Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Adları xarakterizə edən “Forebears” adlı internet saytından dünyada sizinlə eyni soyadı daşıyan insanların sayı və harada olduqları sualının cavabını tapa bilərsiniz. Saytda bundan başqa, hansı ölkədə hansı soyadın daha çox olduğunu araşdırmaq mümkündür. Saytın xidmətləri bunla bitmir. Ölkələr haqqında maraqlı məlumatları da bu saytdan əldə edə bilərsiniz. Sayta daxil olmaq üçün BURA klik edin.
Çoxdandı gözlənilən xəbər nəhayyət ki, gerçək oldu. “WhatsApp” istifadəçiləri artıq görüntülü danışa bilər. Neçə vaxtır İOS üzərindən test edilən görüntülü danışıq Android telefonlarda tətbiq olunmağa başlayıb. Ancaq buna görə siz “WhatsAppın”ın ən son versiyasını yükləməlisiniz. Bəzi ölkələrdə görüntülü danışığa tam keçməyə bilər. Amma yaxın günlərdə bütün ölkələrdə görüntülü danışığın mümkün olacağı açıqlanıb. Burdan yükləyin!
Məhşur fotoşəkil paylaşma tətbiqinə canlı yayın özəlliyi gəlir. “Facebook” tərəfindən satın alınan “Instagram”, “Periscope” kimi canlı yayın xüsusiyyətini tətbiq etməyə hazırlaşır. Artıq özəllik test olunub və yaxın zamanlarda mümkün olacaq.
Kaliforniya Universitetində bir qrup araşdırmaçı yenidən doldurulması mümkün olan, az qala istifadə müddətini heç vaxr itirməyən batareya kəşf ediblər. Batareya Universitetdə təhsil alan bir tələbənin laboratoriyada etdiyi işlər nəticəsində kəşf edilib. Kəşf edilməsinin ardından araşdırmaçıların köməyi ilə istesal oluna batareya 3 ay içərisində tam 200 min dəfə şarj edilib və bu müddətdə ümumi tutumunun yalnız 5 faizini itirib. Bu da onun istehlakda normal istifadə ilə təxminən 400 il ərzində istifadə edilə biləcəyini göstərir.
Bir robot zəka düzəltməmişdilər, o da oldu. London Universitet Kolleci, Şeffild və Pensilvaniya universitetlərinin mühəndisləri məhkəmə qərarlarını təxmin edən zəka hazırlayıb. Zəkanın əsas məqsədi Avropa İnsan Haqları Məhkəməsində aparılan işlərin nəticələrini təxmin etməkdir. Mühəndislər zəkanın yükləndiyi kompyuterə 584 məhkəmə işini daxil edib. Zəka 79 faiz düzgün cavab verib. Hazırda beynin üzərində təkmilləşdirmə işləri aparan universitetlərin mühəndisləri zəkanın yaxın zamanda vəkil və hakimlərin yerini tutacağını bildirib.
“Anonimus” qrupunun hakerləri Ekvadorun Londondakı hökumətinin elektron poçtunu blok ediblər. Onlar bununla “Vikiliks” nəşrinin yaradıcısı Culian Assancın internetinin kəsilməsinin qisasını alıblar. Bu barədə hakerlər özləri “Twitter”də yazıblar və məlumata qurumun elektron poçtunun işləmədiyi ilə bağlı skrinşot əlavə ediblər. İnternetə məhdudiyyətin yaranması ilə bağlı məlumat oktyabrın 17-də məlum olub. Sonradan “Vikiliks”in jurnalistləri bildiriblər ki, bu addım ABŞ dövlət katibi Con Kerrinin xahişi ilə atılıb. Bununla belə, Ekvador hökuməti əminliklə bildirib ki, bu addımlar Assancın fəaliyyətinə təsir göstərməyəcək.
