Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Dünya şöhrətli fizik Stefan Houkinqin yadplanetliləri tapmaq üçün başlatdığı layihə çərçivəsində  2.5 milyon ulduzu izləməyə başlayan elm xadimləri, onların 234-dən  normal olmayan siqnallar qəbul etdiklərini açıqlayıb. Rusiyalı milyarder Yuri Milner və “Facebook”un təsisçisi Mark Zukerberqin birlikdə maliyyələşdirdiyi  layihənin iştirakçıları  sözügedən siqnalların məhz yadplanetlilərə məxsus olduğunu istisna etmir. Super teleskopla qeydə alınan siqnalları təhlil edən kanadalı alimlər belə hesab edirlər ki, yadplanetlilər bu səslərlə insanlarla rabitə əlaqəsi yaratmağa çalışır. Qeyd edək ki, bir müddət əvvəl Stefan Houkinq oşxar iddianı irəli sürmüşdü. O, insanları ehtiyatlı olmağa səsləyəndə, bəzi elm xadimləri bunun mümkün olmadığını açıqlamışdı. Houkinqin fikrincə, yadplanetlilərlə ünsiyyətdə olmaq bəşəriyyət üçün ağır nəticələr verə bilər.

yad-planetli

Dünyanın ən böyük mobil mesajlaşma xidməti olan “Whatsapp” proqramı daha bir yenilik edib. “WhatsApp”-da şəkillər üzərində yazı və emoji yazmaq və göndərmək mümkün olacaq.

whatsapp

Türkiyədəki bloqerlərdən biri evindəki köhnə, işlənməyən mobil telefonlar, qacetlər, noutbuk, kamer, kompütersökərək, onların mikrosxemləri ilə detallarını çıxarıb. Daha sonra isə o, həmin qurğulardan qızıl alınması prosesinin fotolarını çəkərək bloqunda paylaşıb. Kompüterlərin sistem kartları və mobil telefonların sxemlərinin hazırlanmasında qızılla yanaşı, gümüş, silisium, palladium, platin və nikel kimi çox bahalı metallardan istifadə olunur. 1 ton mobil telefondan 3,6 kiloqram gümüş, 3 ton telefondan isə 500 qram qızıl əldə oluna bilər.

qzl

İOS sistemi üzərində çalışarkən gizli klaviatura özəlliyi kəşf edilib. İOS proqramisti olan Steve Troton Smit adlı şəxs sistem üzərində çalışarkən yeni bir klaviatura özəlliyi kəşf edib.  “iPhone” “6 Plus” və “7 Plus” kimi böyük modellər nəzərdə tutularaq hazırlanan klaviaturada düymələr kiçildilərək, sağ və sol tərəfə doğru əyilə bilir. Bu yolla tək əldən istifadə etdiymiz zaman da mesaj yazmaq olduqca asanlaşır. Kəşf edilən özəllik sayəsində “Apple”in rahat bir klaviatura sistemi yaratdığı, ancaq bunu istifadəyə vermədiyi ortaya çıxıb. “Apple”in yeni modelləri nəzərdə tutaraq inkişaf etdirdiyi bu özəllik, bu vaxta qədər sistem kodları içərisində bağlı olaraq qalırdı. Amma yeniliyin proqramist tərəfindən kəşf olunması  klaviaturanın necə istifadə ediləcəyi sualını da gündəmə gətirdi. Tək əllə asan yazı yazmaq olan klaviatura istəyirsinizsə, “App Store”dəki “Swiftkey” kimi klaviatura proqramlarını yükləyə, yaxud da şirkətin kəşf edilən yeniliyi istifadəyə verəcəyi vaxtı gözləməlisiniz.

iphone

Dünyada ən çox istifadə edilən sosial şəbəkələrdən biri “İnstaqram” bu dəfə depressiyada olanlar üçün yeni xidmət yaradıb. Çətin dövrdən keçən və özünə zərər vermə ehtimalı olan istifadəçilər üçün yaradılan xidmət insanlara yardım etmək məqsədi daşıyır. Belə ki, bu xidmət sayəsində bir adamın depressiyada olduğunu və ya əhvalı pis olması səbəbindən özünə zərər verə biləcəyini düşünən istifadəçilər, adsız olaraq bu vəziyyəti “İnstaqram” qrupuna bildirə biləcək. “İnstaqram”dakı qrup həmin bildirişi aldıqdan sonra istifadəçiyə belə bir mesaj göndərəcək: “Bəziləri sizin paylaşdıqlarınızı görüb və çətin zaman keçirdiyinizi düşünür. Əgər köməyə ehtiyacınız varsa, sizə kömək etmək istəyirik”. Mesajdan əlavə həmin istifadəçiyə, bir tanışı ilə danışmaq, kömək xəttiylə ünsiyyətə keçmək və ya vəziyyətdən çıxmaq üçün müxtəlif ipuclarına çatmaq üçün variantlar təqdim ediləcək.

instagram

“Virgin America” şirkəti yeganə nümunədə First Class adlı idman ayaqqabılarını təqdim edib. Bu idman ayaqqabıları, öz fərqli dizaynı ilə seçilməklə yanaşı, həmçinin texnoloji xüsusiyyətlərə də sahibdirlər. Ətraflı süjetimizdən biləcəksiniz. Yüksək keyfiyyətli idman ayaqqabıları italyan dərisindən hazırlanıb və sözün əsl mənasında təyyarələrdəki oturacaqlarda olan təhlükəsizlik kəmərləri ilə təchiz olunub. Həmin kəmərlər standart ayaqqabı iplərini əvəz edir. Sağ ayaqqabı rəngli kiçik ekran ilə təmin olunmuşdur. Həmin ekranda videoya baxmaq mümkündür. Ekran ayaqqabının daxilinə yerləşdirilmiş batareya hesabına işləyir. Onun enerjisi isə 3 saata qədər bəs edir. Bu hələ son deyil. Belə ki, First Class ayaqqabıları müxtəlif cihazları enerji ilə təmin etmək üçün USB girişə, interneti təmin etmək üçün isə Wi-Fi router-ə sahibdir. Ayaqqabılar Milanda yerləşən atelyedə, italyan gətirilən xüsusi dəri ilə əldə tikilib.

481780

“Türk Hava Yolları” şirkəti tərəfindən həyata keçirilən bütün uçuşlarda əl yükü və baqajlarda Samsung Galaxy Note 7-nin daşınmasına qadağa qoyulub. Qadağa ilə bağlı məlumat aviaşirkətin saytında yer alıb.

turk_274767

Pediatr Harvi Karp körpələrə tez yuxuya getməyə kömək edəcək və gecə vaxtı onların yuxusunu izləyəcək innovativ uşaq çarpayısı yaratmaq üçün İsveçrənin “Fuseproject” dizayner studiyası və Massaçusets Texnologiya İnstitutunun laboratoriyasının mühəndislər qrupu ilə səylərini birləşdirib. Beşillik əməkdaşlıq nəticəsində mütəxəssislər “Snoo” adlanan avtomatlaşdırılmış uşaq çarpayısı yaratmağa nail olublar. Gecə ərzində “ağıllı” çarpayı tez yuxuya getməni və dərin yuxunu təmin edən sakitləşdirici səslər çıxarır. Quraşdırılan mikrofon uşağın yuxudan ayılmasını qeydə alan zaman çarpayı müstəqil şəkildə yellənməyə və sakitləşdirici səslərin ucalığını artırmağa başlayır. Bunun sayəsində valideynlər gecə vaxtı uşağın yuxusuna görə narahatlıq keçirmirlər. Bundan başqa, çarpayıya əllə nəzarət etmək və idarə etmək istəyən valideynlər bunu “Wi-Fi” bağlantısı ilə çarpayının funksiyalarını dəyişməyə və onun yellənməsini izləməyə imkan verən mobil əlavə vasitəsilə edə bilərlər. Qeyd etmək lazımdır ki, çarpayının daxilində yuxuda uşağı saxlayaraq ona artıq hərəkətlər etməyə imkan verməyən xüsusi çexol var. Bundan əlavə, “Snoo” kənar işıqlandırmadan asılı olaraq parlaqlığı tənzimləyən işıq-diod lampalarla təchiz edilib. Hazırda qiyməti 1160 dollar təşkil edəcək çarpayı üçün ilkin sifarişlərin qəbuluna başlanılıb.

481816

Çinin “V-Phone” şirkəti “Vphone S8” telefonunu təqdim edib. İstehsalçı yeni qurğunu dünyada sensor ekranla təchiz edilən ən kiçik telefon kimi qələmə verir. Telefondan “Android” və ya “iOS” əsasında işləyən böyük smartfon üçün mobil əlavə qismində təxminən “Bluetooth” ilə smartfona qoşulan “ağıllı” saat kimi istifadə etmək, zəng etmək və qəbul etmək, SMS-lərə cavab vermək və s. mümkündür. Arxa paneldə ürək ritmini ölçən cihazın yerləşdiyi qurğu addımları da saya bilir. Korpusu alümindən düzəldilən “Vphone S8” 1,54 düymlü sensor ekranla təchiz edilib. Qurğunun aparat əsasını “MTK2502” “ağıllı” saatı, 64 meqabaytlıq operativ, 128 qiqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. Telefon bir SİM-kart və 850/900/1800/1900 MHs tezliklərində GSM rabitəsi üçün nəzərdə tutulub. Həmçinin “Bluetooth 4.0” və FM-radio dəstəklənir. Akkumulyator tutumu 380 milliamper/saat təşkil edən qurğuda “USB 2.0” və 3,5 mm-lik “TRS” çıxışı quraşdırılıb. “Vphone S8” telefonunun ölçüsü 46,7 x 37,3 x 9,9 mm, çəkisi 30 qram təşkil edir. Satışa nə vaxt çıxarılacağı barədə məlumat verilməyən qara və gümüşü rəngdə təklif olunan qurğunun qiyməti 30 dollara bərabərdir.

481817

“Samsung” şirkəti “LPDDR4” tipli 8 QB tutumunda ilk mobil əməli yaddaş modulunu təqdim edib. Bu yaddaş modulu aşağı enerji sərfiyyatına malikdir və məlumatları iki dəfə sürətli ötürür. Sözügedən mobil yaddaş modulu məlumatları saniyədə 4266 Mbit sürətlə ötürməyə imkan verir ki, bu da fərdi kompüterlər  üçün “DDR4 SDRAM” yaddaşla müqayisədə iki dəfə sürətlidir. “Samsung” şirkətinin rəsmisi hesab edir ki, yeni yaddaş modulu mobil qurğulardan istifadə təcrübəsini xeyli yaxşılaşdıracaq. Yeni yaddaş modulunun əsas özəllikləri aşağıdakılardır: 10 nm-lik (nanometrlik) texnoloji proses üzrə hazırlanıb; Məlumatların saniyədə 4266 Mbit sürətlə ötürülməsi. Bu da 20 nm-lik texnoloji proses üzrə hazırlanmış analoji çiplə müqayisədə 20% yüksək göstəricidir; Fərdi kompüterlər üçün “DDR4” tipli “DRAM” yaddaşdan iki dəfə daha sürətlidir; Çipin ölçüsü 15x15x1 mm-dir.

481818

Pilotsuz uçan aparat (dron) bir çox hallarda böyük hündürlükdən yerə düşərkən sınır. “Makeblock” istehsalçılar komandası dünyada “Airblock”  adlı ilk modulyar dron yaratmaqla bu problemi orijinal üsulla həll ediblər. Yeniliyin prosessoru, motorları və rotorları bir ədəd penoplast çərçivə altında yığılıb və maqnitlərin köməyi ilə bir-birinə bərkidilib. Layihənin yaradıcıları öz həllini “Kickstarter” pul toplama resursunda yerləşdiriblər və bir gündən az müddət ərzində lazımi məbləğ toplanılıb. Dron mobil proqram ilə idarə olunur. “Airblock” adlı pilotsuz uçan aparatın modullarını istənilən kombinasiyada yığmaq və proqram kodunun köməyi ilə işə salmaq olar.

481819

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register