Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Cənubi Koreyanın Samsung Electronics şirkəti Note brendindən imtina edir. Bu barədə korporasiyanın baş ofisindən məlumat verilib: “Samsung Electronics rəhbərliyi Note brendinin istifadəsindən imtina ilə bağlı məsələyə baxır. Sonuncu hadisə bu brendin nüfuzunu məhv edib”. Qeyd edək ki, “Samsung Electronics” şirkəti “Galaxy Note 7″nin akkumlyatorunun alovlanması hallarından sonra smartfonun satışını və dəyişdirilməsini sentyabrın 2-dən müvəqqəti dayandırmışdı. Oktyabrın 11-dən isə “Galaxy Note 7” smartfonunun istehsalı dayandırılıb.

samsung2

Moskva metrosundakı Wi-Fi operatoru “MaksimaTelekom” və “Meqafon” şirkətinin törəmə müəssisəsi olan “NetByNet” metro və yerüstü ictimai nəqliyyatın sərnişinləri üçün vahid internet şəbəkəsini işə salıb. Bu barədə “MaksimaTelekom”un nümayəndəsi İlya Qrabovskiy məlumat verib. Sərnişinlər avtobus, tramvay, trolleybus və metroda vahid akkaunt vasitəsilə internetə qoşula biləcəklər. Gələcəkdə şəhərətrafı elektrik qatarları və “Aeroekspress” qatarlarının da şəbəkəyə qoşulması planlaşdırılır. Wi-Fi-ya qoşulma pulsuzdur.

avto

“Skype” audio-video əlaqə xidmətində zənglərin və mesajların real rejimdə rus dilinə tərcüməsi funksiyası yaradılıb. Bu barədə “Skype” xidmətinə sahib olan “Microsoft” açıqlama yayıb. Rus gili “Skype Translator”da istifadəçilərin sinxron tərcümə üçün istifadə etdiyi 9-cu dil olub. Daha əvvəl ingilis, alman, fransız, italyan, ispan, portuqal, ərəb və Çin (mandarin ləhcəsi) dillərində tərcümə var idi. Tərcümə həm kişi, həm də qadın səsi ilə səsləndirilir, eləcə də titr şəklində göstərilir. “Microsoft”dan bildiriblər ki, “Skype Translator” işin gedişində təkmilləşdirilir və nə qədər çox adam xidmətdən istifadə edəcəksə, tərcümənin keyfiyyəti də o qədər yüksək olacaq. Rusca tərcümə funksiyası “Windows 7” və proqramın daha sonrakı versiyaları yüklənmiş şəxsi kompüterlərdə, eləcə də Android və ya iOS əməliyyat sistemləri ilə çalışan planşet və smartfonlarda keçərlidir. “Windows 10 Anniversary Update” yüklənmiş cihazlarda qoşulma avtomatik olur.

skype

“Samsung Electronics” bütün müştərilərinə müraciət edərək “Galaxy Note 7” smartfonlarını söndürməyə çağırıb. “Samsung” dünya üzrə bütün tərəfdaşlarını “Galaxy Note 7″lərin satışını və dəyişdirilməsini dayandırmağı xahiş edib. ABŞ-da bu smartfonları əldə etmiş bütün alıcılara telefonu söndürmək və bir daha istifadə etməmək tövsiyə olunub. ABŞ-ın istehlakçıların hüquqlarını müdafiə üzrə Komissiyası bu qərarın düzgün olduğunu bildirib. Qeyd edək ki, “Samsung” oktyabrın 10-da “Galaxy Note 7” smartfonlarının istehsalını müvəqqəti dayandırıb. Bu qərar yeni smartfonun Çin vətəndaşının əlində partlamasından sonra qəbul edilib.

samsung

Oktyabrın 10-da keçirilən birja əməliyyatlarında “Apple” şirkətinin səhmlərinin qiyməti rekord həddə çatıb. Bir qiymətli kağızın qiyməti 116,74 dollar dəyərində olub. Mütəxəssis qeyd edirlər ki, hazırda şirkətin aktivlərinə olan tələbat “Apple”in əsas rəqibi olan “Samsung” şirkəti tərəfindən “Galaxy Note 7” cihazlarının istehsalının dayandırılması barədə verilən qərardan irəli gəlib. Smartfonun istehsalının dayandırılması cihazın akkumulyatorunda yanmanın baş verməsi səbəbindən istehlakçıların çoxsaylı şikayətləri ilə bağlı olub. Bu da təbii ki, “Samsung” şirkətinin imicinə zərbə vurub. Yaranmış vəziyyət “Apple” şirkətinə istehlak bazarında daha çox möhkəmlənməyə imkan verəcək. Şirkət öz rentabelliyini 7 faiz artıracaq, pul ekvivalentində isə xeyli divident gətirəcək.

apple1

Şəbəkədə “Samsung Galaxy S8” smartfonu barəsində yeni məlumat dərc edilib.  Bu məlumat reklam plakatı formasında hazırlanıb və burada xüsusilə cihazın təqdimatının keçiriləcəyi yer, tarix və vaxtı göstərilib. Şəklə inansaq, cihaz gələn ilin fevralında Barselonada keçiriləcək növbəti “Mobile World Congress” tədbirində təqdim ediləcək. Təqdimatın tarixi isə fevralın 26-sı göstərilib. Bundan başqa, şəkil deməyə əsas verir ki, “Samsung Galaxy S8” smartfonu göz bəbəyi ilə tanıma skaneri ilə təchiz ediləcək.

samsung

Cənubi Koreyanın Samsung korporasiyası Samsung Galaxy Note 7 smartfonlarını bərpa, təmir və ya təkrar emal etmək niyyətində deyil. Bu modeldən olan bütün smartfonlar məhv ediləcək. Samsung korporasiyası “smartfonu təhlükəsiz şəkildə utilləşdirmək imkanlarına malikik” bəyanatı ilə çıxış edib. Oktyabrın 11-də Samsung korporasiyası öz-özünə alışma və partlama hallarının çoxalması ilə bağlı olaraq Galaxy Note 7 smartfonlarının istehsalını dayandırıb. Analitiklərin dediklərinə görə, bu qərına görə Samsung ən azı 17 milyard dollar itki verib.

samsung1

Fantastik filmlərdə nümayiş etdirilən uçan avtomobillər tezliklə reallığa çevriləcək. “AeroMobil 3.0” adlı uçan avtomobil 2017-ci ildə Slovakiyada satışa çıxarılacaq. Avtomobilinin təqdimat videosu hələ 2014-cü ildə “YouTube” video hostinqində yerləşdirilib. İndi bu çarxa baxış sayı 10 milyona bərabərdir. “Aeromobil” səmada saatda 200 km-dək sürət yığa biləcək. Avtomobil uçmaq üçün qanadlarını açmalı və ən azı 300 metr uçuş zolağı məsafəsində boş məkana malik olmalıdır. Gələcəyin avtomobili  havada 1 saat uçmaqdan ötrü 15 litr yanacaq işlədəcək. Avtomobilin qiyməti 200 min avro olacaq. Bundan başqa, belə avtomobili idarə etmək üçün yalnız sürücülük vəsiqəsi deyil, həm də pilot lisenziyası tələb olunacaq.

ABŞ-ın “Google” korporasiyası sosial şəbəkələrin məlumatlarını təhlil edə biləcək platformanı – “Famebit” proqramını aldığını açıqlayıb. Bunun sayəsində “YouTube” kreatorları ilə brendlər əlaqələr yarada, holdinqlər isə öz məlumatlarını populyarlaşdırmaq üçün aktual kanallar seçə biləcəklər. “Google” şirkətin Məhsulların idarə edilməsi bölməsinin rəhbər köməkçisi Ariel Bardin bildirib ki, WSJ, “Famebit” platformaları “YouTube” video hostinqində kontent yaradan istifadəçilərə brendlərlə əməkdaşlığı yaxşılaşdırmağa xeyli kömək edəcək. Həmçinin bu, şirkətin gəlirlərində özünü göstərəcək. Yeri gəlmişkən, internet vasitəsilə şirkətlər istifadəçiləri öz məhsulları barədə xəbərdar edə biləcək kanallar tapa biləcəklər. Hazırda “Famebit” “DeNA”, “Science”, “Third Wave Digital” kimi investorlardan 1,5 milyon dollar gəlir əldə edə bilib.

Google

Avstraliyanın Brisben şəhərindəki mağazaların birində “Apple” şirkətinin əməkdaşları müştərilərin telefonlarından şəxsi şəkillərini oğurlayıblar. Onlar həmçinin gizlincə alıcıların və qadın həmkarlarının şəkillərini çəkiblər. Nəşrin məlumatına görə, bu şəkillər sonradan Kainslend şəhərindəki digər mağazaların əməkdaşlarına şəkildə çəkilən qadınların fiqurlarının qiymətləndirilməsi üçün göndərilib. İddia edilir ki, yaranmış qalmaqal səbəbindən kişi cinsindən olan 4 əməkdaş işdən çıxarılıb və vəziyyətin yumşaldılması üçün kadrlar üzrə xarici mütəxəssis cəlb olunub. “Apple”dən isə bildiriblər ki, hazırda araşdırma aparılır və mağazanın bir neçə əməkdaşı əldə olunan məlumatlara əsasən işdən azad olunub. “The Guardian” yazır ki, şirkət ziyan görənlər arasında müştərilərin olduğu barədə məlumatları inkar edir.

apple-playstationa-ciddi-rakip-olmaya-hazirlaniyor-845338-664x354

Cənubi Koreyanın “Samsung” şirkəti növbəti 2 rüb ərzində 3 milyard dollardan artıq itkilərin olacağını gözlədiyini açıqlayıb. Ilin dördüncü rübündə şirkət təxminən 2 trilyon von və ya 2,2 milyard dollar məbləğində itki olacağını gözləyir. 2017-ci ilin ilk rübündə isə 1 trilyon von itki ilə üzləşəcək. Buna səbəb isə parlayan “Galaxy Note 7” smartfonları ətrafında yaranmış qalmaqaldır. Bundan öncə isə məlum olub ki, “Samsung” “Galaxy Note 7” ilə bağlı yaranmış vəziyyətə görə əməliyyat gəlirlərinə olan proqnozunu da 33 faiz azaldıb. Bundan başqa, “Samsung” “Note” brendini sıradan çıxarır.

samsung

“Apple”ın yeni cihazının ilk videosu Reddit portalında təqdim olunub. Sözügedən cihaz klaviaturadır. Bu klaviatura hər bir tətbiqə uyğunlaşaraq ona görə öz görünüşünü dəyişə bilir. Onun naqili yoxdur və düymələri müəyyən tətbiqə uyğun şəkildə aktiv olur. Videonu təqdim etmiş Reddit istifadəçisinin qeyd etdiyinə görə o, “Apple”ın qapalı prezentasiyasında olub. Öz dediklərinə sübut olaraq istifadəçi, iMac ilə çalışan yeni nəsil klaviaturanın videosunu təqdim edib. Foxconninsider adlı istifadəçi bildirib ki, öz qapalı prezentasiyası çərçivəsində şirkət iki yeni cihazı təqdim edib. Bu cür video və xəbərdən sonra sadəcə gözləmək qalır ki, şirkət bu cihazları satışa çıxaracaq yoxsa onlar prototip mərhələsində qalacaqlar.

apple-playstationa-ciddi-rakip-olmaya-hazirlaniyor-845338-664x354

Artıq “Instagram” əlavəsini “Windows 10” əməliyyat sistemli kompüterlərdə də istifadə etmək mümkün olacaq. Bu barədə yayılan xəbər daha əvvəl bloqdan masaüstü kompüterlərin köməyi ilə yararlanan, ancaq bunun üçün əlavə resurslar əldə etməli olan istifadəçiləri sevindirib. Uzun zaman idi ki, populyar “Instagram” əlavəsindən ancaq mobil cihazlarda istifadə etmək mümkün olub. Oktyabrın 14-dən isə tələbatlı xidmət artıq “Windows 10” əməliyyat sistemi ilə işləyən kompüterlərin istifadəsinə verilib. Yeniliyin işində bir nüans mövcuddur. “Instagram”a yalnız kamerası olan masaüstü kompüterdən şəkil yükləmək mümkün olacaq. Ancaq ümumilikdə əlavə təxminən mobil versiyasında olduğu kimi işləyir.

instagram

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register