Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Telefonun enerjisi göstəricisində 1 və ya 2 xətt qalıbsa, ondan istifadə etmək olmaz. Bu zaman telefonla danışanda radiasiya 1000 dəfə artıq təsir göstərir. Nəticədə siz həddindən artıq radiasiyaya məruz qalırsınız.
Kiminsə telefonunun şifrəsini qırmaq elə də yaxşı iş deyil. Amma bəzən öz telefonunuzun şifrəsi də yadınızdan çıxır. Bunun üçün ustaya müraciət etməli olursunuz. Amma ustaya getmədən də, bəzi telefonların şifrəsini qırmaq olar. 1) Samsung telefonu: Android olmayan – həm adi, hem sensor, həm də çoxdüyməli (qwerty) samsung telefonlarında şifrəni qırmaq üçün: *2767*3855# yığın. Telefon format olunacaq və bütün fayllarla bərabər şifrə də silinəcək. 2) Nokia telefonu: Windows (lumia) olmayan nokia s40, nokia Symbian telefonlarında şifrə qırmaq üçün (ustaların, proqramistlərin istifadə etdiyi ) üsul: Kompüterlə http://nokia.com ünvanına girin. Orada axtarış yerinə telefonun modelini yazıb axtarın. Bundan sonra açılan pəncərədən “nokia suite.exe” (101 Mb) proqramını yükləyin. Bildiyiniz dili seçin. Proqramın tələb etdiyi ardıcıllıqları yerinə yetirin. Bundan sonra telfonunuz yenilənəcək və şifrə yox olacaq.
“VAZ-2107” modeli yeni görkəm və dizaynda gəlir. 3 illik fasilədən sonra Rusiyanın “AvtoVaz” şirkəti “VAZ 2107”-nin yeni modelini hazırlayıb. Bu model ənənəvi istehsaldan fərqli olaraq ABS və xüsusi amartizasiya sistemi ilə təchiz ediləcək.
Səfərdən əvvəl aviabiletinin şəklini çəkib sosial şəbəkədə paylaşanların sayı az deyil. Hamı təhlükə ilə bağlı məlumatsızdır. Əcnəbi mütəxəssislər xəbərdarlıq edir ki, aviabiletlərin şəklinin internetdə paylaşılması təhlükəlidir. Kiber cinayətkarlıq üçün əla şansdır. Bütün aviabiletlərin zərində xüsusi şifrələr var. Bu şifrələr vasitəsilə sərnişin haqqında məlumatları əldə etmək mümkündür.
ABŞ-da yerli universitetlərdən birində aparılan araşdırmalar maraqlı faktları üzə çıxarıb. Bu ölkədə hər iki nəfərdən birinin fotosunun Mərkəzi Kəşfiyyat İdarəsində olduğu üzə çıxıb. Məsələ burasındadır ki,həmin şəkilləri elə insanların özləri çəkib. Söhbət son illərdə dünyamiqyasında dəb halını alan “selfie”lərdən gedir. Smartfonlardakı üz tanıma proqramı çəkilən şəklin kimə məxsus olduğunu asanlıqla tapır. Bu cür proqramlardan öz məqsədləri üçün istifadə edən xüsusi xidmət orqanları qeydə aldıqları insanları daha rahat izləyə bilir. Telefonun ön və arxa kameraları ilə yanaşı, küçələrdəki müşahidə kameraları da üz tanıma proqramı sayəsində izlənilən insanın harda olduğu, xarici görünüşünü dəqiqləşdirə bilir.
Son zamanlar Facebook canlı yayım funksiyası üzərində ciddi dəyişikliklər aparmaqdadır. Sonuncu dəfə 24 saat fasiləsiz yayımı istifadəçilərə təqdim edən Facebook, bununla sanki televiziya kanalları və həvəskar çəkilişi sevənlərin qarşısındakı maneələri açmış oldu. Canlı yayım həm biznes və təşkilati, həm də dostlarınızla unudulmaz anlarınızı canlı olaraq paylaşmaq üçün əvəzolunmaz vasitədir. Belə olan halda Facebook canlı yayım xüsusiyyətinə yeni bir funksiya daha əlavə edib. Belə ki, siz artıq canlı yayımlarınızı planlı şəkildə həyata keçirə biləcəksiniz. Bu yenilik sayəsində daha çox insanı özünüzə cəlb etmək imkanınız olacaq. Canlı yayım planlandıqdan sonra şəxsin səhifəsində görüntülənəcək və istəyən şəxslər həmin saat və tarixdə xatırlatma funksiyasını istifadə edərək qoşula biləcəklər. Bildiriş almağı istəyən şəxslər yayımın başlamasına 3 dəqiqə qalmış bildiriş alacaqlar. Bu 3 dəqiqə içərisində yayımı izləyən digər istifadəçilərlə də söhbət edə biləcəksiniz. İstifadəçilər canlı yayım planını 1 həftə sonrasına qədər planlaya bilərlər. Bu yenilik bəziləri üçün Cümə axşamından etibarən aktiv edilsə də, gələn həftədən başlayaraq qismən bütün Facebook səhifələrinə şamil olunacaq.
Tayvanın “Acer” şirkəti indi dünyada ən nazik noutbuk hesab edilən “Swift 7” qurğusunun satışlarına başlayıb. Cihazın qalınlığı 9.9 mm, çəkisi 1.12 kq-dır. “Swift 7” noutbuku “Amazon” internet mağazasında 999,99 dollara satılacaq. Bundan əvvəl 2016-cı ilin aprelində buraxılmış və qalınlığı 10.4 mm təşkil edən “HP” şirkətinin “Spectre” cihazı dünyada ən nazik noutbuk hesab edilirdi. Hər iki qurğu “Apple” şirkətinin “MacBook” noutbukunu (qalınlığı 13 mm təşkil edir) geridə qoyur. “Swift 7” noutbukunun istehsalçıları qalınlıq naminə məhsuldarlığı azaltmalı, həmçinin “RJ-45” kabel şəbəkə konnektoru, standart “USB” portu, “HDMI”, “DisplayPort” videoçıxışından və enerjidoldurma konnektorundan imtina etməli olublar. 2 ədəd “USB 3.1 Type-C” portu ilə əvəz edilib. Mikrofon və qulaqlıqlar üçün standart konnektorlar saxlanılıb. Noutbuk 1.2/3.2 takt tezlikli yeddinci nəsil ikinüvəli “Intel Core i5-7Y54” prosessoru əsasında yaradılmışdır. Əməli yaddaşın tutumu 8 QB, daxili yaddaş isə 256 QB-dır. 300-950 MHs tezlikli “Intel HD 615” qrafik prosessorundan istifadə edilib. “Swift 7” noutbuku 13.3 düym (1920 x 1080 piksel) diaqonallı ekranla təchiz edilib. “Corning Gorilla Glass” qoruyucu örtüsü istifadə edilib. Qurğu 1280 x 720 piksel təsvir ölçülü veb-kamera, “802.11ac MU-MIMO” “Wi-Fi” çipi və “Bluetooth 4.0” texnologiyası ilə təchiz edilib. Akkumulyatorun tutumu 2770 milliamper/saatdır. İstehsalçıların sözlərinə görə, noutbuk 9 saat avtonom işləyir.
“Google” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış “DeepMind” süni intellekti öz-özünə inkişaf etmək üçün daha yaradıcılarının dəstəyinə ehtiyac duymur. Özündə böyük həcmli informasiyanı saxlamaq qabiliyyəti, süni intellektin məntiqi bacarıqlarını, həmçinin neyron şəbəkəsinin məlumatların içindən lazımi fraqmentləri sürətli axtarmaq bacarığını birləşdirən yeni “Differential Neural Computer” (“DNC”) sisteminin süni intellektə tətbiqi nəticəsində belə uğura imza atılıb. “Bu model neyron şəbəkəsi kimi öyrənmək qabiliyyətinə malikdir, həmçinin kompüter kimi böyük məlumatlar tutumunu saxlaya bilir” – “DeepMind” sisteminin aparıcı istehsalçıları Aleksandr Qreyvs və Qreq Ueyn izah ediblər. Neyron şəbəkəsi qarşıya qoyulmuş məsələlərin həlli üçün düzgün mərkəzlər stimullaşdırmaq üçün beyin kimi qarşılıqlı qovşaqlar şəbəkəsindən istifadə edir. Süni intellekt ən sürətli və düzgün həlli tapmaq üçün qovşaqların işini optimallaşdırır. Zamanla süni intellekt daha sürətli və düzgün cavabı axtarmaq üçün topladığı təcrübədən istifadə edəcək. “Google”un istehsalçıları yenilənmiş sistemi sınaqdan keçiriblər. Süni intellektə London şəhərinin yeraltı dəmir yolunun xəritəsini göstəriblər və o, müstəqil əlavə yollar və onlar arasında əlaqələr axtarmağa başlayıb.
“Microsoft” korporasiyasının “Microsoft Research” tədqiqat bölməsi nitqin tanınması sahəsində növbəti irəliləyişə nail olaraq insan nitqini peşəkar tərcüməçilərlə müqayisədə az səhvə yol verməklə başa düşə bilən sistem hazırlayıb. Ötən ay “Word Error Rate” metrikasında 6,3 faizlik nəticə əldə edən bölmə mütəxəssisləri bu dəfə həmin göstəricini 5,9 faizədək artırmağa nail olublar ki, bu da sistemin indiyədək “Switchboard” nitq tanınması sənaye standartı vasitəsilə sözlərin başa düşülməsində yol verilən səhvlərdə ən aşağı göstərici hesab edilir. Nitqin tanınması bölməsinin rəhbəri Syuedun Huan qeyd edib ki, biz insanla paritetə nail olaraq tarixi uğura imza atmışıq. Qeyd edilir ki, bu nailiyyət ABŞ korporasiyasına nitqin tanınmasının tətbiq edildiyi “Cortana”, “Skype” və s. kimi əksər servislərin işini yaxşılaşdırmağa imkan verəcək.
“Rockstar Games” şirkəti rəsmi olaraq Red Dead Redemption 2 oyununu anons etdi. Oyun 2017-ci ilin payız fəslində satışa çıxacaq. İlk trailer isə bu həftənin cümə günü təqdim olunacaq. Öz rəsmi Twitter səhifəsində şirkət oyunun ilk posterini belə təqdim edib. Hal-hazırda oyun yaınız PS4 və Xbox One konsolları üçün anons olunub. Onun PC üçün satışa çıxması barəsində heç bir məlumat yoxdur. Lakin oyun PC üçün satışa çıxsa çox güman ki, onu bir müddət gözləməli olacağıq. GTA VI və GTA V-dən fərqli olaraq Red Dead Redemption-nun ilk oyunu PC-ə çıxmadı.
Çexiya polisi ABŞ-a qarşı kiberhücumlarda günahlandırılan rusiyalı hakeri paytaxt Praqada yaxalayıb. Çexiya polis idarəsindən bildirilib ki, Rusiya vətəndaşının yaxalanması kriminal polisin ABŞ Federal Təhqiqatlar Bürosu (FBİ) ilə yaxın əməkdaşlığı sayəsində mümkün olub. Əməliyyat ilk operativ informasiyanın alınmasından və İnterpol tərəfindən qırmızı bülletenlə axtarış verilməsindən sonra 12 saat davam edib. Haker Praqanın mərkəzindəki oteldə qalırmış və şəhərin küçələrində sevgilisi ilə birlikdə bahalı avtomobildə hərəkət edirmiş. Çexiya Daxili İşlər Nazirliyindən verilən açıqlamaya əsasən kriminal polisin otelə gəlişi haker üçün o qədər gözlənilməz olub ki, o, hər hansı müqavimət göstərməyib və huşunu itirib. Adı açıqlanmayan rusiyalıya ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya aparılıb. Çexiya hakimiyyət orqanları Rusiya vətəndaşının ABŞ-a ekstradisiyasını nəzərdən keçirir. Hələlik Rusiya hökuməti məsələ ilə bağlı şərh verməyib.
Çinin “Weibo” mikrobloqlar xidməti kapitallaşmasına görə “Twitter”i geridə qoyub. ABŞ şirkəti auditoriyasının düşməsi və biznesinə potensial alıcının axtarışı ilə bağlı problemləri fonunda çətinliklərlə üzləşib. Oktyabrın 17-də “Weibo”nun kapitallaşması 114,4 milyard dollara çatıb. Ancaq eyni anda “Twitter” mikrobloqlar xidmətində bu göstərici 11,1 milyard dollara qədər azalıb. Son üç ay ərzində “Weibo”nun səhmləri 66,5 dollar bahalaşıb və oktyabrın 17-si tarixinə bu səhmlərin bir ədədi 53,34 dollar dəyərində satılıb. Bu müddət ərzində isə “Twitter”in səhmləri 8,4 faiz ucuzlaşıb və oktyabrın 17-nə onların bir ədədinin qiyməti 16,65 dollara qədər ucuzlaşıb.
ABŞ Federal Aviasiya İdarəsi “Samsung Galaxy Note 7” smartfonlarını faktiki olaraq silaha bərabər sayıb və bu cihazların təyyarələrə buraxılmasını qadağan edib. “Note 7” smartfonlarını təyyarəyə keçirən şəxslər 180 min dollar cərimələnə, hətta maksimal cəza kimi 10 il müddətinə azadlıqdan məhrum edilə bilər. Hazırda bu təşəbbüsü dünyanın bir çox aviaşirkəti dəstəkləyir. Xatırladaq ki, “Samsung” korporasiyası “Galaxy Note 7” smartfonlarının satışını və istehsalını dayandırıb. Səbəb smartfonların alışma riskidir. Artıq istehsal olunmuş smartfonlara gəldikdə isə, şirkət onları utilizasiya etmək fikrindədir.
Ekvador hökuməti “WikiLeaks”in qurucusu Julian Assanjın internetini ABŞ dövlət katibi Con Kerrinin xahişi ilə kəsib. Bu barədə təşkilatın “Twitter” səhifəsində məlumat verilib. “ABŞ-dakı çoxsaylı mənbələr bizə deyir ki, Con Kerri Ekvadordan Assanjın Klinton haqqında sənədləri yaymasının qarşısını almağa çağırıb”, – deyə açıqlamada bildirilir. Qeyd edək ki, ABŞ prezidentliyinə namizəd Hillari Klintonun “Goldman Sachs” korporasiyasındakı çıxışı barədə gizli sənəd yayıldıqdan sonra J. Assanj internetə giriş imkanından məhrum edilib. O, hazırda Londondakı Ekvador səfirliyində qalır.
Məşhur mesajlaşma proqramı “WhatsApp” daha bir yenilik edib. Yenilik “İOS” platformalı telefonlar üçün nəzərdə tutulub. Belə ki, yeniliyə əsasən, artıq “iPhone” modellərində də şəkil və videonun üzərində yazı yazıb göndərmək mümkün olacaq. Qeyd edək ki, Android platformalı telefonlar üçün bu xususiyyət oktyabr ayının əvvəlində təqdim edilib.
“VKontakte” şirkətinin rəhbərliyi yaxın gələcəkdə “VKmobile” adlanan yeni mobil rabitə operatorunu işə salmağa hazırlaşır. Yeni şəbəkə artıq bu ilin sonuna və ya gələn ilin əvvəlinə fəaliyyətə başlaya bilər. Brendin tətbiqi üçün “VKontakte” “Meqafon”dan infrastruktur icarəyə götürəcək. Artıq indidən operatorun rəsmi saytı olan “VKmobile.me” resursu qeydiyyatdan keçib. “VKmobile.me”də maraqlı yeniliklərdən biri bu olacaq ki, mobil rabitə xidmətinin təqdim edilməsi sosial şəbəkənin işi ilə bağlı olacaq. Misal üçün, bir çox hallarda abunəçilərə hər hansı reklam birliklərinə daxil olma];n və ya reklam yazısını “like” etməyin müqabilində pulsuz zənglər və SMS-lər almağı təklif edəcəklər. Hazırda adıçəkilən məlumat nə “VKontakte”nin, nə də “Meqafon”un nümayəndələri tərəfindən təsdiq olunmur.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments