Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Microsoft” şirkəti “Windows Phone” istifadəçilərinə pis xəbər verib. “Microsoft”un  görüntülü, səsli və yazılı söhbət proqramı olan “Skype”, “Windows” telefonları  ilə yollarını ayırır. Bu  dəyişiklikdən bəzi Android istifadəçiləri də təsirlənəcək. 2017-ci ildən etibarən sözügedən əməliyyat sistemli mobil cihazların 85 faiznin mərhələli olaraq “Skype” dəstəyi kəsiləcək.

skype

“Eset” antivirus şirkətinin mütəxəssisləri “ESET NOD32” məhsullarının köməyi ilə təxminən 12 min marşrutlayıcı arasında aparılmış araşdırmaya əsasən belə qənaətə gəliblər ki, ev routerlərinin ən azı 15%-nin təhlükəsizlik sistemində problem mövcuddur. Ekspertlərin məlumatına görə, routerlərin 15%-nə zəif parollar (“12345”, “password” və sairə) qurulub və loqin kimi əksər hallarda ənənəvi “admin” sözündən istifadə olunur. “Eset” şirkətindən bildirilib ki, routerlərin 7%-i yüksək və ya orta risk dərəcəli proqram boşluğuna malikdirlər. 53% hallarda problem icazə hüququnun yanlış sazlanması ilə bağlıdır. Routerlərin 39%-da aşkar edilmiş boşluq komandaların tətbiqi ilə bağlıdır. Belə ki, hakerlər komandaların köməyi ilə əməliyyat sisteminin əmr sətrinə giriş əldə edə bilərlər. 8%-də “XSS” boşluq qeydə alınıb. “Araşdırma sübut etdi ki, aşkar edilmiş boşluqlar sayəsində “Wi-Fi” routerlərə asanlıqla hücum etmək olar. Bu, ev şəbəkələri, həmçinin kiçik biznesin təhlükəsizliyini təhlükə altına qoyur” – “Eset” şirkətinin eksperti Piter Stançik deyib.

link

ABŞ-ın elektron hərracı olan “eBay” şirkətinin bu ilin üçüncü rübündə xalis mənfəəti illik nisbətdə 23 faiz azalıb və 413 milyon dollar təşkil edib. Bu müddət ərzində şirkətin gəlirləri 2,217 milyard dollar olub ki, bu da analoji dövrlə müqayisədə 5,6 faiz artım deməkdir. “eBay” şirkətinin satıcılarının ümumi gəliri xarici valyutada 5 faiz artıb və 20,1 milyard dollara çatıb. Bu ilin üçüncü rübündə aktiv alıcıların sayı 1 milyon nəfər artaraq ümumilikdə 165 milyon nəfərə çatıb.

ebay

Britaniyalı fizik-nəzəriyyəçi Stiven Hokinq  süni intellektin bəşəriyyət tarixində rolunu çoxmənalı hesab edir. O, Kembric Universitetində süni intellekt və gələcək bəşəriyyətin öyrənilməsi üzrə mərkəzin açılışında belə fikir səsləndirib. “biz intellektimizin süni intellektlə gücləndirilməsi təqdirdə nələrə nail ola biləcəyimizi öncədən söyləyə bilmərik” – “Daily Express” qəzeti Hokinqin sözlərindən sitat gətirir. Tədqiqat mərkəzi Oksford Universiteti və London İmperiya kolleci ilə birgə yaradılıb. “Ola bilsin ki, biz yeni texnologiya inqilabına məxsus alətlər dəstinin köməyi ilə əvvəlki sənaye inqilabı ilə vurulmuş zərəri qismən kompensasiya etmək imkanı əldə edək” – alim deyib. Onun sözlərinə görə, süni intellekt xəstəlik və yoxsulluğun məhvi ilə mübarizədə istifadə edilə bilər. “Süni intellekt həyatımızın bütün aspektlərini dəyişdirəcək” – Hokinq buna əmindir. Eyni zamanda alim bildirib ki, bəşəriyyət risklərə nəzarət etməyi öyrənmədiyi halda süni intellektin yaradılması son texnologiya inqilabı ola bilər. “Süni intellekt fayda ilə yanaşı, həmçinin təhlükələr yaradacaq” – o belə düşünür. Hokinq süni intellektin öz-özünü təkmilləşdirərək insanlarla münaqişəyə girmək ehtimalını istisna etmir.

suni

Amerika Birləşmiş Ştatlarında restorandan yemək sifariş etməyə imkan verən mobil əlavə istifadəyə verilib. Bu əlavə ya masaüstü kompüterə, ya da “Facebook” menyusu vasitəsilə yüklənəcək. Bu əlavə sayəsində insanlar restoranların təklif etdikləri müxtəlif menyularla tanış ola və evlərinə sifariş edə biləcəklər. Ancaq bunun üçün restoranın “Slice” və ya Delivery.com saytında qeydiyyatdan keçməsi lazımdır. Bu gündən başlayaraq “Facebook”da həmçinin daha bir əlavə fəaliyyətə başlayıb. Bu əlavə istifadəçilərə kinoteatrlara bilet almaqda, SPA-salonlara, bərbərxanalara və gözəl salonlarına yazılmaqda kömək edəcək.

facebook

2016-cı ilin sonunadək pərakəndə mobil satışların ümumi həcmi 220 milyard dollar təşkil edəcək. “App Annie” şirkətinin riteyl bazarında mobil proqramların tendensiyaları haqda hesabatına əsasən, mobil texnologiyalar, mobil ödənişlər və “push” bildirişlər riteylerin alətlər dəstinə daxil olub. Şirkətin məlumatına əsasən, mobil riteyl sektoru inkişaf edir. Baxılmış ölkələrdə alıcılar tərəfindən onlayn və oflayn kanalları birləşdirən mağazaların “Android” proqramlarda keçirilmiş ümumi vaxt son 12 ayda təxminən 40% artıb. Sahə üzrə ekspertlərin mobil riteyl sektorunun inkişafı haqda qiymətləndirmələri fərqlənsə də, amma hamısı əmindir ki, yaxın bir neçə ildə mobil riteyl sektoru xeyli inkişaf edəcək. “Internet Retailer”in proqnozuna əsasən, 2016-cı ilin sonunadək pərakəndə mobil satışların qlobal həcmi 220 milyard dollara yaxınlaşacaq ki, bu da 2015-ci illə müqayisədə 53% daha yüksəkdir. Təhlil edilmiş ölkələrdə (ABŞ, Cənubi Koreya, Yaponiya, Almaniya, Böyük Britaniya, Fransa) son 12 ayda riteyler proqramlardan istifadə artıb. Həmçinin istifadəçilər onlayn və oflayn riteyl alətlərini tez-tez birləşdirməyə başlayıblar. Məlum olub ki, “Android” sistemli qurğularda riteyler proqramlardan istifadə ABŞ, Cənubi Koreya və Yaponiyada populyardır. Cənubi Koreyada istifadəçilər alış-veriş üçün mobil proqramlardan istifadə edirlər. Cənubi Koreyada fəaliyyət göstərən riteyl mağazalar alıcıların cəlbi üçün “aqressiv endirim”lərdən istifadəni təcrübədən keçirirlər.

mobil-satisi

“Windows 10” əməliyyat sistemi yayılmasına görə Norveç və Danimarkada lider mövqeləri tutur. Hazırda bütün dünyada ən populyar sistem “Windows 7” olaraq qalmaqdadır. Ancaq Skandinaviya ölkələri demək olar ki, tam olaraq “Microsoft”un ən son proqram təminatından istifadəyə keçib. İlk əvvəl Danimarka və Norveçdən olan istifadəçilər “Windows 10”-u olduqca müsbət qarşılayıblar ki, bu da “Microsoft”a bazarın yarısını fəth etməyə imkan verib. Norveç ərazisində bu əməliyyat sistemi 36,7 faiz masaüstü cihazlarda yüklənib. “Windows 7”-nin payı isə 27,8 faizə qədər azalıb. Üçüncü yerdə 19,6 faiz bazar payı ilə “macOS” əməliyyat sistemi qərarlaşıb. Danimarkada “Windows 10” üçün vəziyyətdə daha qənaətbəxşdir. Onunla işləməyə ölkə sakinlərinin 42,4 faizi işləməyə başlayıb. “macOS”un payı 23,1 faiz təşkil edir, “Windows 7”-nin auditoriyası isə 20 faizə qədər azalıb. Hər iki ölkədə istifadəçilər “Windows XR” əməliyyat sistemindən istifadə etmirlər. Skandinaviya ölkələrində əldə olan nəticələrə baxmayaraq, “Windows 7” hələ də dünya bazarının lideri olaraq qalmaqdadır.

windows10

“TrendForce” şirkətinin analitikləri smartfon bazarını ilin üçüncü rübünün nəticələrinə əsasən qiymətləndiriblər.  Ötən rüb ərzində bütün dünya üzrə 349 milyon 778 min ədəd smartfon istehsal olunub ki, bu da əvvəlki rübün göstəricisini 10,4 faiz üstələyir. İstehsal olunan cihazların demək olar ki yarısı, yəni 168 milyon ədəd smartfon Çin şirkətləri tərəfindən istehsal olunub. Bu halda rüblük nisbətdə artım 18 faizə çatır. Bazarın lideri əvvəl olduğu kimi, yenə də “Samsung” şirkətidir. Şirkət ötən rüb 78 milyon ədəd cihaz istehsal edib və bazarın 22,3 faizinə sahib olub. Burada da ikinci rüblə müqayisədə 1,3 faiz artım qeydə alınıb. “Apple” şirkətinə gəldikdə, bu şirkət 12,9 faiz pay ilə ikinci yeri tutur və onun tərəfindən 45 milyon ədəd smartfon istehsal olunub ki, bu da 5,3 faiz azalma deməkdir. Çin nəhəngi “Huawei” şirkəti bu rüb ərzində 32 milyon ədəd cihaz istehsal edib ki, bununla da bazarda 9,1 faizlə üçüncü yeri tutur. Şirkət əvvəlki rüblə müqayisədə 10,3 faiz daha çox smartfon istehsal edib. Sonrakı yeri “Oppo” şirkəti tutub. Bu şirkət istehsalını 20,3 faiz artıraraq bazarda 6,1 faiz paya malik olub. LG şirkəti bu rüb ərzində 20 milyon ədəd smartfon istehsalı ilə 17,6 faiz artım göstərib və bazarın 5,7 faizinə sahib olub. “Vivo” şirkəti 23 faiz artımla bazarda 5,2 faiz paya malik olub. Bundan başqa, mənbə bildirir ki, bu rüb “Lenovo” şirkəti 20 faizlik artım, “Xiaomi” isə 7 faizlik azalma nümayiş etdirib.

481823

2017-ci maliyyə ilinin I rübündə “Mıcrosoft” korporasiyanın xalis mənfəəti 4,3% azalaraq 4,69 dollara çatıb. Hesabat dövründə korporasiya səhm alışı və dividend ödənişi formasında səhmdarlarına 6,6 mlrd. dollar qaytarıb. Şirkətin göstəriciləri analitiklərin proqnozunu xeyli üstələyib. Hesabat açıqlanandan sonra şirkətin səhmlərinin nominal dəyəri 5,15% bahalaşaraq 60,2 dollara çatıb.

microsoft

Finlandiyanın “Nokia” şirkəti gələn ilin ikinci rübündə “Android” əməliyyat sistemi ilə çalışan iki smartfon istehsal etməyi planlaşdırır. Bu barədə “Nokiapoweruser” portalı “Microsoft” korporasiyasının Asiya-Sakit Okean regionu üzrə mobil cihazlar sahəsinin direktoru Ceyms Ruterfordun bəyanatına istinadən məlumat verib. Yeri gəlmişkən, daha öncə məlum olub ki, “Nokia” Barselona şəhərində gələn il keçiriləcək “MWC 2017” sərgisində iştirak edəcək. Bu sərgidə daha əvvəl də şirkətin bir çox yenilikləri təqdim edilib. Finlandiya şirkəti sərgidə telekommunikasiya avadanlıqlarının istehsalçısı kimi iştirak edəcək. Bundan başqa, məlumdur ki, “Nokia” brendi ilə məhsullar yeni “HMD Global Oy” şirkəti tərəfindən istehsal olunacaq və satılacaq. Bu yaxınlarda bu şirkət əqli mülkiyyət üçün lisenziya əldə edib.

nokia

Avstraliyada idman müəllimi Mat Cons “iPhone 7” markalı telefonunun partladığını iddia edib. İddialara görə, telefon maşında olarkən partlayıb. Belə ki, müəllim 1 həftəlik telefonunu maşında qoyub gedib, bir neçə saat sonra maşının yanına gələn müəllim təəccüblənib. O, maşının şüşələrinin tamamilə qaraldığını görüb. Nə baş verdiyini anlamadan maşının qapılarını açan Mat Cones “iPhone 7″sinin partladığını görüb. Mat Cones bu barədə şikayət edib. O bildirib ki, telefonu heç vaxt əlindən yerə salmayıb.  Məsələ ilə bağlı araşdırma aparılır. Qeyd edək ki, Samsung Note 7 modelləri də tez-tez partlayır. Hətta bir çox aviaşirkətlər Samsung Note 7 ilə səyahət etməyi qadağan edib.

iphone

Sinqapurda məhkəmə mülki iddialar üzrə məhkəmə bildirişlərini “WhatsApp” messenceri vasitəsilə göndərməyə icazə verib. Bu yaxınlarda “R&D Pharmaceuticals” şirkətinin borc haqqında xüsusi şəxsə qarşı iddiası ilə əlaqədar belə hadisə qeydə alınıb. Müqəssir Tan Çonq Min tərəfindən göstərilmiş ünvana dəfələrlə bildiriş göndərilsə də, heç bir nəticə əldə edilməyib, bundan sonra məhkəmə bildirişini “WhatsApp” vasitəsilə göndərməyə qərar veriblər. Cari ilin mayında Sinqapur Ali Məhkəməsi mülki iddialar üzrə sənədləri elektron poçtun köməyi ilə göndərməyə icazə verib.

whatsapp

Dünyanın ən populyar fotoservis və sosial şəbəkələrindən olan İnstagram-ın “Stories” bölməsində Facebook LIVE, Meerkat və Periscope təki canlı yayım funksiyası peyda ola bilər. İnstagram çox qəribə yeniliyə hazırlaşır. Bu yaxınlarda “Stories”də paylaşılandan 24 saat sonra “silinən” foto və fideoların yer aldığı bölmə İnstagram-ın əsas lenti ilə yanaşı, “Maraqlı” bölməsində də peyda olub. “Live” ikonasını klikləyəndə İnstagram-da “Populyar birbaşa efir” açılır. Funksiya hələ sınaq mərhələsində olduğundan tam normal işləmir.

instagram

Hazırda dünya əhalisinin 31 faizi fəal smartfon istifadəçisidir, 2016-cı ildə onların sayı 2,1 milyard nəfər təşkil edib. “Apple” şirkəti bu bazarda ən böyük paya malikdir. Onun payı 34,8 faizdir, sonrakı yeri 23,3 faiz göstərici ilə “Samsung” şirkəti tutur. Mobil bazarın 2016-cı ildə ümumi qazancı təxminən 45 milyard dollar təşkil edib. Maraqlıdır ki, bu gəlirin 82 faizi oyunlardan əldə olunub. Analitiklər bu bazarda böyük artım olacağını proqnozlaşdırırlar. Onların fikrincə, 2020-ci ilə qədər bu sahənin ümumi qazancı 80 milyard dollar təşkil edəcək. Tədqiqatlar müəyyən edib ki, dünya əhalisinin 31 faizi (2,1 milyard insan) aktiv smartfon istifadəçisidir və onların sayı durmadan artır. Ən iri bazar Çin bazarıdır. Məhz bu ölkə smartfon istehsalçılarına ən böyük qazancı – 12 milyard dolları gətirib.

tel

Beynəlxalq hüquq müdafiə təşkilatı “Amnesty İnternetional” istifadəçilərə aid məlumatların qorunması baxımından ən təhlükəsiz messencerlərin reytinqini tərtib edib. Reytinq siyahısında 11 şirkət və onlara məxsus 16 populyar messencerin adı var. Təşkilat reytinqə mümkün qədər müxtəlif ölkələrin messencer xidmətlərini daxil etməyə üstünlük verib, belə ki, məsələn, “WhatsApp” dünyada çox populyar olduğu halda, Çində kiçik auditoriyaya malikdir. Bu ölkədə “Tencent” telekom operatorunun “WeChat” messenceri populyardır. Reytinqə “Facebook Messenger” və “WhatsApp” (bu messencer də “Facebook”a məxsusdur) başçılıq edir. Bu xidmətlər 100 mümkün baldan 73 bal toplayıb. “Amnesty İnternational” ilk növbədə xidmətlərdə şifrələmə məsələsinə diqqət yetirib. 16 messencerdən yalnız altısında “end-to-end” avtomatik şifrələmə var. Bunlar “WhatsApp, “iMessage”, “FaceTime”, “Duo”, “Line” и “Viber”dir. Reytinqdə 2-ci və 3-cü yerləri “iMessage”, “FaceTime” və “Telegram” bölüşdürür. Lakin reytinq müəllifləri “Telegram”da “end-to-end” şifrələmə qurulmadığını bildiriblər. Siyahıda Çinin QQ və “WeChat” xidmətləri sonuncu olub. Bu xidmətlər istifadəçilərə təhlükələr barədə xəbərdarlıq etmir və fikir azadlığına dəstək vermirlər. Onlarda “end-to-end” şifrələmə yoxdur. “Blackberry Messenger”, “Hangouts”, “Skype” və “Snapchat” da aşağı qiymət alıblar. Onlarda da şifrələmə yoxdur. Reytinq tərtib edilərkən hakimiyyət orqanlarının istifadəçilərin məlumatlarını əldə etmək üçün sorğularına xidmətlərin reaksiyası da nəzərə alınıb. Bu meyar üzrə “Facebook Messenger”, “WhatsApp”, “Snapchat”, “Skype”, “Kakao Talk” (Cənubi Koreya) və “Google”un messencerləri yüksəl bal alıb. 1,5 milyard istifadəçiyə malik QQ и “WeChat” isə bu sahədə də autsayderdir.

468985

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register