Amerikalı alimlərin qənaətinə görə, fitnes bilərziklər, həmçinin “ağıllı” saatlar nəbzi dəqiq ölçmürlər. Son illər “ağıllı” bilərziklər və saatlar idman və fitnes həvəskarları tərəfindən geniş istifadə edilir. Sözügedən qurğular yuxuya, sərf edilən kaloriyə, fiziki aktivliyə, nəbzin tezliyinə nəzarət edə bilir. Lakin indiyədək nəbzin tezliyinin dəqiqliyi ciddi yoxlanılmayıb. Klivlend klinikasının Ürək-damar institutunun əməkdaşları “Fitbit Charge HR”, “Apple Watch”, “Mio Alpha” və “Basis Peak” qurğularına qurulmuş optik nəbzölçənlərin dəqiqliyini araşdırıblar. Bu məqsədlə onlar normal çəkili 50 sağlam könüllü (orta yaş həddi 37) dəvət ediblər və istirahət, müxtəlif intensivlikli fiziki yüklənmələr zamanı və bərpa dövründə bu qurğuların köməyi ilə onların nəbzini ölçüblər. Paralel olaraq elektrokardioqramma vasitəsilə ürək döyüntülərinin tezliyini qeydə alıblar. Məlum olub ki, “Basis Peak” yüngül yüklənmə zamanı nəbzin ölçüsünü artırır. “Fitbit Charge HR” isə əksinə, intensiv yüklənmə zamanı nəbzin göstəricisini azaldır. Bu qurğular yüngül yüklənmə zamanı daha dəqiq işləyib. İştirakçıların bədən çəkisi, cinsi və yaşı ölçmələrin nəticəsinə təsir etməyib. Alimlər əldə edilmiş nəticələrə əsasən belə qənaətə gəliblər ki, biləyə taxılan optik qurğular nəbzin tezliyi üzrə lazımi dəqiqliyi təmin etmir. Belə qurğular kardioloji pasiyentlər üçün deyil, yalnız fiziki işlə məşğul olan insanlar üçün gərəklidir, çünki qurğu xəstələri müalicə edən həkimlərə yanlış informasiya təqdim edə bilər.
“Netgear” şirkəti tərəfindən dünyada “Nighthawk X10” adlı ən sürətli router təqdim edilib. İstehsalçının məlumatına əsasən, simsiz şəbəkələrdə marşrutlayıcının maksimal buraxılış qabiliyyəti 7.2 Qbit/s (6 QHs diapazonda 4600 Mbit/s, 5 QHs diapazonda 1733 Mbit/s və 2.4 QHs diapazonda 800 MHs) səviyyəsindədir. Bundan başqa, “Nighthawk X10” marşrutlayıcısı 10 Qbit-lik şəbəkə konnektoruna malik ilk ev routeridir. Yeni router 1.7 QHs takt tezlikli dördnüvəli prosessor, məlumatların eyni anda bir neçə qurğuya ötürülməsi üçün “MU-MIMO” texnologiyası, 2 ədəd “USB 3.0” portu ilə təchiz edilib. İstehsalçıların sözlərinə görə, “Netgear Nighthawk X10” routeri, məsələn, “4K” formatında video və virtual reallığın onlayn translyasiyası üçün uyğundur. 500 dollar məbləğində olan yeni router 2016-cı ilin oktyabrında satışa çıxarılacaq.
Böyük Britaniyada bir neçə avtomobil istehsalçısının əməkdaşlığı çərçivəsində sürücüsüz avtomobillərin öz aralarında “ünsiyyət” qurmasına imkan verən texnologiyalar işlənib hazırlanıb. Avtomobillərin qarşılıqlı əlaqəsi üzrə yeni texnologiyalar “UK AutoDrive” layihəsi çərçivəsində hazırlanır. Layihənin direktoru bildirir ki, hər saniyə bir-biri ilə məlumat mübadiləsi edən avtomobillər yol hərəkətinin təhlükəsizliyinin daha yaxşı təmin edilməsinə, nəqliyyat axınının yaxşılaşmasına, həmçinin parklama yerlərinin daha səmərəli istifadəsinə imkan yaradacaq. Avtomobillər təqdimetmə zamanı digər avtomobilləri tormozlama zərurəti haqda xəbərdar etmək qabiliyyətini göstərib. Bu funksiya təhlükəsizliyin təmini üçün böyük əhəmiyyət kəsb edir. Məsələn, dumanlı hava şəraitində sözügedən funksiya əvəzedilməzdir, çünki sürücülər irəlini görmürlər. Bundan başqa, sürücüsüz hərəkət edən avtomobillər işıqforla bağlı məlumat mübadiləsini öyrəniblər. Bu texnologiyanın reallaşdırılması nəqliyyat axınının səmərəliyini yüksəltməyə kömək edəcək və gələcəkdə atmosferə atılan zərərli tullantıların həcminin azalmasına səbəb ola bilər. Qeyd etmək lazımdır ki, “Jaguar Land Rover” şirkəti təqdimetmə zamanı sürücüsüz işləyən sistemin yeni funksionalını nümayiş etdirib: belə ki, indi yolda aşağı sürətlə hərəkət edən avtomobilləri ötə bilər.
“Samsung” şirkəti Galaxy Note 7 almış istifadəçilər üçün yeni kompensasiya proqramını elan edib. Belə ki, Galaxy Note 7 alıcılarına gələn il satışa çıxacaq Galaxy S8 smartfonunun tamamilə pulsuz veriləcəyi açıqlanıb. Artıq hamıya məlumdur ki, partlamaları səbəbindən şirkət Note 7 seriyasının istehsalını dayandırmışdır. Sözügedən smartfonun alıcılarına isə smartfonu, Galaxy S7 və ya Galaxy S7 Edge ilə dəyişdirilməsi təklif olunur. Yeni kompensasiya proqramı isə Note 7 smartfonlarının, satışı gələn ilin Mart ayına planlaşdırılıan Galaxy S8-ə dəyişilməsi imkanını verir. Daha əvvəl “Samsung” Note 7 istifadəçilərinə şirkətin digər smartfonunu almaqlarına 100$ endirim, digər istehsalçının smartfonunu almaqlarına isə 25$ endirim edirdi. Qeyd etmək lazımdır ki, şirkət keçən həftə Note 7 smartfonlarının satışlarını və istehsalını dayandırdı. Şirkət, ona gəlmiş zərəri Galaxy S7 və Galaxy S7 Edge smartfonlarının satışları ilə yüngülləşdirmək və yeni cihazların təhlükəsizliklərinin təmin edilməsi üzərində diqqətini cəmləyəcək.
“Apple” ilk ağıllı saatı Watch-u 2015-ci ildə bazara çıxarması ilə birlikdə saatın xüsusi və lüks dizayn versiyalarını da hazırlamışdı. Bu tərz lüks və xüsusi dizayn cizgisindəki modellərini satmaq üçün dünyanın fərqli bölgələrində özəl səyyar mağazalar açan şirkətin bu mağazalarından biri də Parisdəki məşhur ticarət mərkəzi Lafayette də açılmışdı. Digər mağazalar isə London və Tokioda açıldı. Ancaq “Apple”ın, istədiyini əldə edə bilmədiyi üçünmü, yoxsa başqa bir səbəbdənmi bilinmir, bu mağazaları bağlamaq qərarı aldığı açıqlandı. “Apple” bu mağazalarda gedən pis satışları səbəb göstərərkən, bu tərzdə lüks məkanlardakı icarə haqqlarının da qiymətinin çox böyük olduğunu diqqətinizə çatdırmaq istəyirik ki, bunun da bu qərarda təsiri ola bilər. “Apple” bu mağazalarda işləyən əməkdaşlarını isə işdən çıxartmayacaq və müvafiq şəhərlərdəki digər “Apple Store”larına transfer edəcək. Beləcə “Apple” bu mağazaları bağlayarkən hər hansı bir işdən çıxartma problemi yaşanmayacaq. Bildiyiniz kimi “Apple”ın bəzi xüsusi seriya saatları on minlərlə dollara satıla bilir. Bu cür bahalı “Apple Watch”lara maraq yüksək olmadığı üçün mağazalar varlıq mənalarını itirmiş kimi görünür. “Apple”ın Lafayette-dəki mağazasını 2017-ci ilin Yanvar ayında bağlaması gözlənilir. Beləcə “Apple”, yeni il və hədiyyə satışları dövründə artan satışlarında reallaşmasını gözləyəcək və yeni ilin ilk həftələrində sadəcə Apple Watch satdığı bu mağazaların qapısına kilid vuracaq.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments