Texno xəbər
![Texno Xeber](https://old.marneulifm.ge/wp-content/uploads/Texno-Xeber.jpg)
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Dünyanın ən böyük mobil mesajlaşma xidməti olan “Whatsapp” proqramı dizaynını dəyişib. Vazkeçə bilmədiyimiz emojilərin formatı dəyişib. İndi hər bir emojilər daha böyük və fərqli formatda gedəcək.
Dünyada ən çox istifadəçisi olan faceboo sosial şəbəkəsinin yaradıcısı olan Mark Zukerberqin sən demə rəng korluğu varmış. Qırmızı və yaşıl rəngi ayırd edə bilməyən Mark ən yaxşı mavi rəngi görə bilir. Elə bu səbəbdən də Facebook mavi rəngdədir.
“Whatsapp bomber” adlı bir proqram ilə sizin telefonunuzu söndürə bilərlər. Hətta telefonu yenidən işə salanda yenidən donma baş verəcək və telefonunuz sönəcək. Bu hal baş veribsə, o mesajı silmək lazımdır. Amma o mesajı silmək xeyli vaxt apara bilər, hətta telefonunuzu format etməyənə qədər mesajı silmək alınmaz. Bu halın baş verməməsi üçün çoxlu sayda hərflərdən ibarət bir mesaj gördüyünüzdə, oxumamış silmək lazımdır.
“Samsung Galaxy Note 7” partlayışlarından sonra indi də “İphone 7” xəbər mövuzusu olub. “İphone 7” Çində sahibinin əlində partlayıb. İstifadəçi hadisənin video çəkən zaman baş verdiyini bildirib. O, şüşənin əlini və üzünü yaraladığını qeyd edib. Artıq baş vermiş hadisə ilə bağlı “Apple” şirkəti araşdırmaya başlayıb. Qeyd edək ki, bu artıq “iPhone 7” telefonunun partlaması ilə bağlı ikinci haldır.
Dünyanın ən böyük binasına ev sahibliyi edən Dubayda daha bir əzəmətli tikilinin inşaatına start verilib. Sözügedən göydələn hündürlüyünə görə “Bürc Xəlifə”ni də geridə qoyacaq.
Texnologiyalar əsri adlandırdığımız müasir dövrdə ən böyük təbliğat vasitələrindən biri bəlkə də birincisi kompyuter texnologiyasıdır. Bu təbliğat vasitəsinin bir qolu kimi kompyuter oyunları mühüm əhəmiyyət kəsb edir. Çünki kompyuter oyunları sahəsindəki yeniliklər dünyanın müxtəlif ölkələrində istənilən yaş qrupundakı insanların maraq dairəsindədir. Həmçinin mobil oyunlar da. Bütün bunları nəzərə alan proqramçı Fərid Haqverdiyev təbliğat işini elə mobil oyun üzərindən davam etdirməyə qərar verib. O, milli nağıl qəhrəmanlarımız əsasında “2 İgid” adlı oyun yaradıb.
“Marsa uçuş səyyahlar üçün böyük təhlükə törədəcək”. Başda astronom Çarlz Limoli olmaqla, Kaliforniya Universitetinin alimləri xəbərdarlıq edir ki, “Qırmızı planet”ə uçuş insanların intellekt səviyyəsinin ciddi şəkildə pozulmasıyla nəticələnəcək. İnsan beyninin davamlı olaraq kosmik şüaların hücumuna məruz qalması onları ağıldankəmlik dərəcəsinə çatdıra bilər. Alimlər siçanlar üzərində eksperiment aparmaqla belə qənaətə gəlib. Limoli və həmkarları laboratoriya şəraitində 10-larla siçanı kosmik şüalara məruz qoyduqdan sonra, onların davranışında ciddi dəyişikliklər müşahidə edib. Onlar bildirir ki, Marsa 2-3 illik səyahətə çıxmaq istəyən astronavtlar da eyni təsirə məruz qalacaq. Limoli deyir ki, Kosmos insan səhhəti üçün nadir görünən təhlükələr yaradır. Kosmik şüalar altında uzun müddət qalmaq əmək qabiliyyətinin itirilməsinə, yaddaş pozğunluğuna, narahatlığa və depressiyaya səbəb olacaq. Bu pozğunluqlar Yerə qayıdandan sonra da insanları narahat edəcək. Alimlər bu vəziyyəti beyin şişindən əməliyyat olunmuş xəstələrin səhhətiylə eyniləşdirir. Belə ki, beyin xərçəngindən əziyyət çəkən insanlar yaddaş pozğunluğu və intellektual bacarıqlarının azalmasından şikayət edir. Onu da qeyd edək ki, könüllülərdən ibarət qrupun Marsa ilk uçuşu 2024-cü ilə nəzərdə tutulub.
İternet təhlükəsizliyi ekspertləri axtarış saytlarında “music”, “download” və ya “free” kimi sözlərlə axtarış aparmağın virus riskini böyük ölçüdə artırdığını iddia edirlər. Mərkəzi ABŞ-da olan bir anti-virus proqram şirkəti 5 böyük axtarış mühərriki – “Google”, “Yahoo”, “Live”, “AOL” və “Ask”-də 2600 məşhur sözcüyü araşdıraraq və 413 min veb səhifəsini analiz edərək, internetin ən təhlükəli sözlərini təsbit etdi. “Free” (pulsuz), “music” (musiqi) və “download” (endirmə) sözləriylə edilən axtarışların pis məqsədli proqram riskini artırdığını təyin edən ekspertlər, axtarış çubuğuna “free music downloads” sekretarın internetdə sörf edənlərin virus riskini yüzdə 20% artırmasına səbəb olduğunu söyləyirlər. Firma səlahiyyətlisi, yalnız bir il içində pis niyyətli proqram olaraq adlandırılan viruslarda çox böyük dəyişikliklər olduğunu ifadə edərək, “Bodrumunda virus hazırlayanlardan, mütəşəkkil hiber cinayətlər, terrorizm və digər mütəşəkkil hücum formalarına qədər viruslar təsbit etdik” deyib.
Videoya diqqət edin. Qırmızı dairələrin içindəki bütün şəkilləri görə bilirsinizsə, demək, görmə qabiliyyətiniz normal sayıla bilər:
“Google” və “Facebook” birləşib bir ilk reallaşdırmağa hazırlaşır. İnternet fenomenləri Hong Konq və Los-Anceles arasında dəniz altından ən uzun fiber optik xətt çəkməyi planlaşdırır. Lahinənin reallaşması üçün 80 milyon dollar vəsait lazım olacaq və xəttin uzunluğu 12 min 800 kometr təşkil edəcək. Məqsəd ən keyfiyyətli xətti yaratmaq və internetin sürətini daha da artırmaqdır. Mütəxəssislər bu üsulun daha təhlükəsiz olacağını düşünür. İşlərə 2018-də ildə start veriləcək.
Dünyanın ən zəngin şəhərlərindən biri olan Dubayda hüquq-mühafizə orqanlarının start verdiyi layihə hamının marağına səbəb olub. Son model texnologiya ilə təchiz olunan robot polislər hələlik mütəşəkkil cinayətkar axtarışına çıxmayacaq. Yol polislərini əvəz edəcək robotlar şübhəli sürücülərin aşkarlanması və cərimələnməsi prosesini həyata keçirəcək. Robot polislər cəriməsi olan maşınları dərhal tanıdığından, sürücülərin cəzadan qaçma ehtimalı da azalır.
“Facebook” sosial şəbəkəsində növbəti yeniliklər istifadəyə verilib. İstifadəçilər restoranların “Facebook” səhifəsinə daxil olaraq yemək sifariş verə biləcək. Həmçinin, internet istifadəçiləri bu özəllik sayəsində restoranlarda yerlər də sifariş etmək imkanı əldə edəcək. Digər bir yenilik isə, onlayn bilet satışı ilə bağlıdır. İnternet istifadəçiləri istər təyyarə, istərsə də kinoya bilet sifariş edə biləcək. Sözügedən yenilikləri bir neçə saat əvvəl rəsmən açıqlayan sosial şəbəkə nümayəndəsi bildirib ki, onların məqsədi “Facebook”u daha faydalı hala gətirməkdir.
ATV.az texnologiya ilə bağlı “Demədi Demə” lahiyəsini təqdim edir. Bahadur Seyidovun təqdimatında ilk buraxılışda sizə “Facebook Un seen” proqramı, profilin səhifəyə çevrilməsi, “Facebook”da indiyə qədər paylaşdığınız bütün videoları, şəkilləri və digər faylları tək toxunuşla kompüterinizə endirmək haqda məlumatları təqdim edirik:
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments