistikaya daxil deyil. Ancaq “Nintendo” bu ölkələrdən də gəlir əldə edir.

pokemon

“Twitter” mikrobloq xidmətinin səhmləri Nyu-York Fond Birjasında 9 faiz düşərək, bir səhmə görə 22,58 dollar təşkil edib. Bu barədə birja məlumatlarında deyilir. “Twitter”i almaqda “Salesforce”, “Microsoft” və “Verizon” kimi şirkətlər maraqlıdır. “Bloomberg”in qiymətləndirməsinə görə, sosial şəbəkənin dəyəri 16,7 milyard dollar təşkil edir. Bundan öncə “Reuters” agentliyi bildirib ki, “Twitter” mikrobloq xidmətinin satışı ilə bağlı danışıqlar 2016-cı ilin oktyabr ayında baş tutacaq. Sosial şəbəkənin rəhbərliyi özünün potensial alıcılarına bildirib ki, “Twitter”in satışı ilə bağlı danışıqlara oktyabrın 27-dən, şirkətin üçüncü rüb üçün maliyyə hesabatının dərc edilməsindən sonra başlamağı planlaşdırır.

twitter

Çinin nəhəng masaüstü kompüter istehsalçısı “Lenovo” şirkəti Yaponiyanın “Fujitsu” şirkətinin alınması ilə bağlı danışıqlar aparır. “Lenovo” yapon şirkətinin kompüter biznesinə nəzarəti ələ keçirmək niyyətindədir. Qeyd edilir ki, bu razılaşma “Fujitsu” şirkətinə informasiya texnologiyalarına xidmət sahəsində və kommersiya fəaliyyətinin digər istiqamətlərində diqqətini cəmləşdirməyə imkan verəcək. Şirkətlər razılaşmanı oktyabrın sonuna qədər imzalamağı planlaşdırırlar.

dsdfs

“Whatsapp”ın sonuncu versiyası ilə gələn yenilik çoxlarının ürəyincə olub. Yenilik “Whatsapp”a göndərilən səs faylları ilə bağlıdır. Belə ki, göndərilən musiqiləri dinləyərkən eyni anda smartfonda başqa əməliyyatlar etmək mümkündür. Qeyd edək ki, əvvəllər “Whatsapp” tətbiqindən çıxış verilən zaman göndərilən səslərə qulaq asmaq olmurdu.

siri-whatsapp

Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” ABŞ-da internet olmayan yerlərdə pulsuz internet xidməti göstərəcək. “Facebook” 2014-cü ildən Asiya, Afrika və Cənubi Amerikada 36 ölkə ilə başladığı “Free Basics” layihəsi çərçivəsində artıq ABŞ-da da fəaliyyət göstərəcək. İnternet olmayan ərazilərdə pulsuz internet xidmət göstərəcək şirkət ABŞ rəsmilərindən lazımi icazələri alıb. Pulsuz internet ilk olaraq ABŞ-da dağlıq ərazilərdə yaşayanların istifadəsinə veriləcək. Qeyd edək ki, yaxın gələcəkdə xidmətdən bütün ölkələr istifadə edə biləcək.

facebook_21ery6f63563

 

Amerikalı fiziklər dünyada ən kiçikölçülü tranzistor yaradıblar. Mikrosxemlərin elektron komponenti təxminən bir nanometr uzunluğunda rəzəyə malikdir. Rəzənin uzunluğunun azaldılması tranzistorda molibden sulfidin istifadəsi sayəsində mümkün olub. Bu material silisiumla müqayisədə daha aşağı dielektrik keçiciliyinə malikdir ki, nəticədə kiçikölçülü rəzənin köməyi ilə qurğuda gərginliyi idarə etmək olar. Alimlərin tədqiqat işi elektron komponentlərin fiziki ölçülərinə məhdudiyyət qoyan “Mur qanunu”nu təkzib edib. Belə ki, bu qanuna əsasən, rəzəsi 5 mm-dən aşağı olan silisium tranzistorların yaradılması qeyri-mümkündür.

tranzistor

“Energiya” raket-kosmik korporasiyası lazer şüasının köməyi ilə mobil telefonun enerji ilə doldurulması üzrə unikal sınaq keçirib.  “1.5 km məsafədən telefonu enerji ilə doldurmaq mümkün olub. Hazırda mütəxəssislər şarjın dəqiq faizini hesablayır” – korporasiyanın nümayəndəsi bildirib. O, telefonun markasını və akkumulyatorun durumunu  dəqiqləşdirməyib. Lazer şüasının köməyi ilə elektrik enerjisinin ötürülməsi üzrə elmi təcrübə iki bina arasında keçirilib. “Energiya” raket-kosmik korporasiyasının nümayəndəsi bildirib ki, mütəxəssislər təxminən iki-üç ay sonra məsafədən kiçik pilotsuz uçan aparatı enerji ilə doldurmağa nail olacaqlar, 1 il sonra isə böyükölçülü peşəkar pilotsuz təyyarə ilə işləyəcəklər. Sonra kosmosda müvafiq sınaqları keçirmək planlaşdırılır.

jarj

Müəllif: Amil Məmmədov

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register